Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM HÜSEYNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Şiələrin 3-cü imamı, şəhidlər sərvəri, eləcə də, çəhadəti ilə şiə məzhəbinin tərəqqisində dərin və köklü təsir qoyan həzrət Hüseyndir (ə). Rəsulullah (s) imam Həsənə məhəbbət bəslədiyi kimi, o həzrətə də məhəbbət göstərirdi. O həzrət “Əhli-beyt”, “Zəvil-qurba” (Peyğəmbəri-Əkrəmin (s) yaxınları), “Səyyidə şəbabi əhlil-cənnət” (behişt cavanlarının sərvəri), “Kisa əhli” (əba əhli) və s. təbirlərin həqiqi nümunəsi kimi Peyğəmbər-Əkrəm (s) tərəfindən ən gözəl kəlamlarla mədh edilmişdir. Peyğəmbər-Əkrəmin (s): “Hüseyn məndəndir, mən də Hüseyndən!” – buyruğu kimi o həzrətin fəzilətləri bölümündəki rəvayətlər bir çox mənbələrdə toplanmışdır.1 İmam Hüseyn (ə) atası iam Əlinin (ə) imaməti dövründə baş verən “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində iştirak etməklə yanaşı, qardaşı imam Həsənin (ə) imaməti dövründə də, həmişə o həzrətin kənarında olmuş, müsəlmanların haqq imamını hər bir şəraitdə müdafiə etmişdir. Biz “İslamın siysi tarixi” kitabının “İmam Hüseynin (ə) sülhlə bağlı fikri”2 bölümündə bəzi düşmənlərin o həzrətin nəzərinin qardaşı ilə müxalif olduğu haqqında söylədikləri sözlərin yanlış olduğunu isbat etmişik.
Bir sıra aşkar tarixi sənədlərə görə, imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) bütün hadisələrlə bağlı təhlil və fikirlərinə tamamilə təslim olurdu.3 O həzrətin Müaviyəyə qarşı mövqe və addımlarından biri də Hücr ibn Ədi və dostlarının şəhadətə yetirilməsi ilə əlaqədar Müaviyəyə uzun bir məktub yazması idi. Bu məktubda əvvəl Müaviyə ilə müharibə məqsədi olmadığını və döyüşmədiyi təqdirdə, bu işdən Allahın razı olmayacağına görə çəkindiyini ifadə etmiş və Hücrü qorxmaz, zülmə baş əyməyən, bidətlərlə müxalif olan bir abid kimi vəsf edərək Müaviyəni onu şəhadətə yetirməkdə qınamışdır. Eyni zamanda, Müaviyənin səhv addımlarına və qardaşı oğlu Ziyadın İraq müsəlmanlarına rəva gördüyü cinayətlərə toxunmuşdur. Sonda da, Müaviyəni qiyamətlə, hesab-kitabla qorxudaraq müsəlmanlara səbəbsiz yerə işgəncə və əziyyət verdiyindən Allahın onu özbaşına buraxmayacağına işarə etmiş və onu şərabxor, itbaz Yezidə camaatdan beyət aldığı üçün məzəmət etmişdir.”4 Həqiqətdə, imam Hüseynin (ə) həyatının ən mühüm hissəsini ehtiva edən və şiələr də tarixi və ruhi cəhətdən dərin təsir qoyan hadisə Kərbəla faciəsidır. Buna görə də, biz burada müqəddimə bəhslərdən əl çəkib Kərbəla faciəsini araşdırmağa başlayırıq.

İMAM HÜSEYNİN (Ə) YEZİDİN XİLAFƏTİ İLƏ MÜXALİFƏTİ

Altmışıncı hicri ilinin Rəcəb ayında Müaviyə öldükdən sonra, xilafətini müsəlmanlara zorla qəbul etdirən Yezid atasının kürsüsündə əyləşib Mədinədəki məşhur müxaliflərindən beyət almağa başladı. Onlar Yezidin hökumətini ümmətə təhlükə bilirdilər.5
Müaviyənin ölüm xəbəri hələ Mədinə xalqına çatmamışdı ki, Yezid Mədinənin hakimi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazaraq gecikmədən Hüseyn ibn Əli (ə) və Abdullah ibn Zübeyrdən beyət almasını əmr etmişdi. Mərvan da hakimi məcbur etdi ki, onları elə həmin gecə valinin sarayına gətirsin və beyət etmədikləri təqdirdə, elə oradaca qətlə yetirsin. Çünki bu misilsiz fürsət əldən çıxdığı surətdə, bir daha onları tapmaq çətinləşəcək və Yezidə itaət etməyənlər aşkarcasına müxalifətə qalxaraq camaatı kütləvi üsyana dəvət edəcəkdilər.6 Mədinə hakiminin qasidi imam Hüseynin (ə) hüzuruna getdikdə, o həzrət Müaviyənin ölümündən xəbərdar oldu. Həzrət (ə) bir qrup səhabələri və yaxınları ilə (haşimilərlə) birlikdə təhlükəni aradan qaldırmaq məqsədilə silahlı şəkildə hakimin sarayına getdilər. Vəlid o həzrəti Yezidə beyət etməyə dəvət etdikdə, İmam (ə) belə buyurdu: “Mənim kimi bir şəxsin gizli şəkildə beyət etməsi düzgün deyil, belə bir beyət məsciddə və bütün camaatın hüzurunda olmalıdır.” Vəlid buna razılaşdı, amma həyasızlığından əl çəkməyən Mərvan hədələyici sözlərlə o həzrəti həbs etmək üçün Vəlidi təhrik etməyə çalışırdı. İmam Hüseynlə (ə) Mərvan arasında sərt danışıqlar oldu və Həzrət hakimin sarayını tərk edərkən Vəlidə xitabən buyurdu: “Ey əmir, biz nübüvvət Əhli-beyti, risalət mədəni, mələklər düşərgəsi (enib-qalxdığı yer) və rəhmət məkanıyıq. Allah İslamı bizimlə başlamış və bizimlə də sona yetirəcək. Yezid fasiq, şərabxor, möhtərəm şəxslərin qatili və aşkar günah edən bir şəxsdir. Mənim kimilər onun kimilərə heç zaman beyət etməz!”7 İmam Hüseyn (ə) bu məclisdə Mərvanın o həzrətdən beyət almasına israrından sonra buyurdu: “Əgər Yezid xəlifə olacaqsa, İslamın fatihəsini oxumaq lazımdır. Sonra o həzrət “Təthir” ayəsinə istinad etməklə Əhli-beytin xilafət məqamına daha layiq olduğunu bildirdi.”8 Elə həmin gecə Abdullah ibn Zübeyr Mədinədən çıxdı.9 Ertəsi gündə hökumət məmurları onun ardınca yola düşdülər. Sonrakı gecə isə Huseyn ibn Əli (ə) Məhəmməd ibn Hənəfiyyədən başqa, bütün əhli-beyti və yaxınları ilə birlikdə Məkkəyə getmək məqsədilə Mədinəni tərk etdi.10 Tarixçilərin qeydlərinə görə, o həzrət 60-cı hicri ilinin Şaban ayının 3-cü günü Məkkəyə doğru hərəkət etdi. Həmin gün o həzrətin ad günü idi.
Məkkə İslamın ən mühüm dini mərkəzi və daim böyük islami şəxsiyyətlərin yaşadığı bir şəhər idi. İmam Hüseyn (ə) orada müxtəlif şəxslərlə əlaqə saxlayıb Yezidə beyət etməməsinin səbəblərini onlara izah etdi. Kufə şiələri çoxdan belə bir zamanın gəlib çatmasını gözlədikləri üçün bu xəbəri eşitməklə sevindilər və bu məsələ ilə bağlı bir yığıncaq təşkil etdilər. Onlara rəhbərlik edən Süleyman ibn Sürəd kimi şəxslər bu yığıncaqda çıxış edərək imam Hüseynin (ə) İraqa dəvət olunması fikrini irəli sürdülər. Süleyman bu işdən yəqinlik əldə etməsi və uyğun məsələnin həssaslığının ciddiliyini vurğulamaq üçün yığıncaqda olanlardan öz sözlərindən dönməmələrinə dair vədə aldı.11 Sonra Süleyman, Müsəyyib ibn Nəcəbə, Həbib ibn Məzahir, Rəfaət ibn Şəddad və Abdullah ibn Val kimi şiə qabaqcıllarının imzası ilə imam Hüseynə (ə) bir məktub yazıb, o həzrəti Kufəyə dəvət etdi.
İmam Hüseyn (ə) bu məktubun cavabında bir söz demədi. Çox keçmədi ki, ardıcıl olaraq digər məktublar da gəldi. O cümlədən, Qeys ibn Müsəhhər Seydavi və hətta Abdullah ibn Val camaatın nümayəndəsi kimi o həzrəti dəvət və bu haqda müzakirə etmək üçün Məkkəyə o həzrətin hüzuruna getdilər. Sonra kufəlilərin məktubları sel kimi o həzrətə tərəf axmağa başlaladı.
İmam Hüseyn (ə) bu qədər məktuba əhəmiyyət verməyə bilməzdi.12 Bu zaman Kufənin vəziyyətindən xəbərdar olan Hani ibn Hani Məkkədə o həzrətlə görüşdü. O, bu görüşdə camaatın, hətta Kufə böyüklərinin səhnədə olması və hazırlıqları haqda məlumat verdi və bu da kufəlilərin məktublarının məzmununa yeni bir əlavə oldu.

MÜSLİMİN KUFƏYƏ GÖNDƏRİLMƏSİ

İmam Hüseynin (ə) ilk addımı Müslimi Kufəyə göndərmək oldu. Müslim hərəkət etməyə hazırlaşdıqda, o həzrət ona buyurdu: “Camaatın yekdilliklə mənə beyət etmək istədiklərini görsən, dərhal mənə xəbər ver; mən də onun əsasında əməl edim.”13
Müslimin xəbərləri müsbət idi və İmama göndərdiyi məktubda belə yazdı: “Kufə əhalisinin iyirmi mindən çoxu sizə beyət etmişdir. Məktubumu alan kimi, hərəkət edin.”14 Kufəlilərin məktubları, onların nümayəndələrinin izahatları, eləcə də, Müslimin Kufənin vəziyyəti haqqındakı məlumatları Əməvi hakimiyyətinə qarşı ciddi qarşıdurmanın yaranmasını göstərirdi. İmam Hüseyn (ə) Zil-həccə ayının 8-də həcc mərasimini yerinə yetirdiyi zaman, “təməttö” həccini “müfrədə ümrəsi”nə çevirməklə Kufəyə doğru hərəkət etdi. Onların nəzərincə, bir an belə gecikməklə Kufənin vəziyyəti Əməvilərin xeyrinə tamamlana bilərdi.
İmam səfər əsnasında ilk dəfə Yəməndən Şama hərəkət edən bir karvanla qarşılaşdı. Bu karvan Yezid üçün Şama bir çox hədiyyə aparırdı. İmam karvanı və hədiyyələri müsadirə edib karvan əhlini də istədikləri təqdirdə özü ilə İraqa getməyə dəvət etdi. Əks-təqdirdə isə geri dönmələrini əmr etdi.15 İmam səfər əsnasında Əs-səfaha çatarkən o dövrün cavan şairi Fərəzdəqlə qarşılaşıb Kufənin vəziyyətini soruşdu. Fərəzdəq qısa bir cümlədə Kufəyə hakim olan mühiti belə vəsf etdi: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”
İmam yoluna davam edib “Bətnur-Rummə”də Kufə xalqına məktub yazdı və yaxın bir zamanda Kufəyə girəcəyini bildirdi.16 Məktubu aparan Qeys ibn Müsəhhər Seydavi hələ Kufəyə daxil olmazdan öncə, Həsin ibn Nümeyr tərəfindən həbs edildi. O, İmamın məktubu Əməvi məmurlarının əlinə keçməsin deyə, məktubu uddu və bir neçə gündən sonra Kufədə İbn Ziyadın əli ilə şəhadətə yetirildi. İmam hərəkətinə davam edib Zədud məntəqəsində Osmanlı (Osmanın tərəfdarı) Züheyr ibn Qeyn ilə rastlaşdı və onu öz dəstəsinə qoşulmağa dəvət etdi. O da İmamın sözlərindən təsirlənib həyat yoladışının da təşviqi ilə İmamın dəvətini qəbul etdi və səmimi dostlar qoşuldu.17 İmam Zati-İrq məntəqəsinə çatarkən Bəni-Əsəd qəbiləsindən olan bir nəfər Hani və Müslimin şəhadət xəbərini o həzrətə çatdırdı.18
Nəql edirlər ki, İmam elə həmin an geri dönməyə qərar versə də, Müslimin qardaşları buna mane oldu. Belə nəzərə çarpır ki, bu rəvayət düzgün deyildir. Çünki İmamın səhabələri o həzrətin Kufəyə doğru irəliləməsi haqda dedilər: “Siz Müslim deyilsiniz. Kufəyə daxil olduğunuz zaman camaat sizə tərəf tələsəcək və sizi dəstəkləyəcəkdir.”19 İmam Hüseyn (ə) Kufəyə getməkdə qəti qərarda idi. Müslimin şəhadətə çatması xəbəri Ömər ibn Sədin göndərdiyi elçi vasitəsilə imam Hüseynə (ə) “Zübalə” məntqəsində çatdı. Bu xəbərdən Kufənin o həzrət üçün qorxulu tələyə çevrildiyi və o həzrətin geri dönməsinin zəruri olduğu anlaşılırdı.20 Çox keçmədi ki, Qeys ibn Müsəhhər və İmamın süd qardaşı Abdullah ibn Yəqtərin şəhadət xəbəri də İmama çatdırıldı. Bu xəbərlər Kufənin siyasi durumunun Əməvilərin xeyrinə olduğunu və Müslimin göndərdiyi xəbərlərdən fərqləndiyini göstərirdi. Bu zaman İmam onunla birgə olanları öz ətrafına toplayıb buyurdu: “Ey camaat, bizim şiələrimiz bizi tək qoydular. Sizlərdən hər kim geri qayıtmaq istəyirsə, elə buradan qayıda bilər.”21 Yol əsnasında İmama qoşulanlar bu sözü eşidərək karvanı tərk etdilər və yalnız Mədinədən və yaxud Məkkədən İmamla birlikdə gələn xüsusi səhabələr qalası oldular.22
İmam Hüseyn (ə) o dövrə hakim siyasi vəziyyətləri diqqətə almaqla, bu etiraz hərəkatının sərkərdəsi kimi Kufəyə getməsinin düzgün olmadığını yaxşı bilirdi. Amma Rəsulullah (s) övladı Hüseynin (ə) Əməvilərə qarşı hərəkatının siyasət və siyasi məsələlərin fövqündə duran başqa məqsədləri də var idi. Bu da o həzrərin haqq-hesabını siyasi hesab-kitablardan tam ayırırdı. O həzrət öz hərəkətindən yayınmadı və Kufəyə doğru yollandı. Şərat məntəqəsinə çatdı. Gecə orada istirahət edib etrəsi gün yoluna davam etdi və günün yarısında Hürr ibn Yezid Riyahinin sərkərdəliyi ilə Kufə ordusunun nişanələri görünməyə başladı. Hürr hərbi sərkərdə olduğundan öz vəzifəsinə əməl edir və məsələnin siyasi cəhətlərinə əsla diqqət yetirmirdi. Bu səbəbdən, İmam (ə) namaza durduqda, o da bütün əsgərlərilə birlikdə inanılmaz sədaqətlə camaat namazına qoşuldu. Hürrün vəzifəsi İmamı (ə) Kufəyə aparmaq və geri qayıtmasının qarşısını almaq idi. İmam (ə) namazdan sonra üzünü oradakılara tutub buyurdu:
“Mən Kufəyə gəlmək istəmirdim, nəhayət, məktublarınızı aldım və elçiləriniz mənimlə görüşdü. İndi əgər Kufədə mənə arxa çevirməyəcəyinizə dair söz verirsinizsə, şəhərinizə daxil olum, əks-təqdirdə gəldiyim yoldan qayıdacağam.”23 Hürr məktublar haqqında məlumatsız olduğunu bildirdi. Lakin məktubları gördükdən sonra hərbi vəzifəsini ortaya atdı. İmam (ə) Kufəyə getməyi qəbul etməyib Hicaza doğru irəlilədi.24 Hürrün süvariləri İmamın (ə) yolu üzərində sıraya düzüldülər. Qısa müzakirədən sonra hər iki tərəf onları Kufədən uzaqlaşdırmayan və Hicaza da yaxınlaşdırmayan orta yolla getməkdə eyni fikrə gəldi. Buna görə də Əl-Üzeybə doğru hərəkət etdilər.25 Burada Tirimmah ibn Üdeyy İmamdan (ə) “Teyy” dağlarına doğru hərəkət etməsini istədi. Lakin İmam (ə) Hürr ilə razılaşdığı üçün bu təklifi qəbul etmədi.26 Yol boyunca İmam (ə) Kufədən daha çox uzaqlaşmaq üçün hər dəfə yolunu əyir, Hürr isə buna mane olurdu. Nəhayət, “Bəni-Müqatil” sarayına çatdılar və oradan da Neynəvaya tərəf üz tutdular.27 Neynəvada İbn Ziyadın İmamın (ə) həbsinə dair əmri Hürrə çatdırıldı: “Onu quraqlıq, susuz və otsuz bir çöllükdə saxla!”28 Bu zaman Kufə şiələrindən bir neçəsi gəldi və Hürrün müxalif olmasına baxmayaraq, onlar İmamın ordusuna qoşuldular.29 Bilazəri yazır ki, İmam (ə) Hürrdən Şama gedib Yezidə beyət etməsi üçün icazə istədi.”30
Bəzi tədqiqatçılar bu rəvayətin zəif olduğunu qeyd etmişlər, çünki bütün bu çəkişmələr İmamın (ə) Yezidə beyət etməməsindən doğmuşdu. Əgər İmam (ə) beyətə razılıq versəydi, döyüş də öz-özünə aradan qalxacaqdı. İmam (ə) Hürr ilə hərəkət etdiyi müddətdə Züheyr ibn Qeyn onun ordusunun azlığından istifadə edərək onlara hücum etmələrini İmama (ə) təklif etdi. Lakin İmam (ə) bunu qəbul etməyərək buyurdu: “Mən onlarla döyüşə başlamağı xoşlamıram.”31 İmam Hüseyn (ə) Məhərrəm ayının ilk çərşənbə günü və yaxud ikinci cümə axşamı günü Kərbəlada zorla saxlanıldı. Dinvəri onun çərşənbə günü olduğunu söyləmişdir.32
Ertəsi gündən etibarən, İbn Ziyadın qoşunları tədricən Kərbəlaya toplaşdılar. İbn Ziyad imam Hüseynin (ə) şəhadətə çatdırılmasından sonra onun qisasını almaq məqsədilə gələcəkdə baş verə biləcək qiyamların qarşısını almaq üçün bütün Kufə əhalisi və qəbilələrinin əlini Peyğəmbərin (s) övladının qanına bulaşdırmağa cəhd göstərirdi. İbn Əsəmin nəqlinə görə, təqribən, iyirmi iki min nəfər Kufədən yola düşdülər. Amma Bilazəri33, Dinəvəri34 və İbn Sədin rəvayətlərindən aydın olduğu kimi, onların bir çoxları yolun yarısında ordudan ayrılıb qaçdılar. Çünki Kufə əhalisinin əksəriyyəti Rəsulullahın (s) övladı ilə döyüşmək istəmirdilər. Bu səbəbdən, İbn Ziyad belə bir göstəriş verdi: “Bu gündən etibarən orduya qatılmayan hər hansı bir şəxsin qanı mənim boynumda deyildir.”35
Bu cəmiyyət belə bir hədə-qorxudan təsirlənərək Kərbəlaya doğru üz tutdular. Hətta, Rey şəhərinin hakimi və müşrik deyləmilərlə döyüşmək məqsədilə İrana doğru hərəkətə hazırlaşan Ömər ibn Səd ibn Vəqqas (özü və Bəni-Zöhrə36 imam Hüseynin (ə) qanının axıdılmasına razı olmasalar da,) İbn Ziyad tərəfindən Hüseynin (ə) işini bitirdikdən sonra Reyin valiliyini öhdəsinə alması üçün Kərbəlaya gəlməsinə dair əmr aldı və Kufə ordusunun sərkərdəliyinə təyin edildi. O, Kərbəla məsələsi üzərində daxili nigarançılığını geridə qoyub, nəhayət, Rəsulullahın (s) övladının qanının axıdılması bahasına olsa da, Rey valiliyinə şahib olmağa üstünlük verdi və Kərbəlaya yola düşdü.37
Ömər ibn Səd Kərbəlaya çatan kimi imam Hüseynin (ə) hüzuruna bir nümayandə göndərib onun Kərbəlaya gəlməsinin səbəbini soruşdu. İmam (ə) Kufədən göndərilən məktubları İbn Sədin nümayəndəsinə göstərib buyurdu: “Əgər Kufə xalqı məni qəbul etmək istəmirsə, gəldiyim yoldan qayıdacağam.” Çarə yolu axtaran Ömər ibn Səd İbn Ziyada belə bir məktub yazdı: “Hüseyn (ə) Hicaza qayıdacağına və yaxud İslam ərazisinin sərhəd bölgələrindən birinə gedib orada sıravi bir şəxs kimi yaşayacağına dair mənə söz verib. Sənin razılığın lazımdır. Ümmətin məsləhəti də elə bundadır.”38
İbn Ziyad İbn Sədin təklifini qəbul etmək istədikdə, Şimr onu niyyətindən döndərdi və nəticədə İbn Ziyad Ömər ibn Sədi danlayaraq belə bir məktub yazdı: “Səni Hüseynlə (ə) mülayim rəftar etməyə göndərməmişəm. Ona Yezidə beyət etməsini təklif et, əgər qəbul etməsə, öldür!”39
İbn Ziyadın məktubunun məzmunu İmama (ə) çatdırıldıqda, İmam (ə) buyurdu: “İbn Ziyadın istəyinə müsbət cavab verməyəcəyəm; əgər ölümdən başqa, bir çarə yoxdursa, onda ölümə eşq olsun!”40
İbn Ziyad “Aşura”dan bir neçə gün əvvəl Ömər ibn Sədə məktub yazıb İmama (ə) su verilməməsi əmrini verdi: “Osman kimi təqvalı və pak bir şəxsə rəva gördükləri kimi, sən də Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə, içə bilməsinlər.”41
Başqa bir məktubda da belə yazdı: “Eşitmişəm ki, Hüseyn və səhabələri quyu qazıb suyundan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.”42
İmam Hüseyn (ə) ömrünün son günlərində bir neçə dəfə İbn Səd ilə görüşdü və onu məmur olunduğu ağır cinayətdən imtina etdirməyə çalışdı. Amma – tarixi rəvayətlərə görə – Rey valiliyi onun ağlını əlindən almışdı.
Kufə ordusu “Tasua” gününün ikindi vaxtı döyüşə başladı. Amma İmamın (ə) istəyi ilə döyüş ertəsi günə qədər təxirə salındı. İmam (ə) gecə öz səhabələrinə xitabən buyurdu: “Mən beyətimi üzərinizdən götürdüm; gecənin qaranlığından istifadə edərək evlərinizə gedə bilərsiniz. Hər biriniz mənim əhli-əyalımın birinin əlindən tutub təhlükədən qurtarın.” Amma İmamın (ə) səhabələri Allah yolunda müqavimət göstərəcəklərini və fədakarlıq edəcəklərini bildirdilər.43 İmam (ə) həmin gecə düşmənin hücumlarının qarşısını almaq üçün xeymələrin bir tərəfindən başqa, o biri tərəflərindən xəndək qazılmasını göstəriş verdi. Aşura günü çatdı. Səhər erkən hər iki ordu bir-birinin qarşısında sıraya düzüldülər. İmam (ə) və səhabələri ciddi şəkildə döyüşə hazırlaşdılar.
İmam Hüseyn (ə) təcrübəli döyüşçülərdən əlli nəfəri və İbn Sədin dediyinə görə, Kufə ordusundan İmama (ə) qoşulan digər iyirmi nəfərlə44 birlikdə sıraya düzüldükdən sonra Kufə əsgərlərinə xitabən belə buyurdu: “Mən sizin və həmyerlilərinizin dəvətinə görə sizə doğru gəlmişim. Siz yazmışdınız ki, sünnə aradan qaldırılmış və İslam aləmini nifaq bürümüşdür! Məndən ümmətin islahı üçün Kufəyə gəlməyimi istəmişdiniz. İndi, əgər sözünüzdən peşman olmuşsunuzsa, mən elə buradan da qayıdıb gedirəm. Özünüzə gəlin! Peyğəmbərin və əmisi oğlunun (imam Əli (ə)) övladının – İslamı ilk qəbul edən şəxsin övladı və Həmzə, Cəfər və Abbas kimi əmisi olan şəxsin – qanını tökməyi özünüzə necə rəva bilirsiniz? Mənim və qardaşımın haqqında Rəsulullahın (s): “Həsən və Hüseyn behişt gənclərinin sərvəridirlər!” – deyə buyruğunu eşitməmişsinizmi? Əgər mənə inanmırsınızsa, hələ yaşıyan Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xudri və Zeyd ibn Ərqəmdən soruşun!”45
Hürr ibn Yezid o vaxta qədər bu təşəbbüslərin Rəsulullahın (s) övladı ilə ciddi döyüşlə nəticələnəcəyini təsəvvür belə etmirdi. Amma, artıq məsələnin ciddiləşdiyini görürdü. İbn Sədin yanına gedib: “Sizi Hüseynin (ə) sözlərindən heç biri qane etmirmi?” – deyə soruşduqda, Ömər ibn Səd belə cavab verdi: “Mənim əlimdə olsaydı, onu öldürməzdim!” Hürr bu hadisələrdən sonra özünü İmamın (ə) hüzuruna yetirib keçmiş işlərindən və rəftarlarından üzr istəyərək bağışlanılmasını istədi və şəhadət yolunu seçib İmamın (ə) vəfalı səhabələrinin ilk şəhidi oldu.46 Əmirəl-Möminin Əlinin (ə) hərbi rəftarlarda üslubu belə idi ki, döyüşlərin heç birində döyüşü özü başlamamışdı. İndi isə onun oğlu Hüseyn (ə) atasının üslubuna itaət edərək döyüşü özü başlamadı. Ömər ibn Səd İmamın (ə) qoşununa doğru bir ox ataraq Kufə ordusundan onun Hüseynin (ə) qoşununa ilk ox atan olduğuna dair İbn Ziyadın yanında şəhadət vermələri üçün şahid tutdu.47
Beləcə, döyüş başlandı. Əvvəldə döyüş təkbətək baş verdi və düşməndən ölənlərin sayı müsəlmanların şəhidlərindən daha çox oldu. Bu səhnəni görən Əmr ibn Həccac vəhşətə düşərək belə fəryad etdi. “Ey camaat, ərəb qəhrəmanları ilə döyüşdüyünüzü unutmayın. Əgər onları daş yağışına tutmasanız, hamınızı öldürəcəklər.”48 Kufə ordusu hamılıqla İmama (ə) və səhabələrinə doğru hücuma keçdilər. Bir neçə qarşıdurmada əvvəl İmamın (ə) səhabələri, sonra isə əhli-beytindən olan gənclər şəhadətə nail oldular. İmamın (ə) və yetmişdən çox səhabəsinin şəhadəti ilə döyüş sona çatdı.

KƏRBƏLA FACİƏSİNİN BAŞ VERMƏSİNDƏ DİNİ AZĞINLIQLARIN ROLU

İslam Peyğəmbərinin (s) vəfatından Kərbəla faciəsinə qədərki fasilədə İslam cəmiyyətində bir çox mədəni dəyişikliklər və azğınlıqlar yaranmışdı. Bu azğınlıqlar tədrici olaraq genişlənsə də, bir çox alimlərin nəzərincə, onun təməlləri Peyğəmbərin (s) vəfatından sonrakı ilk illərdə qurulmuşdu. Azğınlıqlar dedikdə məqsədimiz soltanların və hakim dairələrin camaata zor tətbiq etmələri və öz zülm və haqsızlıqlarını örtmək məqsədilə hakimiyyətdən istifadə etmələrini göstərməkdir. Bu azğınlıqların yaranması və yayılmasında Əməvilər sülaləsinin rolu böyük idi. Onlar İslama zidd rəftarlarını gizləmək üçün özlərinəməxsus siyasət və hiyləgərliklə malik olduqları güc və hakimiyyətdən faydalanır və onların şəxsiyyətləri cahiliyyət xüsusiyyətləri yoğrulduğundan özlərini İslamla uyğunlaşdıra bilmirdilər. Yezidin hakimiyyətə gəlməsi məsələsi tarixi bir hadisə kimi Əməvilərin İslama əsla dəyər vermədiklərini açıq-aşkar göstərir və çirkin çöhrələrini gizləmək və öz hakimiyyətlərini islami hakimiyyət kimi yozaraq xalqa qəbul etdirmək üçün İslamı əllərində alət vasitəsinə çevirmişdilər.
İmam Hüseyn (ə) Əməviləri belə vəsf edir: “Onlar (Əməvilər) şeytana itaəti qəbul etmiş, Allaha itaəti tərk etmiş, yer üzündə fəsadı yaymış, ilahi hökmlərin icrasına mane olmuş və “beytül-mal”a təcavüz etmişlər.”49
Onlar şeytani və fəsad doğuran planlarını icra etmək üçün zəngin islami dəyərləri təhrif edərək onlardan qeyri-qanuni yerlərdə istifadə edirdilər. Biz burada onların azğınlıqlarından doğaraq yaranan və Kərbəla faciəsinin meydana gəlməsində mühüm rol oynayan həmin amillərdən bəzi nümunələrini tarixi şahidlərinə əsasən araşdıracağıq.

CƏBRƏ İNAM

İslam tarixində, xüsusilə, Kərbəla faciəsində təhrif olunan məsələlərdən biri cəbrə inam idi. Əbu Hilal Əsgərinin dediyinə görə, “cəbr” inancını icad edən Muaviyə olmuşdur.50 Müaviyə Yezidə beyət almaq barəsində deyirdi: “Yezidə beyət və onun hakimiyyəti ilahi qəza və təqdirlərdən biridir və bu məsələdə heç kim ixtiyar sahibi deyildir (seçki haqqı yoxdur).”51 Übeydullah ibn Ziyad imam Səccada (ə) dedi: “Əlini (ə) Allah öldürmədimi?” İmam buyurdu: “Əli (Əli Əkbər) adlı böyük qardaşımı camaat öldürdü.”52 Ömər ibn Səd imam Hüseynin (ə) qətlində şirkət etməsi haqda tənqid atəşinə tutulduqda, dedi: “Bu Allah tərəfindən bir təqdir idi.”53
Özünü müsəlman kimi göstərən yəhudi Kəbül-Əhbar Əməvi soltanlarına yaltaqlıq etmək məqsədilə, guya, qeybdən xəbər verib deyirdi: “Hakimiyyət əsla Haşimilərə çatmayacaq.” Baxmayaraq ki, sonralar hər ikisi Haşimilərdən olan Abbasilər və Ələvilər hakimiyyətə keçdilər. Abdullah ibn Ömərdən bu haqda belə nəql edilmişdir: “Bir Haşiminin hakimiyyətə keçdiyini görsən, bil ki, dünyanın sonudur.”54
Bəzi əhli-sünnə tarixçi və tədqiqatçıları bu azğınlıqlara uyaraq imam Hüseynin (ə) qiyamını fəsada qarşı qiyam yox, əksinə onun qanundan kənar bir yürüş olduğu kimi qələmə verirdilər.

KƏRBƏLA FACİƏSİNDƏ KUFƏLİLƏRİN MÖVQEYİ

Tarix kitablarında, eləcə də, xalq arasında bir atalar sözü kimi (kufəlidə vəfa olmaz) işlənən sözlərdə kufəlilərin hiyləgər və xain olduqlarının məşhurluğunu və onların arasında əhdə sadiqliyin çox az görüldüyünü göstərir. Biz də bundan öncə kufəlilərin ruhi xarakterləri ilə bağlı onların tələskən olduqları və qərar çıxarmaqda tələsmələrinin daim özlərinə və hökmdarlarına zərərli olduğu haqda müxtəsər olaraq söz açmışdıq. Tez incimək və onunla yanaşı tez qane olmaq, eləcə də tez təslim olmaqla tez üsyan etmək bu xalqın ruhiyyəsinə hakim kəsilmişdi. Burada kufəlilərin Kərbəla faciəsi müqabilində mövqeyi haqda bəzi məsələlərə toxunacağıq:
Müxtəlif qəbilələrdən ibarət Kufə əhalisi bir sıra hakimlərin dövründə formalaşma baxımından dəyişikliyə uğradı. Qəbilələrin birlik və vəhdətinin dəyişməsi daim hakimlərin mənfəətlərini ehtiva edən bəzi məsləhətlərə uyğun gerçəkləşdirilirdi. Eyni zamanda da, hakimlər qəbilə başçılarını və varlı təbəqəni ələ almağa çalışırdılar. Çünki bir çox yerlərdə onların şəhər valilərindən güclü olduğunu və sözlərinin keçdiyini bilirdilər. Onların bir qisimini şiələr təşkil edirdi. Bəzi qəbilələr şiə kimi tanınmasına baxmayaraq, heç bir qəbiləni qeyd-şərtsiz şiə adlandırmaq olmazdı. Demək, şiələr qəbilələr arasında pərakəndə halda idilər. Buna görə də, birlik və vəhdət təşkil edə bilmirdilər. Qəbilə xüsusiyyətlərinə xas əhval-ruhiyyələrindən əlavə, kufəlik xarakterləri də onlara hakim olmuşdu. O zaman şiələrin sayı da çox deyildi. Deyilənlərə görə, Hücr ibn Ədiyy Kufə məscidində Ziyadın əleyhinə qalxdıqda, məsciddəkilərin yarısı və yaxud üçdə biri onu dəstəklədilər. Amma onların çoxu yalnız siyasi məsələlərdə imam Əlinin (ə) övladları ilə həmkarlıq edirdilər. Belələrinə “siyasi şiə”lər adını vermək etiqadi şiəlikdən daha çox yaraşırdı. Buna görə də, imam Əmirəl-Möminin Əlinin (ə) Kufədəki həqiqi şiələri sayca azlıq təşkil edirdilər.
Küfə xalqı imam Hüseyni (ə) dəvət etsə də, ona kömək etmədilər. Hətta onu öldürmək üçün bir-birləri ilə həmkarlıq etdilər. Bu məsələdə heç də şəkk-şübhəyə yer yoxdur. Burada bir məsələ qaranlıq qalır və o da budur ki, onlar kimlər idi. İmama (ə) kimlər məktub yazmışdı və nə üçün ona kömək etmədilər...
Öncə qeyd etməliyik ki, sonralar Kufədə şiə təfəkkür tərzi hədsiz dərəcədə tərəqqi etdi, hətta imam Əlinin (ə) övladlarının xilafət haqqını qəsb etdikləri üçün Abbasilərə qarşı çıxdılar da. Buna görə də, Əməvilər sarayına bağlı tarixçi və ravilər kufəlilərə nifrət etdikləri kimi, Abbasilər sarayına bağlı alimlər də onlara qarşı həmin kin və niftərdə idilər. Şiələrə rəva görülən zülm və haqsızlıq yalnız siyasi zülm hesab edilmirdi, hətta onlar ideoloji və etiqadi baxımdan da həmişə satılmış alimlər tərəfindən İslamdan çıxıb küfrə düşməklə ittihamlandırılırdılar. Buna əsasən, tarixi hadisələri mütaliə edərkən onların tarixçiləri şiəliyə qarşı düşmənçilik və nifrət hissləri ilə tarixi hadisələri təhlil edirdilər. Bu məsələyə diqqət yetirməklə, bu tarixçilərin daim şiələri vəfasız qələmə verməyə və Kufənin imam Hüseyn ibn Əlini (ə) himayə etməməsi günahını şiələrin boynuna atmağa çalışması açıq-aşkar aydın olur. Halbuki, aşağıdakı şərhlərdən məlum olur ki, kufəlilər münasib və yaxşı xarakterlərə malik olmadıqlarından imam Hüseyni (ə) müdafiə edə bilmədilər. Əgər kufəlilərin canlarını qurban verəcək həddə fədakarlıq məqsədləri olsaydı, vəziyyəti müəyyən qədər dəyişdirə bilərdilər. Bu haqda bizim nəzərimizin xülasəsi bundan ibarətdir; indi isə bu nəzərimizi bəzi dəlillərlə isbat etməyə çalışacağıq:
O dövrə hakim olan şəraiti nəzərə alaraq Kufəni belə təsəvvür etmək olar: Şam əhalisi Yezidi asanlıqla qəbul edə bilsə də, Kufə xalqı üçün çətin idi. Bu səbəbdən Yezid hakimiyyətə keçdikdə, Kufə şiələri müxalifətə başladılar və Kufə xalqının əksəriyyəti də Yezidin yerinə münasib bir şəxs tanımadıqlarından Hüseyn ibn Əlinin (ə) tərəfinə keçdilər. Bu istiqamətdə şiələr tərəfindən dəvət başlandığı zaman əhalinin avam kütləsinə – adətən, hər təbəqədən olan avam kütləsinə – xas səfa və səmimiliklə öz himayə və dəstəklərini bildirdilər, hətta məqam və mövqelərini təhlükədə görən və yaxud xalq kütləsinin əhval-ruhiyyəsinin təsiri altına düşən qəbilə böyükləri də özlərini qiyamın ciddi tərəfdarları kimi göstərdilər. Nəticədə, imam Hüseyni (ə) müdafiə etmək istiqamətində Kufəyə yalançı mühit hakim oldu. Xüsusən, mülayim xüsusiyyətə malik olan Nöman ibn Bəşir kimi bir şəxs bu mühitin yaranması və genişlənməsinə kömək etdi. Bu vəziyyət və şərait İbn Ziyad Kufənin hökmranlığını ələ keçirənə qədər davam etdi və günügündən də genişlənməyə başladı.
İmam Hüseynin (ə): “Kufəlilərin mənə məktub yazmalarının məni aldatmaq və Yezidə yaxınlaşmaqdan başqa bir nəticəsi olmadı!”55 – kəlamını nəzərə alaraq, Kufə böyüklərinin o həzrəti dəvət etməkdə başqa fikirlərinin olduğu ehtimalı da verilir. O da bundan ibarətdir ki, onlar bilərəkdən belə bir mühiti yaradaraq İmamı İraqa dəvət edərək orada faciəli şəkildə şəhadətə yetirdilər.
Bütün bunlarla belə, bu mühitin böyük bir hissəsi müsbət idi. Belə ki, Müslim də Kufənin vəziyyətini gördükdə, bu qənaətə gəlmiş və onun əsasında imam Hüseyni (ə) Kufəyə dəvət etmişdi.

İBN ZİYADIN KUFƏ XALQINA TƏZYİQLƏRİ

Çox az millət tapmaq olar ki, zülmkar bir diktatora qarşı çıxıb müqavimət göstərməsin. Mülayim xüsusiyyətə malik olan və xalqın işinə qarışmayan Nöman ibn Bəşirin hakimiyyəti dövründə İraq əhalisi öz nəzər və inanclarını, məsələn, Peyğəmbərin xanədanına olan əqidələrini azad şəkildə izhar edirdilər. Buna əsasən, Müslim Kufəyə gəldikdə, camaat onu dəstəklədilər. Amma İbn Ziyadın Kufəyə gəlib Nömanın yerinə keçməsi vəziyyəti tamamilə dəyişdi. İbn Ziyadın sərt rəftarı Kufə xalqını çaxnaşma və qorxuya saldı. Qərarlarında tələsən və tərəddüddə olan şəxslər həm İbn Ziyad tərəfindən hədələnəcəklərini görür, həm də İbn Ziyadın Şam ordusunun yaxın bir zamanda gələcəyinə dair yaydığı şayiələrdən təsirlənib özlərini tamamilə itirirdilər.
Qəbilə böyükləri Bəni-Üməyyə hakimiyyətinin təsbit olduğuna əmin olub İbn Ziyada qoşulduqda, bu süstlük daha da genişləndi. Təbii ki, xalq kütləsi də qəbilə böyükləri ilə elə də müxalifətçilik etmirdilər. Müslim ibn Əqil İbn Ziyadın evinə hücum çəkdikdə, həmin qəbilə böyükləri camaatı hədələmək və aldatmaqla, həm Müslimin tərəfdarlarının sayını azaltdılar, həm də camaat içərisində təsirli nüfuza sahib olduqlarını göstərdilər.56
Qəbilə böyüklərindən biri İbn Ziyadın zorakılğına müxalif çıxsaydı, öz qəbiləsinin fərdləri onu himayə etməyə cürət edə bilmirdilər. O dövrün ərəb cəmiyyətində ən çox qüdrət və əhəmiyyətə malik olan qəbiləlik himayəsi belə idi. Tarixçilərin qeydlərinə görə, Bəni-Murad qəbiləsinin rəisi Hani ibn Ürvə döyüşə hazırlaşdığı zaman, ona dörd min atlı və səkkiz min piyada əsgər qoşulmuşdu. Hələ, Bəni-Murad qəbiləsinin müttəfiqi Kində qəbiləsini də onlara əlavə etsək, Haninin tərəfdarlarının sayı otuz minə çatırdı. Bununla belə, onu İbn Ziyadın əmrilə tutub Kufə bazarı ilə apardıqları zaman hər nə qədər fəryad edib öz qəbiləsindən kömək istədisə də, kimsə ona kömək etmədi.57 Sonra da onu şəhadətə yetirəndə, kimsə müxalifətə qalxmadı.
İmam Hüseyn (ə) Kərbəlada məcburi şəkildə saxlanıldıqda, İbn Ziyad kufəlilərin İmamın qətlində iştirak etməyə təşviq edərək, onlara xitabən dedi: “Bu gündən etibarən orduya qoşulmayan şəxsin qanı bizim boynumuzda deyildir.”58 Beləliklə, müxaliflər ölümlə hədələnirdi. İbn Ziyad müxalif olanları axtarıb tapmaq üçün Qəqa ibn Süveydə əmr verdi. O da atasının mirasını almaq üçün Kufəyə gələn Həmdan qəbiləsindən bir nəfəri tutub üsyançı adı ilə İbn Ziyadın yanına gətirdi və onun əmrilə başı kəsildi. Bundan sonra da bəzi tarixçilərin yazdığına görə, yetkin çağlarına çatan hər bir kəs Kufə ordusuna qoşulmaq üçün Nüxeylədəki qərargaha doğru irəlilədi.59
Qılınclar imam Hüseyni (ə) öldürmək üçün işə düşdü. Halbuki, əgər xalqın öz ixtiyarında olsaydı, sözsüz, bu işə əl atmazdılar. İndi, Fərəzdəqin kufəlilər haqda imam Hüseynə (ə) dediyi sözü daha yaxşı anlayarıq: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”60
Başqa bir rəvayətdə isə deyilir: “Camaatın yanında insanların ən yaxşısı sənsən və müqəddərat isə səmada təyin olunur. Görünür ki, kufəlilərin qılıncları Əməvilərin xeyrinə (və sənə qarşı) qalxacaqdır.”61 O zaman camaat Kərbəlaya getməyə bilməzdi. Çünki Kərbəlaya getməmək ölümə bərabər idi. Şiələr və yaxud Kərbəlaya getmək istəməyən hər bir kəs iki yoldan birini seçməli idi; ya imam Hüseynə (ə) qoşulmalı, ya da səhnədən qaçmalı idi. Əlbəttə ki, bu, camaatın dini vəzifə baxımından üzrlü olduğu mənasında deyildir.

CAMAATIN İMAM HÜSEYNİN (Ə) QOŞUNUNA QATILMASI

Bəzi qədim sənədlərdən belə başa düşülür ki, Kufə əhalisi təhdid və zorla imam Hüseynlə (ə) döyüşə göndərilirdi. Onların çoxu yolun yarısında ordudan ayrılıb qaçdıqlarından, Kərbəlada iştirak edə bilmədilər. İbn Ziyadın Kərbəladakı ordusunun sayı ilə əlaqədar göstərilənlər, ümumiyyətlə, Nüxeylədə toplanan orduya aiddir. Kufədən göndərilən ordudan yalnız on min nəfər, hətta ondan da az bir ordu Kərbəlaya göndərildi və bəzi tarixçilərin qeydlərinə əsasən, göstərilən bu rəqəm yalnız Kufə məscidinə toplanan qırx min nəfərdən62 ibarət Kufə əhalisinə nisbətən olduqca azdır.
Bütün qeyd edilənlərdən məlum olur ki, camaatın əksəriyyəti ya Kufədə gizlənmiş, ya da yolun yarısında Kufə ordusundan ayrılıb qaçmışdır. Bilazəri bu haqda yazır: “Adətən, bir sərkərdə min əsgərlə birlikdə yola düşürdü. Amma üç yüz, dörd yüz və yaxud ondan da az bir qoşunla Kərbəlaya çatırdı. Çünki camaat Rəsulullahın (s) övladı ilə heç də müharibə etmək istəmirdilər.”63
Dinəvəri isə belə yazır: “İbn Ziyad hansısa sərkərdəni böyük bir qoşunla Kərbəlaya göndərirdisə də, yalnız onlardan çox az bir qisimi Kərbəlaya çatırdı. Onlar Hüseynlə (ə) döyüşməyi xoşlamadıqlarından, ordudan ayrılıb qaçırdılar.”64 Kufə əhalisinin bir qrupu da İmama (ə) qoşulmağa çalışırdı. İmamın (ə) Kərbəlaya çatdığı vaxtdan şəhadətə yetişdiyi zamana qədər səkkiz gün qalırdı və əhalinin əksəriyyəti hadisənin bu qədər ciddi olduğunu bilmirdi. Hətta Hürr ibn Yezid Riyahi əsgərlər arasındakı mövqeyi ilə belə, Aşura günü səhər çağı vəziyyətin faciəli olacağını anlayıb özünü İmama (ə) çatdırdı. Bu səbəbdən, şiələrin əksəriyyəti İmamı (ə) dəstəkləmək və himayə etmək istəyirdilərsə də, bu işə tələsmədilər. Yalnız xüsusi şəxslər özlərini İmama çatdırmaq fikrində idilər. Bu şəxslərdən Nafe ibn Hilal Muradi, Ömər ibn Xalid Seydavi, Səd (Ömər ibn Xalidin azad etdiyi qul) və “Məzhic” qəbiləsindən olan Məcmə ibn Abdullah Aizi İmamın (ə) ordusuna qoşuldular.65 Aşura gününə yaxın vaxtlarda da Müslim ibn Ovsəcə ilə Həbib ibn Məzahir İmama (ə) qoşula bildilər. İbn Sədin yazdığına görə, Aşura gününün sübhü iyirmi nəfər İmama (ə) tərəf keçdi.66 İbn Qüteybə isə onların otuz nəfər olduğunu yazmışdır.67 Qədim tarix ravisi İbn Səd yazır: “Camaat bir-bir, yaxud iki-iki, yaxud da üç-üç Hüseynə (ə) tərəf keçirdilər.”
Bu dönüşü görən İbn Ziyad çarə tapmaq fikrinə düşdü və Əmr ibn Hüreysə camaatı Nüxeyləyə – yəni Kufənin məşhur qərargahına toplanmağa təşviq etməsini və Kufə ilə Kərbəla yolunu birləşdirən körpünü nəzarət altında saxlayaraq özlərini imam Hüseynin (ə) qoşununa çatdırmaq istəyənlərə maneə törətməsini əmr etdi.68 Eyni zamanda, “Qadisiyyə” ilə “Qutqutanə” arasındakı məntəqəni nəzarətdə saxlmağı və Məkkəyə getdikləri məlum olan kəslərdən başqa, Hicaz yolu ilə özlərini imam Hüseynə (ə) çatdırmaq istəyənlərin qarşısını almağı Hüsəyn ibn Nümeyrə tapşırdı.69 Həmçinin Bəsrə valisinə məktub yazaraq bütün yolların nəzarətdə saxlanılması, həmin yollardan Hüseynə (ə) qoşulmaq məqsədilə hərəkət edənlərin həbs edilməsi70 və Vaqisədən Şam və Bəsrəyə gedən yollara ciddi nəzarət edilməsinə dair əmr verdi.71
Qeyd etməliyik ki, yollara ciddi şəkildə nəzarət olunurdu. Belə ki, Kərbəlanın yaxınlığında yaşayan və Həbib ibn Məzahirin təşviqiylə imam Hüseynə (ə) qoşulmaq istəyən Bəni-Əsəd qəbiləsindən yetmiş nəfər İbn Ziyadın məmurları tərəfindən geri qaytarıldılar.72 Bu ciddi nəzarət kufəlilərin imam Hüseyni (ə) himayə etməmək baxımından olduqca təsirli amilə çevrilmişdi. Həmin amillə yanaşı, digər amillər də vardır:
1. Kufənin bir qrup nüfuzlu şəxsləri İbn Ziyadın zindanında həbs olunmuşdular və Muxtar ibn Əbu Übeydə də onlardan biri idi.
2. Hədə-qorxu elə kəskin şəkildə tətbiq olunurdu ki, imam Hüseynə (ə) qoşulmaq istəyənlərlə bərabər, hadisəyə biganə yanaşanlar belə, ölümlə hədələnirdi.
3. Ən mühüm amillərdən biri də, insanları “mal-dövlət” və “vəzifə” ilə aldatmaq idi. Belə ki, bir gün İbn Ziyad Kufə əhalisinə xitabən dedi: “Yezid mənə dörd min dinar və iki yüz min dirhəm pul göndərmişdir ki, onları sizin aranızda bölərək sizi onun düşməni ilə döyüşmək üçün Kərbəlaya göndərim.”73

CAMAATIN HƏDİYYƏ VƏ BƏXŞİŞLƏRƏ BAĞLILIQ VƏ MEYLİ

İmam Hüseyn (ə) Kufə əhalisinin onu öldürmək istədiyini gördükdə, bir xütbə söyləyərək soruşdu: “Ey Kufəlilər, məni dinləyin, bizim sizinlə işimiz yoxdur! Bu nə işdir ki, görürsünüz? Nə üçün bizi öldürmək istəyirsiniz?” Cavab verdilər: “Qorxuruq ki, bizə bəxşiş verməsinlər.” İmam buyurdu: “Ən yaxşı bəxşiş Allahın sizə verdiyidir.”74 Heç kim o həzrətin sözlərinə qulaq asmadı.
Bütün bu şahidlərdən başa düşülür ki, camaatın varlı təbəqəsinin bir qisimi cinayətkar idi və tarixdə pis və xoşagəlməz şəkildə xatırlanmışlar. Bu arada, Kufənin ogünkü mühitinə hakim olan diktatorluq və zorakılıqlara baxmayaraq, imam Hüseynə (ə) qoşulmaq istəyən, lakin bu işin öhdəsindən gələ bilməyən bir çoxları da vardı. Diqqəti cəlb edən budur ki, Bilazəri bu haqda belə yazır: “Səd ibn Übeydə deyirdi: “Kufə əhalisindən olan bir çox böyük şəxsiyyətlər o gün bir təpəyə çıxıb belə dua edirdilər: “İlahi, yardımını Hüseynə (ə) nazil et, onu zəfərə çatdır!” Onlara dedilər: “Ey Allahın düşmənləri, ona kömək etmək üçün, niyə aşağı enmirsiniz?”75

İMAM HÜSEYNİN (Ə) İRAQA ŞƏFƏR ETMƏSİNƏ DAİR ETİRAZLAR

Sonradan Kərbəla faciəsinın qeybi yönünü tətbiq etməklə yanaşı, burada imam Hüseynin İraqa hərəkətinin siyasi cəhətini də qısa şəkildə araşdırmağa çalışacağıq.
İmam Hüseynin (ə) İraqa getməkdən başqa bir yolu var idi, ya yox? Görəsən, İraqda Əməvilər sülaləsinə qarşı müxalifət mərkəzinin yarana biləcəyi və Yezid əleyhinə silahlı qiyamın təşkil edilmə ehtimalı gözlənilirdimi? Tarixi əsərlərdə müxtəlif şəxsiyyətlər tərəfindən dilə gətirilən bir sıra etirazlarla qarşılaşırıq. Bütün bu etirazlarda İmamın İraqa getməsinin məsləhətə uyğun olmadığı vurğulanmışdır. İmam Hüseynin (ə) Yezidə “beyət” məsələsi ilə müxalifətçilikdən sonra Məkkəyə doğru hərəkət etməsi və daha sonra İraqa tərəf getməsi ehtimal olunurdu. Bəzi rəvayətlərə əsasən, Abdullah ibn Müti Mədinə ilə Məkkə yolu arasında İmam (ə) Kufəyə getməkdən çəkindirmişdir.76 İmam (ə) Məkkəyə daxil olarkən etiraz edənlərin sayı daha da artdı. Biz burada İmamın (ə) Kufəyə getməsinə qarşı çıxan kəslərin bəzilərinə toxunuruq:
1. Abdullah ibn Abbas İmamın (ə) İraqa getməməsini və Yəmən dağlarına çəkilməsini təklif etdi. Yəmən bir tərəfdən dağlıq məntəqə olduğundan, döyüş və müdafiə üçün çox münasib və əlverişli bir yer idi. Digər tərəfdən də, orada İmamın atasının şiələri sayca çoxluq təşkil edirdi. Bu cəhətdən İmamın (ə) təhlükəsizliyini təmin edə biləcək yeganə məntəqə Yəmən dağları idi.77
2. İbn Əsəmin rəvayətlərinə görə, Məhəmməd ibn Hənəfiyə də, eynilə İbn Abbasın təklifini irəli sürmüşdür.78
3. Əmr ibn Əbdürrəhman ibn Hişam deyirdi: “İnsanlar dinar və dirhəm qullarıdır. O da, bu gün hakimlərin ixtiyarındadır. Məbada İraqa gedəsən!”79
4. Abdullah ibn Ömər qorxu və vəhşətlə ümmət arasında qan töküləcəyini İmama (ə) xatırladırdı.80
5. Abdullah ibn Cəfər imam Hüseynin (ə) İraqda öldürüləcəyinə toxunaraq o həzrətə deyirdi: “Qorxuram ki, sənin ölümünlə yer üzünün nuru sönsün. Çünki sən hidayət ruhu və möminlərin əmirisən. İraqa getmək üçün tələsmə; mən sənin üçün Yeziddən aman istəyərəm.”81
6. Əbu Səid Xudri demişdir: “Rəhbərinə qarşı üsyan etmə.”82
7. Müsəvvər ibn Mühərrəmə İmama (ə) belə yazmışdı: “İraq xalqına aldanma.”83
8. Əbu Vaqid Leysi də Müsəvvər ibn Mühərrəmin sözlərini İmama (ə) demişdi.84
9. Fərəzdəq Məkkə ilə Kufə yolu arasında İmama (ə) belə demişdi: “Xalqın ürəyi səninlə, qılıncları isə sənə qarşıdır.”85
Tarix kitablarında bu kimi etiraz və qayğılar az nəql olunmamışdır. Çox ehtimal ki, bir çox qərəzli ravilər belə uzun siyahını İmamı günahlandırmaq və ittiham etmək məqsədilə düzüb-qoşmuşlar.

ETİRAZ VƏ TƏNQİDLƏRƏ CAVAB

İmam Hüseynin (ə) İraqa getməsi ilə bağlı dəlil-sübutları qeyd etməzdən öncə, bir müqəddiməni qeyd etməyi lazım bilirik: Keçmiş və indiki siyasət tarixinə nəzər saldıqda, çox az adam tapmaq olar ki, öz siyasi fəaliyyətlərində kiçik maneə ilə üzləşmədən və tam ciddiyyətlə öz siyasi hədəflərinə çatmış olsun. Qüdrəti ələ gətirmək məqsədilə, yaxud müsbət və ya mənfi hədəflər uğrunda fəaliyyət göstərənlərin işləri həmişə ehtimallara əsaslanır. Siyasət dünyasında müvəffəq və xalq tərəfdarı olan kəslər belə “terror” kimi təhlükələrlə üzləşirlər. Demək, biz də idealistlər kimi düşünməməli, yalnız qətiliklə hədəfə çatacağımızı və azacıq süqut ehtimalı olmadığı təqdirdə hərəkət etməyimizin doğru olduğunu sanmamalıyıq. Tarixi həqiqətlər bu kimi təfəkkür tərzini əsla təsdiq etməmişdir. Bu isə belə siyasi düşüncəyə sahib olan şəxsin sadəliyini göstərir.
Həmçinin belə bir təfəkkür tərzinə qapılmamalıyıq ki, imam Hüseyn (ə) bu səfərinin müvəffəqiyyətlə nəticələnəcəyinə, azacıq süqut ehtimalı olmayacağına yəqin etməli idi. İmamın (ə) hərəkatını əslində kökündən qəbul etməyən şəxsin məğlubiyyət ehtimalına dair tarixi şahidlər göstərmək haqqı yoxdur. Çünki kufəlilər bundan əvvəl bir dəfə də sınaqdan keçirilmişdilər. İmamın hərəkatını qəbul edən şəxs də, əsla süqut ehtimalının olmadığını düşünməməlidir. Bu ilkin məsələyə diqqət yetirməklə, İmamın o şərtlər daxilindəki vəziyyətini ölçüb-biçməli, sonra isə tarixi şahidləri və İmamın addımlarını nəzərə almaqla İraqa hicrət etməsini qiymətləndirməliyik. İmam Hüseyn (ə) şəhadətə çatmaq bahasına olsaydı belə, Yezid və onun hakimiyyətini əsla qəbul etmək istəmirdi. Eyni zamanda, Yezidin əleyhinə qiyam etmək və İslam cəmiyyətinə rəhbərliyi Bəni-Üməyyənin qanlı pəncəsindən qurtarmaq üçün bir əlac tapmağa çalışırdı.
İmamın siyasi təfəkkür tərzini müəyyən edən prinsiplər elə bunlar idi. İmam bu prinsiplər daxilində öz yolunu seçməli, təkliflər və tənqidlərə qarşı reaksiya göstərməli idi. Bu müddəalar isə qətiyyən dəyişiləsi deyildi. Odur ki, bu istiqamətdə ona uyğun gəlməyən hər bir təklif İmamın nəzərində məhkum idi.
Digər tərəfdən də, o dövrə hakim siyasi durumun özü də xüsusi prinsiplərə sahib idi və bunun bir qisimini də ehtimallar təşkil edirdi. İmam (ə) bütün bunları nəzərə almalı idi; belə ki, nə azğınlıqlara uğramalı, nə də dövrün mövcud reallıqlarına zidd hərəkət etməli idi. O dövrün adi siyasi düşüncə tərzi baxımından, Yezid imam Hüseyn (ə) kimi bir şəxsin ona beyət etmədən həyatını davam etdirməsinə əsla icazə verməzdi. Çünki o həzrət elə bir şəxs deyildi ki, Yezidin işlərinə qarışmasın və heç bir məsuliyyət hissi keçirmədən dünyanın bir guşəsində həyatına davam etdirsin. Buna əsasən, İmam beyət etmədiyi təqdirdə Yezidin seçə biləcəyi yeganə yol İmamı şəhadətə yetirmək idi. Digər tərəfdən də, Şam bir tərəfə qallsın, hətta Mədinə, Məkkə, ümumiyyətlə, Hicaz və Yəmən... Yezidin müqabilində müqavimət göstərəcək, imam Hüseyni (ə) müdafiə edəcək və onun qətlinə mane olacaq bir qüvvədə deyildi. İmamı müdafiə etmə və dəstəkləmə ehtimalı olan məntəqə yalnız Kufə şəhəri idi. Doğrudur ki, Kufənin keçmişi və əhalisinin düşmən qarşısında imam Əmirəl-Möminin Əli (ə) və imam Həsənlə (ə) rəftarları bu ehtimalı zəiflədir. Lakin İmamın Kufəyə gəlməsində onların səbirsizliyi, Kufənin qabaqcılları və adi xalqının İmama ardıcıl məktub göndərmasi, Bəni-Üməyyə müqabilində müqavimət göstərəcəklərinə və İmamı müdafiə edəcəklərinə dair söz verməsi bu zəifliyi aradan qaldırırdı. Kufəlilərin imam Hüseyni (ə) dəstəkləyəcəklərinə dair israrları artdıqca, İmamın düşmən müqabilində qələbə ehtimalı da güclənirdi. Ancaq təhlükə və süqut ehtimalı tamamilə aradan qalxmamışdı.
İndi siz deyin! Əgər imam Hüseyn (ə) bu yolu seçməsəydi, nə etməli idi? İmam (ə) beyət etmədiyi təqdirdə, Yezid onun sağ qalmasına razı olacaqdımı? İmam (ə) Yezidə beyət edərək İslam ölkəsinə hakim olan islamazidd cərəyanlar müqabilində yalnız öz canı, həyatı və öz mənfəətlərini düşünən laqeyd bir tamaşaçı və heç bir məsuliyyət hissi keçirməyən bir şəxs kimi yaşaya bilərdimi?
Əgər imam Hüseyn (ə) Kufəyə getməsəydi və Məkkədə qalıb öldürülsəydi, həmin şəxslər “İmam (ə) nə üçün kufəlilərin göndərdikləri o qədər məktub və təkidlərə etina etməyib Kufəyə gəlmədi? Əgər Kufəyə gəlsəydi, kufə əsgərlərinin qılıncı sayəsində amanda qalardı və siyasi hədəflərinə də nail olardı!” – deməyəcəkdilərmi? Adətən, etiraz edənlərin sözü İmamın qiyam etməməsi ətrafında fırlanırdı. Bu da, Yezidin hakimiyyətini qəbul etmək mənasını daşıyırdı. Bu, İmamın nəzərində qeyri-mümkün idi. Hətta Abdullah ibn Cəfərin o həzrət üçün Yeziddən istədiyi amannamə də bu məqsədi izləyirdi. Çünki Yezidin aman verməsi təbii ki, o həzrətin qiyam etmədiyi təqdirdə mümkün idi. İmam isə, əsla Yezidə beyət etmək zillətinə boyun əymirdi və əyə də bilməzdi. İndi isə İmamın bu məsələni necə şərh etdiyinə və tarixi şahidlərin bunu necə göstərdiyinə bir nəzər salaq. İmam bir çox yerlərdə Yezid və xidmətçilərinin o həzrətin Məkkədə yaşamasına icazə verməyərək, nəhayət, onu öldürəcəkləri məsələsinə toxunmuşdur ki, biz də burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:
1. İmam Hüseyn (ə) İbn Abbasın etirazına belə cavab verdi: “Məkkənin iki qarış kənarında öldürülməyim bir qarış kənarında öldrülməyimdən daha yaxşıdır.”86
2. İbn Ömərin etirazına belə cavab vermişdir: “Bu qövm məndən əl çəkməyəcək və məndən beyət almaq üçün bütün vasitələrdən istifadə edəcəkdir. Mən isə buna razılaşmayacağam və nəticədə məni öldürəcəklər.”
3. Başqa bir etirazın cavabında belə buyurmuşdur: “Yer üzündəki həşəratlardan birinin yuvasına girsəm də, məni oradan çıxarıb öldürəcəklər.”87
4. Digər bir yerdə onun qiyama tələsməsinin səbəbini soruşduqda, belə buyurdu: “Tələsməsəm, giriftar olaram.”88
5. Yenə də etirazlara cavab olaraq buyurmuşdur: “Bəni-Üməyyə malımı aldı, səbir etdim. Heysiyyətimə toxundu, səbir etdim. Qanımı tökmək istədikdə isə, qaçdım.”89
Deyilənlər imam Hüseynin (ə) hadisədən aldığı nəticə idi. Həzrətin dəlil-sübutu onun Yezidə beyət etmədiyi təqdirdə, öldürüləcəyinə dair yəqinliyinin olması idi.
Hadisənin digər önəmli tərəfi İmamın (ə) İraqa doğru səfəridir. İmam (ə) Məkkədən çıxmağa qərar verdikdə, İslam ərazisinin müəyyən bir nöqtəsini seçməli idi. İmam (ə) Məkkədə olduğu bir neçə ay müddətində Həzrətə İraq xalqından çoxlu məktub çatmışdı. Bu məktubların sayı o qədər çox idi ki, sonralar İmamın (ə) İraqa getməsinin əsas səbəblərindən birinə çevrilmişdi. Bir çox hallarda İmamdan (ə) Kufəyə getməsinin səbəbi soruşulduqda, İraq xalqının məktublarını dilə gətirirdi.90 Məsələn, Hürr, Ömər ibn Səd91, Büheyr ibn Şəddad92 və Abdullah ibn Ömərin93 cavabında və hətta Aşura günü sübh vaxtı94 Kufə ordusunun müqabilində gəlişinin səbəbini Kufə xalqının məktubları ilə əlaqəlandirir və İraqa səfərindən soruşanların cavabında təkrar-təkrar buyururdu: “Atımın xurcunları iraqlıların məktubları ilə doludur.”95 İmam Hüseyn (ə) Müslimin “o həzrətin Kufəyə gəlməsinə dair” yazdığı xəbəri aldıqdan sonra, dərhal Məkkədən çıxıb Məkkə ilə Kufə arasındakı məsafəni sürətlə qət etdi. Amma Müslimin şəhadət xəbəri çatdıqda96, karvanın hərəkəti yavaşıdı və zaman keçdikcə, hərəkətin sürəti azaldı. Bu vəziyyət İmamın (ə) və səhabələrinin Kufəyə hərəkətinə mane olmadı. Çünki Müslim və Haninin şəhadət xəbəri İmama çatdırıldıqdan sonra, İmamın Kufə xalqı haqqındakı xoş görüşləri və etimadı get-gedə azalsa da, Kufədə qələbə ehtimalı tamamilə aradan qalxmamışdı. Başqa sözlə, İmamın (ə) karvanı Kufəyə yaxınlaşdıqca, döyüşdə qələbə çalacaqlarına dair ümidləri daha da sarsılırdı. Amma İmamın (ə) Kufəyə doğru getməsi və səfərinə davam etməsini araşdırması, eləcə də, səhabələrilə məsləhətləşməsinin nəticəsi qələbə çalacağanın mümkün bir iş olduğunu göstərirdi. İmama (ə) deyirdilər: “Siz Müslim ibn Əqil kimi deyilsiniz! Kufə xalqı sizi gördükdə, hamılıqla sizin ətrafınıza toplaşacaqlar.” Bəlkə də, həmin sözlərdə məqsədləri bu idi ki, Müslim məşhur bir şəxs olmadığından xalqı lazımı şəkildə cəzb edə bilməmişdir. Amma İmamın şəxsiyyətinin başqa bir cazibəsi var idi. Bu söhbətlər İmamın (ə) vəziyyəti və Kufə xalqının məktublarını və on illik istəklərini nəzərə almaqla elə də yersiz deyildi. Bu səbəbdən, İmam (ə) səfərinə davam etməyi qəbul etdi. Fütuhun rəvayətindən belə başa düşülür ki, İmamın (ə) Qeys ibn Məsəhhər Seydavi ilə kufəlilərə göndərdiyi məktubu Müslim ibn Əqlin şəhadət xəbərindən sonra əhdlərinə sadiq qalmalarının əhəmiyyətinə dair imiş.
Kufə ilə əlaqədar tərəddüd İmamın (ə) ordusunun düşüncəsinə əhəmiyyət veriləcək dərəcədə təsir etsə də, bunun nəticəsi yalnız İmamın (ə) Hürrün ordusu ilə qarşılaşdığı zaman “geri qayıtmağa” dair qərarda üzə çıxdı. Hürrün sərkərdəliyi ilə ordunun gəlməsi, dörd min nəfətdən ibarət düşmən ordusunun “Qadisiyyə”də toplanması xəbərinin eşidilməsi, Kufə ilə bağlı əvvəlki xəbərlər, o cümlədən, İmamın (ə) Kufəyə gəlməsindən imtina etməsi ilə əlaqədar Müslimin Ömər ibn Sədlə göndərdiyi şifahi xəbərlər İmamın Kufəyə bel bağlamamaq ümidini üzdü və Kufəyə getməsinin süqut və şəhadətdən başqa bir nəticə verməyəcəyinə dair onu əmin etdi. Elə bu zaman İmam (ə) geri qayıtmağa qərar verdi.97 Amma Hürr İmamı (ə) və qoşununu Kufəyə aparmaq üçün Kufə valisindən əmr aldığını irəli sürərək İmamın (ə) qayıtmasına mane oldu. Bu andan etibarən, İmam (ə) daim düşmən ordusunun sərkərdələri ilə98 görüşlərində və hətta Kufə ordusuna xitabən geri qayıtmaq qərarında olduğunu bildirir və buyururdu: “Ey camaat, əgər məni dəstəkləmək, himayə etmək istəmirsinizsə, heç olmazsa, təhlükəsiz bir yerə – Məkkəyə – qayıtmağıma mane olmayın!”99
Bəzi tarixçilər yazırlar: “İmam (ə) Kufə ordusu tərəfindən mühasirəyə alındıqdan sonra Ömər ibn Səddən aşağıdakı üç məsələdən birini qəbul etməsini istədi: Qoyun Hicaza gedim. Şama gedib Yezidə beyət edim. Ölkənin uzaq sərhədlərindən birinə gedim... Əlbəttə, bəzi dəlillərə görə bu xəbər doğru deyil və onu yazanlar imam Hüseynin (ə) əlçatmaz və bənzərsiz şəxsiyyətini sındırmaq və təhqir etmək və beləcə, Əməvi soltanlarına xidmətlərini göstərmək istəmişlər. Bu sözün doğru olmadığını sübut edən dəlillər bunlardır:
1. Yuxarıda qeyd edilən rəvayətdə və digər rəvayətlərdə təkid edilən məsələ budur ki, imam Hüseyn (ə) Şama getməyi irəli sürməmiş və yalnız Hicaza (Məkkə və Mədinə) qayıtmağı istəmişdir.
2. Bilazərinin rəvayətində belə deyilir: “İmam Hüseyn (ə) Ömər ibn Sədə yalnız Mədinəyə qayıtmağı söylədi.”100
3. Həmçinin Üqbət ibn Səmadan sənədli şəkildə belə nəql edilir: “Mən bütün mərhələlərdə Hüseyn ibn Əlinin (ə) yanında idim və bir an belə ondan ayrılmadım. Amma eşitmədim ki, o həzrət xalq arasında yayılan (icazə verin ki, Şama gedib Yezidə beyət edim) şaiyəyə hətta işarə etsin, əksinə o həzrət yalnız belə buyurdu: “Qoyun gəldiyim yerə qayıdım və yaxud bu geniş olan yer üzünün bir guşəsinə çəkilərək oradan camaatın işinin aqibətini izləyim.”101
4. Əgər imam Hüseyn (ə) beyətə hazır olsaydı, Yezidə görə yaranan bu qədər çətinliklər və qalmaqallar öz-özünə aradan qaldırılar və o həzrət (ə) də adi bir şəxs kimi həyatını davam etdirərdi.

KƏRBƏLA FACİƏSİNDƏ QEYB ÜNSÜRÜ

Kərbəla faciəsinın tarixi yönündə mühüm yer tutan məsələlərdən biri də “qeyb” məsələsidir. Bu da Kərbəla faciəsinı araşdırarkən bir çox ixtilafların yaranmasına və daha çox ideoloji bir məsələnin tarixi bir məsələ ilə müqayisə edilməsinə səbəb olmuşdur. Həqiqət budur ki, bizim alimlərimiz etiqadi baxımdan, eləcə də, imam Hüseynin (ə) elmi əhatəsinə diqqət yetiməklə bu haqda uyğun mənbələrdə kifayət qədər tədqiqat aparmışlar. Amma bunun tarixi baxımdan təhlilində ideoloji dəlillərə toxunmağa ehtiyac yoxdur. Çünki belə bir iş, məsələni tarixi görünüşdən xaric etdiyi kimi, tarixi hadisələri qələmə almaqda nəzər və əqidələrin müdaxiləsi ilə ittiham edilməsinə də zəmin hazırlayacaqdır. Biz burada Kərbəla faciəsinin tarixi vəsfindən əlavə, məlumat vermək məqsədilə bəhsin son sözü olaraq bu hadisədən qabaq mütləq onun baş verəcəyin sübut edən rəvayətlərə qısa şəkildə toxunacağıq. Bu rəvayətlərdən bəzisi Peyğəmbərdən (s) nəql edilmişdir ki, onları böyük şiə və sünni raviləri və hədis alimləri yekdilliklə qəbul etmişlər.
Əllamə Əmininin dəyərli “Sirətuna və sunnətuna” əsərində bu kimi bi çox hədislər qələmə alınmışdır. Bu hədislərdə Rəsulullah (s) tərəfindən Kərbəla faciəsi və övladı Hüseynin (ə) məzlumcasına şəhadətə yetiriləcəyi hələ hadisədən neçə illər öncə izah edilmiş və o həzrətin (s) dərindən təsirləndiyi və hətta ağlayıb kədərləndiyi belə açıqlanmışdır. Mərhum Əllamə Əmini bu hədislərin çoxunu əhli-sünnənin tarix və hədis kitablarından nəql etmişdir.
İndi isə bu hədislərdən bəzisinə diqqət yetirək:
1. Bir hədisdə belə deyilir: “Bir gün Hüseyn (ə) yuxuda Rəsulullahı (s) və bir dəstə mələk gördüyünü danışarkən Rəsulullah (s) onu bağrına basıb buyurdu: “Ey Hüseyn, görürəm ki, yaxın zamanlarda ümmətimin bir qrupu tərəfindən Kərbəla səhrasında susuz öldürüləcəksən. O zaman ata və anan mənim yanımda olacaq və səbrsizliklə sənin gəlişini gözləyəcəklər. Cənnətdə sənin üçün elə dərəcələr var ki, şəhid olmasan, onları malik ola bilməzsən.”102
2. İmam Hüseyn (ə) Məkkədə buyurdu: “Yuxuda cəddim Rəsulullahı (s) gördüm. O həzrət mənə əmr etmişdir və mən də ona uyğun rəftar etməliyəm.”103
3. İmam Hüseyn (ə) Kərbəlaya çatdığı gün oranın adını soruşduqda, “Kərbəladır” – dedilər. İmam (ə) buyurdu: “Atam “Siffeyn”ə gedərkən bu səhradan keçdi və mən də onun yanında idim. Burada dayanıb bəzi suallar soruşdu. Ona: “Bu yerin adı Kərbəladır!” – dedilər. O zaman atam bu səhranın bəzi yetlərinə işarə edərək “burada miniklər bağlanılacaq, orada da qanlar axıdılacaq” – deyə buyurdu. O həzrətdən: “Ey Əmriəlmöminin, kimin haqqında danışırsınız?” – deyə soruşduqda, buyurdu: “Bu torpaqda Ali-Mühəmməddən (s) enəcək bir karvan haqqında!”
4. İmam Hüseyn (ə) Aşura günü bacısı Zəynəbə xitabən buyurdu: “Bacı, dünən gecə yuxuda cəddim Rəsulullahı (s), atam Əlini (ə), anam Fatiməni (ə) və qardaşım Həsəni (ə) gördüm ki, deyirdilər: “Tezliklə bizim yanımıza gələcəksən!” Bacı, and olsun Allaha, şübhəsiz ki, onun vaxtı yaxınlaşıb.”104
Bunlar imam Hüseynin (ə) şəhadətindən əvvəl Kərbəla faciəsi haqda xəbər verən rəvayətlərin bir qismini təşkil edir. Təbii olaraq, nəinki, imam Hüseyn (ə), hətta Peyğəmbər də nübüvvət və yaxud imamətin isbatından başqa, istər siyasi, istərsə də adi həyatlarında qeyb aləmindən faydalanmır və İslam əxlaqı və hökmlərinə uyğun rəftar edirdilər. Peyğəmbərin və məsum imamların örnək olması qeyb aləminə görə deyil, onların mövcud vəziyyət və zahiri hadisələrə görə rəftar etmələrinə əsaslanırdı. Çünki qeyb aləminə əsaslanmaq elə bir iş deyil ki, başqaları da bacara bilsin.

ŞİƏNİN İNKİŞAF VƏ TƏŞƏKKÜLÜNDƏ KƏRBƏLA FACİƏSİNİN TƏSİRİ

Şübhəsiz, Kərbəla faciəsi tarixin təyinedici hadisələrindən və şiənin inkişaf və təşəkkülündə rol oynayan ən mühüm səbəblərdən biridir. Biz işarə etmişdik ki, şiəliyin etiqadi əsasları, xüsusilə, imamət məsələsi Quran və sünnədə açıq-aşkar gözə dəyir. Ancaq şiə tarixinin digər islami qruplardan ayrılması tədricən baş vermişdi. İmam Əmirəl-Möminin Əlinin (ə) hakimiyyəti, dini məsələlər və ilahi düşüncələrdə rəftar tərzi müəyyən qədər şiənin ideoloji və etiqadi düşüncəsinə güclü təsir bağışladı. Əməvilərin digər islami qrupların etiqad və təfəkkür tərzini dəstəkləməsi şiə ilə digər mövcud qrupların bir-birlərindən daha çox ayrılmasına səbəb oldu. Müaviyənin hiylə və məkrli davranışları müsəlmanların Əməvilərin İslam pərdəsi arxasında cahillik dövrünün insanlığa zidd şəxsiyyətlərini gizlətdiklərini, cahillik dövrünün həyat və mədəniyyətinin müdafiəçisi olduqlarını anlamalarına imkan vermədi. Baxmayaraq ki, o dövrün şüurlu və düşüncəli şəxsiyyətləri bunu başa düşmüşdülər. Amma oğlu Yezidin onun kimi məharəti yox idi. O, gündəlik söhbət və şeirlərində özünün kim olduğunu və nə istədiyini açıq-aşkar dilə gətirirdi. Buna görə də, hakimiyyətə gələn kimi Kərbəla vaqiəsini törətdi və Hüseyn ibn Əlini (ə) bir qrup yaxınları və əhli-əyalı ilə birlikdə şəhadətə yetirdi. Şiə tarixinin Əməvilərin İslam pərdəsi arxasında olan digər qruplardan ayrılığı qətiləşdi və şiə o zamandan etibarən Əli (ə) və onun canişinlərinin sünnə və rəftarlarına itaət edən bir qrup adı ilə varlığını üzə çıxartdı.

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Fəzailul-xəmsə fi sihahis-sittə”.
2 “İslamın siyasi tarixi”, qırxıncı ildən birinci hicri əsrinin sonuna qədər.
3 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 221; “Əl-imamətu vəs-siyasət”, c. l, s. 151; “Əl-irsad”, Şeyx Müfid, s. 206.
4 “Ənsabul-əşraf” (Müaviyənin həyatı), c. 2, s. 744, hədis. 303; “Əxbarut-tival”, s. 224; “Əl-imamətu vəs-siyasət”, c. 1, s. 180-181; “Rical”, Kəşşi, s. 48-49; “Dəaimul-İslam”, Qazi Nöman, c. 2, s. 12.
5 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 227.
6 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 11.
7 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 17.
8 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 24-25.
9 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 228.
10 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 37.
11 “Tarixi-Təbəri”, c. 5, s. 260-261; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 46.
12 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 49-50.
13 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 53.
14 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 150.
15 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 164, Mahmudinin təhqiqi; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 245; “Tarixi-Təbəri”, c. 4.
16 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 245.
17 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 247.
18 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 120.
19 “Tarixi-Təbəri”, c. 4, s. 300.
20 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 247-248.
21 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 169.
22 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 248; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 169; “Tarixi-Təbəri”, c. 4.s. 300-301.
23 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 170; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 135.
24 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 250.
25 Yenə orada, s. 250; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 139-141; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 170.
26 “Tarixi-Təbəri”, c. 4, s. 307; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 173.
27 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 250-251.
28 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 176; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 251.
29 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 172.
30 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 173.
31 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 252.
32 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 253.
33 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 179.
34 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 254.
35 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 178.
36 “Turasuna”, İbn Səd, nömrə: 10, s. 178.
37 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 173.
38 “Əl-irşad”, Şeyx Müfid, s. 339.
39 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 166; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 183.
40 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 254:
41 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 55; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 180; “İslamın siyasi tarixi qırxıncı hicri ilinə qədər”, s. 377.
42 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 162; “Tarixi-Təbəri”, c. 4,” ş. 311.
43 “Turasuna”, İbn Səd, nömrə: 10, s. 178; “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 4, s. 58-59
44 “Turasuna”, İbn Səd, nömrə: 10, s. 178.
45 “Turasuna”, İbn Səd, nömrə: 10. s. 181; “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 4, s. 60-61.
46 “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 4, s. 64-65.
47 “Tarixi-Təbəri”, c. 4, s. 326; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 183.
48 “Tarixi-Təbəri”, c. 4, s. 331; “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 4, s. 67.
49 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 171; “Əlfutuh”, c. 5, s. 144-145; “Tarixi-Təbəri”, c. 4, s. 304.
50 “Əl-əvail”, c. 2, s. 125.
51 “Əl-imamətu vəs-siyasət”, c. 1, s. 183 və 187.
52 “Turasuna”, İbn Səd, nömrə:10, s. 188.
53 “Ət-təbəqatul-kubra”, İbn Ənbə, c. 5, s. 148, Beyrut çapı.
54 “Tarixi-Dəməşq (imam Huseynin (ə) həyatı)”, İbn Əsakir, s. 193
55 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 185; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 169.
56 “Tarixi-Təbəri”, c. 4, s. 277.
57 “Murucuz-zəhəb”, Məsudi, c. 3, s. 59.
58 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 178; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 254-255.
59 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 179.
60 “Tarixi-Təbəri”, c. 4, s. 290; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 2, s. 124-140; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 245; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 165.
61 “Turasuna”, İbn Səd, nömrə:10, s. 1710; “Tarixi-Dəməşq” (imam Hüseynin (ə) həyatı), s. 206.
62“ Tarixdə şiə”, s. 160, ingiliscə.
63 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 179.
64 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 254.
65 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 72.
66 “Turasuna”, İbn Səd, nömrə:10, s. 178.
67 “Əl-imamətu vəs-siyasət”, İbn Quteybə c. 2, s. 7.
68 “Turasuna”, İbn Səd, nömrə:10, s. 178-179.
69 “Turasuna”, İbn Səd, nömrə:10, s. 178-179,
70 “Tarixi-Təbəri”, c. 4, s. 263.
71 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 173-179; “Tarixi-Təbəri”, c. 4, s. 295.
72 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 180; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 159-160.
73 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 157.
74 “Turasuna”, İbn Səd, nömrə: 10, s. 178.
75 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 226.
76 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 36-377; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 228-246.
77 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 224; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 113; “Tarixi-Təbəri”, c. 4, s. 287; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 161.
78 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 32.
79 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2. s. 161; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 110-111; “Tarixi-Təbəri”, c. 4, s. 287.
80 Bax: “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 163; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 39; “Turasuna”, İbn Səd, nömrə: 10, s. 166.
81 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 116; “Tarixi-Təbəri”, c. 4, s. 291.
82 Yenə orada.
83 Yenə orada, s. 167.
84 Yenə orada, s. 166.
85 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 165.
86 “Ənsabul-əşraf”, c. 2, s. 164; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 113; “İbn Əsakir”, s. 190; “Əl-mərifətu vət-tarix”, c. 1, s. 541; “Məcməuz-zəvaid”, Heysəmi, c. 9, s. 192; “Murucuz-Zəhəb”, c. 3, s. 55.
87 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 116.
88 “Tarixi-Təbəri”, c. 4, s. 290.
89 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 124.
90 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 163-165.
91 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 170-177; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 137-138; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249-254.
92 “Turasuna”, İbn Səd, nömrə: 10. s. 173.
93 “Turasuna”, İbn Səd, nömrə: 10, s. 181.
94 “İbn Əsakir”, s. 192.
95 “İbn Əsakir”, s. 209-210.
96 “Tarixi-Təbəri”, c. 4, s. 300.
97 “Ənsabul-əşraf”, Bilazəri. c. 2, s. 170; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5. s. 135; “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 250.
98 Bax: “Tarixi-Təbəri”, c. 4. s. 311; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5. s. 155.
99 “Tarixi-Təbəri”, c. 4. s. 323
100 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 182.
101 “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 4, s. 54.
102 “Əl-futuh”, İbn Əsəm. c. 5, s. 28-29
103 “Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 253.
104 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5. s. 175-176.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+1 =