Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM BAQİRİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Şiələrin beşinci imamı “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə)-dır. O həzrətin 58-ci hicri qəməri ilində doğulduğu qeyd edilmişdir.1 Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.”2
Yəqubi o həzrətin 117-ci hicri ilində şəhid edildiyini söyləmişdir, lakin şəhadət ili kimi 114-cü il daha çox rəvayət edilmişdir.3 İmam Baqir (ə) İbrahim ibn Vəlid ibn Əbdül-Məlik tərəfindən zəhərlənərək şəhadətə çatmış və Bəqi qəbiristanlığında dəfn edilmişdir.4
O həzrətin imamətini sübut edən dəlillər şiə kitablarında ətraflı şəkildə qeydə alınmışdır.5 Ümumiyyətlə, öz zəmanəsinin çətinliklərini nəzərə alaraq, üzüklərində həmin dövrün çətinliyinə işarə edən şüarlar həkk edirdiləar. İmam Baqirin (ə) üzüyündə həkk edilən şüar “Bütün izzət Allahındır!” – ibarəsindən ibarət idi.6
Şiələrin beşinci imamı “elmi yaran” və “elmin dərinliyinə varan” mənasını verən “Baqir” ləqəbilə məşhurdur. Bu ləqəbin izahında Cabir ibn Yezid Cöfi belə demişdir: “O həzrət elmin incəliklərinə toxunaraq onun sirr və xırdalıqlarına aydınlıq gətirirdi.”
Yəqubi yazır: “Elmin dərinliyinə vardığından o həzrəti “Baqir” adlandırmışlar.”
İbn Mənzur “Baqir” sözü haqqında belə yazır: “Hədsiz elm və mala sahib olmaq “təbəqqür” adlanır. Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli (ə) elmi yardığı, onun əsaslarını bildiyi və onun kökünü budaqlarını ayırmaq qabiliyyətini necə əldə etməyi bəyan etdiyi üçün ona “Baqir” deyilmişdir.7
İbn Şəhər Aşubun yazdığına görə, Cabir ibn Abdullah Ənsarinin imam Baqirin (ə) fəzilətləri haqda nəql etdiyi bir rəvayəti bütün Mədinə və İraq fəqihləri də nəql etmişlər.8 Cabirin rəvayəti belədir: “Rəsulullah (s) mənə xitab edərək buyurdu: “Sən məndən sonra bir müddət yaşayacaq və adı mənim addımla eyni və mənə çox bənzəyən övladımı ziyarət edəcəksən. Onu gördükdə, salamımı çatdır və bu sifarişimi mütləq yerinə yetir!”
“Tarixi-Yəqubi”də bu hədisin davamında yazılır: “Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə, dayanmadan: “Ya Baqir! Ya Baqir! Haradasan?” – deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və Həzrətin üz-gözündən öpərək “atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!” –deyirdi.
Həmçinin bu rəvayət imam Sadiqən (ə) də nəql edilmişdir və o həzrət bu rəvayətdəki “Baqir” sözünün möhtərəm atasına məxsus fəzilət olduğunu açıqlamışdır.9
Bu rəvayətin Rəsulullahdan (s) nəql edilməsi o həzrətin bu ləqəblə məşhurlaşmasına səbəb oldu və sonralar bu ləqəb əhli-sünnə ravilərinin yığıncaqlarında əməli olaraq özünü göstərdi.10
Zeyd ibn Əli Hişamın yanında olarkən Hişam imam Baqiri (ə) “bəqər” deyə çağırmaqla o həzrəti təhqir etmək istədikdə, Zeyd dedi: “Peyğəmbər onu “Baqirul-ülum” adlandırıb. Sən isə “bəqər” deyəmi səsləyirsən? O halda, Rəsulullah (s) ilə sənin aranda mütləq ixtilaf olmalıdır.”11

İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI

Şübhəsiz, əhli-sünnə alimlərinin çoxunun fikrincə, imam Baqirin (ə) elmi məclisləri şöhrət tapmışdı və o həzrətin dərsində bütün İslam şəhərlərindən gələnlər iştirak edirdi. O həzrət alim, fəqih və Əhli-beyt (ə) elmlərinin varisi olduğundan çoxları İmamın hüzurundan faydalanır, elmi və fiqhi suallarının həllini o həzrətdən soruşurdular. Qeyd etmək olar ki, İraq xalqı o həzrətin şəxsiyyətinə aşiq olmuşdu.12 Məclis iştirakçıları İmama elə ehtiram göstərirdilər ki, Abdullah ibn Əta Məkki belə deyirdi: “Alimləri Əbu Cəfərin (ə ) hüzurunda olduğu kimi, kiçik görmədim. Hakim ibn Üyeynə xalq arasındakı elmi məqamına baxmayaraq, o həzrətin hüzurunda eynilə müəllim qarşısındakı şagird kimi görünürdü.”13
İbn Ənbətənin ibarəsilə desək, “çox dərin bilik və böyük səbrə sahib olan” İmamın elmi şöhrəti onu izah etməkdən daha yüksəkdədir.14
İbn Əbil-Hədidin ifadəsilə, imam Baqir (ə) “Hicaz fəqihlərinin ustadı”15 kimi şöhrət tapmışdı və bu, təkcə Hicazda deyil, İraq və Xorasanda da bilinirdi. O, belə nəql edir: “Xorasan əhalisinin onun ətrafına toplaşıb ondan suallarını soruşduqlarını gördüm.”16
Zəhəbi imam Baqir (ə) haqqında belə yazır: “O, elmlə əməli, izzətlə şərəfi və etimadla inamı bir yerə toplayan və xilafətə layiq kəslərdən biridir.”17
Əbu Zöhrənın ustadı insanların imama müraciəti haqqında belə yazır: “İmam Baqir (ə) imamət və xalqı hidayət etməkdə imam Səccadın (ə) varisi idi və bu səbəbdən bütün İslam alimləri hər tərəfdən ona tərəf axışır və Mədinəyə gələn hər kəs imamın hüzuruna yetişib sonsuz elmindən faydalanardı.”
Yenə yazır: “Bir çox fiqh və hədis alimləri İmamın elmindən faydalanmaq məqsədilə onun hüzuruna gəlirdilər.”
“Üyunu əxbarir-Rza (ə)” kitabından da belə nəql edilmişdir: “Fiqh alimləri halal və haram barəsində soruşurdular.”18
O həzrət camaat arasında yüksək elmi şöhrətə sahib olan atası imam Səccad (ə) kimi hamı tərəfindən ehtirama layiq görülürdü. Əhli-sünnənin məşhur hədis alimlərindən sayılan Məhəmməd ibn Münkədir imam Baqirin (ə) əzəmətini belə vəsf edir: “Mən Əli ibn Hüseynin (ə) övladları arasında onun canişinini – elm və fəzilət baxımından o həzrətə daha yaxın olanını – görməmişdim və nəhayət, bir gün onun oğlu Mühəmməd Baqir (a s )-ın hüzuruna yetişdim.”
Böyük İslam alimlərinin çoxu imam Baqirin (ə) elmi və fiqhi fəzilətləri barədə bir sıra diqqəti cəlb edən cümlələr qeyd etmişdir ki, ustad Əsəd Heydər onları öz kitabında toplamışdır.19
İmamın fiqh, əqaid və digər islami elmlərlə bağlı rəvayətləri çoxluq təşkil etdiyindən əhli-sünnə mühəddisləri, o cümlədən, onların ən məşhuru Əbu Hənifənin o həzrətdən hədis nəql etməsinə səbəb olmuşdur. O, əhli-sünnə silsilə sənədləri ilə nəql edilən hədisləri qəbul etmədiyi üçün Əhli-beytdən, məxsusən, imam Baqirdən (ə) çoxlu sayda hədis nəql etmişdir.20
Zəhəbinin yazdığına görə, Əbu Hənifədən başqa, Əmr ibn Dinar, Əməş, Əvzai, İbn Cüreyh və Qürrət ibn Xalid də imam Baqirdən (ə) hədis nəql etmişlər.21
Bir gün Əbu İshaq o həzrətin hüzuruna gedərək təəccüb doğuran və yüksək elmi məqamını gördükdə, onun xüsusiyyəti haqda demişdir: “Onun kimisini əsla görməmişəm.”22
Əbu Zöhrə də o həzrət haqda belə demişdir: “Əbu Cəfər (ə) alimlərin ən üstünüdür.”23
Əmirəl-Möminin Əlidən (ə) sonra şiə imamlarının arasında hədislərin əksəriyyətinin sənədi imam Baqir (ə) və imam Sadiqə (ə) yetişdiyini vurğulamaq olar. Bu iki imamın digər imamlara nisbətdə çoxlu fürsət əldə edərək Ali-Mühəmmədin (s) elmlərini yayma səbəbi ogünkü cəmiyyətinin xüsusi siyasi vəziyyəti idi. Bu baxımdan şiə hədis toplusunda Əhli-beyt hədislərinin böyük bir qismi bu iki imamdan nəql edilmiş və təfsir, kəlam, fiqh, halal və haram barəsində imam Baqirdən (ə) nəql olunan hədislər imam Həsən (ə) və imam Hüseynin (ə) digər övladlarının heç birindən nəql olunmadığı söylənilmişdir.24 Bu da, onların həm o dövrdə, həm də sonrakı dövrlərdə fiqh alimi və Rəsulullahın (s) hədislərinin raviləri kimi məşhur olmalarına səbəb olmuşdur. Əbu Zöhrə o həzrətə müraciət edən və elm öyrənən kəslər sırasında Süfyan Suri, (Məkkə mühəddisi) Süfyan ibn Üyeynə və Əbu Hənifə kimi şəxslərə işarə etmişdir.
Əbrəş Qəlbi, Hişam ibn Əbdül-Məlikdən: “İraq xalqının elmi sualları soruşduqları bu şəxs kimdir?” – deyə soruşduqda, Hişam dedi: “Bu, Kufənin peyğəmbəridir. O, özünün Rəsulullahın (s) övladı, elmi yaran və Quran təfsirçisi olduğunu söyləyir.”25
Başqa bir rəvayətdə də Hişam o həzrəti “İraq əhlinin aşiq olduğu şəxs” – deyə tanıtdırmışdır.26
Alimlərin o həzrətə bu qədər təzim və onu mədh etməsinə baxmayaraq, “məşhur və etimadlı ravilər imam Baqirdən (ə) hədis nəql etməmişdir.”27 – demək həqiqətdən kənar və insafsızlıqdır.
Məsum imamlar barədə belə qəbuledilməz nəzərlər irəli sürmək qeyri-şiə ravilərinin əksəriyyətinin dardüşüncəliyindən qaynaqlanır. Onların nəzərincə, guya Əhli-beyt və onların elmlərinə az da olsa diqqət yetirən şəxs şiə olub-olmasından asılı olmayaraq, elmi səviyyəsini əldən vermiş olar. Görəsən, öz hədis kitablarında imam Baqirdən (ə) hədis nəql edən o qədər əhli-sünnə raviləri, ən azı, İbn Həcərin “Təhzibut-təhzib” kitabında adları çəkilən Süfyan Suri, Əvzai, Əbu Hənifə və başqaları İbn Sədin dar düşüncəsinə əsasən istinad edilməyən kəslərdən sayılarlarmı?

İMAM BAQİRİN (Ə) İSLAMİ TƏRİQƏTLƏR ARASINDAKI FİQHİ İXTİLAFLARLA MÜBARİZƏSİ

94-114-cü hicri illəri fiqhi məktəblərin yaranmasının başlanğıcı və təfsirlə bağlı rəvayətlərin geniş yayılması dövrü sayılır. Bu dövrdə Zöhri, Məkhul, Qutadə, Hişam ibn Ürvə və s. əhli-sünnə alimləri hədis nəql etmək və fətva vermək sahəsində geniş şəkildə fəaliyyət göstərirdilər. Zöhri, İbrahim Nəxəi, Əbu Zənad və Rəca ibn Həyat kimi alimlərin az-çox Əməvi hakimiyyətinə bağlılıqları Peyğəmbərin (s) həqiqi sünnəsini dirçəltmək və onu xəlifələrin və onlara bağlı olan alimlərin təhriflərindən uzaqlaşdırmaq zərurətini yaradırdı. İmam Baqir (ə) Sədül-Xeyrə yazdığı məktubda pis alimlərdən belə şikayət edib: “Məsihi alim və rahiblərinə bax; onlar Allahın kitabını gizlətmiş, təhrif etmiş və bunula belə, bir mənfəət əldə etməyərək hədəflərinə çatmamışlar. Bu ümmətin arasında da onların oxşarı vardır: elə kəslər ki, Quranı əzbərdən bilir, ayələrin məna və hökmlərini təhrif edirlər. Onlar yuxarı təbəqə və böyüklərdən sayılırlar. Nəfsinə aldanan rəhbərlər ixtilafa düşdükdə, onlar dünyaları (sərvətləri) çox olanlara qatılarlar ki, düşüncələri də elə bu həddədir.”28
Həmin dövrün raviləri və geniş şəkildə nəql etdikləri hədislər arasında fiqh elminin məşhur olmasına nəzər saldıqda, əhli-sünnə fiqh elminin bu dövrdə yarandığını deyə bilərik. Kərbəla faciəsi və İbn Zübeyrin məğlub edilməsindən və hakimiyyət Bəni-Üməyyəyə çatdıqdan sonra siyasi hadisələr sakitləşdiyi zaman, bir çox alimlər siyasət səhnəsindən uzaqlaşdırılaraq dini dərslər və hədislərlə məşğul olmağa sövq edildilər. Onlar hədislər arasındakı ixtilafları həll etməyə və fiqhi fətvalar verməyə məcbur olundular. İlk dəfə 100-cü h.q. ilində Ömər ibn Əbdüləziz, Əbu Bəkr ibn Həmzəyə hədisləri yenidən tərtib etmə əmrini verdi.29 Bu da əhli-sünnənin dini-mədəni araşdırmalara 2-ci əsrin başlanğıcı və imam Baqirin (ə) imamət dövründə başladığına ən yaxşı dəlildir. Müxtəlif səbəblərdən əhli-sünnə hədislərində yaranmış sapmalarda İmam (ə) Əhli-beytin fiqhi nəzərlərini yaymaqla öz mövqeyini göstərməli idi. Şiənin fiqhi görüşrləri məhdud bir sahədə – azan, təqiyyə, meyit namazı və s. məsələlərdə özünə yer tutmuşdu. Amma imam Baqirin (ə) meydanda görünməsi ilə bu istiqamətdə mühüm bir addım atıldı və şiə arasında təqdirəlayiq mədəni canlanma meydana gəldi. Həmin əsrdə şiə öz maarifini gücləndirərək fiqh, təfsir və əxlaq sahəsindəki biliklərini möhkəmləndirməyə başladı.
Bundan əvvəl İslam cəmiyyətində fiqh və fiqhi hədislərə tamamilə etinasızlıq edilirdi. Hökumətin düçar olduğu siyasi ixtilaflar və materialist düşüncə tərzi xalqın dindən və xüsusilə fiqhdən qəflətinə səbəb olmuşdu. Peyğəmbərin (ə) hədislərinə əsaslanan fiqhin unudulmasının əsas səbəbi birinci və ikinci xəlifənin hədis yazılışına qoyduğu qadağa idi. Zəhəbi, Əbu Bəkrin belə dediyini nəql edir: “Rəsulullahdan (s) hədis nəql etməyin və bir məsələnin hökmü sizdən soruşulduqda: “Allahın kitabı (Quran) bizim aramızda mövcuddur, onun halalını halal və haramını da haram bilin!” – deyə cavab verin.”30
Bu barədə Ömərdən də belə nəql edilir: “Rəsulullahdan (s) hədis nəqı etməyi azaldın və mən də bu işdə sizinlə şərikəm.”31
Müaviyənin də belə dediyi nəql edilir: “Yalnız Ömərin dövründə Rəsulullahdan (s) nəql edilən hədislərlə kifayətlənin, çünki Ömər, Peyğəmbərdən hədis nəql etməyi xalqa qadağan edirdi.”32
İslamın qələbə çaldığı illərdə camaatın qəflət və cəhaləti son nöqtəsinə çatmışdı. Həm hakim dairələr, həm də xalq ölkənin genişlənməsi, hərbi və maliyyə işləri və s. fəaliyyətlərlə məşğul olmuşdular. Elm və dini təhsildə fəaliyyət əsla gözə dəymirdi. İbn Abbas Ramazan ayının sonunda hakimiyyət mərkəzindən biri sayılan Bəsrədə minbərə çıxıb: “Fitrə zəkatınızı ayırın!” – dedikdə, xalq bunun mənasını anlaya bilmirdi. Bu səbəbdən, İbn Abbas oradakı Mədinə əhalisindən fitrə zəkatının nə olduğunu izah etməsini istəyərək dedi: “Bunlar vacib fitrə zəkatı haqqında heç nə bilmirlər.”
Sonralar camaatın dinlə bağlı maarifsizliyi Bəni-Üməyyə dövründə daha artdı. Dr. Əli Həsən bu haqda belə yazır: “Dini təlimlərə əhəmiyyət verilmədiyi Bəni-Üməyyə dövründə xalqın fiqh və dini məsələlər barədəki elm və məlumatı, ümumiyyətlə, yox idi və ondan heç bir şey anlamırdılar. Bu kimi məsələləri anlayanlar, yalnız Mədinə xalqı idi.”
Başqa mənbələrdə də 1-ci hicri əsrinin 2-ci yarısında camaatın namaz qılması və həcc əməllərini yerinə yetirməsi barəsində də belə məlumatsız olduğu qeydə alınmışdır.33
Ənəs ibn Malik öz dövrünü xatırlayaraq deyirdi: “Rəsulullahın (s) zamanında yerinə yetirilənlərdən əsər-əlamət qalmayıb.” Dedilər: “Namazımı deyirsən?” Dedi: “Namaz haqqında etmədiyiniz təhriflər varmı?”
Bütün bunlar islami hökmlərin xalq arasında unudulduğunu göstərir. İmam Baqir (ə) və imam Sadiqin (ə) fiqhə əhəmiyyət vermələrində məqsəd xalq arasında unudulan və tərk edilən fiqhi yenidən bərpa edərk təhrifləri aradan qaldırmaq idi.
İmam Baqir (ə) Əhli-beyt məktəbinin nümayəndəsi olaraq şiə məktəbində fiqh və təfsir elmini tənzimləyən ilk şəxsiyyətlərdən biri idi. Bu məktəb baxımından təkcə Rəsulullahın (s) elm qapısı olan Əhli-beyt yolu ilə zəngin islami elmlər əldə edilə bilər. Buna görə də imam Baqir (ə) Sələmət ibn Kuheyl və Həkəm ibn Üyeynəyə belə buyururdu: “İstər dünyanın şərqində olun, istərsə də qərbində, bizim elmimiz kimi həqiqi bir elm tapa bilməzsiniz.”34
Yenə buyururdu: “Həsən Bəsri, dünyanın harasına istəyirsənsə get, lakin and olsun Allaha ki, buradan başqa bir yerdə elm tapmayacaqsan!”
Başqa bir hədisdə belə buyurulmuşdur: “Xalq hara istəyirsə getsin, amma and olsun Allaha, elm buradan – öz evinə işarə etdi – başqa bir yerdə əldə edilməz!”35
Bu məktəbin nümayəndəsi olan imam Baqir (ə) fikir mübadiləsi zamanı Əhli-beytin fiqhi nəzərlərini yaymağa, eyni zamanda əhli-sünnənin inhiraf və azğınlıqda olduğunu xalqa başa salmağa çalışırdı. İmam (ə) dövrünün ən böyük alimlərinin gözündə belə, düzü səhvdən ayıran bir ölçü kimi tanınırdı. Çox vaxt öz əqidələrini Həzrətə bildirdikdə, doğru və səhvlərini başa düşürdülər. Əbu Zöhrə, Əbu Hənifə ilə o həzrət arasındakı münazirə məclislərinin birini nəql etdikdən sonra belə yazır: “Bu hadisədən sonra imam Baqirin (ə) imaməti alimlərə aydın olur. Onlar o həzrətin hüzuruna gefib, əqidə və nəzərlərini bildirir və o həzrət də onları tənqid edərək səhvlərini düzəldirri, hakimiyyət altındakılara hökmranlıq edən və onları hidayət yoluna çatdıran bir rəhbər idi. O əsrin alimləri də İmamın (ə) əmrinə itaət edirdilər.36
Bir dəfə Abdullah ibn Muəmmər (Ümeyr) Leysi imam Baqirin (ə) hüzuruna gəlib soruşdu: “Mütənin halal olduğuna dair fətvanız məşhurdur; görəsən, bu doğrudurmu?” İmam buyurdu: “Allah onu öz kitabında halal etmiş və Peyğəmbərin sünnəsində qərar tapmış və səhabələri də ona əməl etmişlər.” Abdullah: “Lakin Ömər onu qadağan etmişdir!” – dedikdə, İmam belə cavab verdi:
“Sən öz dostunun fətvasına tabe ol və mən də Rəsulullahın (s) hökmünə!”37
Gördüyünüz kimi, imam Baqir (ə) kitab və sünnəyə lazımınca diqqət və istinad edir, onlardan başqasına əsaslananlara qarşı çıxırdı. Aşağıdakı rəvayət o həzrətin bu mövqeyini belə açıqlayır:
“Məkhul ibn İbrahim, Qeys ibn Rəbidən belə nəql edir: Əbu İshaqdan ayaqqabının üstündən məsh çəkmək haqda soruşduqda, belə cavab verdi: “Camaatın ayaqqabı üzərindən məsh çəkdiklərini görürdüm, amma bir gün Haşimilərdən Mühəmməd ibn Əli ibn Hüseyni (ə) görüb, ondan uyğun məsələ haqda soruşdum. Buyurdu: “Əmirəl-Möminin Əli (ə) ayaqqabı üstündən məsh çəkməmiş və belə buyurmuşdur: “Allahın kitabı da onu caiz bilməmişdir.”38
Sonra Əbu İshaq sözlərinə belə davam edir: “İmam məni bu işdən çəkindirdikdən sonra, artıq, ayaqqabı üstündən məsh çəkmədim. Qeys ibn Rəbi deyir: “Mən bu məsələni Əbu İshaqdan eşitdiyim andan, daha ayaqqabı üstündən məsh çəkmirəm.”
İmam Baqirin (ə) kitab və sünnəyə əsaslanmasını, yalnız Əbu İshaq deyil, həm də Qeys ibn Rəbini də o həzrətin sözünün qəbuluna məcbur etdi.
Həmçinin Ömərin azad etdiyi köləsi Nafe bir hökmü ələ gətirmək üçün hansısa bir hədisi təhrif edib yanlış nəql etdikdə, imam Baqir (ə) təhrifi aşkar edərək hədisi olduğu kimi buyurdu.39
İmam Baqirin (ə) səhabələri də Əbu Hənifənin fiqhi məsələlərdəki yersiz dəlil-sübutları qarşısında mövqe tutub, fiqhi cəhətdən onu məhkum edirdilər.40
İmam Baqir (ə) müqayisədən istifadə edənlərin dəlil-sübutlarını şiddətlə rədd edirdi41 və o həzrətdən sonra da oğlu imam Sadiq (ə) ciddi şəkildə onlarla mübarizə aparırdı. İmam (ə) yolunu azmış digər islami təriqətlər qarşısında da kəskin mövqe tutur və rəftarı ilə müxtəlif məsələlərdə Əhli-beytin düzgün etiqadının digər təriqətlərinkindən fərqləndiyini göstərməyə çalışırdı. O həzrət hədislərin birində bu təriqətə işarə edərək buyurmuşdur: “İlahi! Mürciəni öz rəhmətindən uzaq et, çünki onlar dünya və axirətdə bizə düşməndirlər.”42
İmam Baqir (ə) öz zamanında məşhur olan “xaricilər” qarşısında da mövqe tutmuşdu. İmamın nəzərincə, onlar cahil, özlərini müqəddəs göstərən və fikirlərində dardüşüncəli olanlar idilər. Onların haqqında belə buyururdu: “Xaricilər nadanlıqlarından meydanı özlərinə daraltdılar. Din isə onların tanıdıqlarından daha əhatəli və zərifdir.”43

YƏHUDİ İNANCLARI İLƏ MÜBARİZƏ

Həmin zamanlar İslam cəmiyyəti və mədəniyyətində dərin təsirəmalik yəhudilər də təhlükəli qruplardan birini yaratmışdılar. Bir qrupu özünü müsəlman kimi göstərən, digər qrupu isə əvvəlki dinlərində qalaraq İslam cəmiyyətində müəyyən mövqe tutan yəhudi alimləri sadəlövh camaatın elmi qaynağına çevrilirdi. Onların İslam mədəniyyətinə qoyduqları təsir “israiiyyat” adlı uydurma və saxta hədislər şəklində ortaya çıxdı. Bu hədislərin böyük bir qismi təfsir və keçmiş peyğəmbərlərin sərgüzəştləri barədə qondarılmışdı. Bu hədisləri öz əsərlərində qeyd edən İslam alimlərindən biri də məşhur təfsirçi Təbəridir. O, Quran təfsiri ilə bağlı əksər hədisləri həmin yəhudi mənbələrinə istinadən (vasitə ilə və ya vasitəsiz) nəql etmişdir.
Yəhudilərin – İslam cəmiyyətində, xüsusilə də elmi toplantılarda – “fiqhi” və “teoloji” məsələlər haqqında elmi işləri də acınacaqlı təsir qoymuşd. Bu, tarixdə tərəddüd və şübhə edilməyən aydın məsələlərdəndir.44
Yəhudilər və onların İslam mədəniyyətinə caladıqları çirkin təfəkkür tərzi ilə mübarizə aparmaq üçün imamlar öz vəzifələrinin əsas qismini bu işə həsr etmişdilər. Xain və fitnəkar yəhudilərin ilahi peyğəmbərlər haqqında uydurduqları saxta hədislər, eləcə də, peyğəmbərlərin mənəvi simasının ləkələnməsinə səbəb olan bir sıra sözlər imamlar tərəfindən təkzib edilmişdir ki, bu da imamların mövqelərindən açıq-aşkar görünməkdədir. Biz burada həmin saxta hədislərdən ikisini qeyd etməklə kifayətlənirik:
1. İki nəfər həzrət Davudun (ə) yanında ixtilaflı bir məsələni dilə gətirib bu məsələ barədə hökm verməsini istədilər. “Sad” surəsinin23 və24-cü ayələri bu hadisəyə toxunmuşdur. Həzrət Davudun (ə) yanında mübahisəyə çevrilən məsələ belədir: “O iki şəxsdən birinin doxsan doqquz, digərinin isə bir qoyunu var idi. Bir qoyunu olan şəxs digərinin doxsan doqquz qoyunu olduğu halda, onun bir qoyununa da sahib olmaq istədiyinə dair şikayət edir. Davud (ə) digərinin sözlərini dinləmədən belə hökm yürüdür: “O, sənin qoyununu istəmək və onu öz qoyunlarına qatmaqla sənə zülm etmişdir...”
Yəhudilər bu haqda bir hədis uyduraraq, onu müsəlmanlar arasında yaydılar. Bu əhvalatda Davudun (ə) Uryanın arvadı ilə evlənməsinə işarə edilir. Saxta hədislərə əsasən, həzrət Davud (ə) bir göyərçinin ardınca qaçaraq dama çıxır və o damdan Uryanın evi görünür. Davud (ə) onun arvadını görüb aşiq olur və öz istəyinə çatmaq üçün Uryanı döyüş zamanı ön sırada yerləşdirir, nəhayət, o öldürülür. Davud onun arvadı ilə evlənir. Allah da bu ayələrdə həmin əhvalata simvolik bir şəkildə işarə edir.
Belə saxta hədislərdən həzrət Davudun (ə) şəxsiyyəti və Allahın elçisi kimi tanındığı halda, necə və hansı dərəcədə ləkələləndirilməsi məlumdur. İslamın ilk yüz ilində “Kəbul-Əhbar” və Abdullah ibn Salam” kimi şəxslər tərəfindən yayılmış bu sayaq hədislərə qarşı çıxan imam Əli ibn Əbu Talib (ə) belə buyurmuşdur: “Davudun Uryanın arvadı ilə evlənmiş olduğuna inanan bir şəxs mənim yanıma gətirilsə, ona iki hədd (cəza) tətbiq edərəm. Biri peyğəmbərliyi, digəri də İslamı təhqir etdiyi üçün.”45
İmam Rza (ə) da bu sayaq “israiliyyat” hədislərinə qarşı öz müxalifətçiliyini bildirmişdir.46
2. Zahirdə müsəlman, lakin öz dinində qalaraq islami cəmiyyətdə yaşayan yəhudilər qiblələri sayılan Beytül-Müqəddəsin Kəbədən üstün olmasını müsəlmanlara zorla qəbul etdirməyə çalışır və bu haqda hədis uyduraraq geniş şəkildə müsəlmanların arasında yayırdılar. Zürarə həmin hədislərin birini belə nəql edir: “İmam Baqirin (ə) hüzurunda əyləşmişdim ki, Həzrət üzünü Kəbəyə tərəf tutduğu halda: “Allahın evinə baxmaq ibadətdir!” – deyə buyurdu. Bu zaman Büceylə qəbiləsindən olan Asim ibn Ömər İmamın (ə) hüzuruna gəlib dedi: “Kəbul-Əhbar belə deyir: “Kəbə hər səhər Beytül-Müqəddəsə səcdə edir.”
İmam buyurdu: “Kəbul-Əhbarın sözü haqqında nə düşünürsən? Asim ibn Ömər dedi: “Kəbul-Əhbar doğru deyir.” İmam Baqir (ə) buyurdu: “Hər ikiniz də yalan danışırsınız!” Sonra qəzəblənərək buyurdu: “Allah yer üzündə Kəbədən üstün məkan yaratmamışdır.”47
Sonralar digər şiə imamları da “Özünüzü yəhudilərə bənzətməyin!”48 – kimi ifadələrlə, müsəlmanlarla yəhudilər arasında yaranan və getdikcə inkişaf edərək ehtiyacsız olan İslam mədəniyyətini azğınlığa sürükləyən bu iyrənc mədəni əlaqəni kəsməyə səy edirdilər. Digər islami təriqətlərin raviləri avamcasına bu hədislərə inanaraq onlarla kitablarının müxtəlif hissələrində yer vermiş və təfəkkürlərini onlara qarışdırmışdılar. Amma Əhli-beyt (ə) tərəfdarları Peyğəmbər (s) və pak imamlardan ilham alaraq bu sayaq azğın və İslama zidd düşüncələr qarşısında ayıq olmuş və onun zərərlərindən amanda qalmışılar.

İMAM BAQİRİN (Ə) MƏDƏNİ MİRASI

Şiə fiqh və təfsir qaynaqlarına nəzər saldıqda, fiqhi, əxlaqi və təfsiri rəvayətlərin böyük bir qisminin imam Baqirdən (ə) nəql edildiyi asanlıqla aydınlaşır. İmam Baqirdən (ə) rəvayət edilən fiqhi məsələləri başa düşmək üçün Quran ayələrinin təfsiri və nazilolma səbəbləri ilə əlaqədar bir çox hədislər “Vəsailuş-şiə” və Əllamə Bəhraninin “Əl-bürhan” və Mühəqqiq Feyz Kaşaninin “Safı” kitabında toplanmışdır.
Bunlardan əlavə, Əmirəl-Möminin Əlinin (ə) həyat tərzi, tarixi hədislər və “Siffeyn” döyüşü haqda imam Baqirdən (ə) çoxlu sayda hədis nəql edilmişdir.49 Həmçinin əxlaqi məsələlər barəsində çox dəyərli kəlamlar da o həzrətdən nəql olunmuşdur. Bu kəlamlar lakonik və yığcam, son dərəcə gözəl olmaqla yanaşı, o həzrətin məsumluq ruhundan və batini istedadından qaynaqlanmışdır. Əbu Zöhrə bu haqda belə yazır: “O həzrət Quran təfsirçisi və İslam fiqhinin dərinliklərinə varan bir şəxs idi. İlahi hökmlərin fəlsəfəsini və son hədəfini dərk edirdi.”50
İmam Baqirin (ə) təfəkkürü və əxlaqi-ictimai kəlamları barəsində də belə yazır: “İmam nəfsani kamal, qəlbi saflıq və geniş idrak qüvvəsinə sahib olduğundan Allah onun dilindən qeyri-adi və dərinmənalı kəlamlar cari etdi. Fərdi və ictimai əxlaqla əlaqədar o həzrətdən elə kəlamlar nəql edilmişdir ki, əgər onlar cəm olunsa, əxlaq elmilə bağlı qiymətli məcmuə təşkil edər.”
İmamın (ə) elmi-əxlaqi dərslərinin bir nümunəsi kimi, quru və sönük müqəddəsliklərlə mübarizə aparmasını göstərmək olar. O həzrət bütün dünya nemətlərini tərk etməyin təqva və zöhd olduğunu hesab edən kəslərin düşüncə tərzinə qarşı çıxırdı. Hakim ibn Üyeynə belə deyir:
“Bir gün Əbu Cəfərni (imam Baqir) (ə) xidmətinə yetişib bəzənilmiş bir evdə olduğunu gördüm. Bir halda ki, Həzrət nəmli bir köynək geyinmiş və onun üzərinə də rəngarəng bir parça sərmişdilər və parçanın rəngi o həzrətin çiyinlərinə çıxmışdı. Evi və onun zinətini müşahidə etdiyim zaman o həzrət mənə xitabən buyurdu: “Bu ev haqqında nə düşünürsən?” Mən dedim: “Sizin bu vəziyyətdə olduğunuza görə, nə deyə bilərəm ki? Amma bizim aramızda bu işi gənclər edər.” İmam buyurdu: “Ey Hakim! Allahın xalqa icazə verdiyi bəzək əşyalarını və halal ruzini kim haram etmişdir?
Bütün bunlar Allahın xalqa halal etdiyi nemətlərdəndir və bu gördüyün otaq da yeni evləndiyim xanımın otağıdır. Mənim otağımı isə yaxşı tanıyırsan!”51
Bəziləri yaxşı həyat tərzi sürmək üçün ruzi qazanmağın düzgün olmadığını sanırdılar. İmam Baqirin (ə) dövründəki Quran hafizlərindən olan Mühəmməd ibn Münkədir o həzrəti mədh edərək belə deyir: “Ona nəsihət vermək istəyirdim, amma o mənə nəsihət verdi.” Bunun necə olduğunu soruşdular. Dedi: “Bir gün Mədinədən xaric olduğum zaman Mühəmməd ibn Əli ibn Hüseyni (ə) iki qara kölə ilə birlikdə işlədiyini gördükdə: “Subhanəllah! Qüreyş qəbiləsindən yaşlı bir kişi bu saatda, belə bir vəziyyətdə dünya üçün necə çalışır?” – deyə öz-özümə fikirləşdim. Ona nəsihət vermək üçün yanına gedib dedim: “Allah səni salamat eləsin, əgər bu halda əcəlin çatsa, nə edəcəyini heç düşünürsənmi?” O həzrət buyurdu: “Olduğum bu vəziyyətdə əcəlim gələrsə, Allaha itaət etdiyim halda dünyadan köçmüş olaram. Çünki mən işləməklə özümü və ailəmi sənə və xalqa möhtac olmaqdan qoruyuram. Allaha üsyan etdiyim bir halda əcəlimin çatmasından qorxuram.” Dedim: “Ey Rəsulullahın (s) övladı, doğru buyurdun, mən sənə nəsihət vermək istəyirdim, amma sən mənə nəsihət verdin!”52
İmam Baqirin (ə) xüsusilə təfsir sahəsində fəaliyyət və hədisləri məşhurdur. Əhli-sünnə də o həzrətdən təfsir haqqında bir çox hədislər nəql etmiş və onun elmi şəxsiyyəti haqqında belə demişlər: “İmam Həsən və imam Hüseynin (ə) övladlarından heç biri onun qədər təfsir, kəlam, fətva, əhkam, halal və haram barəsində hədis söyləməmişdir.”53
Malik ibn Əyan Cəhani bir şerində İmam Baqiri (ə) belə mədh etmişdir: “Əgər camaat Qurani-Kərimi öyrənmək istəyirsə, Qüreyş bilməlidir ki, Əhli-beyt (ə) Quran elminə sahibdir. Əgər Rəsulullah (ə)-ın övladı imam Baqir (ə) Quran elmləri haqqında danışmağa baslayarsa, bir çox elmləri və elm budaqlarını ortaya çıxarar.”54
İmam Baqir (ə) “kəlam” elmi haqda da imam Əmirəl-Möminin Əlinin (ə) tövhid və Allahın sifətləri ilə55 əlaqədar xütbələrini nəql etmişdir. Eyni zamanda şiə ilə əhli-sünnə arasındakı bir çox ixtilaflı və mübahisəli “kəlam” elmini də açıqlamışdır. Bu rəvayətlərin əksəriyyətini “Üsuli-kafi” kitabında açıq-aşkar görmək olar.
İbn Nədim “Əl-fehrest” kitabında bir təfsir kitabını imam Baqir (ə)-ə isnad vermiş və bu barədə Əbu Çarud Ziyad ibn Münzirin o həzrətdən nəql etdiklərinə əsaslanmışdır.56
İmam Baqirin (ə) yorulmaq bilməyən fəaliyyətləri və ondan sonra da imam Sadiqin (ə) təlaşları şiə fiqhinin Rəsulullahın (s) hədisləri və məsum imamların qəlbinə nazil olan qeybi ilhamlara söykənərək əhli-sünnədən daha tez tənzimlənmə mərhələsinə çatmasına səbəb oldu. Belə ki, Mustafa Əbdürrəzzaq bu haqda belə yazır: “Şiə fiqhinin digər islami təriqətlərdən daha tez yarandığını qəbul etmək ağlabatandır. Çünki şiələrin imamların məsum və günahsızlığına etiqadları onların verdikləri hökm və fətvaların toplanmasını tələb edirdi.”57
Peyğəmbərin elmi-fiqhi mirası məsum Əhli-beyt vasitəsilə birbaşa bizə çatmışdır. Əhli-sünnəni imam Baqirdən (ə) nəql etdiyi hədislərin silsilə sənədləri o həzrətin ata-bablarına, sonra da Rəsulullaha (a) çatır. Amma şiə o həzrət və digər imamların imamət və ismətinə etiqad bəslədiyindən hədislərin silsilə sənədlərini qeyd etməyə lüzum görmür. İmam Baqirdən (ə) silsilə sənədləri vurğulamadan Peyğəmbərdən (s) nəql etdiyi hədislər barədə soruşulduqda, belə buyurdu: “Nəql etdiyim və sənədini söyləmədiyim hədislərin silsilə sənədləri atam Zeynəlabidindən (ə), Seyyidüş-Şühəda Hüseyndən (ə), Əli ibn Əbu Talibdən (ə), Rəsulullahdan (s), Cəbraildən və Allahdandır.”58
İmam Baqir (ə) də digər şiə imamları kimi Əhli-beytin mövqeyinin əhəmiyyətini camaata başa salmaq üçün həmşə təbliğ edərdi. Bu haqda o həzrətdən belə bir hədis nəql edilmişdir: “Rəsulullahın (s) övladları ilahi elmlərin qapısı, Allah Rzasını qazanmağın yolu, camaatı cənnətə dəvət edən kəslərdirlər.”59
Yenə o həzrətdən belə nəql edilmişdir: “Əhli-beytə əsaslanmayan şeyin sonu yaxşı olmaz!”60 Məkhul61 kimilər imam Əmirəl-Möminin Əlidən (ə) bir hədis nəql etdikdə, qorxularından o həzrəti Əbu Zeynəb ləqəbi ilə yad edirdilər. Buradan da şiənin Rəsulullahın (s) hədislərinin yeganə varisi olduğunu görürük. Bunun səbəbi isə bu mirasın Qurana istinad edilməsidir. Belə ki, imam Baqir (ə) buyurmuşdur: “Sizə bir hədis nəql etdiyim zaman məndən onun Allahın kitabı ilə necə uyğun gəldiyini soruşun.”62
İmam Baqirin (ə) bu mirası şiənin hədisi yazmamaqdan və ya digər səbəblərdən irəli gələn təhriflərə düçar olmamasına səbəb oldu. İmam Baqir (ə) müxtəlif yollarla Rəsulullahın (s): “Aranızda ən yaxşı və ən doğru hökm verən Əlidir!” – hədisinə istinad edərək əhli-sünnə alimlərindən birinə imam Əli (ə)-ın ədalətli hökmlərini qəbul etdirməyə çalışaraq başqalarının ədalətli hökmlərinə əməl etməyin caiz olması barədəki fikrini ləğv etməyə səy edirdi.63 Eyni zamanda o həzrət bəzən səhabə vasitəsi ilə nəql edilən hədislərin batil olduğunu açıq-aşkar vurğulayırdı. Hətta bir dəfə hökmləri: “islami hökmlər” və “cahillik hökmləri” – deyə ikiyə böldükdən sonra belə buyurdu: “Zeyd ibn Sabitin mirası barədə cahillik hökmlərinə uyğun hökm edildiyinə sizi şahid tuturam.”64

İMAM BAQİRİN (Ə) NƏZƏRİNDƏ “ŞİƏ”NİN MÖVQEYİ

İmam Baqirin (ə) imamət dövrü Əməvi xəlifələrinin İraqdakı şiələri üzərindəki təzyiqlərini davam etdirdikləri bir zamana təsadüf etmişdir. İraq şiəliyin mərkəzi sayılırdı və buna görə də imam Baqir (ə): “İraqlıların aşiq olduqları şəxs”,65, “İraqlıların imamı”66, “İraqlıların ətrafına toplaşıb, sual soruşduqları bu şəxs kimdir?”67 – deyə adlandırılırdı.
Şiələr hər il həcc mövsümündə o həzrətlə əlaqə saxlayırdılar. Ümumiyyətlə, bu əlaqələr ya Məkkədə, ya da Beytüllahil-Həramın ziyarətçilərinin həccdən qayıdıb Mədinədən keçdikləri zamana təsadüf edirdi. İmam Rza (ə) bu haqda belə buyurur: “Həcc mərasimində fiqhi məsələlər üzərində düşünmək və Əhli-beytin hədislərini nəql etməkdə faydalar vardır.”68
İmam və şiələri üçün bu dönəmlərdə günü-gündən artan “qulatlar” (ifratçılar) böyük problemə çevrilmişdilər. Onlar imamın hədislərindən sui-istifadə etmək və saxta hədisləri o həzrətə istinad etməklə, şiəlik şərəfindən faydalanmaq və şiəni özlərinə dayaq bilib hədəflərinə çatmaq istəyirdilər. Xüsusilə də, İmam Mədinədə ikən bu hədəfə çatmaqda daha çox cəhd edirdilər. Onların fəaliyyətləri genişləndikdə və imam onları özündən uzaqlaşdırdıqda, o həzrətin səhabələri də onları öz aralarından qovdular. İmamın səhabələri “qulat”ın rəhbəri və onların ən məşhurlarından sayılan Müğeyrə ibn Səid və Bəyan ibn Səmanı kafir bildilər. Əbu Hüreyrə İçlinin bununla əlaqədar söylədiyi şeirində deyilir: “Ey Əbu Cəfər, sən bizim məhəbbət bəslədiyimiz imamsan. Sənin razı olduğun şeylərə razı olur və ona itaət edirik. Bəziləri yanımıza gələrək bir sıra hədisləri sizə istinad edirlər ki, bu da bizi narahat edir. Bu hədislər Müğeyrənin sizdən nəql etdiyi hədislərdir. Ən pis şey də yalan və saxta hədislərdir.”69
Bu beytlər ifratçıların İraq şiələrini özlərinə cəlb etmək üçün necə çalışdıqlarını və Əhli-beyt adına saxta hədislər yaydıqlarını aydın göstərir. Onlar imam Baqirə (ə) itaət edərək, özlərini islami vəzifələrə əməl etməkdən azad bilir və səadət və əsas məqsədlərinə çatmaq üçün sırf o həzrəti tanımağın kafi olduğuna inanırdılar. İmam Baqir (ə) isə bunun müqabilində, daim saleh əməl sahibi olmağın vacibliyinə təkid edirdi.
O həzrət bir hədisdə: “Bizim şiələrimiz Allaha itaət edənlərdir.”70 – kimi ifadələr işlədərək “ifratçılar”ın (qulat) mövqelərini və azdırıcı düşüncələrini rədd edirdi. İmam bu kimi hədislərlə, bəlkə də, onların düşüncələrinin şiə arasında qoyduğu təsirləri məhv etmək istəyirdi. Buna aşağıdakı hədisi misal göstərə bilərik:
“Bizim şiələrimiz təqvalı, çalışqan, əhdə və əmanətə sadiq olan kəslər zöhd və ibadət edənlərdir. Onlar hər gecə və gündüz əlli bir rükət namaz qılar, gecələr ibadət edər, gündüzlər də oruc tutarlar. Mallarının zəkatını verər, həccə gedər və bütün haramlardan da çəkinərlər.”71
Digər rəvayətdə bəzi ifratçıların hiylələri qarşısında imam Baqirin (ə) kəskin mövqeyi bir daha göstərilir. Əli ibn Məhəmməd Nofəli deyir: “Müğeyrə ibn Səid imam Baqirin (ə) yanına gəlib dedi: Sən camaata qeyb elmindən xəbərdar olduğunu söylə. Mən də onların bunu qəbul etməsinə şərait yaradaım.” Əbu Cəfər (ə) sərt bir şəkildə onu yanından qovdu. Sonra Müğeyrə bunu Əbu Haşim ibn Məhəmməd ibn Hənəfiyə dedikdə, o da Müğeyrə ibn Səidi döydü, hətta az qaldı ki, onu öldürsün.”
İraq əhlinin düçar olduğu başqa bir çətinlik də, imam Baqirin (ə) onların möhkəm etiqad və imanlarına elə də etimad etməməsi idi. Onlar Əhli-beyti çox sevdiklərini göstərir, Əhli-beytin hədislərini tam ciddiyyətlə nəşr edirdilər, amma bəziləri Kufə və İraq xalqının tarixi keçmişindən xəbərdar olduqları üçün bu vəfadarlığı heç cür qəbul edə bilmirdilər.
Büreyd İclidən nəql olunur ki, o, imam Baqirə (ə) belə dedi: “Deyirlər ki, bizim tərəfdarlarımız Kufədə əksəriyyət təşkil edirlər. Əgər onlara əmr etsəniz, sizə itaət edəcək və əmrlərinizə tabe olacaqlar.”
İmam Baqir (ə) buyurdu: “Mömin qardaşınızın cibindən onun icazəsi olmadan əlini cibinə salıb ehtiyacınız qədərini götürə bilirsinizmi?” Dedim: “Xeyr.” İmam buyurdu: “Onlar qanlarını verməkdə çox xəsisdirlər.”72
Digər tərəfdən də, imam Baqir (ə) bir sıra məsləhətləri nəzərə alaraq təqiyyə etməyə məcbur idi və İraq şiələrindən çoxu da onlara edilən təzyiqlər nəticəsində o həzrətin İraqa gəlib qılınca əl atmasını gözləyirdilər. İmamın bu işə təşəbbüs göstərməməsini gördükdə, İmamın imamətinə şəkk edirdilər. Bu baxımdan, imam Baqirin (ə) imaməti haqqında lazımi qədər məlumatları olmadıqlarından, o həzrətlə qardaşı Zeyd arasında tərəddüddə idilər. Bu da şiələr arasındakı təriqətlərin meydana çıxmasına səbəb olurdu. İmam Baqir (ə) qardaşı Zeydin Kufədəki qiyamından yeddi il əvvəl vəfat etsə də, həmin dövrdə və sonralar bir qrup şiə arasında Zeydə meyil artmağa başladı. Bütün bu çətinliklərə baxmayaraq, şiələr Bəni-Üməyyənin mənafeləri ilə müxalif olduqlarından, daxili ixtilaflara daha az düçar olurdular. Amma onlara göstərilən siyasi təzyiqlərin azalması ilə, dərhal “qulat” məsələsi genişlənir və yayılırdı. Belə ki, imam Sadiqin (ə) zamanında şiələrin əsl problemi bundan ibarət idi. Əməvilərin şiələrə göstərdikləri təzyiqlər Ömər ibn Əbdüləzizin iki illik hakimiyyəti müddətindən başqa, şiddətlə davam etdirilirdi.
“Şiələrimizdən bəlaya düçar olub səbir edərək dözən kəslərə mütəal Allah min şəhidin savabını verəcək!” – kimi kəlamlar şiələrin mübtəla olduqları təzyiq və çətinlikləri izah edir. İmam Baqir (ə) bu kimi kəlamlarla, onları dözümlü və özlərini ələ almağa çağırırdı. Şiələrə xəlifələrin elə əvvələrdən imam Baqirin (ə) zamanına qədər göstərdikləri təzyiqləri və onların siyasi vəziyyətini ifadə edən bir hədis o həzrət tərəfindən nəql edilmişdir ki, biz burada o həzrətin bu məsələ ilə əlaqadar nəzərlərinin aydınlaşması üçün həmin hədisi qeyd edirik: “Biz Əhli-beyt, şiələrimiz və bizi sevənlər Qüreyş və camaatın zülmündən, qarşımızda səf çəkib dayanmasından nələr çəkmədik?! Rəsulullah (s) dünyadan köçdükdə, bizim xalqa üstünlüyümüzü elan etmişdi, amma Qüreyş əl-ələ verib onu öz məxrəcindən çıxartdılar. Onlar hökuməti ələ keçərmək üçün hökumətin bizim haqqımız olduğuna dəlil-sübut gətirsək də, haqqımızı qəsb etdilər. Sonra da hakimiyyət əldən ələ dolandı və yenidən biz Əhli-beytə çatdı. Amma xalq bizimlə beyətini pozaraq döyüşə hazırlaşdı. Belə ki, Əmirəl-Möminin Əli (ə) şəhadət məqamına çatıdığı vaxta qədər keçməkeşli hadisələrlə üzləşmişdi. Oğlu imam Həsənə (ə) beyət edib vəfalı qalacaqlarına dair söz verdilər, amma ona da xəyanət etdilər... Sonra İraq xalqından iyirmi min nəfər imam Hüseynə (ə) beyət etməsinə baxmayaraq, xəyanət etdilər... Daha sonra, daim bizə əziyyət və xəyanət edildi, zülmə məruz qaldıq, şəhər və evimizdən qovulduq, haqqımızdan məhrum edildik, öldürüldük və hədələləndik. Belə ki, bizim və şiələrimizin təhlükəsizliyi aradan qaldırıldı. Yalançılar və haqqı inkar edənlər İslam şəhərlərinin hər bir nöqtəsində yalanları və inkarları ilə zalım hakimlərə, onların qazilərinə və təmsilçilərinə yaxınlaşdı və saxta hədislər nəql edib, yaymağa başladılar. Bizim söyləmədiyimiz və əməl etmədiyimiz hədislər nəql etdilər Onlar bununla bizi xalqa pis tanıtmaq, qəlblərdə kin və düşmənçilik toxumu səpmək fikrində idilər. Bu siyasət imam Həsənin (ə) vəfatından sonra, Müaviyə zamanında daha kəskinləşdi. Bu zəhərli təbliğat nəticəsində hər yerdə şiələri öldürməyə və ən azı bir şübhə ilə onların əl-ayaqlarını kəsməyə başlayırdılar. Bizə məhəbbət bəsləmək və itaət etməklə tanınanlar zindanlara atıldı, mal-dövlətləri qarət edildi və evləri dağıdıldı. Həmin vəziyyət Haccac ibn Yusifin Kufədə iş başına gəldiyi vaxta qədər və Übeydullah ibn Ziyadın dövründə daha da şiddətlənirdi. Nəhayət, Haccac müxtəlif işkəncələrlə şiələri öldürür, şübhələndiyi və hər hansı bir şeylə təqsirli bilinən şiənin tutulmasını əmr edirdi. Şiələrimiz təngə gəlmiş və iş o yerə çatmışdı ki, onun yanında bir şəxsin zındıq və kafir deyə vəsf edilməsi “imam Əmirəl-Möminin Əlinin (ə) şiəsi” – deyə təsvir olunmaqdan daha yaxşı idi. Hətta keşmiş hakimlərin üstünlüyü və fəziləti haqqında elə heyrətləndirici hədislər nəql edirdilər ki, nə Allah o üstünlüklərdən birini onlara vermişdi, nə də belə bir şey zahirdə görülmüşdü. Bu hədisləri nəql edən sonrakı ravilər də zalım hakimlərin təsirinin bunun bir həqiqət olduğuna inanırdılar, çünki bu hədisləri düzgün və təqvalı kəslərə nisbət verirdilər.”73
İmam Baqirin (ə) o dövrün siyasi vəziyyəti haqqında buyurduğu bu rəvayət Əməvi xəlifələrinin İraqda yaşayan şiələrə təzyiq və zorakılıqlarını göstərir. Aydındır ki, Mədinə və Məkkədə də şiə var idi, amma onların sayı İraq şiələrinə nisbətən çox az idi. Bu şiələrdən biri də İbn Məymun idi. Bir gün imam Baqir (ə) ondan: “Siz Məkkədə neçə nəfərsiniz?” deyə soruşduqda, “Dörd nəfərik!” dedi. İmam buyurdu: “Siz yer üzünün zülmətindəki nursunuz!”74 (Əlbəttə, bu ədəd imam Baqirin (ə) həqiqi və ixlaslı şiələrinə aid ola bilər.)
Şiələrin əksəriyyəti yüksək şiəlik məqamlarına çatmamışdı. Onların bir qrupu əhli-sünnə hədislərindən bəhrələnməklə yanaşı, Əhli-beyt elmlərindən də faydalanmaq istəyirdilər. Buna görə də onlar “rical” kitablarında imam Baqirin (ə) səhabələrindən sayılmışlar. Şeyx Tusinin “Rical” kitabında dörd yüz altmış yeddi səhabənin İmam Baqirlə (ə) sıx əlaqəsi olduğu qeyd edilir. Halbuki əhli-sünnə kitablarında imam Baqirdən (ə) hədis nəql edən və eyni zamanda o həzrətin səhabələrindən sayılmayan şəxslərin sayı olduqca çoxdur. İraqda – şiə imamlarının imamətinə inandığı üçün yox, əksinə Əhli-beytin insani və siyasi keyfiyyətlərinin üstünlükləri üçün onların hakimiyyətini müdafiə edən – siyasiməramlı şiələrin say çoxluğu təşkil etməsinə baxmayaraq, siyasi hərəkata əl atmaq üçün azacıq zəfər ehtimalı olsaydı belə, onlara etimad etmək olmazdı. Ötən səhifələrdə qeyd etdiyimiz Büreyd İclinin imam Baqirlə (ə) söhbəti bu həqiqəti aydınlaşdırır.
İmam Baqirin (ə) səhabələrindən bir neçəsi başqalarından məşhur idi və o həzrətin şiə hədis mənbələrində qeyd edilən hədislərinin yarısından çoxu onların vasitəsilə nəql edilmişdir. “Xərrəbuz” adı ilə tanınan Zürarə ibn Əyun, Büreyd ibn Müaviyə İcli, Əbu Bəsir Əsədi, Füzeyl ibn Yəsar və Məhəmməd ibn Müslüm imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə yaşayan və şiə alimləri tərəfindən tamamilə təsdiq edilən şəxslərdəndirlər.75
İmam Sadiq (ə) Zürarə ibn Əyun haqqında belə buyurmuşdur: “Allah Zürarəyə rəhmət etsin. Əgər Zürarə olmasaydı, nübüvvət nişanələri və atamın hədisləri aradan gedərdi.”76
Nəzir ibn Müslüm kimilər imam Baqiri (ə) dərindən tanımış və elmlərini yalnız imam Baqir (ə) və sonra da imam Sadiq (ə) vasitəsilə əldə etmişlər. O, bu haqda belə demişdir: “Şəkk etdiyim hər bir məsələni imam Baqirdən (ə) soruşurdum. O həzrətdən otuz min və imam Sadiqdən (ə) isə on altı min hədis öyrəndim.”77
Bəzi şiələr Məhəmməd ibn Müslümün şiənin ən fəqih və alim şəxsi olduğunu qeyd etmişlər.78
Məşhur şiələrdən olan Cabir ibn Yezid Cöfi imam Baqirdən (ə) hədis nəql edərkən deyirdi: “Vəsilərin vəsisi və peyğəmbərlərin elminin varisi – Mühəmməd ibn Əli ibn Hüseyn (imam Baqir) (ə) mənə belə hədis söyləmişdir.”79
Malik Əştər Nəxəi də imam Əmirəl-Möminin Əliyə (ə) işarə etdiyi zaman xalqa xitabən deyirdi: “Ey insanlar, o, vəsilərin vəsisi və peyğəmbərlərin elminin varisidir.”80
Əbu Hənifə Cabir ibn Yezid Cöfinin misilsiz şəxs olduğunu bildirib deyirdi: “Kufədə onun kimi böyük şəxsiyyət yoxdur!”81
Həmran ibn Əyun və Abdullah ibn Şərik də imam Baqirin (ə) səhabələri arasında misilsiz şəxslər olmuşlar.82
İmam Sadiq (ə) əziz atasının hədislərini bilən şəxslər haqqında belə buyurub: “Zürarə, Əbu Bəsir Muradi, Məhəmməd ibn Müslüm və Büreyd ibn Müaviyədən başqa, atamın hədislərini təhlükədən qoruyan olmadı. Əgər onlar olmasaydı, kimsə hidayət olunmazdı. Onlar dini qoruyan, Allahın halal və haramı haqqında atamın etimad etdiyi və dünya və axirətdə bizə doğru tələsən kəslərdir.”83

İMAM BAQİR (Ə) VƏ SİYASİ MƏSƏLƏLƏR

“Zeydi” şiələr öz təriqətlərinin imamətlə bağlı etiqadi əsaslarına məsum imamın silahlı qiyam etməsini də əlavə etdilər. “Zeydiyyə” baxımından şiələrdən ancaq silahlı qiyama cəhd edən şəxs imam kimi tanınardı. Əks-təqdirdə, onu imam tanımazdılar. Bu inancın nəticəsinə diqqət yetirsək, onun Nəfsi-Zəkiyyə, qardaşı İbrahim və “Fəxx” şəhidi kimi tanınan Hüseyn ibn Əli və başqalarının böyük İslam ölkəsinin künc-bucağında başladıqları və məğlubiyyətlə nəticələnən bir neçə qiyamdan başqa bir şeyin olmadığını görəcəyik. Rəhbərlərinin Zeydi, yoxsa on iki imama inanan şiə olduğunda tərəddüd edilən (güclü ehtimala əsasən zeydiyyə olan) Təbəristan qiyamından başqa, silahlı qiyamların heç biri müvəffəqiyyətlə qurtarmadı. Bu qiyamların nəticəsi bunlardan ibarət oldu:
1. Onlar Allahın seçdiyi məsum imamların ardınca deyil, əksinə əlinə qılınc alan hər bir şiənin ardınca hərəkət etdilər;
2. “Təfsir”, “fiqh” və “kəlam” elmlərindən ibarət elmi-mədəni sahələrdə də şiə kimi nizamlı və bir-birinə bağlı bir mədəniyyətə sahib ola bilmədilər. “Təfsir” və “fiqh” sahəsində, təqribən, Əbu Hənifənin fiqhinə, kəlamda isə Mötəziləyə tabe oldular. Şiə imamlarının, xüsusilə, imam Baqir (ə) və imam Sadiqin (ə) fəaliyyətləri, özünəxas zəngin mədəniyyətə sahib bir məktəbin meydana gəlməsinə səbəb oldu və bu məktəb sonralar “Cəfəri” məktəbi adı ilə məşhurlaşdı. Hərçənd, imam Baqirin (ə) məktəbi adı ilə məşhur olsaydı, yersiz olmazdı. Bütün sahələrdə Əhli-beyt elmlərini nizamlı şəkildə irəli aparan bu geniş məktəb həmin imamların əlli beş ilə yaxın (48-94-cu h.q. illəri) göstərdikləri mütəmadi fəaliyyətlərinin məhsuludur. Əməvilər və Abbasilərin öz hökumətlərini qorumaq üçün hər bir müxalifəti şiddətlə boğduqları o dövrün siyasi şəraitində bu metod mühüm siyasi fəaliyyətlərlə birlikdə həyata keçirilə bilməzdi. Nəyin bahasına olursa olsun, hətta haqq təlimlərinin bəyanına göz yummaq da daxil olmaqla belə, müəyyən siyasi hərəkata qoşularaq həmişəlik haqq yolunu ümmətin üzünə bağlamaq qəbuledilməzdir. Şiə imamları bu dönəmdə əsas vəzifələrini İslamın həqiqi təlimlərini izah etməkdə gördülər və çağdaş dünyamızda məzhəb mədəniyyətinin yaranması və təşkili elə bu əsaslı fəaliyyət və çalısmaların nəticəsidir.
Bu, şiə imamlarının zalım hökmdarlara müxalif olmaması mənasında başa düşülməməlidir, belə ki, şiə rəhbərlərinin xilafət iddiası etdiklərini bütün şiələr və hətta əməvilər belə yaxşı bilirdilər. Bu həqiqət imam Baqirdən (ə) nəql edilən hədislərdə də bəyan edilmişdir. Əhli-beyt (ə) xilafətin onlara məxsus olduğunu və Qüreyşin zorla bu haqqı onlardan aldığını söyləyirdilər. Buna görə də, məsləhətli şəkildə icazə verilən bəzi istisna hallardan başqa, şiələrin zalım hakimlərlə həmkarlığı qadağan edilirdi. Amma bu məsələ rəsmi və silahlı mübarizə şəklində və inqilabi qiyamlara qatılmaqla gerçıkləşmədi. İmam Baqirin (ə) zalımlarla müxalifəti və şiələri onlarla həmkarlıq etməməyə çağırması o həzrətin aşkar mövqeyi idi.
Şiələrdən olan Əqəbə ibn Bəşir Əsədi imam Baqirin (ə) yanına gəlib, öz qəbiləsi arasındakı mövqeyinə işarə edərək belə dedi: “Qəbiləmizin rəisi vəfat etdiyindən məni onun yerinə seçmək istəyirlər84, bu haqda sizin nəzəriniz nədir?” İmam buyurdu: “Öz nəsil-nəcabətinlə bizə minnətmi qoyursan? Halbuki camaat möminləri kiçik sayarkən Allah-taala onların məqamlarını imanlarına görə ucaltdı və kafirlərə boyun əymələri ilə zəlil etdi. Qəbilə başçısı seçilmək məsələsinə gəldikdə isə, əgər cənnəti istəmirsənsə, qəbilə başçılığını qəbul et. Blə olan halda, əgər hakim bir müsəlmanın qanını töksə, sən də onun qanına şərik olacaq və dünyalarından da bir şey qazanmayacaqsan!”
İmamın öz şiələrini zülm etməkdən qoruyaraq hakimiyyətdə mövqe tutmaqdan – hətta kiçik bir vəzifə olan qəbilə başçısı olsa da belə – çəkindirməsi bu hədisdən bəlli olur. Səbəbi isə hakimlərin xalqa zülm etməsi və şiələrin onlarla həmkarlıq etdiyi təqdirdə bu günaha şərik olmaları ilə əlaqədardır.
İmam Baqir (ə) müxtəlif yollarla xalqı zalım hakimlərə qarsı etiraz etməyə və onlara nəsihət verməyə təşviq edirdi. O həzrətin hədislərinin birində belə buyurulur: “Zülmkar hakimə yanına gedib onu ilahi təqvaya dəvət edən, nəsihət verən və qiyamətdən qorxudan şəxsə bütün cinn və insanların savabı verilər.”85
Təqiyyə şiəninin, zülmkar Əməvi və Abbasilərin xəlifəliyi dövründə qorunub faydalandıqları ən mühüm vasitələrdən biridir. İmam Baqir (ə) bu haqda atasından belə nəql edir: “Təqiyyə mənim və atalarımın dinindəndir, təqiyyə etməyəninin dini yoxdur.”86
Əhli-beytin “imaməti”nə dair tarixi dəlil və şahidlər olduqca çoxdur. Camaatın əksəriyyəti bu məsələdən xəbərdar idi və imamətin onlara məxsus bir haqq olduğunu bilirdilər. İmam Baqir (ə) və digər imamlar hakim xəlifələrin yürütdükləri siyasət və proqramların qeyri-qanuni olduğuna təkid edir, İslam cəmiyyətində həqiqi hakimiyyətin bərpasını zəruri bilir və buyururdular: “Ey Məhəmməd (ibn Müslüm)! Bu ümmətdən hər kəs ədalətli və Allah tərəfindən təyin edilən bir imama iqtida etməsə, yolunu azmışdır və bu halda ölərsə, küfr və nifaq halında ölmüşdür. Ey Məhəmməd! Zalım hakimlər və onların tərəfdarları Allahın dinindən uzaq düşdülər və başqalarını da azdırdılar. Gördükləri işlər də tufanlı bir gündə küləyin göyə sovurduğu külü xatırlayır, belə ki, yerinə yetirdikləri işlərdən fayda əldə etmədilər. Bu da azğınlıqdan başqa bir şey deyil.”87
Bu ifadələrdə məqsəd camaatı Əhli-beytə yönəltmək və onlara zülmkar hakim və xəlifələrin xalqa etdikləri zülmləri aydınlaşdırmaq idi. İmam Baqir (ə) daim İslamın təməli sayılan vilayət, namaz, oruc, həcc və zəkatın birgə olmasının zəruriliyinə təkid edirdi. Buna görə də “vilayət” məsələsinə toxunmaq məqsədilə hədisin davamında belə buyurur: “Allah insanları vilayətə dəvət etdiyi kimi, digər mühüm məsələyə dəvət etməmişdir. Onlar dörd hökmə (namaz, oruc, həcc və zəkat) əməl etsələr də, vilayəti tərk etdilər.”88
Bir gün imam Baqir (ə) Hişam ibn Əbdülməlikin yanına gedib ona “xəlifə” və “möminlərin əmiri” – deyə salam vermədikdə, Hişam hirslənib ətrafındakılardan o həzrəti qınamalarını istəyir və sonra da o həzrətə belə deyir: “Hər zaman siz Əhli-beytdən bir nəfər müsəlmanlar arasında ixtilaf salmış və onları öz imamətinə dəvət etmişdir.”
Ondan sonra İmamı tənqid edərək camaatı onu məzəmmət etməyə çağırmışdır. İmam bu zaman üzünü xalqa tutaraq belə buyurur: “Ey millət! Hara gedirsiniz, hara aparılırsınız? Əvvəliniz biz Əhli-beyt vasitəsilə hidayətə çatdı və axır-aqibətiniz də yenə bizim vasitəmizlə sona çatacaq! Xilafəti əlinizə keçərməyinizə baxmayaraq, sonda İslam ümmətinin idarəsi və işləri bizə çatacaqdır. Çünki biz elə bir Əhli-beytdənik ki, yaxşı aqibət bizimlədir. Allah da buyurur ki, “yaxşı aqibət təqvalılarındır.”89
Hişam imam Baqirin (ə) həbs olunmasını əmr etdi. İmam zindanda olduğu zaman məhbuslar o həzrətin təsiri altına düşdü və ona bağlandılar. Bundan xəbər tutan Hişam İmamın Mədinəyə göndərilməsin əmr etdi.
İmam Baqirin (ə) dövründə Əməvi hakimləri Əhli-beytin azadlıqlarını daha da məhdudlaşdırdılar. Bunun səbəbi Əhi-beytin imamət və dini-siyasi rəhbərliyin öz haqları olduğunu və Əməvilərin onu qəsb etdiyini iddia etmələri idi. Tarixi sənədlərə görə, – doğru olub-olmadığı o qədər də bilinməyən – Əməvi xəlifələrindən yalnız Ömər ibn Əbdüləziz Əhli-beytə qarşı nisbi də olsa, mülayim davranmışdır. Buna görə də əhli-sünnə onun haqqında imam Baqirdən (ə) belə nəql etmişdir: “Bəni-Üməyyənin ən nəcib xəlifəsi Ömər ibn Əbdüləzizdir.”90
Həmçinin “şiə” qaynaqlarında Ömər ibn Əbdüləzizin Əhli-beytin “beytül-mal”dan (ümumi əmlak) olan haqqını onlara verdiyi və “Fədək”i Haşimilərə qaytardığı nəql edilmişdir.91
Bəni-Üməyyə dövründə Əhli-beytə ən çox zilm edən Hişam ibn Əbdül-Məlik olmuşdur. Onun yaramaz sözləri Zeyd ibn Əlini (122-ci h.q. ilində) Kufədə ona qarşı qiyama məcbur etdi. Hişam ilə Zeyd arasında olan bir görüşdə Hişam, hətta Əbu Cəfər Mühəmməd ibn Əli (ə)-a hörmətsizlik edərək, Əməvilərə xas istehza ilə İmama ləqəbi “Baqir” olduğu halda, “Bəqər” (inək) dedi. Onun ədəbsizliyindən narahat olan Zeyd: “Rəsulullah (s) ona “Baqir” ləqəbini verdiyi halda, sən ona “Bəqər”mi deyirsən? Belə çıxır ki, səninlə Rəsulullah (s) arasında düşmənçilik var. Ona dünyada müxalif olduğun kimi, axirətdə də müxalif olacaqsan, o cənnətə gedəcək, sən isə cəhənnəmə!” – deyə etirazını bildirmişdi.92 Nəql edirlər ki, bir məsihi Hişamın qarşısında böyük İslam peyğəmbərinə hörmətsizlik etdikdə, o, heç bir əks-əməl göstərmir və bu məsələ Zeydin Əməvi hökumətinə qarşı qiyamına səbəb olur. Bu qiyam sonralar böyük İslam ərazilərində, xüsusilə şərq və İran məntəqələrində Əməvilərə qarşı qiyamların başlanması ilə nəticələnir.
“Şiə” qaynaqlarında nəql edildiyi kimi, imam Baqir (ə) oğlu imam Sadiq (ə)-la birlikdə Əməvilər tərəfindən təhqir edilmək və Əməvi hökumətinə qarşı müxalif düşüncələrindən döndərilmək məqsədilə Şama çağırıldılar. İmam Sadiq (ə) bu hadisəni uzun bir rəvayətdə nəql etmişdir və biz burada onun bəzi hissələrini ravinin dilindən qeyd edirik:
Bir il Hişam həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə gəlmişdi. Həmin il imam Baqir (ə)-la imam Sadiq (ə) da Məkkədə idilər. İmam Sadiq (ə) Haşimilərin Əməvilərdən üstünlüyünü bildirən bir hədisdə belə buyurdu: “Həmd-səna, yalnız Mühəmmədi peyğəmbərliyə seçib onun vasitəsilə bizi ehtiram sahibi edən Allaha məxsusdur. Biz Allahın Öz məxluqatı içərisindən seçilən və Onun tərəfindən təyin edilən xəlifələriyik. Bizə itaət edənlər xoşbəxt, bizə müxalif çıxan və bizi düşmən bilənlər isə bədbəxtdirlər.”
Bu xəbər Hişamın qulağına çatsa da, Şama qədər bu haqda bir şey demədi. Şama çatdıqda, Mədinə hakiminin yanına elçi göndərərək ondan imam Baqir (ə)-la İmam Sadiqin (ə) Şama göndərilməsini tələb etdi. Bu iki imam Şama doğru yola düşdülər. Hişam onları təhqir etmək məqsədilə on dördüncü gün qəbul etdi. Qüreyş və digər qəbilə böyüklərinin iştirak etdikləri yığıncaqda – artıq yaşa dolmuş – imam Baqirdən (ə) onunla ox atmaq müsabiqəsinə qatılmasını istədi. Hər şeydən əvvəl İmam yaşa dolduğunu bəhanə edərək bu istəyi qəbul etmədi. Amma Hişam israr etdi. İmam məcbur olaraq kamanı əlinə alıb, ilk oxu hədəfə vurdu və sonrakı doqquz oxu da əvvəlki oxlara tuşladı. Hişam qeyri-ixtiyari olaraq dedi: “Yer üzündə onun kimi ox atan bir şəxs tanımıram!”
Daha sonra Haşimilərlə Əməvilər arasındakı qohumluq əlaqələrinə işarə edərək bu iki qəbiləni şərafət və nəcabətdə bərabər qələmə vermək istədi. Lakin imam Baqir (ə) Əhli-beytdə mövcud olan mənəvi kamal və fəzilətlərin başqa qəbilələrdə olmadığını vurğuladı.
Hişam sözlərinin davamında şiələrin imam Əmirəl-Möminin Əli (ə) haqqındakı inanc və düşüncələrinə istehza edərək dedi: “Əli qeybdən xəbərdar olduğunu söyləyirdi, halbuki Allah onu heç kimə öyrətməmişdir.” İmam bunun cavabında Quran təlimlərinin və Peyğəmbərin elmlərinin Əli (ə)-ın vasitəsilə yayıldığına işarə etdi. Nəhayət, Hişam onların sərbəst buraxılması və Mədinəyə qaytarılmasına dair əmr verdi. Bu zaman Mədinədə yaşayan xristian rahib və keşişləri ilə imam Baqir (ə) arasında elmi mübahisə oldu. Hədis mənbələrində bu hadisə geniş şəkildə nəql edilmişdir. Bu hadisədən sonra Şam əhalisinin imam Baqirin (ə) elmindən təsirlənməməsi üçün, Hişam o həzrətin dərhal Şamdan çıxarılmasını əmr etdi və Mədinə hakiminə bir məktub göndərərək, imam Baqir və imam Sadiq (ə) haqqında belə yazdı: “Şamdan Mədinəyə doğru yola düşən Əbu Turabın93 bu iki oğlu cadugərdir və yalandan müsləlman olduqlarını söyləyirlər. Çünki onlar xristian rahiblərinin təsiri altına düşüb xristianlığa meyil etmişlər. Mən onlarla qohum olduğum üçün, onlara əziyyət verməkdən vaz keçdim. Onlar Mədinəyə gəldikləri zaman xalqa de ki: “Mən onlarla rabitədə olan, görüşən və onlara salam verən şəxslərin müqabilində məsul deyiləm. Çünki onlar İslamdan kənarlaşmışlar.”
Xalq bu əmrdən təsirlənərək o həzrətə hörmətsizlik etdi. Lakin İmam onları nəsihət etdikdə və Allahın əzabı ilə qorxutduqda, onlar da nalayiq hərəkətlərindən əl çəkdilər.94
Bu rəvayətdə Əhli-beytin çöhrəsini ləkələmək istəyən Hişamın hiyləsi və şiə imamlarının öz məqam və mövqelərinin başqalarından daha üstün olduğuna israr etmələri göstərilmişdir.

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 177, Təbriz çapı; “Biharül-ənvar”, c. 46, s. 217-218.
2 “Tarixi-Yəqubi”, c. 2, s. 320.
3 “Əl-mərifətu vət-tarix”, c. 3, s. 346; “Tarixi-Dəməşq”, c. 1, s. 294-295.
4 “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 221.
5 “İsbatul-huda” c. 5. s. 263; “İsbatul-vəsiyyət”, s. 142; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 229; “Kafi”, c. 1, s. 305; “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 260; “Əl-bəsair”, c. 4, bölüm: 48, “Əl-imamətu vər-təbsir”, s. 62-63.
6 “Kafi”, Şeyx Kuleyni, c. 2. s. 473; “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 186; “Tarixi-Cürcan”, s. 419.
7 “Lisanul-ərəb”, “Baqir” sözünün izahında.
8 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294.
9 “Tarixi-Yəqubi”, c. 2. s. 320; “Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 642.
10 “Əl-ixtisas”, Şeyx Müfid, s. 62.
11 “Məanil-əxbar”, c.2, s. 212.
12 “Əl-irşad”, Şeyx Mufid, s. 282; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 332; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c 2, s. 126; “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 214.
13 “Əl-irşad”, Şeyx Mufid, s. 280; “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 180; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 117-118.
14 “Umdətul-mətalib”, s. 195.
15 “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-hədid”, c. 15, s. 77.
16 “Kafi”, Kuleyni, c. 6, s. 266; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 357.
17 “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 408, 194.
18 “Həyati imam Baqir (ə)”, c. 1, s. 139.
19 “Əl-imamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, Əsəd Heydər, c. 2, s. 435-439.
20 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 127.
21 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 124.
22 “Əl-imamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, Əsəd Heydər, c. 2, s. 445; “Əyanuş-şiə”, c. 4, s. 20, ikinci bölüm.
23 “Mənaqibu Ali-Əbi Talib”, İbn Şəhr Aşub, c. 3, s. 327.
24 “Mənaqibi Ali-Əbi Talib”, İbn Şəhr Aşub, c. 3, s. 27; “Biharül-ənvar” c. 46, s. 294.
25 “Kafi” , Şeyx Kuleyni, c. 8, s. 120; “Biharul-ənvar”, c. 46, s. 355.
26 “Nurul-əbsar”, Məhəmməd Mömin Şəblənci, s. 143; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 405.
27 “Ət-təbəqatul-kubra”, İbn Ənbə, c. 5, s. 324.
28 “Ər-rovzə”, Şeyx Kuleyni, s. 77, İslamiyyə çapı.
29 “Əl-musənnəf”, Əbdürrəzzaq, c. 9, s. 338; “Təqyidul-elm”, Xətib Bağdadi, s. 105-106.
30 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 2.
31 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 7.
32 “Təzkirətul-huffaz”, Zəhəbi, c. 1, s. 7.
33 “Kəşful-qina”, s. 56.
34 “Rical”, Kəşşi, s. 209-210; “Kafi”, c. 1, s. 399; “Bəsairud-dərəcat”, s. 9.
35 “Kafi”, c. 1, s. 399; “Bəsairud-dərəcat”, s. 12.
36 “Əl-imamus-Ssadiq (ə)”, Əbu Zöhrə, s. 24.
37 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 362; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 356.
38 “Əl-imamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, Əsəd Heydər, c. 2, s. 452.
39 “Dəaimul-İslam”, Qazi Nöman, c. 2. s. 260; “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 15, s. 285-286-300.
40 “Dəaimul-İslam”, Qazi Nöman, c. 1, s. 95; “Mustədrəkul-vəsail”, Mirzə Hüseyn Nuri, c. 15, s. 286-287.
41 “Əl-məcalis”, Şeyx Müfid, s. 39, Nəcəf çapı; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s .39.
42 “Kafi”, Kuleyni, c. 8, s. 276; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 291.
43 “Təhzib”, Şeyx Tusi, c. 1, s. 1241; “Mən la yəhzuruhul-fəqih”, c. 1, s. 83.
44 “Buhusun fi əhlis-snnəti vəs-sələfıyyə” Seyid Ruhani, s. 50-51.
45 “Məcməul-bəyan”, Təbərsi, c. 8, s. :472
46 “Təfsiri-Safı”, c. 4, s. 295-296.
47 “Kafi”, Kuleyni, c. 4, s. 239; “Biharul-ənvar”, c. 46, s. 354.
48 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 3, s. 571.
49 Bax: “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 2, s. 212, 213, 229, 234, 286, c. 3, s. 324, c. 4, s. 106, 108, 109, 110, c. 6, s. 13; “Tarixi-Təbəri”, c. 3, s. 37, c. 5, s. 176-197.
50 “Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 24.
51 “Kafi”, Şeyx Kuleyni, c. 6. s. 446; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 292.
52 “Kafi”, Şeyx Kuleyni, c. 5, s. 73, c. 6, s. 446; “Təhzib”, c. 6, s. 325; “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 213; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 292; “Təhzibut-təhzib”, c. 9, s. 352.
53 “Əl-mənaqib”, İbn Şəhər Aşub, c. 3, s. 327; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294.
54 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 123; “Umdətul-mətalib”, s195: “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 210-211; “Siyəru əlamin-nubəla”, Şəmsəddin Zəhəbi, c. 4, s. 404; “Nurul-əbsar”, Məhəmməd Mömin Şəblənci, s. 143.
55 “Həyati imam Baqir (ə)”, c. 1, s. 190.
56 Bax: “Təsisuş -iə li-ulumil-İslam”, s. 327.
57 “Təmhidun li tarixil fiqhil islami”, s. 203.
58 “Təfsiri-Əyyaşi”, c. 1, s. 86; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 9.
59 “Əl-əmali”, Şeyx Müfid, s. 42; “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 264.
60 “Əl-ixtisas”, Şeyx Müfid, s. 31.
61 “Əl-ixtisas”ın haşiyəsi, s. 128.
62 “Əl-mizan”, c. 3. s. 176; “Kafi”dən vəqlən.
63 “Təhzib”, Şeyx Tusi, c. 6, s. 220-221; “Furui-kafi”, Şeyx Kuleyni, c. 7, s. 408; “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 18, s. 8-9.
64 “Furui-kafi”, Kuleyni, c. 7, s. 407; “Təhzib”, c. 6, s. 217.
65 “Əl-irşad”, s. 282.
66 “Əyanuş-şiə”, c. 4. s. 43.
67 “Kafi”, Şeyx Kuleyni, c. 8, s. 120.
68 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 8, s. 8.
69 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 77.
70 “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 213.
71 “Sifatuş-şiə”, s. 163.
72 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, c. 3, s. 425.
73 “Rical”, Kəşşi, s. 246.
74 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 11, s. 44; “Əl-imamus-Sadiq (ə)”, s. 111-112.
75 “Rical”, Kəşşi, s. 238.
76 “Rical”, Kəşşi, s. 90.
77 “Əl-ixtisas”, Şeyx Müfid, Şeyx Müfid, s. 201; “Rical”, Kəşşi, s. 109.
78 “Əl-ixtisas”, Şeyx Müfid, Şeyx Müfid,s. 203.
79 “Əl-irşad”, s. 28; “Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s. 183.
80 “Tarixi-Yəqubi”, c. 2, s. 179, Darus-sadir çapı.
81 “Əl-mənaqib”, c. 2, s. 18.
82 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 343-344.
83 “Əl-ixtisas”, Şeyx Müfid, Şeyx Müfid, s. 66.
84 “Rical”, Kəşşi, s. 204
85 “Əl-ixtisas”, Şeyx Müfid, Şeyx Müfid, s. 261.
86 “Dəaimul-İslam”, Qazi Nöman, c. 1, s. 95.
87 “Kafi”, Şeyx Kuleyni, c. 1, s. 183-184.
88 “Kafi”, Şeyx Kuleyni, c. 1, s. 183.
89 “Əimmətuna”, c. 2, s. 358-59; “Kafi”, Şeyx Kuleyni, c.1, s. 478; “Əl-mənaqib” c. 2, s. 280.
90 “Təzkirətul-huffaz”, Zəhəbi, c. L, s. 119.
91 “Xisal”, c. L, s. 51; “Əl-əmali” Şeyx Tusi, s. 80; “Tarixi-xüləfa”, s. 232.
92 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 7, s. 132; “Umdətul-mətalib”, s. 194.
93 İmam Əlinin (ə) ləqəblərindəndir.
94 “Dəlailul-imamət”, Təbəri, s. 104; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 46, s. 306; “Təfsiri Əli ibn İbrahim Qummi”, s. 88; “Mənaqibi Ali-Əbu Talib”, İbn Şəhər Aşub, c. 63, s. 334-348.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+7 =