Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM ƏLİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

İmam Əmirəl-Möminin Əli ibn Əbu Talib (ə) haqda daha çox məlumata sahib olduğumuzu və hətta o həzrəti digər imamlardan daha yaxşı tanıdığımızı iddia edirik. Həqiqətdə isə, o həzrətin həqiqi real həyatı barəsində daha az məlumatımız vardır. Bunun əsl səbəbi o həzrətin həyatının çox parlaq və müxtəlif yönlü olması və bu cəhətdən də ona ümumi və sabit bir görünüşlə yanaşmaq çətinliyinin mövcudluğudur. Amma həqiqətdə, o həzrətin həyatına birtərəfli və birmənalı yanaşa bilmərik. Əksinə o həzrətin əməlləri, rəftar, xüsusiyyət, amal və kəlamları üzərində dərindən düşünmək və bu haqda geniş tədqiqat aparmaq zəruridir. Hələ bununla belə, yenə də o həzrətin şəxsiyyətinin yalnız bir hissəsinə (özü də naqis şəkildə) diqqət edəcək və o həzrətə nisbətdə mərifət kəsb etmək yolunda heyran qalacağıq...

İMAM ƏLİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Adı Əli (ə), atasının adı Əbu Talib (hərçənd, əslində Əbu Əli olmalı idi), anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkeyi-Mükərrəmədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin hicrətindən təqribən, 24 il əvvəl, boya-başa çatdığı və təlim-tərbiyə aldığı yer Peyğəmbərin (s) evi və həzrət Xədicənin qucağı.
İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdi. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istədi və həzrət Əlini götürdü. Peyğəmbər (s) bunu Əbu Talibin ona – yetim və ata-anasız qaldığı zaman – etdiyi yaxşılıqların müqabilində bir növ kömək bilirdi; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradəsi və istəyi idi. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilmədi.

İMAM ƏLİNİN (Ə) İMANI

Ən mötəbər hədis və tarix mənbələrində göstərildiyi kimi, Peyğəmbərə (s) iman gətirən ilk şəxs imam Əmirəl-Möminin Əlidir (ə). Sonralar siyasət pəncəsi bu haqda bəzi şübhələr yaratmaq istəsə də, – qədim və yeni – hədis və tarix kitablarında bu məsələ açıq-aşkar qeyd edilmiş və heç bir şübhəyə yol verilməmişdir.1
Bəziləri bunu qəbul etsələr də, imam Əlinin (ə) o zaman uşaq olduğu bəhanəsini irəli sürərək bunu əhəmiyyətsiz göstərməyə çalışmışlar.2 Amma o həzrətin hələ uşaq ikən geniş təfəkkür sahibi olduğunu bildirən dəlillər kifayət qədərdir və hətta o həzrətin yaşı da bu məsələni açıq-aşkar sübut edir.
Məhəmməd ibn Abdullah İskafinin “Əl-meyaru vəl-muvazinə” adlı dəyərli kitabında qələmə aldığı bu məsələni qısa şəkildə diqqətinizə çatdırırıq: “Peyğəmbərin (s) Əlini (ə) İslama necə dəvət etdiyinə nəzər saldıqda, o zaman onun şüurlu və yetkinlik cağında və Peyğəmbərin (s) nəzərində İslamı qəbul etməsinin ona vacib olduğunu yaxşıca dərk edə bilərik. Çünki o həzrət uşaq olsaydı, ona bir hökm vacib olmazdı. Xüsusən, o zaman İslamın əvvəlləri idi. Hələ camaatın öz uşaqlarına İslamı qəbul etmələri üçün təlim vermələrini tələb edən islami bir cəmiyyət qurulmamışdı. Peyğəmbər (s) o dövrdə İslamı elmi agahlıq və anlayışla qəbul edəcək kəslərə ehtiyac duyurdu.”
Sonra əlavə edərək yazır: “Əgər bir şəxs “İslamda oğlan uşağı on beş yaşında yetkinlik həddinə (həddi-büluğ) çatdığı halda, o, necə yetkinlik yaşına çatmışdı?!” – deyə soruşsa, belə cavab verə bilərik: “İslamda həddi-büluğun ən son çağı on beş yaşdır. Hətta bu yaşda ağıldan kəm olanlar da, yetkinliyə çatırlar. Şübhəsiz, bu yaş dövrünün ilkin və orta mərhələsi də vardır. Belə isə, on beş yaşından əvvəl də kiminsə yetkinlik həddinə çatması qəbul edilə bilər. O həzrət İslamı qəbul etdiyi zaman on üç yaşında idi və bu dövr yetkinlik çağının ilkin mərhələsidir.”
İskafi sözünün davamında əhli-sünnənin “Əli (ə) Peyğəmbərin (s) namaz qıldığını gördükdə, o həzrətdən bu əməl barədə soruşdu və Peyğəmbər (s): “Ya Əli, bu, Allahın dinidir!” – buyuraraq Əlidən bu dini qəbul etməsini istədi. Əli ibn Əbu Talib (ə) dedi: “Bu haqda bir gecə düşünməyimə icazə ver!” – rəvayətini əlavə edərək “Bir uşaqdan bu cavabı gözləmək olmaz!” – deyə öz fikrini bildirir.3
İmam Əlinin (ə) neçə yaşında iman gətirməsi barədə “yeddi yaşından on altı yaşına qədər” – kimi göstərilən müxtəlif fikirlər mövcuddur. İskafi yuxarıdakı cümləsində qeyd etdiyi kimi, on üç yaşı qəbul edir.4
O həzrətin yaşının azaldılıb-çoxaldılması onun dəqiq şəkildə bilinməməsindən qaynaqlana bilər. Ancaq qeyd edilməlidir ki, burada bir sıra xüsusi məqsədlərin güdüldüyü də diqqəti özünə cəlb edir. Məsələn, həzrət Əlinin (ə) İslamı qəbul etməsini dəyərsiz göstərmək üçün onu həddi-büluğ olmayan və cahillik dövrü haqqında heç bir əhdi olmadığı (yəni əvvəllərdə müvəhhid olduğunu təkzib etmək baxımından) nəticəsini almaları (hətta on üç yaşında olduğunu qəbul etsək belə, yenə vəziyyət dəyişmir) üçün də bir uşaq kimi tanıtmaları bu qəbildəndir. Belə ki, onun yaşını çox göstərməklə də bunun əksini demək olar.
Əgər “orta mövqe” fikrini qəbul etsək, İskafinin sözünü, yəni Əli ibn Əbu Talibin (ə) on üç yaşında olduğunu qəbul etməliyik. Xüsusilə, “inzar” hadisəsində Peyğəmbəri-Əkrəm (s) yaxınlarına qonaqlıq vermək istədikdə, bu vəzifəni Əliyə (ə) tapşırdı və “besət”dən üç il sonra baş verən bu hadisədə, hökmən, Əli (ə) bu vəzifəyə münasib və tələb olunan bir yaşda olmalı idi.

İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) YANINDA

O həzrətin həyatı bir neçə hissəyə bölünür: Birinci hissə o həzrətin Rəsulullahın (s) təlim-tərbiyəsi altında böyüməsindən başlayıb Peyğəmbərin vəfatına qədər davam edir. Bu hissədə imam Əlinin (ə) Peyğəmbərin (s) yanında olmadığı anlar çox azdır. Əgər Peyğəmbəri-Əkrəmin (s) sonralar özü ilə Əli (ə) arasındakı yaratdığı qardaşlıq rabitəsini olduğu kimi şərh vermək istəsək, onların qardaşlığını eynilə iki qardaşın həyatın bütün mərhələsində davamlı şəkildə birgə olmasının bir nümunəsi olaraq qəbul etməliyik.
İmam (ə) bu münasibəti bir çox cümlələr və gözəl təşbehlər qəlibində ifadə edərək onun təsirləri kimi Rəsulullahın (s) elm və əməlinin Əliyə (ə) verilməsini və Rəsulullahda (s) olan mənəvi istedadların o həzrətdə təcəlli etməsini belə izah edir: “Mən anasının ardınca düşən dəvə balası kimi Peyğəmbərin (ə) dalınca düşürdüm.”5
O həzrət başqa bir yerdə bu əsaslı və möhkəm bağlılığın nəticəsini belə izah edir: “Allaha və Rəsuluna qarşı bir an belə, müxalif çıxmadım.”6
Bu yaxın rabitə Rəsulullahın (s) ucsuz-bucaqsız elm dəryasından o həzrətin kifayət qədər faydalanması üçün bir fürsət idi. O həzrət bu haqda belə buyurur: “Qarşıma çıxan hər məchul məsələni Peyğəmbərdən soruşub cavabını əzbərlədim.”7
Təbii ki, əgər Peyğəmbər (s) elmin şəhəridirsə, Əli (ə) də onun qapısı olmalıdır. Çünki Əli (ə) bu elm dəryası ilə daim və birbaşa əlaqəsi olan yeganə şəxs idi. Peyğəmbər (s) bu rabitəni daha da genişləndirmək üçün onu özünə qardaş seçdi və buyurdu: “Əli məndəndir.” Cəbrail də dedi: “Mən də hər ikinizdənəm!”8 Bu sıx əlaqəni görən camaat özləri ilə Peyğəmbər (s) arasında Əlini (ə) vasitə seçib öz suallarını onun yardımı ilə Peyğəmbərdən (s) soruşurdular.9
Əbu Səid Xudri bu rabitənin vəsfində yazır: “Əli (ə) Peyğəmbərlə (s) görüşmək üçün xüsusi vaxt ayırmışdı və ondan başqa, heç kim bu mövqeyə sahib deyildi.”10
İmam Əlidən (ə) “nə üçün digər səhabələrdən çox Peyğəmbərdən hədis nəql edirsən?” – deyə soruşulduqda, belə cavab verirdi: “Çünki o həzrətdən sual soruşduqda cavabımı verir və sakit olduqda isə özü sözə başlayırdı.”11
Peyğəmbərlə olan bu bağlılığı və onun imam Əlinin (ə) elmində qoyduğu aşkar təsirlərini vurğulayan dəlillərdən biri də o həzrətin Quran ayələrinin nazilolma səbəbləri və təfsirini dərindən bilməsidir. İmam (ə) bu haqda buyurur: “And olsun Allaha, nazil olan hər ayənin kimin haqqında və harada nazil olduğunu bilirəm.”12
Peyğəmbəri-Əkrəm (s) risalətini təbliğ etməyə məşğul olduğu müddətdə imam Əli (ə) o həzrətə fədakar köməkçi oldu. Peyğəmbərə (s) aşkar şəkildə təbliğ etməsini bildirən “inzar” (xəbərdarlıq) ayəsi nazil olduqda və o həzrət də yaxınlarını İslama dəvət etmək istədikdə, Əli (ə) Peyğəmbərin (s) sağ qolu olaraq bu yığıncağı təşkil etdi və özü də o birliyin içində olaraq öz vəfadarlığını bir daha sübuta yetirdi.
Əbuzər kimilər Məkkədə sərgərdan halda Peyğəmbərin (s) evini axtararkən, imam Əli (ə) şücaətli bir gənc kimi bütün qorunma üsullarına dəqiqliklə riayət edərək onları gizli şəkildə Peyğəmbəri-Əkrəmin (s) yaşadığı yerə aparırdı.
Peyğəmbər (s) Qüreyş tayfası ilə rabitəsini kəsdiyi zaman iqtisadi mühasirəyə düşdükdə və “Əbu Talib” dərəsi adlı yerdə qaldıqda, Peyğəmbər (s) və yanındakılara yemək tapmaq üçün ağır zəhmətlərə qatlaşıb çətin yolları qət edən kəslərdən biri də Əli (ə) idi.13
Peyğəmbər (s) ilahi mesajı çatdırmaq üçün Taif və Məkkənin digər məntəqələrinə getdikdə, o həzrətin tək qalmaması və qarşıya çıxa biləcək çətinliklərdə yardımçı olması üçün ona yoldaşlıq edən də Əli idi.
Peyğəmbər (s) təbliğ və dəvətinə davam etdiyi təqdirdə, öz güclərini itirəcəklərindən təşvişə düşən müşriklər o həzrəti öldürmək üçün sui-qəsdə əl atdılar. Rəsulullahın (s) fədakar dostu imam Əli (ə) Peyğəmbərlə birlikdə bu sui-qəsdə mane olmaq üçün fədakarlıq tələb edən bir tədbir tökdülər. Əlinin (ə) Peyğəmbərə (s) o qədər məhəbbəti var idi ki, Rəsulullahı (s) təhlükədən qurtarmaq üçün özünü təhlükəyə atmağı cani-dildən qəbul etdi. Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman camaat arasında Peyğəmbərə ən yaxın kəs Əli (ə) olduğundan, əmanətləri sahiblərinə qaytarmaq vəzifəsini öhdəsinə götürməklə yanaşı, müşriklərin hədə-qorxusuna məruz qalan Peyğəmbər (s) ailəsini də bir neçə gündən sonra Mədinəyə apardı. Peyğəmbər (s) isə qardaşı Əli (ə) ilə birlikdə Mədinəyə daxil olmaq üçün onlar gələnə qədər Yəsribin yaxınlığında gözləməli oldu.
Həmin rabitə və bağlılıq Əlinin (ə) Rəsulullahın (s) qızı Fatimeyi-Zəhra (ə) ilə evlənməsindən sonra, daha da möhkəmləndi. Bu mübarək evliliyin səmərəsi də, Peyğəmbərin (s) bütün vücudu ilə sevdiyi və onlara “öz övladım” deyə xitab etdiyi kəslər oldu. Buna sırf xanım Fatimə (ə) deyil, həzrət Əli (ə) də ortaq idi. Çünki Peyğəmbər özünü və Əlini (ə) bir ağacdan, başqalarını isə fərqli ağaclardan bilirdi.
Ayişədən “Rəsulullahın (s) yanında ən sevimli şəxs kim idi?” – deyə soruşduqda, belə dedi: “Kişilərdən Əli, qadınlardan isə Fatimə idi.”14
Əlinin (ə) evi Peyğəmbərin (s) evinə o qədər yaxın idi ki, Abdullah ibn Ömər bunu Əlinin (ə) Peyğəmbərlə (s) çox yaxın rabitəsinə bir şahid kimi göstərirdi.15 Zeyd ibn Sabit imam Əliyə (ə) qarşı o qədər müxalifətçiliyinə baxmayaraq, bu rabitəni qəbul edirdi.16
İmam Əlinin (ə) İslamın ilkin döyüşlərindəki iştirakı və rəşadəti haqda kifayət qədər söz açılmışdır. “Bədr”, “Ühüd”, “Xəndək” və sonralar baş verən “Hüneyn” döyüşü o həzrətin fədakarlıq və qəhrəmanlıq səhnələridir. “Bədr” döyüşündə müşriklərin öldürülənlərindən yarısı o həzrətin əli ilə öldürüldü. “Ühüd” döyüşündə bəzi müsəlmanlar meydandan qaçsalar da, imam Əli (ə) bir neçə nəfərlə Rəsulullahın (s) yanında qalıb onu və İslamı qorudu. “Xəndək” döyüşündə Əmr ibn Əbdəvüdü öldürməklə cin və insanların ibadətinin savabını qazandı və döyüşlərin çoxunda İslam ordusunun bayraqdarı idi.17
İmam Əlinin (ə) Peyğəmbərin (s) sağlığı dövrünü əhatə edən həyatı barəsində məlumatı olanlar onun İslamı təbliğ edib yaşatmaq uğrunda nə qədər zəhmətlərə qatlaşdığını yaxşıca anlaya bilərlər. Bəli, İslamı və Peyğəmbəri qorumaq üçün ən çox çətinliklərə sinə gərən yalnız Əli, atası Əbu Talib və qardaşı Cəfər idi.18
Ərəblərdən bəziləri imam Əlinin (ə) döyüşlərdə göstərdiyi igidlik haqda deyirdilər: “Əgər bizə hücum edən dəstə içərisində Əli (ə) də olsaydı, artıq biz bir-birimizə vəsiyyət edirdik!”19
Əhməd ibn Hənbəl imam Əlinin (ə) vəsfində yazır: “Səhabələr içərisində Əlinin (ə) fəziləti qədər Peyğəmbəri-Əkrəmdən (s) düzgün silsilə sənədlərlə hədis nəql edilməmişdir.”20
Həmçinin dörd əhli-sünnə məzhəblərindən birinin rəhbəri və əhli-sünnənin nəzərində elmi şəxsiyyət kimi tanınan Əhməd ibn Hənbəl imam Əli (ə) ilə digər xəlifələrin müqayisəsi haqda belə yazır: “Heç kim Əbu Talibin oğlu ilə müqayisə edilməyə layiq deyildir.”21
Məhəmməd ibn Mənsur Tusi yazır: “Bir gün Əhməd ibn Hənbəlin yanında idik. Bir şəxs ondan soruşdu: “Əlinin (ə) söylədiyi “Cənnətlə cəhənnəmi bölən mənəm!” – hədisi haqqında nəzərin nədir?” Əhməd dedi: “Bunu inkar edirsənmi? Peyğəmbərin (s) Əli (ə) haqqında “Səni mömindən başqası sevməz və münafiqdən başqası da düşmən bilməz!” – buyruğunu biz nəql etməmişikmi?” Dedik: “Bəli!” Dedi: “Möminin yeri haradadır?” Dedik: “Cənnətdə.” Dedi: “Münafiqin necə?” Dedik: “Cəhənnəmdə.” Dedi: “Deməli, Əli (ə) (cənnətlə) cəhənnəmi böləndir.”“22
Sonralar Əməvilər sülaləsi bu fəzilətlərin nəqlini qadağan etdi və az bir dəstədən başqa, onları nəql etməyə cürət edən olmadı. Əməvi hökmdarlarından olan Ömər ibn Əbdül-Əzizin atası Əbdül-Əziz oğluna “əgər bu nadan millət bizim Əlinin haqqında bildiklərimizi bilsəydilər, onlardan iki nəfəri belə, bizə uymazdılar!” – deyirdi.23

İMAM ƏLİNİN (Ə) SİYASİ METODU

İmam Əmirəl-Möminin Əlinin (ə) Peyğəmbərlə (s) rabitəsini və İslamın ilk çağlarından etibarən Peyğəmbərin (s) vəfatına qədər İslam uğrunda göstərdiyi böyük fədakarlıqlarını nəzərə aldıqda, o həzrətin Peyğəmbərin (s) həyatında əhəmiyyətli kəslərdən olduğu yaxşıca aydın olacaq. Bu xüsusi mövqeyə baxmayaraq, başqaları – bu kimi mövqeyə sahib olmadıqları halda, öz yerində izah ediləcək bəzi səbəblərdən – imam Əliyə (ə) təzyiq göstərib bir sıra xüsusi siyasi üsulları tətbiq edərək hakimiyyəti əllərinə ala bildilər. Bu istiqamətdə onların gördükləri ən mühüm işlərdən biri imam Əlinin (ə) yeni İslam cəmiyyətindəki parlaq mövqeyini yox etmək idi. Bu səbəbdən əllərindəki bütün imkanlardan istifadə edərək o həzrətin şəxsiyyətini zəiflətməyə başladılar və nəhayət, ev dustağı etdilər.
Bu məsələyə həm imam Əli (ə), həm də başqaları açıq şəkildə toxunmuşdur.24 O həzrət haqqının mənimsənildiyini gördükdə, əvvəl etiraz etsə də, Ərəbistan yarımadasının müxtəlif yerlərindən İslamın əleyhinə müxaliflər baş qaldırdıqda, İslamı qorumaq məqsədi ilə öz etirazından və haqqından əl çəkdi. Baxmayaraq ki, sonralar xilafətin yalnız öz haqqı olduğu həqiqətini dəfələrlə dilə gətirmişdi.25 O həzrət xəlifələr tərəfindən müşavir kimi məsləhətləşməyə çağırıldıqda və ya hüquqi məsələlər haqqında ona müraciət edildikdə, fürsətlərdən istifadə edərək məsləhət bildiyi yerlərdə onlara yol göstərir, eyni zamanda, həmkarlığa dəvət edildiyi bəzi hallarda, öz nəzərincə doğru olmadığı zamanlar onlarla həmkarlıqdan çəkinirdi. Bu səbəbdən də onların tənqid və ittiham atəşinə məruz qalırdı.26 Hətta üçüncü xəlifə ilə əlaqəsi daha da gərginləşmişdi. Bunun səbəbi isə xəlifənin bir çox fətvaları müqabilində imam Əlinin (ə) müxalif nəzərləri qarşıya qoyması idi.27

İMAM ƏLİNİN (Ə) XİLAFƏTİ

Zaman keçdikcə, xəlifə və onun elmi-siyasi əməkdaşları qarşıya çıxan ağır hadisələr və çətinliklərin təhlili və həllində aciz qaldıqda, imam Əliyə (ə) ehtiyac əllərini uzadırdılar. Bu da onun İslam cəmiyyətindəki elmi məqamının əzəmətinə diqqəti cəlb edərək camaatın yalnız onu İslamın xilaskarı, elm və sirrinin xəzinədarı kimi tanımasına səbəb olurdu. Siyasi baxımdan yürüdülən siyasətləri İslam məsləhətlərinə zidd bilən şüurlu şəxslər o həzrəti xilafətə layiq gördülər. Bunlarla yanaşı, şəraiti münasib görən şiələr də İmamın həqiqi simasını tanıtmağa və bu istiqamətdə siyasi fəaliyyətlərini daha da artırmağa başladılar. Digər xalq təbəqələri də bir sıra səbəblərdən hakim dairələri dini və siyasi məqsədlərinə uyğun görmədikdə, üçüncü xəlifədən üz çevirib Əmirəl-Möminin Əliyə (ə) beyət etdilər. Bu amil və faktorlar səbəb oldu ki, camaat Osmandan sonra imam Əlini (ə) “xilafətə gətirmək” üçün o həzrətin evinə axışdılar. Keçmişdə xəlifələr “xilafətə keçdikdən sora” camaat onlara beyət edirdisə, bu dəfə əksinə olaraq camaat ilk mərhələdə İmama (ə) beyət etdilər və bundan sonra İmam rəsmi şəkildə xəlifə olaraq hakimiyyətə keçdi.

İMAM ƏLİNİN (Ə) XİLAFƏTİ DÖVRÜNDƏ YÜRÜDÜLƏN SİYASƏTLƏRİ

İmam Əmirəl-Möminin Əlinin (ə) beşillik hakimiyyətinin ən əhəmiyyətli səmərəsi müsəlmanlar arasında dini qanunlar və insani dəyərlər üzərində qurulan islami siyasətləri lazımınca dövləti idarə etməyə yönəltməsi və mühüm ictimai problemləri onlara görə tənzimləməyə çalışması, həmçinin azacıq belə, bunlardan dönməyə hazır olmamasıdır. Biz burada həmin siyasətlərdən bəzi nümunələrə qısa şəkildə toxunuruq:
a) İslam hakimiyyətində islahatın müşriklərlə döyüşməkdən əhəmiyyətli olması: İmam Əlinin (ə) xilafəti dövründə bütün işlərinin qəlibini təşkil edən bu siyasətlərdən biri cəmiyyətdə siyasi fəsadları islah etməyə ölkələri fəth etmək və İslam ərazilərini genişləndirməkdən daha çox önəm verməsi idi. Bu istiqamətdə İslam hökumətinin sahib olduğu coğrafi sərhədlər qorunmaqla yanaşı, hökumətə dini-siyasi səlahiyyətlərində heç bir şübhə edilməyən kəslər hakim təyin edilirdi. Bu səbəbdən bəziləri həzrət Əliyə (ə) “Müaviyə və Müaviyə kimilərə toxunmamaq və onlarla razılaşmaq” təklifini etdikləri zaman imam Əli (ə) buyurmuşdu: “Mən bu iki yoldan birini seçməkdə məcburam: Ya bu qövmlə (qasitin) döyüşməli, ya da Mühəmmədin (s) risalətini inkar etməliyəm.”28
Həmçinin buyururdu: “Allah məni azğınları özümə köməkçi seçdiyim vəziyyətdə görməsin!”29
Bəli, o həzrət öz imaməti boyunca “fəth”lərdən əl çəkərək öz siyasətindən dönmədi. “Nakisin” (əhdindən dönənlər) kimilər müxalifətə qalxdıqda, o həzrət İraqa hicrət edib kufəlilərin30 yardımı ilə onlarla mübarizə aparmağa başladı. Əhdindən dönənlərin sərkərdələri öldürüldükdə, döyüşün səbəbkarı Ayişə döyüşdən əl çəkdi və beləcə, qalmaqala son qoyuldu. İmam Əli (ə) daxili fəsad törədən ünsürlərlə döyüşməyi özünə vəzifə bilir və buyururdu: “Əhdlərindən dönənlər (Təlhə və Zübeyr), zalımlar (Müaviyə və Əmr ibn As) və dindən çıxanlarla (xəvaric) döyüşməyi özümə vəzifə bilirəm.”31
İmam Əli (ə) xəlifəliyi dövründə Müaviyənin bir saat belə, Şama vali olmasına razı olmadı. Müaviyəni İslam üçün böyük təhlükə görən o həzrət onu İslam yolu üzərindən götürmək üçün bütün güc və qüvvəsindən istifadə etdi. Bu istiqamətdə müəyyən həddə böyük nailiyyətlər əldə etsə də, İraq əhalisi Müaviyənin məkrli şüarlarına uyduqlarından, onu məhv edəcək qədər irəliləyə bilmədi. Təbii ki, Kufə ordusunun döyüş qabiliyyətini sıfıra endirən təfəkkürün məhsulu imam Əlinin (ə) şəhadətindən sonra Müaviyənin İraqa hakim olması idi. Amma o həzrətin “Qasitin” və zalımlara qarşı döyüş metodu bir qayda olaraq bütün müsəlmanlar tərəfindən dində məqbul sayıldı və üsyan edənlərlə döyüşmək barəsində şəri hökmlərin mənşəyinə çevrildi.
“Mariqin”lə32 müharibədə də, imam Əli (ə) Quran ayələrinin yanlış yozum və təfsirlərinə aldanıb İslam cəmiyyətini fəsada sürükləyən bir qrupu gördükdə, onları dağıtmaq üçün hərbi qabiliyyətlərini məğlubiyyətə uğratsa da, sonralar Bəni-Üməyyənin zalımanə hakimiyyəti nəticəsində xaricilərin azğın düşüncələri yenidən baş qaldırdı, siyasi fəaliyyətləri genişləndi. Lakin imam Əlinin (ə) müqabilində davam gətirə bilməyib məğlubiyyətə uğradı.
İmam Əli (ə) bu cihad və səylərini (bilərəkdən və ya bilmədən) dində azğınlığa yuvarlanıb münafiq şəklində şeytanın tələsinə düşən bir qrup müsəlmanlar qarşısında yerinə yetirdi. O həzrət bu haqda belə buyurmuşdur: “...Biz bu gün azğınlıq, əyrilik, şübhələr və batil yozumlara qapılan din qardaşlarımızla döyüş vəziyyətindəyik.”33
Amma müsəlmanlar arasında hakimiyyəti qəsb etmək istəyən fürsəttələb azğın qüvvələri islah etmək üçün döyüşü özünə şəri bir vəzifə bilərək belə buyurmuşdur: “Allaha qovuşana qədər İslama hörmətsizlik edənlərlə döyüşmək fikrindəyəm. Dostlarımın çoxluğu izzətimi artırmayacağı kimi, ətrafımdan dağılması da məni qorxuya salmayacaqdır.”34
Müxaliflərlə razılaşmaq mümkün olsaydı və onlar imam Əlinin (ə) tövsiyələrinə qulaq assaydılar, təbii ki, o həzrət onlarla döyüşməkdən əl çəkərdi. Lakin o həzrət onların şərtləri qarşısında döyüşdən başqa bir yol tapa bilmədi. Necə ki, Tariq ibn Şahab o həzrətdən belə nəql etmişdir: “And olsun Allaha, döyüşdən başqa bir çarə tapa bilmədim!”35
b) Azğınların islahında islami və əxlaqi üsullardan faydalanmaq: İmam Əlinin (ə) əsas siyasətindən biri də, bu istiqamətdə qeyri-islami metodlardan əsla istifadə etməməsi idi. Varlı təbəqənin müxalifət təhlükəsindən amanda qalmaq və onlardan dəstək almaq üçün onlara ikram etmək o həzrətə dəfələrlə təklif olunurdu. Amma o həzrət belə bir üsulu qəbul etməkdən çəkinirdi.36 Əgər bunu qəbul etsəydi, Müaviyə ilə razılaşması da yerində olardı, ancaq o həzrət öz hakimiyyətində dəfələrlə bu cümləni mühüm şərt olaraq dilə gətirirdi: “Məni zülm və haqsızlıqla qələbə əldə etməyəmi məcbur edirsiniz?”37
İmam Əlinin (ə) ümumi mövqeyi öz siyasətlərini camaata şərh etmək idi. Bu istiqamətdə xilafəti boyunca elmi xütbələrində siyasətinin əsas xətlərini camaata izah edirdi. O həzrət onları ayıqlığa və azad həyata çağırırdı. Onlar bir işə müxalif çıxdıqda, onları başa salırdı. Qəbul etmədikləri təqdirdə, öz istəklərini onlara yeritmir və buyururdu: “Xoşlanmadığınızı sizə məcburi qəbul etdirmək mənə yaraşmaz.”38
Başqa bir hədisdə də müxtəlif islami üsullarla insanları islah etmək istəmiş və islah olmadıqlarını gördükdə buyurmuşdur: “Sizi islah edə biləcək yeganə vasitə qılıncdır. Amma mən sizi islah etmək yolunda özümü fəsada salmaram.”39
İmam Əli (ə) bu üsullara əsaslanaraq hərəkət edirdi. Bu istiqamətdə “camaatın islahı”, yoxsa, “bir rəhbər olaraq özünü məhv etmək” kimi iki yol arasında qaldıqda, camaatı islah etmək üçün zorakılıqdan istifadə etməməklə bərabər, ləyaqət və səlahiyyətini də qorumağa çalışırdı.
O həzrət məkr və hiyləyə əsla əl atmır, öz siyasətini zorla yeritməyi və beləcə, camaat arasındakı mövqeyini möhkəmlətməyi bəyənmirdi.
Fəxri-Razi yazır: “İmam Əlinin (ə) iş strukturunda məkr və hiylə məfhumu yox idi. Müaviyə isə belə deyildi. Bu səbəbdən, imam Əli (ə) siyasətinin zəifliyi ilə ittiham edilərkən, Müaviyə güclü siyasətçi kimi tanıtdırılırdı.” O həzrət bu haqda buyurmuşdur: “Müaviyə məndən zirək deyil, ancaq o, xəyanət və fitnə əhlidir. Əgər xəyanətin çirkinliyi olmasaydı, kimsə məndən zirək ola bilməzdi.” 40
İbn Abbas bunları nəzərə alaraq deyirdi: “Əli (ə) ilə müqayisə olunası bir rəhbər görmədim.”41
c) İslamı qorumaq – bütün fəaliyyətlərin əsası: İmam Əlinin (ə) əsas siyasətlərindən biri də bu idi ki, görmək istədiyi hər bir işi yalnız İslamın qorunması üçün bir müqəddimə hesab edirdi. Peyğəmbərdən (s) sonra baş verən “Səqifə” hadisəsində o həzrət yalnız öz haqqının mənimsənildiyinə tamaşa etsə də, Ərəbistan camaatının əldə etdiyi yeni imanlarının sarsılmaması və əzəmətli İslama zərbə endirilməməsi üçün süquta üstünlük verdi. O həzrət Əbu Bəkrin oğlu Məhəmmədə göndərdiyi məktubda belə yazmışdır: “İslam və müsəlmanlara kömək etmədiyim təqdirdə, İslama endirilə biləcək zərbənin sizə bir neçə gündən çox çəkməyən hakimiyyətimi əldən vermək müsibətindən daha ağır olacağından qorxdum.”42
Bu isə imam Əlinin (ə) xilafətin yalnız öz haqqı olduğunu irəli sürməkdən əsla çəkinmədiyi bir halda idi.43. O həzrət həmişə özü və Rəsulullahın (s) Əhli-beytinin fəzilətlərini sadalamaqla özlərinin başqalarından daha üstün olduqlarını xatırladırdı. “Nəhcül-bəlağə”də nəql olunan kəlamlar bu məsələni kifayət qədər işıqlandırır. Bundan əlavə, o həzrət fərqli üsul və metodlardan istifadə edərək öz ilahi imamətinin təməllərini möhkəmlətməyə də çalışırdı.44

İMAM ƏMİRƏL-MÖMİNİN ƏLİNİN (Ə) HÖKUMƏTİNDƏ SİYASƏTİN TALEYİ

İmam Əmirəl-Möminin Əlinin (ə) hakimiyyət müddətində camaatın adət-ənənələri ilə düzgün rəhbərlik sistemi arasında köklü bir təzad mövcud idi. O həzrət bir tərəfdən cəmiyyəti dini dəyərlərə doğru yönəltmək və digər tərəfdən insanların ictimai əlaqələrində dini qanunların rolunu möhkəmlətmək istiqamətində çalışırdı. Təbii ki, bu işi icra etmək üçün özünəməxsus islami və əxlaqi metodları tətbiq edir və bu yolda dini qanunların tapdanılmasına belə razı olmurdu. Odur ki, öz hədəflərinə çatmaq üçün əməli olaraq xüsusi metoddan istifadə etməli idi. Digər məsələ də camaatın uzun illər bəzi dəyərləri özlərinə örnək seçməsi idi; burada maddiyyat və rifaha, cahiliyyət dövrünün dəyərlərinə böyük əhəmiyyət verilirdi. Bu örnəyin icrası üçün iki məsələ mühüm rol oynayırdı:
1. Davamlı şəkildə “fəth”lərin baş verməsi və bolluca qənimətlərin toplanılması:
2. Hakim dairələrin camaatın zəngin dini tərbiyəsi üçün üsullara əhəmiyyət verməməsi.
Nəticə etibarilə, camaat bir şeyi, imam Əli (ə) isə başqa bir şeyi istəyirdi. Təzad da elə bu idi. Bu səbəbdən, onlar qılıncdan başqa bir şeylə islah edilə bilməzdilər. O həzrət də qılıncsız onları İslama gətirə bilməzdi. Görəsən, belə bir siyasətin sonu necə ola bilərdi?
İmam Əli (ə), hətta camaata doğru yolu göstərməyə, onları ağıl və dinə dəvət etməyə, eləcə də, təqvanın əsaslarını bəyan etməklə onları uzaqlaşdıqları müqəddəs məqsədlərə doğru yönəltməyə çalışırdı. Amma daxili müharibələrin yaranması ilə camaat daha çox təzyiqlərə məruz qalırdı. Bu təzyiqlər, nəinki, madiyyata qapılmış cəmiyyətin əhval-ruhiyyəsilə uyğun gəlmir, hətta ziddiyyət təşkil edirdi. Çünki həmin müharibələr qənimət gətirir, bu müharibələr isə (zahirdə) xalqa heç bir fayda vermirdi. Bir müddət keçdikdən sonra, hətta zahirdə dini qanunların icrasını istəyən bir çox kəslər öz əhdlərində sadiq qalmadılar, imam Əlini (ə) (imamət və vilayət yolunda həqiqi mərifətə sahib olanlar istisna olmaqla) yalqız qoydular.
O həzrət uzaqgörənliyi ilə belə bir günün gələcəyindən xəbər vermişdi. Buna görə də, elə öncədən belə bir xalqa hökmdarlıq etməsini qəbul etmək istəmirdi. Çünki onları öz tədbirlərini tətbiq etməkdə ciddi görmürdü. O həzrət buyururdu: “Məni buraxıb başqasını axtarın. Gələcəkdə müxtəlif çöhrələrə malik olan bir vəziyyətlə qarşılaşacağıq ki, ürək və ağıllarınız onların müqabilində sabit və möhkəm qala bilməyəcək.”45
İmam Əli (ə) bu ifadəni xilafətə gəlmək istədiyi zaman buyurmuşdu, sonda da əvvəlki fikrini təsdiqləyən başqa bir ifadəni dilə gətirdi. Amma bu dəfə o həzrətin düşüncəsi təcrübə olunmuşdu: “Bilin ki, sizi çəkindirdiyim şey indi baş vermişdir və bu fitnə atəşi xatırladır; alovları çoxaldıqca əhatəsi də genişlənir. Mən isə bu işi qorunması mümkün olan vaxta qədər qorumağa çalışacağam.”46
Həmişə xalqın məzlum, hakimin isə zülmkar olduğu cəmiyyətdə icra olunan sünnənin əksinə olaraq, bu dəfə hakim məzlum, xalq isə zülmkara çevrilmişdi. Xalq onun hakimliyini qəbul etmək əvəzinə, xalq ona hakim olmuşdu. Belə bir hökumətin hansı bəlaya düçar olacağı və taleyi də bəlli idi. İmam Əli (ə) bu haqda buyurur: “Keçmiş ümmətlər arasında xalqın (rəiyyətin) öz hakimlərinin zülmündən qorxmaları adətə çevrilmişdi. Bu gün isə mən öz rəiyyətimin mənə edəcəyi zülmdən qorxuram.”47
İtaətdən itaətsizliyə qədərki fasilədə, tədriclə üç daxili müharibə baş verdi. İşin başlanğıcında camaat beyət üçün İmamın (ə) evinə elə axışdılar ki, uşaqları belə onların ayaqları altında əzildilər. Nəhayət, camaatın israrı və təkidi ilə Həzrət xilafəti qəbul etdi və qəbul etməsinin səbəbini belə açıqladı: “Narahatlığımın əsas səbəbi bu ümmətə azğınlar və fasiqlərin hakim olması nəticəsində Allahın mal-dövlətini öz aralarında paylamaları, Allahın bəndələrini özlərinə kölə etmələri, saleh bəndələr müqabilində müqavimət göstərmələri və fasiqlərlə birləşmələri idi.”48
Amma ilk beyət edənlər elə işin başlanğıcında və başqalarından qabaq öz müxalifətçiliklərini bildirdilər. Nəticədə “Cəməl” döyüşü baş verdi. Baxmayaraq ki, Əbu Musa Əşəri Kufədə camaatı “Cəməl” səhabələrinə qoşulmamağa çağırırdı. Bu arada başqaları da qiyam etməyənlərin sıralarına qoşulub güman edirdilər ki, öz dinlərini qorumuş və batilə kömək etməmişlər. Amma imam Əli (ə) bu haqda buyurmuşdur: “Batilə kömək etməsələr də, haqqı əzəmət taxtından endirdilər.”49
Onlar “Siffeyn”də əvvəldə öz mövqelərinə inanclı olduqları halda, döyüşün gərginliyi getdikcə inanclarını süstləşdirdi və nəticədə ilk əhdlərini ayaq altına atdılar. Belə ki, Müaviyənin sözünü imam Əlinin (ə) sözündən üstün tutdular. Müaviyəni Quran tərəfdarı və ona əməl edən, Əlini (ə) isə buna əks olan bir şəxs kimi qələmə verdilər.
Növbəti mərhələdə imam Əliyə (ə) qarşı başqa bir müxalif dəstə meydana girdi. Onlar “Siffeyn” müharibəsində imam Əli (ə) ilə birgə Müaviyəyə qarşı döyüşməyə hazır olmasalar da, bu dəfə o həzrətə qarşı üsyan edib dindən çıxdılar.
Son günlərdə də imam Əli (ə) heç bir iş görə bilmirdi, hətta Müaviyənin onun hakimiyyəti altındakı torpaqlara hücumu müqabilində belə, tək qalmışdı. Camaat da imanlarının zəifliyindən o həzrətin sözlərini dinləməyə hazır olmurdular və hətta Müaviyənin hücumları müqabilində İraq torpaqlarını müdafiə etməkdən aciz qaldılar.
“Xəvaric” qrupu – özlərini müqəddəs və dinin qayğıkeşi kimi göstərən, amma dini və dindarı tanımayan nadan və fanatik təəssübkeşlər də Müaviyənin məntiqindən xəbərsiz idilər. Nəhayət, faciəli bir cinayətə əl ataraq bəşəriyyətin başqa bir nümunə göstərməkdə aciz qaldığı və insanlığın kamil simvolu olan Əlinin (ə) qanını axıtdılar. Bununla da imam Əmirəl-Möminin Əlinin (ə) ədalətli hökumətinə son qoyuldu.
Bu nəticə – elə əvvəlcədən o həzrətin söylədiyi kimi – əvvəlki yolundan sapdırılan bir cəmiyyət üçün təbii idi. Belə bir cəmiyyət sütunları zəif, divarları isə möhkəm olan bir binaya bənzəyir ki, ondan istifadə etmək intihar hökmündədir. İmam Əli (ə) camaatın beyət üçün o həzrətin evinə üz tutması ilə səhnəni tərk edə bilməzdi. Əks-təqdirdə, onların istəyinə diqqətsizlikdə günahlandırılacaqdı. Bu təcrübənin qalması, eləcə də, öz imamət vəzifəsini layiqincə yerinə yetirməsi üçün səhnədən çəkilmədi. O həzrətin camaatın istəyini qəbul etməməsi ilə bağlı israrı hakimiyyəti dövründə onun belə bir görüşə sahib olduğunu sübut edən ən mühüm dəlildir.
Bu hökumətin məhsulu gələcəkdə yaranacaq münasib fürsətlərdə cəmiyyətdə tətbiqi lazım olan siyasətin islami qanunlar əsasında qurulması, onun sayəsində cəmiyyəti dünyapərəstlik uçurumundan nicat verib təqva və doğru yola çatdırmaq və ilahi əmrləri icra etmək idi. Fasiqlər, zalımlar, xəvaric və əhd-peymanlarını pozanlar haqqında deyilən “bəlağətli xütbələr”, təfəkkür və düçüncə tələb edən “qısa kəlamlar”, bütünlüklə, imam Əmirəl-Möminin Əlinin (ə) beşillik hakimiyyətinin ən mühüm mədəni, dini və siyasi sərmayəsi sayılır.

İMAM ƏLİNİN (Ə) DİNİN DİRÇƏLİŞİ İSTİQAMƏTİNDƏ FƏALİYYƏTİ

Peyğəmbərdən (s) sonra “fəth”lərə başlanıldığı zaman hakim dairələrin təlaş və məqsədi daha çox əraziləri və İslam ölkələrini genişləndirmək idi. Bu zaman müsəlman kütlələrinin küfr və şirkə qarşı döyüşdə göstərdikləri hədsiz təlaşlara baxmayaraq, təəssüf ki, onlar bir sıra səbəblərdən qərəzli fikirlər və bəzən də nadanlıqlardan qaynaqlanan dini azğınlıqlar uçurumundan qurtula bilmədilər. Zaman keçdikcə azğınlıqlar daha da artır, Rəsulullahın (s) sünnəsi Allahın kitabı ilə yanaşı tərk edilir, bidət və şəxsi nəzərlər “gözəl bidət” adı ilə onların yerini doldururdu.
Camaat qənimət yığmaq və yaxşı yaşamaq üçün bu məsələyə az əhəmiyyət verirdilər. Yalnız saysız-hesabsız döyüş qənimətlərinin xəlifənin (Osmanın) xanədanı arasında müsəlmanların iştirakı olmadan bölündüyünü hiss etdikdə, müxalifətçiliyə qalxırdılar. Camaat arasında ağıllı müsəlmanlar da var idi ki, müxtəlif şəhər və bölgələrdə xəlifənin nümayəndələri tərəfindən tətbiq olunan zülm və təzyiqlərdən xilas olmaq üçün üsyan etdilər. İmam Əlinin (ə) səhabələri də həqiqi İslamın icrasından ibarət arzularını gerçəkləşdirmək uğrunda bu hərəkata qoşuldular.
Əmirəl-Möminin Əli (ə) “imamət” və “xilafət”ə çatdığı zamandan (əvvəldə də qeyd etdiyimiz kimi) daxili fəsadların islahı uğrunda çalışdı. O həzrət məşhur döyüşlərlə nəticələnən siyasi islahatlardan əlavə, dini islahat istiqamətində də geniş mübarizəyə başladı.
Ən mühüm dini azğınlıq camaat arasında düşüncə qabiliyyətinin itirilməsi və dini təfəkkürün azalması idi. Bu da aşkar dini hədəfləri gerçəkləşdirmək istiqamətində deyil, “beytül-mal”dan (ümumi əmlak) daha çox pay almaları üçün çalışmalarına səbəb oldu və öz yaşayışlarını bu istiqamətdə tənzimlədilər.
İmam (ə) camaatın qeyri-dini məqsədlərini aradan qaldırmaq üçün dərin və əhatəli xütbələr söylədi və “cümə namazı”nın xütbələrində və yaxud digər yerlərdə buyurduğu gözəl söhbətlərinin ən önəmli dayağı təqva idi. Müsəlmanları dünyaya aldanmaqdan çəkindirir və dolğun sözləri ilə dünyanı və dünyaya tapınanları qınayırdı. “Təqva” haqda kitab yazmaq istəyən şəxs ən faydalı və dolğun cümlə və məfhumları “Nəhcül-bəlağə”də tapa bilər. Doğrudur ki, nəsihət vermək və təqvaya dəvət etmək zəruridir və eyni zamanda, hər bir xütbəyə şamildir. Amma İmamın israrı və təqva haqqında geniş şərhləri qeyri-dini məqsədlər güdən və hədəfi din yox, sərvət qazanmaq, qənimət yığmaq və “beytül-mal”dan daha çox pay almaq niyyətində olan bir cəmiyyətin islahı ilə əlaqədar idi.
“Nəhcül-bəlağə”də dini şərhlər istiqamətində təqvadan əlavə, böyük əhəmiyyət kəsb edən bir sıra elmi həqiqətlər açıqlanır. Dərin, geniş, əqli və elmi şəkildə “allahıtanıma” mövzusunu şərh edən xütbələr “Nəhcül-bəlağə”nin cazibədar simasını təşkil edir.
İmam Əli (ə) müxtəlif dini sahələrdə də Quranı və Rəsulullahın (s) sünnəsini dirçəltməyə, eləcə də, bidətlərin yaranmasına və ilahi sünnələrin aradan qalxmasına səbəb olan xüsusi ideoloji siyasətlərin qarşısını almağa çalışırdı. Hədisə əhəmiyyət verilmədiyi zaman, o həzrət hədislərin xatırlanılmasına50 əmr edirdi. Bir sıra yersiz səbəblərdən hədis yazmaq qadağan edilərkən, o həzrət minbərə çıxaraq buyururdu: “Kim bir dirhəmə elm almağa və bir dirhəmlik kağız alaraq mənim nəql etdiklərimi yazmağa hazırdır?”
Haris Əvər bir kağız alaraq yazdı: “İmam Əli (ə) buyurur: “Ey kufəlilər, kor kişi sizə qalib gəldi.”51
Həmçinin Həsən ibn Əli (ə) də övladlarına hədis yazmağı tövsiyə edirdi; baxmayaraq ki, başqaları yazdıqları hədisləri cırırdılar.52
Bu səbəblərdən, Əhli-beytin dilindən çıxan Rəsulullahın (s) həqiqi hədisləri yazılı şəkildə yayıldı və beləcə, şiə hədisi əhli-sünnə hədisinin yolu üzərində qurulmuş sapdırmalar və təhriflərdən qorundu.
Kitab əhlinin mədəniyyəti “israiliyyat” adı ilə İslam cəmiyyətinə sirayət etdikdə və bəziləri onları yaymaq üçün gülərüz göstərdikdə, imam Əli (ə) öz müxalifətini açıq-aşkar bildirib camaatı onların əsərlərinə uymaqdan çəkindirirdi.53
O həzrət bu dini azğınlıqları açıq şəkildə bəyan edir və öz dövrünün cəmiyyətini sanki cahiliyyət dövrünün ənənələrini yenidən sınaqdan keçirən bir cəmiyyət kimi görürdü: “Bilin ki, bu gün düçar olduğunuz bəlalar Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi günlərdəki bəlaları xatırladır.”54
Başqa bir yerdə belə buyurmuşdur: “Ey insanlar, bilin ki, siz hicrət etdikdən sonra yenidən cahiliyyət ənənələrinə döndünüz, aranızda vilayət əlaqəsi qurulduqdan sonra yenidən ayrılığa düşdünüz.”
“...Siz İslamın adından başqa bir şey daşımır və imanın şəklindən başqa bir şey tanımırsınız. İslama bağlılığınızı qırdınız, ilahi qanunları tərk etdiniz və hökmlərini aradan qaldırdınız.”55
Bu ifadə imam Əlinin (ə) o cəmiyyətlə bağlı fikrini açıqlayır və dinin dirçəlişi istiqamətindəki çalışmalarını yaxşı şəkildə bəyan edir. O həzrət bu haqda buyurur: “Mən sizin aranızda iman bayrağını qaldırdım və sizə ilahi halal və haramların hüdudlarını öyrətdim.”56
Səmanın ondan başqa sadiq bir şəxsin üzərinə kölgə salmadığı və yer üzünün də ayaqları altına sərilmədiyi Peyğəmbər (s.) və Əlinin (ə) həqiqi şagirdi olan Əbuzər imam Əlini (ə) bir cümlə ilə vəsf etmək istəyərkən belə dedi: “Əli (ə) dinin dayağıdır.”57 O, camaata deyirdi: “Yaxın zamanlarda bir fitnə qopacaq; o zaman həyatda olsanız, Allahın kitabına sığının və Əlinin (ə) ətəyindən yapışın!”58
Bu məktəbin başqa bir şagirdi olan Əmmar ibn Yasir də ən gözəl ifadəsində imam Əlinin (ə) təlaşlarını belə izah edir: “Əgər Əlinin (ə) səcdə zamanı iki təkbiri dirçəltməkdən başqa bir əməli olmayıbsa da, sözsüz, bununla çox böyük bir fəzilətə nail olmuşdur.”
Bu ifadəyə görə, imam Əli (ə) və dostlarının nəzərində ən mühüm iş Peyğəmbərin (ə) dinini dirçəltməkdir. Odur ki, Ömər də imam Əlini (ə) tanıdığı qədər o həzrət haqda belə deyir: “Mənim nəzərimcə, əgər o, bu ümmətin işlərini öhdəsinə alsa, sizi Allahın yoluna hidayət edəcəkdir.”59
Təəssüf ki, xəlifənin özü belə, öz nəzərinin əməli olaraq gerçəkləşməsini istəmədi. O, başqa bir yerdə də, Əli (ə) ilə düşməni arasında mühakimə yürüdərkən İmamı (ə) künyəsi ilə çağırdıqda, İmam (ə): “Düşmənimin qarşısında nə üçün məni ehtiramla yad edirsən?” – deyə etiraz etdikdə, İmama (ə) belə demişdi: “Atam sizə fəda olsun, Allah sizin vasitənizlə bizi hidayət etdi və sizin əlinizlə bizi qaranlıqlardan nura çıxartdı.”60
İmam Əli (ə) dini işələrə çox ciddi və kəskin yanaşırdı. Bunun səbəbi isə cəmiyyətdə dini qorumaqdan başqa bir şey deyildi. O həzrət bu haqda buyurur: “And olsun Allaha, dinimlə bağlı heç kimə güzəşt etmərəm.”61
İmamın (ə) səhabələri onu vəsf etmək istədikləri zaman belə bir şeir söyləyirdilər:
“Dinimizdən bizim üçün qaranlıq qalan hökmləri açıqladın, Allah sənə bizim tərəfimizdən yaxşı mükafat versin.”62
Əmirəl-Möminin Əli (ə) haqqında çox da müsbət fikri olmayan Həsən Bəsri o həzrəti vəsf edərkən bir cümlədə belə demişdir: “Əli (ə) camaata yolu göstərdi və din inhirafa yuvarlanarkən onu bərpa etdi.”63
O həzrət öz vəzifəsini Peyğəmbərin (s) sünnəsini kamil şəkildə çatdırmaqda görürür və buna görə də belə fəryad edib deyirdi: “And olsun Allaha, Peyğəmbərin sizə eşitdirdiklərini eynilə mən də eşitdirirəm.”64
İmam Əli (ə) özünü Peyğəmbərin (s) sünnəsinin həqiqi icraçısı bilirdi və bəzilərinin itaətsizliyini müşahidə etdikdə buyururdu: “Əgər mən sizin aranızda olmasam, kim Rəsulullahın (s) sünnəsinə əməl edəcək?”65 Bu səbəbdən, müxtəlif sahələrdə Peyğəmbərin (s) sünnəsini xalqa çatdırmağa və onu xalq arasında əməli olaraq icra etməyə israr edirdi.66
Peyğəmbərin (s) vəfatından iyirmi beş il keçdikdən sonra imam Əliyə (ə) iqtida edərək namaz qılan Əbu Musa belə dedi: “Əbu Talibin oğlu Rəsulullahın (s) namaz qılmasını bizə xatırlatdı.”67
Bütün bu şahidlərə diqqət yetirdikdə, məlum olur ki, imam Əlinin (ə) həyatı boyunca ən çox əhəmiyyət verdiyi məsələ dini qanunları qorumaq, Allahın kitabını və Rəsulullahın sünnəsini özü və xalqın fəaliyyətlərinin yeganə məqsədi qərar vermək idi.

İMAM ƏLİNİN (Ə) ELMİ MƏQAMI

Çox eşitmişik ki, Qurani-Məciddən və Peyğəmbərin (s) kəlamlarından sonra, imam Əmirəl-Möminin Əlinin (ə) kəlamları kimi kəlam tapmaq olmaz. O həzrətin kəlamlarının bir qisimini təşkil edən “Nəhcül-bəlağə”yə müraciət etməklə bu sözü daha yaxşı dərk etmək olar.
İmamın (ə) tövhid və Allahşünaslıq, dinşünaslıq, ictimai və siyasi məsələlər, xüsusən, əxlaq elmi ilə bağlı kəlamlarının hər biri doğrudan da bənzərsiz və misilsizdir. Onlardan dini əqidələrin təməlini qurmaq, islami siyasət xəttini sərgiləmək və əxlaqi normaları tənzimləməkdə əsaslı bir qanun kimi bəhrələnmək olar.
Bu məsələ İmamın (ə) həyatında Peyğəmbərin (s) səhabələri tərəfindən müxtəlif şəkillərdə təsdiq edilmişdir. Məsələn, “Kitab və sünnəni hamıdan yaxşı bilən Əlidir (ə).”68
O həzrət hələ çox gənc ikən Peyğəmbər (s) onu qazilik etmək üçün Yəmənə göndərdi. Səhabədən biri bunu təsdiqləyərək deyir: “Biz qəzavət işlərində Əlini (ə) öz aramızda Mədinə əhalisinin ən biliklisi tanıyırdıq.”69
Yenə deyirdi: “Əli dini məsələləri hamıdan yaxşı bilirdi.”70
İmam Əli (ə) özü buyurmuşdur: “Biz Əhli-beyt Allahın və Rəsulunun (s) kəlamlarını hamıdan yaxşı bilirik.”71
Həmçinin buyurmuşdur: “İstər hədis olsun, istərsə də qeyri-hədis, Peyğəmbərdən eşitdiklərimi unutmadım.”72
Başqa bir hədisdə buyurmuşdur: “And olsun Allaha, nazil olan hər bir ayənin kimin haqqında və harada nazil olduğunu bilirəm.”73
Hədis alimləri arasında yüksək məqama sahib olan Abdullah ibn Abbas demişdir: “Etimadlı bir şəxs Əlidən (ə) bir fətva nəql edərkən onun üzərindən keçməzdik.”74
İmam Əli (ə) özünün yüksək elmi məqamına söykənərək belə buyururdu: “Allahın kitabı haqqında istədiyinizi soruşun. Elə bir ayə yoxdur ki, onun gecə, və ya gündüz, çöldə və ya dağda nazil olduğunu bilməyim.”75
Başqa bir hədisdə öz haqqında belə buyurur: ““Fatihə” surəsinin təfsiri ilə əlaqədar yetmiş dəvə yükü qədər mətləb yazmaq istəsəm, qurtarmaz.”76
Qədimdən alimlər arasında bu söz məşhurdur: “Məni itirməmişdən qabaq suallarınızı soruşun!” – sözünü deməyə Əlidən (ə) başqa, heç kim cürət edə bilməmişdir.”77
Bu səbəbdən, ikinci xəlifənin xilafəti dövründə Əlini (ə) özünün elmi mənbəyi bilməsi təbii idi. Hərçənd, təəssüflə demək olar ki, o həzrətdən kifayət qədər faydalana bilmədi. Ömərin özü deyirdi: “Allah mənim üçün Əlinin olmadığı bir yerdə həll edilməsi lazım olan bir çətinlik qoymasın.”78
İkinci xəlifədən”mütəvatir” şəkildə belə nəql edilmişdir: “Ömərdən “Ümrəni haradan yerinə yetirməliyəm?” – deyə soruşulduqda, dedi: “Əlinin (ə) yanına get və ondan soruş!”79
Bunlara əlavə olaraq deyə bilərik ki, ən mühüm ədəbi ixtisaslardan sayılan “nəhv” (ərəb dilinin sintaksisi) elminin təsisçisi də imam Əlidir (ə).80 Sonralar bu elmin sayəsində Quran oxunuşu (qiraət) təhriflərdən qorundu.
Bu ifadələr imam Əlinin (ə) elmi ilə əlaqədar etiraflarının az bir hissəsindən ibarətdir. Əlbəttə, biz də bu kimi kəlamların hamısını bir yerə toplamaq əzmində deyilik. Müddəamızın sübutu ilə bağlı bu etiraflar olmasaydı da, əhli-sünnə və şiə vasitəsilə “mütəvatir” şəkildə nəql edilən yalnız Rəsulullahın (s) bu kəlamı kifayətdir: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”

İMAM ƏLİNİN (Ə) HƏYAT TƏRZİ

...Şübhəsiz, imam Əlinin (ə) həyatı indiyə qədər bəşəriyyətin tarix boyunca təcrübə etdiyi ən gözəl həyat tərzidir; bütün bəşəriyyətin ilahi simvolu və yer üzündə ilahi xəlifə mənasını daşıyan kamil insan həyatıdır. Bu həyat təzi o qədər cazibədardır ki, onun dostunu sevginin, düşmənini isə düşmənçiliyin ən son həddinə çatdırır. İmam Əli (ə) Peyğəmbərin (s) onun haqda belə buyurduğunu deyir: “Səninlə əlaqədar iki qrup həlak olacaq: Hədsiz dərəcədə səni sevənlər (qulatlar) və səninlə düşmənçilik edənlər (nasibilər).”81
Onun tərəfdarları (şiələr) “rafizilik” (dindən çıxmaq) həddinə çatarlar82 və əgər qəflət etsələr, “qülüvv v” əqidələrə qapılarlar. Nadir hallar da olur ki, bir şəxsə həyatı boyu ilahilik nisbəti verilsin. Amma imam Əli (ə) Rəsulullahın (s) bəşər olduğuna dair bu qədər təkid etdiyinə agah olan bir cəmiyyətdə yaşamasına baxmayaraq, bu kimi nisbətlərə məruz qaldı, hərçənd, o həzrət bu fikrə qarşı kəskin mövqedən çıxış edirdi.
İmamın (ə) həyatının ən mühüm hissəsi həyatını bütünlüklə əhatə edən “zahid”liyidir. Bütün dünyaya sahib olduğu halda, onun içindəkilərdən üz çevirən şəxs “zahid” adlanır; elə bir zagidlik ki, qənaətə üstünlük verir və çətinliklər müqabilində səbri özünə peşə seçir.
Bəziləri Ömər ibn Əbdül-Əzizin hüzurunda ikən zahidlər haqda söz açır və ən zahid şəxsin kim olduğunu soruşurdular. Orada olanların bəzisi Əbuzər daxil olmaqla bir neçə nəfərin adını çəkdilər. Ömər ibn Əbdül-Əziz isə dedi: “İnsanların ən zahidi Əli ibn Əbu Talibdir.”83
İmam Əli (ə) yoxsulları öz ətrafına yığaraq onlara qayğı göstərirdi.84 ...Çox vaxtlar geyindiyi bircə köynəyindən su damlaları süzüldüyü halda, namaza gedib xütbə oxuyurdu.85
O həzrət hakimiyyətdə olduğu müddətdə hakimiyyətinə tabe olan çox geniş torpaqların vergiləri, eləcə də, digər gəlirlərin xəzinəyə əlavə olunmasına baxmayaraq, ən sadə yeməklə kifayətlənirdi. Belə ki, o həzrətə deyirdilər: “Nemətlərin bol olduğu İraq vilayətində ən çox və ən yaxşı yeməklər olduğu halda, yenə özünü sıxıntıda saxlayırsan?” İmam (ə) isə bunu özünə bir iftixar hesab edirdi.86 O həzrətin özü bu haqda buyurur: “Dünyanı yüngül sayan mənəm.”87 O həzrət “beytül-mal”ı camaat arasında bölərkən özünə bir şey götürməz və evə əliboş gedərdi.88
Əsvəd ibn Qeys deyir: “İmam Əli (ə) Kufə məscidinin həyətində camaata yemək verir və işini qurtardıqdan sonra evinə gedib yemək yeyərdi. Səhabələrindən biri deyirdi: “Mən öz-özümə “Əli (ə) öz evində xalqa verdiyi yeməkdən dadlısını yeyir” – deyə fikirləşərkən yeməkdən əl çəkib onun arxasınca düşdüm. Məndən: “Yemək yedinmi?” – deyə soruşduqda, “Xeyr!” – deyə cavab verdim. Buyurdu: “Belə isə mənimlə gəl.” Mən onunla birlikdə evinə getdim. O, evə daxil olub Fizzəni çağırdı. Bir kənizin gəldiyini gördüm. Əli (ə) ona buyurdu: “Bizə yemək gətir.” O, bir parça çörəklə bir qab ayran gətirdi və buğdanın qabıqları görünən çörəyi doğrayıb ayrana qatdı. Mən İmama (ə) dedim: “Fizzəyə söyləyin ki, buğda qabığı olmayan çörək gətirsin?” İmam ağlayıb buyurdu: “And olsun Allaha, Rəsulullahın (s) evində qabıqsız çörək əsla görmədim.”89
Üqbət ibn Əlqəmə belə nəql edir: “Mən bir dəfə Əlinin (ə) yanına getmişdim. Gördüm ki, qarşısına turşluğu və sulu olması ilə məni narahat edən bir ayran qabı qoymuşdur. Soruşdum: “Bu ayranı içirsinizmi?” İmam (ə) buyurdu: “Ya Əbəl-Xəbun, Peyğəmbər bundan daha pisini yeyir və geyindiyim paltardan daha qalınını geyinirdi. Qorxuram ki, o həzrətin yerinə yetidiklərini yerinə yetirmədiyim halda ona qovuşam.”“90
Ədiyy ibn Sabit deyir: “Əliyə (ə) “faludə” (soyuq və şirin yemək növü) gətirdikdə, Əli (ə) onu yeməkdən çəkindi.”91
Əbu İshaq Səqəfi “Əl-ğarat” kitabının bir çox səhifələrində imam Əlinin (ə) zahidliyi – geyimi, qidası, iqtisadi məsələlərdə qənaəti, “beytül-mal”la rəftarı və ilahi qanunlara layiqincə riayət etməsi haqda diqqəti cəlb edən nümunələr qeyd etmişdir.
İmamın (ə) elə uca bir şəxsiyyətə sahib idi ki, hətta Müaviyə xüsusi məclislərində həmişə o həzrəti mədh edərdi.92
Əbu Səid Xudri belə nəql edir: “Bi dəfə Rəsulullah (s) ənsardan birinin cənazəsi üstə gedib buyurdu: “Onun birinə borcu varmı?” Dedilər: “Bəli.” Rəsulullah (s) geri qayıtdıqda, Əli (ə) o həzrətə dedi: “Mən onun borcunu ödəyərəm.” Rəsulullah (s) Əliyə (ə) buyurdu: “Müsəlman qardaşına nicat verdiyin kimi, Allah da sənə nicat versin.”93
Bəli, imam Əli (ə) öz mal-dövlətini belə bağışlasa da, “beytül-mal”dan (ümumi əmlak) ən yaxın şiələrinə belə, haqqından artıq verməyə hazır olmazdı.94

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Əl-qədir”, c. 3, s. 221; “Şərhi Nəhcül-bəlağə”,İbn Əbil-Hədid, c. 3, s. 258, Beyrut çapı; “Əl-istiyab”, c. 2, 458; “Ər-riyazun-nuzrə”, c. 2, s. 158.
2 “Ət-təbəqat”, c. 1, s. 34.
3 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 67, Beyrut çapı, Mahmudinin təhqiqi.
4 “Tarixi-Dəməşq” (İmam Əli ibn Əbu Talibin həyatı), c. 1, s. 41-46.
5 “Nəhcül-bəlağə”, xütbə: 190; “Təsnifi Nəhcül-bəlağə”, s. 355.
6 “Nəhcül-bəlağə”, xütbə: 195; “Təsnifi Nəhcül-bəlağə”, s. 357.
7 “Nəhcül-bəlağə”, xütbə: 208.
8 “Həyatus-səhabə”, c. 1. s. 559.
9 “Təratibul-idariyyə”, Kətani, c. 1, s. 58-59.
10 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 98; “Əl-müsənnəf”, Əbdürrəzzaq, c. 10, s. 141.
11 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 98.
12 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 99.
13 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 88.
14 “Tarixi-Cürcan”, s. 218; “Rəbiul-əbrar”, Zəməxşəri,c. 1, s. 821.
15 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 180-181.
16 “Əl-müsənnəf”, Əbdurrəzzaq, c. 10, s. 141; “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 2, s. 165.
17 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 7, s. 174.
18 “Həyatus-səhabə”, c. 2, s. 514-515; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 91-94.
19 “Rəbiul-əbrar”, Zəməxşəri,c. 3, s. 319.
20 “Əl-mənaqib”, Əhməd ibn Hənbəl, s. 160-163; “Təbəqatul-əbrar”, c. 1, s. 319.
21 “Əl-mənaqib”, Əhməd ibn Hənbəl, İbn Cövzi, s. 160-163.
22 “Təbəqatul-əbrar”, c. 1, s. 320.
23 “Rəbiul-əbrar”, Zəməxşəri,c. 1, s. 499.
24 “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 9, s. 28-29, c. 20, s. 299; “Əl-cəməl”, Şeyx Müfid, s. 92.
25 “Əl-ğarat”, c. 1, s. 307.
26 “Əl-izah”, s. 90, Beyrut çapı.
27 “Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c. 1, s. 100.
28 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 236; “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 136-54; “Əl-futuh”, c. 2, s. 266.
29 “Vəqətus-Siffeyn”, s. 52; “Tarixi-Təbəri”, c. 3, s. 46.
30 “Əl-futuh”, c. 2, s. 268.
31 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 138.
32 Dindən çıxan kəslər.
33 “Təsnifi Nəhcül-bəlağə”, xütbə: 120, s. 501.
34 “Təsnifi Nəhcül-bəlağə”, xütbə: 275, s. 388.
35 “Ət-tarixul-kəbir”, Buxari, c. 2, s. 67.
36 “Əl-ğarat”, c. 1, s. 45.
37 “Əl-ğarat”, c. 1, s. 675.
38 “Nəhcül-bəlağə”, xütbə: 208.
39 “Əl-irşad”, s. 134, “İslamiyyə” nəşri.
40 “Təsnifi Nəhcül-bəlağə”, xütbə: 198, s. 379; “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 166; “Əl-ğarat”, c. 1, s. 296.
41 “Məanil-əxbar”, c. 1, s. 110.
42 “Əl-ğarat”, c. 1, s. 307; bax: “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 281; “Nəhcül-bəlağə”, 62-ci məktub.
43 Bax: “Təsnifi Nəhcül-bəlağə”, s. 419 və 422-426-427; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 177.
44 Bax: “Qırxıncı hicri ilinə qədər İslamın siyasi tarixi”, s. 430-435.
45 “Nəhcül-bəlağə”, Sübhi Saleh, s. 136.
46 “Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 2, s. 272.
47 “Nəcül-bəlağə”, xütbə: 95; “Təsnifi Nəcül-bəlağə”, s. 382.
48 “Nəcül-bəlağə”, məktub: 61.
49 “Təsnifi Nəhcül-bəlağə”, s. 571.
50 “Təratibul-idariyyə”, Kətani, c. 2, s. 22.
51 “Təqyidul-elm”, Xətib Bağdadi, s. 90; “Rəbiul-əbrar”, Zəməxşəri,c. 3, s. 226-294.
52 “Elm nuru” jurnalı, nömrə: 9-10-11, ikinci il.
53 “Təratibul-idariyyə”, Kətani, c. 1, s. 76.
54 “Nəcül-bəlağə”, Sübhi Saleh, s. 57.
55 “Şərhi Nəcül-bəlağə”, İbn Əbil-Hədid, c. 13, s. 179.
56 “Şərhi Nəcül-bəlağə”, İbn Əbil-Hədid, c. 6, s. 373.
57 “Əl-faiqu fi ğəribil-hədis”, c. 2, s. 108.
58 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 118. Bu, İbn Abbasdan da nəql edilmişdir. Bax: “Tarixi-Dəməşq” (İmam Əli ibn Əbu Talibin həyatı), c. 1, s. 89.
59 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 179-180; “Əl-müsənnəf”, İbn Əbu Şeybə, c. 1, s. 240.
60 “Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 595.
61 “Nəhcüs-səadət”, c. 2, s. 202.
62 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, s. 25-26.
63 “Əl-müsənnəf”, İbn Əbu Şeybə, c. 12, s. 83.
64 “Nəhcül-bəlağə”, Sübhi Saleh, s. 122; “Təsnifi Nəhcül-bəlağə”, s. 391.
65 “Əl-müsənnəf”, Əbdurrəzzaq, c. 10, s. 124.
66 “Nəhcus-səadət”, c. 2, s. 100.
67 “Ət-tarixul-kəbir”, Buxari, c. 4, s. 33.
68 “Əl-meyaru vəl-müvazənə” s. 102. Ayişədən də belə nəql edilmişdir: “Əli (ə) Peyğəmbərin (s) sünnəsini ən yaxşı bilən şəxsdir.” Bax: “Ət-tarixul-kəbir”, Buxari, c 2, s. 52.
69 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 97; “Əl-istiyab”, c. 1, s. 9; “Ət-təbəqat”, c. 2, s. 338-339
70 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. l. s. 112
71 “Ət-təbəqatul-kubra”, İbn Ənbə, c. 6, s. 240.
72 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 99; “Hilyətül-övliya”, Əbu Nəim, c. 1, s. 67.
73 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 121.
74 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 99; “Ət-təbəqatul-kubra”nın haşiyəsi, c. 2, s. 338; “Tarixi-Dəməşq”, (İmam Əlinin (ə) həyatı”, c. 38, s. 25.
75 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 99.
76 “Təratibul-idariyyə”, Kətani, c. 3, s. 183.
77 “Bəyanul-elm”, c. 1, s. 137; “Tarixi Yəhya ibn Muin”, c. 3, s. 143.
78 “Ət-təbəqat”, c. 2, s. 339; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 1, s. 100.
79 “Qəribul-hədis”, c. 3, s. 406.
80 “Həyatus-səhabə”, c. 3, s. 217; “Əl-bəsairu vəz-zəxair”, s. 183.
81 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 32. İmam Əli (ə) buyurmuşdur: “Mənim haqqımda iki nəfər həlak olacaq: biri, məni hədsiz dərəcədə sevən (ifratçı), biri də hədsiz dərəcədə düşmənçillik edən.”
82 Bax: “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 33.
83 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 240.
84 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 240.
85 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 241.
86 “Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 249.
87 “Həyatus-səhabə”, c; 2, s. 310.
88 “Əl-ğarat”, c. 1, s. 55.
89 “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 187; bax: “Əl-ğarat”, c. 1, s. 85-67-88.
90 “Əl-ğarat”, c. 1, s. 85.
91 “Əl-ğarat”, c. 1, s. 88.
92 “Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c. 5, s. 1824.
93 “Rəbiul-əbrar”, Zəməxşəri,c. 3, s. 619.
94 “Rəbiul-əbrar”, Zəməxşəri,c. 3, s. 77.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+6 =