Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM MEHDİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Allahın yer üzündəki on ikinci höccəti imam Mehdidir (ə). Qurani-Kərimdə o həzrətə “Bəqiyyətullah”1 adı ilə işarə edilmişdir. Tarix kitablarında o həzrətin doğum tarixi barədə elə bir ixtilaf nəzərə çarpmır. Çünki bütün tarixçilər və söz sahibləri o həzrətin Şaban ayının 15-də dünyaya gəldiyini qəbul etmişlər. Amma hansı ildə dünyaya gəlməsi haqda fikir ayrılığı mövcuddur. Buna səbəb o həzrətin doğumunun gizli saxlanılması olmuşdur. Şeyx Müfid o həzrətin 255-ci hicri ilində dünyaya gəldiyini söyləmişdir. Buna görə də o həzrət, atası dünyasını dəyişərkən beş yaşında idi.2 Siqətül-İslam Kuleyni də o həzrətin 255-ci hicri ilində dünyaya gəldiyini qetd etmişdir.3 Bibi Həkimənin imam Həsən Əskəridən (ə) nəql etdiyi hədisdə də o həzrətin bu ildə (255-ci il) dünyaya gəldiyi bildirilmişdir.4 Əşərinin öz kitabında qeyd etdiyi bəzi təriqətlərə mənsub kəslər o həzrətin imam Həsən Əskərinin (ə) dünyadan köçməsindən səkkiz ay sonra doğulduğunu söyləmişlər.5 Bu fikir bir çox rəvayətlərlə ziddiyyət təşkil etməklə yanaşı, şiənin “Yer üzü Allahın höccətindən boş qalmaz!” – inancı ilə də uzlaşmır.
Digər bir fikrə əsasən, o həzrət 258-ci h.q. ilində dünyaya gəlmişdir.6 Məsudi “İsbatul-vəsiyyət” kitabında yazır ki, kiçik qeyb dövrünün başlanğıcında imam Mehdinin (ə) ömründən dörd il yeddi ay keçirdi. Demək, İmamın (ə) 256-cı h.q. ilində dünyaya gəlməsi bir ehtimaldır.7
Bütün bunlarla yanaşı, (imam Cavadın (ə) qızı) Həkimədən sənədli şəkildə nəql edilən hədisdə o həzrətin 255-ci h.q. ilində doğulduğu tarixçilərin əksəriyyəti tərəfindən təsdiq edilmişdir. Bibi Həkimədən nəql edilən imam Həsən Əskərinın (ə) hədisində, İmamın təvəllüdü ilə əlaqədar nisbətən dəqiq məlumatlar verilmişdir. Həkimə xatun belə deyir: “İmam Həsən Əskəri (ə) dalımca bir nəfəri göndərərək buyurdu: “Bu axşam iftar vaxtı evimizə gəl ki, Allah-taala öz höccətini və məndən sonrakı xəlifəsini göstərməklə səni şad etsin!” O axşam imam Həsən Əskərinin (ə) evinə getdim və İmamın oğlu doğulana qədər orada qaldım.”8
Həkimə xatun başqa bir rəvayətdə belə deyir: “Ertəsi gün yenə qardaşım evinə gəldim, amma uşağı görmədim. Qardaşımdan oğlnu soruşduqda, belə dedi: “Musanın anası oğlunu kimə təslim etdisə, biz də oğlumuzu ona təslim etdik.” Yeddi gün sonra İmamın göstərişi ilə yenə onun evinə getdim. Qardaşım imam Həsən Əskəri (ə) qucağındakı uşağına xitab edərək: “Danış oğlum.” – deyə buyurdu. O da danışmağa başladı. “Şehadeteyn”i söylədikdən, məsum imamların hər birinin imamət və vəlayətinə şəhadət verdikdən sonra bu ayəni oxudu:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
“Biz iradə etmişik ki, yer üzündə zəif saxlanılanlara minnət qoyaraq, onlara özlərindən (öz içlərindən) imam təyin edək və yer üzünün varisi qərar verək.”9
Doktor Casim Hüseyn həzrət Mehdinin (ə) doğumu ilə əlaqədar rəvayətlərdəki bəzi incəliklərə toxunaraq belə yazır: “Həzrət Mehdi (ə) doğulduqdan sonra düşmənlərin şərindən amanda qalması üçün Mədinəyə aparıldı.”10

İMAM MEHDİNİN (Ə) ANASI

O həzrətin anasının adı haqqında müxtəlif rəvayətlər mövcuddur. Şeyx Tusidən nəql edilən bir rəvayətdə o həzrətin anasının adının Reyhanə olduğu qeyd olunmuş, sonra isə ona Nərgiz, Seyqəl və Susən deyildiyi də vurğulanmışdır.11 Şəhidin nəqlinə görə, onun adının Zeydül-Ələviyyə qızı Məryəm olduğunu söyləmişlər.12 Lakin Şəhid, bunun zəif bir məlumat olduğunu bildirmişdir. Həzrət Mehdinin (ə) təvəllüdü ilə bağlı Həkimə xatuna çatan ən məşhur və sənədli rəvayətdə anasının adının Nərgiz olduğuna təkid edilmişdir.13
Bəzi tədqiqatçıların fikirincə, onun əsl adı Nərgizdir. Ona Seyqəl adından başqa, digər adları imam Cavadın (ə) qızı Həkimə vermişdir. O dövrün camaatı, kənizləri xoşhal etmək üçün onları müxtəlif adlarla çağırardılar və Nərgiz, Reyhanə və Susən gül-çiçək adlarıdır.14

İMAM MEHDİNİN (Ə) DÜNYAYA GƏLMƏSİ

İmam Həsən Əskərinin (ə) Samirra və Bağdadda hakimiyyəti ələ keçirmiş Abbasi xəlifələri tərəfindən nəzarətdə caxlanılması imam Zamanın (ə) doğulmasının gizli qalmasına səbəb olmuşdur. O həzrətin doğumunun gizli saxlanılmasının başqa bir səbəbi də bu idi ki, o zamanlar imam Zamanın (ə) qeybə çəkiləcəyi dillərdə gəzirdi. Abbasilər də şiənin imamətlə əlaqəsini bütün vasitələrlə kəsmək istəyirdilər. Şeyx Müfid imam Zamanın (ə) həyatı ilə bağlı kitabının əvvəllərində belə yazır: “O dövrün zalım və təcavüzkar hakimlərinin Allahın son höccətini aradan qaldırmaq təhlükəsi olduğundan o həzrətin doğumu hamıdan gizli saxlanılmışdı.”15
Əvvəlki ilahi rəhbərlərin (imamların) hədislərində imam Mehdinin (ə) sirli doğumuna toxunulmiş və hətta bu, Həzrəti tanımağın nişanələri kimi təyin edilmişdir.16 İmam Zamanı (ə) ələ keçirmək üçün Abbasilərin gecə-gündüz çalışdıqları bir çox tarix kitablarında qeydə alınmışdır.
Qum şəhərinin vergi məmuru Əhməd ibn Übeydullah ibn Xaqan imam Həsən Əskərinin (ə) evinin axtarılması haqqında sənədli bir məlumatı nəzərə çarpdırmış və dəqiq mövzulara toxunmuşdur. O, belə demişdir: “İmam Həsən Əskərinin (ə) halının yaxşı olmadığı hər tərəfə yayıldıqda, xəlifə atamı yanına çağırtdı. Atam xilafət sarayına gedərək xəlifənin etimad etdiyi beş yaxın məmurla birlikdə geri qayıtdı. Atam onlara İmamın evini nəzarətdə saxlamağa və onun hər cəhətindan xəbərdar olmalarını əmr etdi. Daha sonra bəzi təbibləri çağırdı və onlara gecə-gündüz İmamın qayğısına qalmağı əmr etdi. İki və ya üç gündən sonra ona İmamın vəziyyətinin pisləşdiyini xəbər verdilər. O da təbiblərin İmama yaxşı baxmalarını əmr etdi. Sonra qazılərin rəisinin yanına gedib təqva və din baxımından tamamilə güvəndiyi on nəfərin gecə-gündüz İmamın evində qalmasını istədi. İmamın (ə) vəfatına qədər bu vəziyyət davam etdi. Bu hadisədən sonra xəlifənin əmri ilə İmamın evi ciddi şəkildə axtarıldı, hər şey möhürləndi və İmamın oğlunun olub-olmaması üçün ciddi axtarış əməliyyatı həyata keçirildi. Bu istiqamətdə kənizlərin hansının hamilə olduğunu araşdırmaq üçün onlar da nəzarətə alındı. Hansının hamilə olduğundan şübhələnsəydilər, onu bir otağa salıb hamilə olub-olmadığını anlayana qədər otaqdan çıxartmırdılar.
Daha sonra isə İmamın mirasını anası ilə qardaşı Cəfər arasında böldülər.
Rəvayətdə bunlar izah edildikdən sonra, Cəfərin fürsətdən istifadə edərək qardaşı imam Həsən Əskərinin (ə) yerinə keçmək istədiyinə də işarə edilmişdir. Cəfər Übeydullah ibn Xaqandan özünü imam Əskərinin (ə) xəlifəsi olaraq tanıtdırmasını istəsə də, o, bunu rədd etdi.17
Başqa bir rəvayətdə deyilir: “İmam Həsən Əskərinin (ə) vəfatından xəbərdar olmayan bəzi Qum şiələri şəri vergiləri ödəmək üçün Samirraya gəldilər. Samirraya girdikdən sonra, onları Kəzzabın (yalançı Cəfər) yanına apardılar. Qumdan gələn şiələr Cəfəri sınamaq məqsədi ilə, ona: “Yanımızda gətirdiyimiz pulun miqdarını bilirsənmi?” – deyə müraciət etdikdə, Cəfər pulun nə qədər olduğunu bilmədiyi üçün “qeybi bilən yalnız Allahdır!” – dedi. Nəticədə, Qum şiələri pulu verməkdən imtina etdilər. Bu zaman bir nəfər gəlib, onları bir evə apardı və o gətirdikləri pulun nə qədər olduğunu dedikdə, onlar da gətirdikləri pulu həmin şəxsə verdilər. Cəfər vəziyyəti Mötəmidə çatdırdı və Mötəmidin əmrilə İmamın evi və hətta qonşuların evləri yenidən axtarıldı. Burada Səqil adlı bir kəniz imam Zamanın (ə) canını qorumaq məqsədi ilə hamilə olduğunu söylədikdə, onu tutub həbs etdilər. İki il həbsdə saxladıqdan sonra, hamilə olmadığı anlaşılaraq azad edidi.18
Şübhəsiz, Cəfərin təhrikilə on ikinci imamı nəzarət altında saxlaya bilməyən xəlifə, sonunda imam Həsən Əskərinin (ə) oğlu olmadığı fikrini irəli sürəsi oldu. Bu işə həqiqət donu geyindirmək üçün güvəndikləri şəxsləri İmamın evində yerləşdirərək şiələri heyrətdə saxlamaq istəyirdilər. Belə ki, Şeyx Tusi bu rəvayətin davamında belə yazır: “Onların İmamın evinə yerləşdirdikləri etibarlı adamlar o həzrətin ölümünə şahid oldular. Həqiqət isə budur ki, bu məsələ ilə bağlı öncədən hazırlanmış plana əsasən, o həzrətin təvəllüd məsələsi xalqdan, hətta şiələrin böyük bir hissəsindən gizli qaldı. Bütün bunlara baxmayaraq, bu məsələ elə bir problem yaratmadı.”

BƏZİ ŞİƏLƏR İMAM MEHDİNİN (Ə) (Ə) TƏVƏLLÜDÜNDƏN XƏBƏRDAR İDİLƏR

Əlbəttə, demək olmaz ki, Allahın son höccətinin doğumundan kimsə xəbərdar olmamış və ya dünyaya gəldikdən sonra o həzrəti görməmişdir. İmam Həsən Əskərinin (ə) bəzi etimadlı şiələri, bir qrup vəkilləri və o həzrətin evindəki xidmətçilər bundan xəbərdar idilər. Şeyx Müfid imam Həsən Əskərinin (ə) bəzi səhabələrindən, xidmətçilərindən və yaxın dostlarından, onların imam Zamanı (ə) gördüklərini nəql etmişdir. Məhəmməd ibn İsmayıl ibn Musa ibn Cəfər, imam Cavadın (ə) qızı Həkimə xatun, Əbu Əli ibn Mütəhhər, Əmr Əhvazi və İmamın evinin xidmətçisi Əbu Nəsr Türeyf imam Zamanı (ə) görənlər sırasındadırlar. Aydın olur, imam Həsən Əskəri (ə) oğlunu bəzilərinə göstərmiş və onu öz canişini kimi tanıtdırmışdır.
Şeyx Kuleyni Zəv ibn Əli İclidən Fars əhalisindən olan iranlı bir kişinin ona belə dediyini nəql edir: “İmam Həsən Əskərinin (ə) evində xidmətçilik etmək üçün Samirraya getdim və o həzrət evin bazarlıq işlərini mənə tapşırdı. Bir gün imam Həsən Əskəri (ə) təqribən iki yaşlı oğlunu mənə göstərib buyurdu: “Bu, sizin sahibinizdir!” Həmin şəxs İmamın (ə) vəfatına qədər o uşağı bir daha görmədiyini vurğulamışdır.19
Bəlkə də, imam Həsən Əskərinin (ə) səhabələrinin imam Mehdi (ə) ilə ən mühüm görüşləri (imam Mehdinin (ə) xüsusi vəkillərindən olan) Məhəmməd ibn Osman Əmrinin digər qırx nəfərlə birlikdə imam Həsən Əskərinin (ə) hüzuruna getdikləri vaxt olmuşdur. O zaman imam Həsən Əskəri (ə) oğlunu onlara göstərərək buyurmuşdur: “Bu, məndən sonra sizin imamınız və aranızdakı xəlifəmdir. Ona itaət edin ki, məndən sonra dində ixtilafa düşməyəsiniz. Əks-təqdirdə, həlak olarsınız. Bundan sonra, onu əsla görə bilməyəcəksiniz!”
Rəvayətin davamında imam Həsən Əskərinin (ə) bu hadisədən bir neçə gün sonra vəfat etdiyi nəql edilmişdir.20
Şeyx Tusi də bu rəvayəti nəql edərək qırx nəfərlik heyətə daxil olan bəzi şiə böyüklərinin adlarını belə qeyd etmişdir: Əli ibn Bilal, Əhməd ibn Hilal, Əhməd ibn Müaviyə ibn Həkim və Həsən ibn Əyyub ibn Nuh.21
O dövrdə imam Mehdinin (ə) adını söyləmək qadağan edildiyindən imam Həsən Əskəri (ə) öz şiələrinə onu “Əl-Huccətu min ali-Muhəmməd (ə)” adı ilə yad etmələrini təkid etmişdir.22

İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) VƏFATINDAN SONRA İXTİLAF

Abbasi xəlifələrinin imamlara göstərdiyi siyasi təzyiqlər, onlarla şiələr arasındakı mütəmadi əlaqənin qurulmasında bir sıra çətinliklər törədirdi. Bu cür problemlər, xüsusən, bir imamın vəfatı və sonrakı imamın imamət və vilayətinin başlandığı zamanlar özünü göstərirdi. İmamla bağlı şübhəyə düşən şiələr imamı tanıyana və yeni firqənin batilliyi aşkarlanana uzun müddət geçirdi. Bəzən də çətinliklərin dərin və şiddətliyi şiələrin öz soy-kökündən ayrılmasına səbəb olurdu. Buna vaqifiyyə, fətəhiyyə və hətta ismailiyyə təriqətlərinin ortaya çıxdığını və müqavimət göstərdiyini misal göstərə bilərik.
İmam Həsən Əskərinin (ə) vəfatından sonra bu çətinlik daha da şiddətləndi. Çünki imam Zamanın (ə) dünyaya gəlməsi və imamətinin tamamilə gizli saxlanılması ilə yanaşı, qeyb dövrü də başlanmış oldu. O həzrətin imamətinin yeganə güclü dayağını Mehdişünaslıq inancı və onunla əlaqədar böyük hədis mirası ilə şiələrin arasındakı sıx və qırılmaz rabitə sistemini və imam Həsən Əskərinin (ə) səhabələrinin arasındakı məşhur şəxsiyyətlərin səhnədə olması təşkil edirdi.
İmam Həsən Əskərinin (ə) vəfatından sonra şiələr arasında ortaya çıxan ixtilafın keyfiyyət və səbəbi “Əl-maqalatu vəl-firəq” və “Firəquş-şiə” kitablarında geniş şəkildə qeyd edilmişdir. Şeyx Müfid, Növbəxtinin adıçəkilən kitabındakı rəvayəti xülasə və bəzi əlavələrlə nəql və tənqid etmişdir. Əşəri imam Həsən Əskəridən (ə) sonrakı imam haqqında şiələrin on beş qrupa ayrıldığını və hər birinin özünəməxsus etiqadı olduğunu, hətta bəzilərinin on birinci imamın imaməti haqqında belə, şübhəyə düşdüyünü yazmış və on beş firqənin adını da qeyd etmişdir. Növbəxti əvvəl dörd təriqətin adını çəkmiş, ancaq onların hər birinin inanclarını şərh edərkən on üç təriqətdən söz açmışdır. Şeyx Müfid də Növbəxtiyə istinadən on dörd təriqətin adını çəkmişdir.23 Şeyx Tusi də bu təriqətlərin uyğun məsələ ilə əlaqədar dünyagörüşlərinə toxunmuş, rəvayətlərə və teoloji sübutlara istinad edərək onları tənqid etmişdir.24
Bu təriqətlərin etiqadlarına nəzər salaraq deyə bilərik ki, bu təriqətlər üsul baxımından beş qismə bölünür:
1. İmam Həsən Əskərinin (ə) vəfatına inanmayan və onu “Ali-Mühəmmədin (s) Mehdisi (ə)” bilib, həyatda olduğunu qəbul edənlər. Onlar imamət məqamının o həzrətdə qurtardığına inandıqları üçün “Vaqifiyyə” adlanmışlar.
2. İmam Həsən Əskərinin (ə) vəfatından sonra o həzrətin qardaşı Cəfər ibn Əli Hadini (ə) imam qəbul edənlər. Bunlar İmam Həsən Əskərinin (ə) oğlunu görmədikləri üçün Cəfər Kəzzabın imamətinə inandılar. Onlardan bir qrupu Cəfəri on birinci imamın xəlifəsi, digər bir qrupu isə on birinci imam olaraq qəbul etdilər. Onalra “Cəfəriyyə” deyilir.
3. İmam Həsən Əskərinin (ə) imamətini inkar etdikdən sonra imam Hadinin (ə) ilk oğlu Məhəmmədin imamətinə inananlar. O, hələ atası imam Hadi (ə) həyatda ikən vəfat etdi. Onlara “Məhəmmədiyyə” deyilir.
4. Bəzilərinin də əqidsi belə idi: “Rəsulullahdan (s) sonra peyğəmbər gəlmədiyi kimi, imam Həsən Əskərinin (ə) vəfatından sonra da bir imam gəlməyəcəkdir.”
5. Şiələrin böyük əksəriyyətini təşkil edən “imamiyyə” firqəsi isə həzrət Mehdinin (ə) imamətinə inandılar.25
Bu təriqətlərdən yalnız Cəfər ibn Əlinin imamətinə inananlar bəzi məşhur kəslər tərəfindən dəstəkləndi. Növbəxtinin yazdığına görə, kufəli Əli ibn Tahi adlı teoloq onları dəstəklədi və məşhur “qulat”çı Faris ibn Hatəmi Qəzvininin bacısı da bu işdə ona dayaq oldu.26 Varlığını davam etdirə bilməyən bu təriqət tezliklə yaddaşlardan silindi.
Bu günə qədər varlığını qoruya və tarix boyu daim tərəqqiyə doğru irəliləyə bilən yeganə məzhəb imamiyyə (şiə) təriqətidir. İmam Həsən Əskərinin (ə) oğlu həzrət Mehdinin (ə) imamətini qəbul edən bu təriqət bütün şiələri özünə cəlb etmişdir. İmamlar tərəfindən izlənilən proqramın şiələri azğınlığa düşməkdən qoruduğu açıq-aşkar görünməkdə və üstünlüyünün hansı həddə olması bilinməkdədir.
Şeyx Müfid 373-cü h.q. ilində imam Zamanla (ə) bağlı kitabını qələmə alarkən adıçəkilən dörd təriqətdən yalnız “imamiyyə” məzhəbinin öz varlığını qoruya bildiyini vurğulayır və onu belə vəsf edir: “İmamiyyə say və elmi baxımından ən böyük və zəngin şiə təriqətidir. Bu təriqət bir çox mütəkəllimlər, saleh və abid fəqihlər, hədis alimlər, ədib və şairlər yetişdirmişdir. Həmçinin onlar imamiyyənin çöhrəsi, böyükləri və dindarlıqda etimadlı kəslər sayılırdılar.”27 Hər halda, diqqət yetirmək lazımdır ki, “qeybət” (imamın qeybdə olması) məsələsi şiələr üçün bir sıra problemlər yaratmışdır. Belə ki, qeyb məsələsi Rəsulullahdan (s) və məsum imamlardan nəql edilmiş bir çox rəvayətlərdə mövcud olmasına baxmayaraq, sıravi camaatın zehinində bəzi şübhələr doğururdu. Buna görə də şiə alimləri öz elmi əsərlərində uyğun məsələ və onunla bağlı incəliklərə də aydınlıq gətirirdilər.
Məhəmməd ibn İbrahim Nömani şiələr arasında ortaya çıxan və onların ixtilafa düşməsinə səbəb olan şübhələri aradan qaldırmaq üçün “Əl-qeybət” kitabını yazmışdır.28 O, şübhələrin yaranma səbəbini qeyb məsələsi ilə əlaqədar hədislərə diqqət yetirməməkdə görür və bu məsuliyyəti özü öz öhdəsinə götürür. Kitab hicri tarixi ilə 4-cü əsrin birinci yarısında qələmə alınmışdır. Digər alimlər də bu barədə kitablar yazmışlar. Buna Şeyx Müfidi misal göstərə bilərik. Onun həzrət Mehdinin (ə) qeybə çəkilməsi ilə əlaqədar 4-cü əsrdə yazdığı bir neçə risaləsi vardır və Nəcaşi “Rical” kitabında onların adını qeyd etmişdir.29 Şeyx Müfiddən sonra bu barədə ən mühüm əsəri Şeyx Tusi 5-ci əsrdə (447-ci h.q.) qələmə aldı. Zaman keçdikcə, qeyb məsələsinin araşdırılması və qaranlıq mətləblərin işıqlandırılması qaçılmaz olmuşdu.30 Şeyx Tusi də kitabının müqəddiməsində bunun bir zərurət olduğuna toxunmuşdur.31

PEYĞƏMBƏR-ƏKRƏMİN (S) VƏ ŞİƏ İMAMLARININ QEYB MƏSƏLƏSİNƏ ZƏMİN HAZIRLAMALARI

“Qeyb” məsələsi ilə əlaqədar teoloji bəhslərin kənarında imam Mehdinin (ə) qeybə çəkilməsi və qiyamı haqqında məsum imamlardan nəql edilən bir çox rəvayətlərin səhabələrin əlində mövcud olduğu qətidir.
(Son zamanlarda məcmuə şəklində toplanan) bu qədər rəvayətlər heç bir imamın bu məsələdən kənar qalmadığını və hamısının bu barədə təkid etdiyini göstərir. Bir az əvvəl qeyd etdiyimiz məcmuənin iki cildində özünə yer tutan Rəsulullahın (s) hədislərinin kənarında məsum imamların hər birindən qeybin müxtəlif yönləri, Mehdişünaslıq və nəzərdə tutulan xilaskarın kimliyi barədə bir çox hədislər nəql edilmişdir ki, bütünlükdə altı yüz hədisidən çoxdur. Bu da şiənin hədis ensiklopediyasında Mehdişünaslıq predmetinin böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bəzən məsum imamların özlərinin həyatda olduqları zaman belə, Mehdi olduqları düşünülürdü. Şiə məzhəbi ilə əlaqədar Əşəri və Növbəxtinin qeyd etdiklərindən belə başa düşmək olar ki, şiənin parçalanmasına səbəb olan ən mühüm məsələ Mehdiçilik inancı olmuşdur. Səhabələrin səhvlikləri ucbatından – qısamüddətli olsa da – hansısa bir təriqətin yaranmasını müşahidə etmək olar.
Məhəmməd ibn Hənəfiyə, Nəfsi-Zəkiyyə32 və bir sıra şəxslərin Mehdi olduqlarına inamın Mehdişünaslıq məsələsindən qaynaqlanaraq yaranmasını diqqətə çatdırmaq lazımdır. Bu istiqamətdə Abdullah ibn Müaviyə ibn Abdullah ibn Cəfərin (ölüm tarixi: 129-cu h.q.) bəzi dostları onun Mehdi olduğunu iddia etdi. İmam Baqirin (ə) də Mehdi olduğu iddia edilsə də, o həzrətin (ə) kəskin etiraz və reaksiyası ilə nəticələndi.33 İmam Sadiqin (ə) oğlu İsmayılın, həmçinin bəzi imamların – imam Sadıq və imam Kazim (ə)34 – və Abbasi xilafətinə qarşı qiyam edən Həsən ibn Qasim (ölüm tarixi: 404-cü h.q.), Yəhya ibn Ömər, Məhəmməd ibn Qasim və digər Ələvi rəhbərlərinin də Mehdi olduğu iddia edildi.35
İslamın ilk əsrlərində şiə və sünnilər arasında geniş yayılan yalançı Mehdilər uyğun məsələnin müsəlmanlar arasında nə dərəcədə sabit və qəti bir məsələ olduğunu və yalnız həqiqi Mehdinin kimliyi barəsində bir sıra problemlərin yarandığını göstərir. Sonrakı əsrlərdə, xüsusilə 8-9-cu əsrlərdə bir çoxlarının Mehdi iddiasında olduğunu görürük. Bu da müxtəlif İslam məzhəblərində yer tutan rəvayətlərin uyğun məsələyə xüsusi şərait hazırladığını göstərir. Hədis və şiə mənbələrində nəql edilən bu rəvayətlər sayca çoxluq təşkil edir.36

TEOLOJİ MƏSƏLƏLƏR VƏ İMAM MƏHDİNİN (Ə) CANİŞİNLİYİ

Bir imamın vəfatından sonra digər bir imamın onun canişini olması məsələsində şiələrin teoloji inancları yeni imamın mövqeyinin təsbitində mühüm rol ifa edirdi. Şiələr arasında az-çox rəsmiyyət qazanan bu inanclar çərçivəsindən çıxmaq da doğru deyildi. İmam Mehdinin (ə) imaməti ilə əlaqədar bu inancların bir qisimi gündəmə gəldi. İmamiyyə şiələrinin imam Mehdinin (ə) imaməti barəsində gündəmə gətirdiyi məsələlərə istinad edən Növbəxti və Əşərinin rəvayəti şiənin imamətlə bağlı 3-cü əsrdəki teoloji görüşlərini açıqlayır. Sonralar şiənin imamət barəsindəki dini əsasları bu görüşlər üzərində quruldu.
Növbəxti şiə təriqətlərindən on ikincisi olan imamiyyə barəsində bəhs edərkən bu əsaslı düçüncələrin bəzisinə də toxunur:
1. Yer üzü höccətsiz ola bilməz;
2. İmam Həsən və imam Hüseyndən (ə) sonra iki qardaşın imaməti mümkün deyil;
3. Yer üzündə iki adam qalsa belə, mütləq onlardan biri Allahın höccəti olmalıdır;
4. İmaməti sübut olunmayan bir şəxsin oğullarının imaməti də caiz deyil. Məsələn, imam Sadiqin (ə) oğlu İsmail öz atası həyatda ikən (imamət məqamına çatmadan) vəfat etdiyi üçün onun oğlu Məhəmməd də imamət maqamına sahib ola bilməz.
O, yenə yazır: “Bu əsaslı düşüncələr məsum imamların rəvayətlərindən əldə olunmuş və heç bir şiə onları rədd və inkar etməmişdir. Silsilə sənədləri möhkəm və mötəbər olan bu rəvayətlərdə heç bir şəkk-şübhəyə yer yoxdur. Şiə nəzərində yer üzü bir an belə, ilahi höccətsiz qala bilməz. Çünki bu zaman yer üzü və onda olan hər bir şey qəflətən dağılar, məhv olar. Biz imam Həsən Əskərinin (ə) imamətinə və imamət məqamında dünyadan köçdüyünə inanır və bunu etiraf edirik. İnanırıq ki, onun öz nəslindən olan bir şəxs onun yerinə imamətə keçmiş və o həzrətdən sonra ümmətin rəhbərliyini öhdəsinə almışdır. Bir gün Allahın izni ilə qeyb pərdəsi arxasından çıxacaq və imamətini aşkar edəcək. Onun qeybə çəkilməsi və zühuru Allahın ixtiyarındadır. İmam Əmirəl-Möminin Əli (ə) buyurmuşdur: “İlahi, Sən “höccət” və “dəlil”inin boşa çıxmaması üçün yer üzünü zahir və məşhur, yaxud gizli və tanınmayan höccətdən boş qoymazsan.”
Əlimizdə bu əqidənin doğruluğunu təsdiqləyən və keçmiş imamlardan nəql edilən hədislər mövcuddur. Allahın işlərini araşdırmaq, faş etmək və bilmədikləri məsələ haqda hökm vermək Allah bəndələrinə yaraşmaz. Əmr olunmadığı müddətə qədər o həzrətin mübarək adını dilə gətirmək və onun yerini öyrənmək üçün sorğu-sual etmək və araşdırma aparmaq düzgün deyildir...”
Daha sonra sözünün davamında təqiyyə məsələsinə toxunaraq imam Sadiq, imam Kazim və imam Rzanın (əleyhimus-salam) təqiyyəyə əməl etdiklərini və şiələrin də “qeyb” dövrünün başlanğıcında təqiyyə etmələrinin o həzrətlərin dövründən daha çox əhəmiyyət daşıdığını bildirmişdir. Sonda isə uyğun məsələnin isbatında, imam Mehdinin (ə) dünyaya gəlməsinin gizli qalacağını və müqəddəs adının bilinməyəcəyini və dünyamiqyaslı qiyamından bir müddət əvvəl özünü tanıdacağını bildirən rəvayətlərə istinad etmişdir.37
Şeyx Müfid də on birinci imamın canişini barədə səhvə düçən bəzi qrupların əqidələrini rədd etmək məqsədilə həmin dəlillərə istinad etmişdir. Onun toxunduğu mühüm mövzulardan biri də yer üzünün höccətsiz olamayacağı məsələsidir ki, dəlil olaraq “Öz zəmanə imamını tanımadan ölən şəxs cahillik dövründə ölmüşdür!” – hədisini gətirmişdir.38
Şeyx Tusi “Əl-qeybət” kitabında imam Həsən Əskərinin (ə) vəfatından sonra yaranan firqələrin görüşlərinin rəddində həmin rəvayətlərə və onlardan əldə edilən bəzi dəlillərə işarə etmişdir.39
Sözümüzə əlavə olaraq, Qurandan iki ayəni “Yer üzü Allahın höccətindən boş qalmaz!” – məsələsinə dəlil gətirə və Mehdişünaslıq mövzusunun teoloji dayağı kimi göstərə bilərik:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
“Biz iradə etmişik ki, yer üzündə zəif saxlanılanlara minnət qoyaraq, onlara özlərindən (öz içlərindən) imam təyin edək və yer üzünün varisi qərar verək.”40

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
“Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).”41
Şeyx Müfid imam Zaman (ə) haqqında yazısının müqəddiməsində bu iki ayəyə, eləcə də Peyğəmbərdən (s) nəql edilən məşhur bir hadisə istinad etmişdir. Hədis belədir: “Allah-taala Əhli-beytimdən adı mənim adımla eyni olan bir kişini göndərməyincə gecə və gündüzlər qurtarmaz (qiyamət qopmaz və dünyanın sonu gəlməz.) O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır!”42

İMAM MƏHDİ (Ə) VƏ XÜSUSİ NAİBLƏR

İmam Həsən Əskəri (ə) 260-cı h.q. ilində vəfat etdikdən dərhal sonra “qeybəti-suğra” (kiçik qeyb dövrü) başladı və imam Zamanın (ə) son naibinin vəfat etdiyi 329-cu ilə qədər davam etdi. Ondan sonra da “qeybəti-kübra” (böyük qeyb dövrü) başladı.
Kiçik qeyb dövründə imam Zaman (ə) xüsusi dörd naibinin vasitəsilə şiələrlə əlaqə saxlayır, onların iqtisadi, etiqadi və fiqhi-dini məsələlərini həll edirdi. O həzrətlə şiələr arasındakı vasitələr əvvəlki imamların etimad etdikləri dörd nəfərdən ibarət idi. Onlar bu ağır vəzifəni qəbul etmiş və həzrət Mehdinin (ə) “xüsusi naibləri” adı ilə tanınmışdılar. Həmin naiblər o həzrətin müxtəlif şəhərlərdəki vəkilləri ilə əlaqə saxlayır və şiələrin məktub və istəklərini o həzrətə çatdırırdılar. İmam Zaman (ə) da məktub vasitəsilə onları cavablandırırdı.
Diqqəti çəkən mühüm məsələb budur ki, kiçik qeyb dövründə yalnız həzrət Mehdi (ə) deyil, o həzrətin xüsusi naibləri də tanınmır və diqqəti cəlb etməməyə çalışırdılar. Hətta həzrət Mehdinin (ə) digər islami şəhərlərdəki naib və vəkilləri də belə bir iş tərzini seçmişdilər. Bunula yanaşı, öz ictimai mövqelərini qorumaq üçün inqilabi məsələlərdən kənar və xəlifələr əleyhinə qiyamdan uzaq qalan imamiyyə şiələri hökumətin təzyiqlərinə daha az məruz qalırdılar. Buna görə də onlar azlıq təşkil edən rəsmi bir məzhəb kimi Abbasi xilafətinin mərkəzində öz mövcudluğu və mövqelərini qoruyaraq, özləri ilə Bağdadda hökmranlıq edən Abbasi hökuməti və nüfuzlu radikal qüvvələr arasında münasibət yaratdılar. Bu zaman Bağdadda mərkəzləşən şiələr bütün İslam məntəqələrindəki şiələrə nəzarət etməklə yanaşı onların dini-məzhəbi həyatlarına çəki-düzən verirdilər.
Güclü siyasət nəticəsində, qısa bir müddət ərzində xəlifənin yerləşdiyi Bağdad şəhəri şiələrin mərkəzi şəhərinə çevrildi. Bu isə şiələrin Abbasi hökumətini zalım və qeyri-qanuni bildikləri halda, onun əleyhinə qiyam etmədiklərindən qaynaqlanırdı. Bu cəhətdən fəaliyyət və nüfuz dairəsini denişləndirmək üçün Bağdadın qapısı onların üzünə açıq idi. Bəzi şiə böyüklərinin Abbasi hökumətinə nüfuz etməsi və hətta vəzirlik vəzifəsinə qədər yüksəlməsi işələrin o zaman izlədiyi və məsum imamlar tərəfindən məsləhət bilinən xüsusi siyasətlərdən biri idi.43
İndi İmam Zamanın (ə) xüsusi naiblərinin adlarını bildirmək və o həzrətin əmri ilə gördükləri işləri izah etmək istəyirik:

1. OSMAN İBN SƏİD ƏMRİ SƏMMAN

O, imam Zamanın (ə) ilk naibidir və siyasi-məzhəbi fəaliyyətlərini gizli saxlamaq məqsədilə yağ ticarətilə məşğul olmuş və Səmman ləqəbilə tanınmışdır. Osman İmama yetişəcək malları yağ qutularında yerləşdirərək İmama çatdırırdı.44 İmamın bəzi vəkilləri də bu metodu seçmişdilər. Məsələn, Məhəmməd Qəttan parça satmaq adı ilə ona verilən malları İmama çatdırırdı.45 Şeyx Tusi “Əl-qeybət” adlı dəyərli kitabında Osman ibn Səiddən bəzi rəvayətlər nəql edərək yazmışdır: “O, Əsəd qəbiləsindən olub imam Həsən Əskərinin (ə) vəkillərindən sayılırdı. Ondan əvvəl də imam Hadinin (ə) etimad etdiyi şəxslər sırasında olmuşdur. İmam Hadi (ə) onu etimadlı səhabə kimi tanıtdırmışdır.46 Yəmən şiələrindən bir qrupu imam Həsən Əskərinin (ə) hüzuruna gəldikdə, o həzrət Osman ibn Səidi öz vəkili tanıtdıraraq onların hüzurunda gətirdikləri malları Osman ibn Səidə həvalə etdi.47 İmam Həsən Əskəri (ə) dünyadan köçdükdən sonra Osman ibn Səid o həzrətə qüsul verdi, kəfənlədi və pak bədənini qəbirə qoydu.”48

2. ƏBU CƏFƏR MƏHƏMMƏD İBN OSMAN İBN SƏİD ƏMRİ

Həzrət Mehdinin (ə) ikinci xüsusi naibi Əbu Cəfər Məhəmməddir. Onun atası Osman ibn Səid Əmri vəfat etdikdən sonra, həzrət Mehdi (ə) ona bir məktub yazaraq başsağlığı verir və ona xeyir-dua verdikdən sonra işləri ona tapşırır.49 O da atası kimi imam Həsən Əskərinin (ə) etimadlı və yaxın səhabələrindən idi. Necə ki, o həzrət bir rəvayətdə bu barədə belə buyurmuşdur: “Əmri və oğlu, hər ikisi etimadlı şəxslərdən idilər. Sizə çatdırdıqları və dedikləri mənim tərəfimdən idi. Onların sözünə qulaq as və onlara itaət et. Həqiqətən, onlar etimadlı və əmanətdardırlar.”50
“Qülüvv ” (ifratçılar) əhlindən bəziləri ona müxalif olsalar da, yenə şiələrin əksəriyyəti ona itaət etdilər və onun ədalətli olmasında əsla şübhəyə qapılmadılar.51 O, 305-ci ilə qədər yaşamış, İmamla xalq arasında vasitəçilik və İmamın müxtəlif məntəqələrdəki vəkillərinə nəzarət edərək onlara istiqamət vermiş və naib olduğu müddətdə İmam tərəfindən naibliyini təsdiq edən məktublar gətirmişdir.52 Şeyx Tusinin yazdığına görə, onun hədislə bağlı qələmə aldıqları Hüseyn ibn Ruh və ondan sonra Əbülhəsən Səmuriyə çatmışdır.53

3. ƏBÜLQASİM HÜSEYN İBN RUH

Əbu Cəfər Əmrinin etimad etdiyi və Bağdaddakı yaxınlarından sayılan Hüseyn ibn Ruh da həzrət Mehdinin (ə) üçüncü xüsusi naibidir.54 Əbu Cəfər özünə müraciət edənləri Hüseyn ibn Ruhun yanına göndərməklə onun xüsusi naibliyinə zəmin hazırlayırdı və ömürünün son günlərində həzrət Mehdinin (ə) əmrilə onu öz yerinə təyin naib etdi və ondan sonra şiələr dini vergilərini təslim etmək üçün ona müraciət edirdilər.55 İqbal “Xanədani-Növbəxti” kitabında Hüseyn ibn Ruh haqqında geniş rəvayətlər nəql etmiş və onun ana tərəfindən Növbəxti xanədanından olduğunu söyləmişdir. Bunun səbəbi də onun qumlu olması ilə əlaqəlidir.56 Hüseyn ibn Ruh imam Həsən Əskərinin (ə) səhabələrindən idi. O, Əbu Əli ibn Həmmam, Əbu Abdullah ibn Məhəmməd Katib, Əbu Abdullah Bəqtani, Əbu Səhl İsmayıl ibn Əli Növbəxti, Əbu Abdullah ibn Vəcna və Bağdaddakı digər şiə böyüklərinin hüzurunda Əbu Cəfər Əmrinin canişini kimi tanıtdırılmışdır.57
Əbu Cəfərin qızı Ümmü Gülsüm bir rəvayətdə Hüseyn ibn Ruhin atası Əbu Cəfərin zamanındakı böyük rolunu və şiələr arasındakı mühüm mövqeyini geniş şəkildə açıqlamışdır.58 Eyni zamanda, o, Abbasi xəlifəsi Müqtədirin vəziri olan və şiə tərəfdarlarından olan Ali-Fəratın dövründə xilafətə nüfuz etdi, lakin şiə müxaliflərilə əməkdaşlıq edən Hamid ibn Abbas iş başına gəldikdə, Hüseyn ibn Ruha çətinliklər yaratdı. 311-ci h.q. ilində Hamid ibn Abbas hakimiyyətə kəldiyi zaman Hüseyn ibn Ruhu zindandan azad etd. 317-ci ilə qədər onun həyat tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur. Yalnız bunu deyə bilərik ki, o, 312-ci ildən 317-ci ilə qədər zindanda olmuşdur.59 Ondan sonra 326-cı ilin Şaban ayına qədər – o, bu tarixdə dünyadan köçmüşdür – Bağdadda böyük mövqeyə sahib idi və Növbəxti sülaləsi hökumət dairələrində nüfuz sahibi olduğundan kimsə ona əziyyət edə bilmirdi.
İqbal yazır: “Əbülqasim Hüseyn ibn Ruh dost və düşmənin etirafına əsasən, öz zamanının ən zəkallı və ağıllı insanlarından idi.”60

4. ƏBÜLHƏSƏN ƏLİ İBN MƏHƏMMƏD SƏMURİ

O da imam Zamanın (ə) dördüncü xüsusi naibi olmuşdur. Əli ibn Məhəmməd imam Zamanın (ə) əmrilə Hüseyn ibn Ruh tərəfindən xüsusi naibliyə seçilmiş və 329-cu ilə qədər, təqribən, üç il bu vəzifədə çalışmışdır. Əbülhəsən nəsillikcə Bəsrənin ətraf kəndlərdən idi. Bəzi tarixçilərin qeydlərinə görə, İsmayıl ibn Salehin oğulları Həsən və Məhəmmədin, eləcə də Əli ibn Ziyad kimi ailəsinin əksər üzvlərinin Bəsrədə çoxlu mülkü var idi. Onlar mülklərindən gələn gəlirin yarısını imam Həsən Əskəriyə (ə) vəqf etmişdilər. O həzrət hər il həmin gəliri alır və onlarla məktublaşırdı.61 Həqiqətdə, Səmurinin həyatında baş verən ən mühüm dəyişiklik həzrət Mehdinin (ə) ona bir məktub yazaraq yaxın bir zamanda vəfat edəcəyi xəbərini verməsi idi. Səmuri ölümündən bir neçə gün əvvəl bu məktubu imam Zamandan (ə) almışdı. Bu məktubda “böyük qeyb” dövrünün başlanacağı bildirilmişdi. Məktubun mətni belədir: “Allah sənin yoxluğunda qardaşlarına böyük əcr versin. Altı gün içində vəfat edəcəksən, işlərini tamamla və kimsəni yerinə təyin etmə ki, “böyük qeyb” dövrü gəlib çatmışdır və mən Allahın izni olmadan zühur etməyəcəyəm, bu (zühurum) da insanların ürəkləri tamamilə bərkidikdən, qəsavətləşdikdən və yer üzü zülm və haqsızlıqla dolduqdan sonra baş verəcək. Bu vaxt bəziləri şiələrimizə mənimlə rabitədə olduğunu və görüşdüyünü iddia edəcək. (Zühur nişanələrindən olan) Süfyani gəlməmişdən və səmavi nida eşidilməmişdən öncə, hər kəs belə bir iddiada olsa, yalançıdı.”62
Bu məktub yeni dövrün əsas xəttini təyin etdi. Bundan əvvəl digər şiə imamlarından nəql edilən məktub və hədislərlə yanaşı, şiələr üçün yeni bir yol cızdı.

XÜSUSİ NAİBLƏRİN ŞİƏLƏRLƏ ƏLAQƏDAR FƏALİYYƏTLƏRİNƏ QISA BİR BAXIŞ

Xüsusi naiblərin gündəlik kiçik işləri imam Zamanın (ə) əmrləri istiqamətində gerçəkləşidi. Buna görə də, biz imam Zaman (ə) tərəfindən göndərilən məktubların mövzuları üzərində araşdırma aparmalıyıq. Keçmişdə məktubların böyük bir qisminin toplanmasına baxmayaraq, təəssüf ki, bu gün onlardan əsər-əlamət yoxdur. Bunula belə, xüsusi naiblərin fəaliyyətlərini bir neçə istiqamətdə araşdıra bilərik:
a) Əvvəlki qeydlərimizdə imamların həyatı ilə bağlı məsələlərə toxunaraq bildirmişdik ki, imamların fəaliyyətlərinin əsası ilkin olaraq “qulat”lar və şiələr arasında yaranan təriqətlərlə mədəni-siyasi mübarizə idi. Son zamanlar imamlaradn bəzisinin övladları (imam Hadinin (ə) oğlu Cəfər kimi) və bir sıra şiə siyasi şəxsiyyətlərinin himayəsilə fəaliyyət dairələri böyümüşdü. Onların fəaliyyətinə Nəsiriyyə adlı “qulat” təriqətini təsis edən Məhəmməd ibn Nəsiri misal göstərmək olar. Onun imam Hadinin (ə) zamanında və sonralar ifari baxışlara söykənən iddiaları dillərə düşmüşdü. Şeyx Tusi bu haqda yazır: “O, ikinci xüsusi naibin zamanında keçmiş qulatlar kimi imamların “rübubiyyəri” və məhrəmlərlə evlənməyin caizliyini və bu kimi əqidələri təbliğ edirdi. Əbu Cəfər onu lənətləmiş və ona nifrət bəslədiyini söyləmişdi. Ölümündən sonra tərəfdarları üç təriqətə bölünərək davam gətirə bilmədilər və sonda məhv oldular.63
Məhəmməd ibn Əli Şəlməğani əvvəllər imamiyyə fəqihlərindən və imamların vəkillərindən biri idi. O, böyük məqama sahib olsa da, vəzifə hərisliyindən həddini aşaraq “qülüvv ”a sürükləndi. Xüsusilə, “hülul” nəzəriyyəsi üzərində israrla dayandı. Ona xidmət edən Bəni-Bəstam tayfasını aldatmağa çalışaraq, Hüseyn ibn Ruhun ona lənət göndərməsi məsələsini müəyyən mənalara yozur və deyirdi: “Mən dərk etdiyim sirləri ifşa etdiyim üçün Hüseyn ibn Ruh tərəfindən pisləndim və lənətləndim.”64
Şeyx Tusinin nəqlinə görə, o belə düşünürdü: “Rəsulullahın (s) ruhu ikinci naibin, Əmərilmöminin Əli ibn Əbu Talibin (ə) ruhu üçüncü naibin bədənində və Fatimeyi-Zəhranın (s) ruhu da ikinci naib Əbu Cəfərin qızı Ümmü Gulsümdə hülul etmişdir.” Hüseyn ibn Ruh da bu inancın küfr olduğunu söyləyir, xalqın diqqətini onun yalanlarına çəkir, onun inanclarının Həllacın və xristiyanların həzrət İsa (ə) ilə əlaqədar inanclarından ibarət olduğunu bildirirdi.65 Hüseyn ibn Ruh Şəlməğanini nüfuzdan salmaq üçün çox çalışdı və imam Zamanın (ə) məktubu da onun bu hərəkətini təsdiq etdi.66
Eyni zamanda, Şəlməğaninin şagirdləri uzun müddət imamiyyə şiələrinə bir sıra problemlər yaratdı. Şiənin mənfi tanınmasına səbəb olan ən mühüm məsələ, şübhəsiz, o və onun tərəfdarlarının töhmətləri idi. Qulatlara rəhbərlik edən şəxslərdən əlavə, bəzən şiələr arasında da bu sayaq ifrat inanclar ortaya çıxırdı. Şeyx Tusinin bu barədə nəql etdiyi bir rəvayətdə deyilir: “Bəzi şiələr Allahın imamlara xaliqiyyət və ruzi verməkdə güc-qüdrət verib-vermədiyi barəsində ixtilafa düşdülər. Bəziləri bunun doğru və bəziləri isə batil olduğuna hökm etdilər. Necə ki, ikinci xüsusi naib olan Əbu Cəfərin yanına gəlib, bu barədə onlar üçün həzrət Mehdidən (ə) bir məktub gətirməsini istədikdə, İmam belə cavab vermişdi:
“Hər şeyi Allah yaratmış və ruzini də O bölür. O, nə cisimdir, nə də bir bir cismə “hülul” edir. Onun tayı-bənzəri yoxdur. O, eşidən və görəndir. İmamlar Allahdan istədikləri zaman Allah onların ehtiramına istəklərini qəbul edir və ruzi verir.”67
O zaman ifrat inancların ciddi şəkildə gündəmə gətirildiyi bu hədisdə aydın görünür. Xüsusi naiblərin ən həssas və ən önəmli vəzifələrindən biri azğın düşüncələr və ifrat dolu inanclarla amansız mübarizəyə girişmək və bu problemləri həll etmək idi.
b) həzrət Mehdi (ə) haqqında şübhə və tərəddüdləri aradan qaldırmaq: İmam Zamanın (ə) müqəddəs varlığı ilə əlaqədar şəkk-şübhələri müxtəlif yollarla, xüsusən, azacıq uzaqgörənliklə aradan qaldırmaq xüsusi naiblərin mühüm vəzifələrindən sayılırdı. Bu barədə birinci və ikinci naiblər daha çox çalışdı və ondan sonra da kiçik qeyb dövrünün sonuna qədər bəzi məsələlərə aydınlıq gətirildi.
Günümüzdə imam Zamandan (ə) bizə gəlib çatan məktubların bəzisi də bu məsələ ilə əlaqədardır. Şeyx Tusinin nəql etdiyinə görə, İbn Əbu Qanim Qəzvini ilə bir qrup şiələr arasında müzakirə oldu. İbn Əbu Qanim on birinci imamın oğlu olmadığını israrla söyləyirdi. Şiələr məcbur olaraq bu məsələ ilə bağlı müzakirəyə son qoymaq üçün imam Zamana (ə) bir məktub yazaraq cavab istədilər. Məktubun cavabını o həzrət öz dəstxətti ilə yazıb göndərdi. Məktubda imamət və vilayət məsələsinə, keçmiş imamlara toxunulmuş və belə deyilmişdi: “On birinci imamdan sonra Allahın Öz dinini batil etdiyini və Özü ilə xalq arasındakı əlaqəni qırdığınımı sanırsınız? Xeyr, belə deyil və qiyamətə qədər də belə olmayacaq!” Məktubun davamında isə qeybin zərurəti və o həzrətin zalımların gözündən gizli qalmasının vacibliyi haqda bəzi məsələlərə toxunulmuşdu.68
Başqa bir rəvayət, nisbətən daha müfəssəl bir məktubdan danışır. Cəfər Kəzzab imam Həsən Əskərinin (ə) yerinə keçdiyini iddia etdikdən sonra, bu məktub imam Zaman (ə) tərəfindən göndərilmişdi. İmam bu məktubda məsum imamların imamət, elm və ismətinə toxunduqdan sonra belə bir sualı nəzərə çarpdırmışdır: “Cəfər halharamdan xəbərdar olmadığı, “haqqı” “batil”dən və “möhkəm”i “mütəşabeh”dən ayırd edə bilmədiyi halda, necə imamət iddiasında ola bilər?”69
Məhəmməd ibn İbrahim ibn Məhziyar öz atasının on birinci imamın vəkillərindən olduğuna şəkk etdiyi zaman, imam Zamanın (ə) məktubunu gördükdən sonra şəkkinə son qoydu.70 Bu barədə başqa rəvayətlər də mövcuddur.71 Həmin rəvayətlərdən birində həzrət Mehdi (ə) bir məktubunda öz varlığı haqqında şəkk-şübhəyə düşənlər qarşısında müqəddəs vücudunun varlığını isbat etdikdən sonra bəzi fiqhi sualları cavablandırmışdır.72
Qeyd etdiyimiz kimi, xüsusi naiblər on ikinci imamın varlığını isbat etməklə yanaşı, o həzrətin xüsusiyyətlərini bilməkdə şiələrə çox israr etməməklərini tövsiyə edir və beləcə, İmamın təhlükəsizliyini qorumaq məqsədini güdürdülər.
c) Vəkillərin təşəkkülü: Müxtəlif bölgələrin işlərini idarə etmək və şiələrlə imamlar arasında əlaqə yaratmaq məqsədilə vəkil təyin edilirdi. Qeyb dövrü başladıqdan sonra vəkillərin imam Zamanla (ə) rabitəsi kəsildi və İmamın (ə) təyin etdiyi xüsusi naib əlaqə mehvərinə çevrildi. Şiələrin yaşadıqları bölgələr, təqribən, müəyyən idi və hər bölgədə bir vəkilin təyin edilməsi qaçılmaz görünürdü. Bəzən kiçik bir bölgədə vəzifəli olan bir neçə vəkil başqa bir vəkilin nəzarəti altında çalışırdı. Bu vəkil qeyb dövründən əvvəl İmam (ə) tərəfindən və qeybdən sonra isə xüsusi naib tərəfindən təyin edilirdi. Onlar xalqdan yığdıqları (xüms, zəkat və s.) dini vergiləri müxtəlif yollarla Bağdaddakı xüsusi naibə göndərirdilər. Həmin vergilər həzrət Mehdinin (ə) əmrilə müəyyən yerlərə xərclənirdi. Bəzən, bəzi vəkillər bir dəfə imam Zamanın (ə) hüzuruna çatıb onunla görüşürdü. Necə ki, ikinci xüsusi naib Əbu Cəfərin vəkillərindən olan Məhəmməd ibn Əhməd Qəttan o həzrətin görüşünə nail olmuşdu.73 Lakin çox nadir hallarda baş verən bu görüşlər onların İmamla birbaşa əlaqədə olduqları mənasında deyildi, onlar ümumiyyətlə, xüsusi naibin nəzarəti altında çalışırdılar. Əhməd ibn Mətil Qumminin rəvayətinə görə, Əbu Cəfərin Bağdadda on vəkili vardı və onların içərisində Əbu Cəfərə ən yaxın olanı Hüseyn ibn Ruh idi. Hüseyn ibn Ruh sonraları həzrət Mehdi (ə) tərəfindən üçüncü xüsusi naib təyin edildi.74 Onun etimad etdiyi şəxslərdən biri də Cəfər ibn Əhməd ibn Mətil idi. Şiə böyüklərindən bir çoxu Əbu Cəfərin yerinə onun naib təyin ediləcəyini düşünürdülər.
Bir rəvayətdən aydın olduğu kimi, xalq vəkillərə verdikləri malların müqabilində onlardan qəbz alırdılar. Lakin xüsusi naibdən əsla qəbz istəmirdilər. Əbu Cəfər, Hüseyn ibn Ruhun xüsusi naibliyini elan etdikdə, ondan qəbz istənilməməsini göstəriş verdi.75 Əhvaz, Samirra, Misir, Hicaz, Yəmən, eləcə də, İranın Xorasan, Rey, Qum və s. şəhərlərindəki vəkillər haqqında da rəvayətlərdə bəzi məlumatlar verilmişdir. Bu rəvayətlər “Əl-qeybət” və “İkmalüd-din” kitablarında nəql edilmişdir.
d) İmam Zamanın (ə) gizli saxlanılması: Əlimizdə mövcud olan bəzi rəvayətlərdən imam Zamanın (ə) İraq, Məkkə və Mədinədə yaşadığı və yalnız xüsusi naibin onunla görüşə nail olduğu aydın olur. Bəzən, səhabələrdən olan digər şəxslər də o həzrətin görüşünə nail olurdular. Öncə qeyd etdiyimiz kimi, Məhəmməd ibn Əhməd Qəttan onlardan biri idi. Əbu Tahir Məhəmməd ibn Əli ibn Bilal, Əbu Cəfər Əmrinin xüsusi naibliyi haqqında şübhəyə düşdükdə, bu məsələni İmamın özündən eşitmək üçün Əbu Cəfər onu İmamın hüzuruna apardı və ondan sonra ümumi bir yığıncaqda şiələrin dini vergilərini Əbu Cəfərə vermələrinin imam Zamanın (ə) əmrilə olduğu barəsində ondan etiraf aldı.76 Bununla belə, İmam (ə) və xüsusiyyətlərini gizlətmək xüsusi naiblərin ən mühüm vəzifələrindən biri idi.
Hüseyn ibn Ruh Növbəxti İmamın (ə) xüsusi naibliyi iftixarını qazandığı zaman, imamiyyə şiələrinin Əbu Səhl İsmayıl ibn Əli Növbəxti adlı böyüklərindən biri Bağdadda yaşayırdı və uca məqama sahib idi. Hüseyn ibn Ruh xüsusi naibliye təyin edildikdən sonra, bir nəfər Əbu Səhldən bu işin hikmətini soruşdu. Əbu Səhl cavabında dedi: “Onu bu məqama seçənlər bizdən daha bəsirətlidirlər. Çünki mənim işim rəqiblə münazirə etməkdir. Əgər mən də Əbülqasim kimi imam Zamanın (ə) yerini bilsəydim, münazirə etdiyim zaman onun yerini düşmənlərə açıqlayardım. Amma Əbülqasim İmamı öz paltarının altında gizlətsəydi və düşmənlər onu qayçı ilə tikə-tikə doğrasaydılar, İmamın yerini kimsəyə göstərməzdi.”77

BÖYÜK QEYB DÖVRÜNDƏ O HƏZRƏTİN ADINI SÖYLƏMƏK CAİZ DEYİL

Bir çox rəvayətlərdən aydın olduğu kimi, o həzrətin adını dilə gətirmək caiz deyildir. “İmamın adını çəkməyin caiz olmaması ötəri bir siyasi metoddurmu, yoxsa, o həzrətin zühur əsrinə qədər adının xatırlanması haramdır?” – sualı haqda fəqihlər və tarixçilər arasında fikir ayrılığı vardır. Əllamə Məclisi bu rəvayətləri “Babun-nəhy ənit-təsmiyə” ünvanı altında bir yerə toplamışdır.78
Abdullah ibn Cəfər Himyəridən belə nəql edilir: “Əhməd ibn İshaq ilə birlikdə imam Zamanın (ə) birinci naibi Osman ibn Səidin yanına getmişdim. Osman ibn Səidə: “Həzrət İbrahim (ə) kimi, yalnız ürəyimin aram olması üçün bir sual soruşmaq istəyirəm!” – deyərək belə müraciət etdim: “Siz imam Zamanı (ə) görmüşsünüzmü?” O dedi: “Bəli, görmüşəm!” Mən: “Adı nədir?” – deyə soruşduqda dedi: “Əsla bu haqda soruşma, çünki bu qövm (hökumət) bu nəsilin kökünün kəsilməsini istəyir.”79
Bu rəvayətdən aydın olur ki, Abbasi hakimiyyəti imam Həsən Əskərinin (ə) oğlu olmadığına əmin olduqa, bu işdən vaz keçdilər. Bu da həm İmamın (ə), həm də şiələrin xeyrinə oldu.
“Kiçik qeyb” dövrü ərzində həzrət Mehdi (ə) tərəfindən çatan məktublarda buna açıq-aşkar toxunulmuşdur: “Yığıncaqlarda mənim addımı çəkən şəxs məlundur.”80 Hətta imam Hadinin (ə) dövründə bu məsələdən söz düşdükdə, o həzrət, yalnız “Ali-Mühəmmədin (s) Höccəti (ə)” – deyə xatırlanmasını əmr etmişdi.81 Şeyx Səduq, hətta məşhur “Lövh” rəvayətini nəql etdikdən sonra həzrət Mehdinin (ə) adını çəkməyin caiz olmadığına etiqad bəslədiyini açıqca ifadə etmişdir.82 İrbili o həzrətin adının dilə gətirilməsini qadağan edən rəvayətlərə işarə etdikdən və o müqəddəs şəxsin künyəsini qeyd etdikdən sonra belə yazır: “Birinci (kiçik) qeyb dövründə şiələr o həzrəti “Nahiyeyi-Müqəddəsə” təbiri ilə xatırlayırdılar. İkinci təbir isə “Qərim” idi. Onlar bu təbirlə imam Mehdini (ə) yad edirdilər.” İrbili sözünə belə davam edir: “Təəccüb edirəm ki, Şeyx Təbərsi83 və Şeyx Müfid o həzrətin adını və imam Mehdi (ə) künyəsini dilə gətirməyin haram olduğunu təkidlə qeyd etdikdən sonra: “Adı Peyğəmbərin (s) adı, künyəsi də Peyğəmbərin (s) künyəsi ilə eynidir.” – deyir və bununla, o həzrətin adı və künyəsini dilə gətirmədiklərini sanırlar. Məncə, imam Mehdi (ə) müəyyən bir müddət təqib edildiyi və o həzrətin canının təhlükəsizliyinə səbəb ola biləcəyi üçün “təqiyyə” məqsədilə belə bir tədbir görülmüşdü. Bu gün isə heç bir qorxu yoxdur!”84
Şiə alimləri bu barədə ixtilafa düşmüşlər. Sonralar Mirdamad bu məsələ haqında85 ondan soruşulan sualın cavabında “Şər`ətut-təsmiyə” adlı bir kitab yazmış və kitabında uyğun məsələni qadağan edən rəvayətlərdəki ümumiliyi nəzərə alaraq, geniş tədqiqat aparmışdır.86 Əllamə Ağabozorg bu barədə Şeyx Hürr Amilinin “Kəşfüt-təmiyə fi cəvazit-təsmiyə” adlı kitabını misal çəkmişdir.87 Kitabın adından aydın olduğu kimi, Şeyx Hürr Amili İmamın (ə) adını dilə gətirməyin caiz olduğunu qeyd edərək “Şər`ətut-təsmiyə” kitabına rədd olaraq yazmışdır. Bəzi rəvayətlərdən İmamın (ə) adını çəkməyin haram olmasının səbəbinin siyasi məqsəd daşıdığı aydın olur. Həmin rəvayətlərin birində İmamın birinci naibi Himyəriyə belə buyurmuşdur: “O həzrətin adını soruşmaq sizlərə haramdır. Çünki xəlifə on birinci imamın oğlu olmadan dünyadan köçdüyünə və buna görə də mirasının bölünmədiyinə inanır... Əgər onun adı faş edilsə, onu təqib etməyə başlayarlar.”88 Bununla belə, məsələnin dəqiq aydınlaşması və araşdırılması üçün bu haqda yazılan kitablara müraciət etmək və tədqiqat aparmaq lazımdır.

İMAM MƏHDİNİN (Ə) HƏYAT TƏRZİ

İmam Zamanın (ə) həyatı ilə əlaqədar qısa məlumat verdikdən sonra, mövzunu tamamlamaq məqsədilə o həzrətin zühurundan sonrakı həyat tərzi ilə bağlı nəql edilən bəzi rəvayətlərə toxunmaq istəyirik. Ustad Məhəmmədrza Həkiminin “Qərbin Günəşi” adlı dəyərli əsərində qələmə aldıqlarını eynilə köçürür və bu rəvayətlərin möhtəvası ilə yanaşı ustadın da ədibanə qələmindən faydalanmaq istəyirik:
a) Dini rəftarları: İmam Mehdi (ə) Allahın əzəmətli dərgahında qanadlarını açıb başını aşağı dikən və səmanın zirvəsindən yerə enən qartal kimi əyilir, xüşu edir. Allah və əzəməti onun bədənində təcəlla etmiş və Onun bütün varlığını özündə gizlətmişdir.89 İmam Mehdi (ə) ədalətli, müqəddəs və pak-pakizədir. Haqqı zərrə qədər danmayacaq və Allah onun əli ilə İslam dinini əziz edəcəkdir... O həzrət daim Allah xofunu hiss edir və Onun dərgahında sahib olduğu “təqərrüb” (yaxınlıq) məqamından da qürrələnmir, dünyaya qəlbi bağlılığı olmadığından daşı daş üstə qoymur. Onun hökumətində heç kimə zülm edilməz və ilahi hədlər icra edilər.90
b) Əxlaqi rəftarları: İmam Mehdi (ə) səbr və təmkin sahibidir. O, qalın paltar geyinər və arpa çörəyi yeyər. Onun elm və biliyi hamıdan çoxdur, Peyğəmbərin (s) adını daşıyır və əxlaqı da Peyğəmbərin (s) əxlaqına bənzəyir.91
İmam Mehdi (ə) hidayət nutu ilə insanları haqqa yönəldit və Allahın saleh bəndələri kimi həyat sürür.92
c) Əməli rəftarları: İmam Mehdinin (ə) zühur və qiyamı dostluq və bərabərlik üzərində qurulacaq; belə ki, hər kəs ehtiyac duyduğuna maneəsiz çatacaqdır.93
İmam Mehdinin (ə) zamanında möminlər bir-birilə ticarətdən qazanc götürməyəcəklər.94 Ürəklərdəki kinlər tərk ediləcək, hər yerdə dinclik və təhlükəsizlik hökm sürəcəkdir.
İmam Mehdi (ə) səxavətli, başqalarının istəyini yerinə yetirən və onlara mal-dövlət bağışlayandır. O həzrət dövlət rəhbərləri və məmurlarla ciddi, gücsüzlər və kasıblarla mehriban davranacaqdır.95
İmam Mehdi (ə) kasıblarla elə davranacaq ki, sanki, öz əli ilə onların ağzına yağ-bal qoyacaq.96 O həzrət eynilə imam Əmirəl-Möminin Əli (ə) kimi yaşayacaq və quru çörək yeyəcək.97
d) İnqilabi rəftarları:
İmam Mehdi (ə) bütün haqq sahiblərinin haqqını alıb özlərnə qaytaracaq, hətta əgər birinin haqqı başqasının dişləri arasında qalsa belə, onu haqsızlıq edən şəxsin dişləri arasından çıxaracaq və haqq sahibinə çatdıracaq.98 İmam Mehdinin (ə) hökuməti zamanı “cizyə” götürüləcək və qeyri-müsləlman olmayacaq. O, insanları Allahın dininə dəvət edəcək, itaətsizlik edənlərin və İmamla (ə) döyüşənlərin boynunu vuracaqdır.99 İmam Mehdi (ə) Kufə şəhərinə girərək münafiqləri öldürəcək, sarayları dağıdacaq və orada yerləşmiş ordunu qılıncdan keçirəcək. Allah razı olana qədər zalımları və onların köməkçilərini öldürəcəkdir.100 İmam Mehdi (ə) zəkatı mənimsəyənləri, “möhsin” (evli) zinakarları şahidsiz daş-qalaq edərək öldürəcəkdir.101
Zürarə ibn Əyən deyir: “Bir gün imam Mühəmməd Baqirdən (ə) soruşdum: “Həzrət Qaim (ə) xalqla Peyğəmbər (ə) kimi davranacaqmı?” Buyurdu: “...Peyğəmbər (s) din uğrunda xalqın məhəbbətini qazanmaq və qəlbləri birləşdirmək üçün onlarla mülayim davranırdı. Lakin Qaim (ə) qılınc və qətl ilə xalqın qarşısına çıxacaq. Allah ona əmr etmişdir ki, itaətsizlik edənləri öldürsün və heç kimin tövbəsini qəbul etməsin. Mehdi (ə) ilə müxalifət və düşmənlik edənin vay halına!”102 Allahın hökmünü icra və dinini möhkəmlətmək uğrunda İmam (ə) kimsənin sözünə qulaq asmayacaq və kimsənin qınağını eşitməyəcək.103
e) Siyasi rəftarları: İmam Mehdinin (ə) hakimiyyəti zamanı zalımların və diktatorların hakimiyyəti, münafiqlərin və xainlərin siyasi nüfuzu aradan qalxacaq104, müsəlmanların qibləsi Məkkə şəhəri o həzrətin inqilabi hərəkatının mərkəzi olacaq, onunla birgə qiyam edən əvvəlinci kəslər həmin şəhərdə bir yerə yığılacaq və ona qoşulacaqlar. İmam Mehdi (ə) yəhudilərin və xristianların dünyamiqyaslı nüfuzlarına son qoyacaq. Antakya mağarasından xanlm Səkinənin tabutunu çıxaracaq. Tövrat və İncilin əsl nüsxəsi ondadır, Tövrat əhli arasında Tövratla, İncilə əhli arasında da İncillə hökm verəcək, onları özünə tabe olmağa dəvət edəcək və onların bəziləri ona inanacaqlar.105 O, dəvəti qəbul etməyib müxalifətçilik edənlərlə döyüşəcək, (kitab əhlindən və ya digər məktəblərdən) Allahın höccəti müqabilində haqq İslam hökumətindən və ədalətli Quranın siyasətindən başqa, dünyada heç bir siyasət və hökumət baqi qalmayacaq və beləcə, imam Mehdinin (ə) hökuməti aləmin şərq və qərbini əhatə edəcəkdir. Həzrət İsa (ə) səmadan enəcək, o həzrətə iqtida edərək namaz qılacaq və “Beytül-Müqəddəsin qapısını açın!” – deyə fəryad edəcək və qapını açacaqlar. Bu vaxt Dəccal yetmiş min silahlı yəhudi ilə meydana çıxacaq. İsa (ə) Dəccalı öldürmək istədikdə, Dəccal qaçacaq və İsa (ə) diyəcək: “Mən səni bir zərbə ilə öldürəcəyəm.” Belə də olacaq və onu tutub öldürəcək. Yəhudilər hər hansı bir daşa, ağaca, heyvana və digər şeylərə sığınsalar da, onlar dilə gələcək və “Ey Allahın müsəlman bəndəsi, burada bir yəhudi var, gəl, onu öldür!”106 – deyə səslənəcək. Beləcə, dünya yəhudilərdən təmizlənəcək.
Bəli, imam Mehdi (ə) qiyam etdiyi zaman yer üzünün hər yerindən “Əşhədu əlla ilahə illəllah və əşhədu ənnə Muhəmmədər-Rəsulullah” səsi ucalacaq.107
f) Tərbiyəvi rəftarları: İmam Mehdinin (ə) hökuməti zamanı hər kəsə elm və hikmət öyrədiləcək. Belə ki, qadınlar evlərində Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi ilə hökm edəcəklər.108 O dövrdə xalq kütləsinin şüur və dərrakəsi artacaq. İmam Mehdi (ə) Allahın izni ilə insanların ağlını təkamülə çatdıracaq və hər kəsin qəlbinə nur bəxş edəcək.109 O, öz dövlətində şiələrdən naqislik və bəlanı aradan qaldıracaq və onların qəlbləri polad parçası kimi möhkəm və hər biri qırx adamın gücünə sahib olacaq və yer üzünün hökumət və rəhbərliyi onların ixtiyarında qoyulacaq.110
g) İctimai rəftarları: İmam Mehdi (ə) qiyam etdiyi zaman –çətinliklər aradan qaldırıldıqdan və döyüşlər qurtardıqdan sonra – zülm və haqsızlığa son qoyacaq və büyün yer üzünü haqq-ədalətlə dolduracaqdır. Yer üzündə onun ədalət və bərəkətindən faydalanmayan bir yer qalmayacaq, hətta heyvanlar və bitkilər belə, bu bərəkət, ədalət və yaxşılıqdan faydalanacaq.111 O həzrətin hökuməti dövründə hər kəs zəngin və ehtiyacsız olacaq.112
İmam Mehdinin (ə) ədalətli hökumətində heç kimə və heç bir şeyə haqsızlıq edilməyəcək. Onun ədalətinin ilk əlaməti bu olacaq ki, onun hökumətinin carçıları Məkkədə uca səslə belə deyəcəklər: “Hər kim vacib namazını “həcərül-əsvəd”in (qara daş) kənarında və təvaf yerində qılmışsa və müstəhəb namaz qılmaq istəyirsə, kənara çəkilsin ki, başqasının haqqı aradan getməsin və vacib namaz qılmaq istəyən şəxs gəlib namazını qılsın.”113
h) İqtisadi proqramları: Dünyanın bütün yeraltı və yerüstü sərvətləri imam Mehdinin (ə) ixtiyarında olacaq. O həzrət insanlara: “Gəlin, alın bunları! Siz onun üstündə qohumluq tellərini qırdınız, qohumlarınızı incitdiniz, haqsız yerə qan tökdünüz və günaha düşdünüz. Gəlin, alın!” – deyə buyurduqdan sonra o günə qədər görünməmiş bəxşişlər əta edəcək.114 O həzrətin dövründə tarlaların məhsulu artacaq, hər kəs onun yanına gəlib: “Mənə mal-dövlət ver!” – dedikdə, o həzrət dərhal “Götür, apar!” – deyə buyuracaq.115 İmam Mehdi (ə) mdövləri insanlar arasında bərabər böləcək və kimsəni başqasından üstün tutmayacaq.116
q) İslahat proqramları: İmam Mehdi (ə) insanların imdadına çatacaq. Allah onu insanların imdadına çatmaq üçün göndərəcək. Onun dövründə hər kəs rifah içərisində olacaq, bolluqda yaşayacaq, hətta heyvanlar belə çoxalacaq və bir-birlərinin kənarında dinc yaşayacaqlar. Yer üzü yaşıllaşacaq, çayların suları artacaq, yeraltı xəzinələr, sərvətlər və digər mədənlər rahatlıqla əldə ediləcək.117
İmam Mehdinin (ə) hökuməti dövründə fitnə-fəsadlara son qoyulacaq, zülmlər, haqsızlıqlar, basqınlar və s. aradan qalxacaq.118 O həzrət insanları böyük bəla və kor fitnələrdən qurtaracaq.119 Dünyada xarabalıq qalmayacaq və imam Mehdi (ə) hər yeri abad edəcək.120 O həzrətin dostları dünyanın hər yerinə ayaq basıb qüdrətə sahib olacaq və hamı onlara itaət edəcək, hətta çöldəki yırtıcı heyvanlar və quşlar belə, onların razılığını qazanmaq istəyəcəklər. Həzrətin selah və ədalətli nümayəndələri dünyaya elə bir sevinc gətirəcəklər ki, imam Mehdinin (ə) səhabələrinin ayaq basdığı yer başqa yerlərə qarşı iftixar edəcək.121 O həzrətin dostlarından hər biri qırx adamın gücünə sahib və polad kimi qüdrətli olacaqlar. Əgər onların yolu üstə poladdan dağlar tikilsə, onları yararlar. İmam Mehdinin (ə) dostları Allah-taalanın razılığını qazanana qədər qılınclarını yerə qoymazlar.122
Bəli, dünyanı fitnə-fəsad bürüdüyü, hər yerə zülm və haqsızlıq hakim kəsildiyi zaman zəlalət və inhiraf qalalarını dağıtmaq, qaralmış və daşlaşmış ürəkləri tövhid, insaniyyət və ədalət nuru ilə işıqlandırmaq üçün Allah böyük xilaskarını və islahatçısını göndərəcək.123 Necə ki, imam Mehdinin (ə) islahat proqramları haqda imam Əlinin (ə) “Nəhcül-bəlağə”dəki kəlamları ilə qarşılaşır, atanın övladı haqqındakı şəhadətinin şahidi oluruq: “Mehdi zühur etdiyi zaman özünəpərəstişi Allaha pərəstişə çevirəcək və Quran-Kərim rəy və fikirlərlə şərh edildikdən sonra rəy və fikirləri Qurana həvalə edər. O, işçi və məmurlarının işlərinə nəzarət edəcək. Yer üzü daxilində gizlətdiyi hər bir şeyi onun üçün aşkar edəcək və bütün imkan və bərəkətini Həzrətin ixtiyarında qoyacaq. O zaman Mehdi (ə) ədalətin üsul və prinsipinin necə olduğunu, kitab və sünnənin dirçəlməsinin nə olduğunu sizə göstərəcək.”124
k) Qəzavət proqramları: Mühakimə edilən kəsə iynə ucu qədər də zülm və haqsızlıq edilməyəcək və kimsə təhqir olunmayacaq.125 O həzrət xalis dini hökmlər əsasında (başqalarının və məzhəb alimlərinin nəzər və hökmlərinə diqqət yetirmədən) hökm verəcək.126 İmam Mehdi (ə) xalq arasında ədalət tərəzisini quracaq və beləcə, kimsəyə zülm edilməyəcək.127
İmam Mehdi (ə) yeni bir mühakimə və qəzavət sistemi təşkil edəcək128, Davud (ə) və ali-Davud hökmü ilə hökm verəcək və kimsədən şahid və dəlil istəməyəcək. Şeyx Müfid yazır: “Ali-Mühəmmədin (s) Qaimi qiyam etdiyi zaman eynilə həzrət Davud kimi mühakimə yürüdəcək, şahidə ehtiyac duymadan hökm verəcək. Allah-taala hökmü ona ilham edəcək və o da ilahi ilham əsasında hökm verəcək. İmam Mehdi (ə) hər dəstənin gizli planlarından xəbərdar olacaq, planlarını özlərinə söyləyəcək və baxışı ilə dost və düşmənini tanıyacaq.”129

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Hud” surəsi, ayə: 86.
2 “Əl-irşad”, Şeyx Müfid, s. 346.
3 “Üsuli-kafi”, c. 1, s. 514.
4 “Əl-qeybət”, Şeyx Tusi, s. 141-143.
5 “Əl-məqalatu vəl-firəq”, s. 114.
6 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 437
7 “İsbatul-vəsiyyət”, s. 231.
8 “Əl-qeybət”, Şeyx Tusi, s. 141-142
9 “Qəsəs” surəsi, ayə: 5; “Əl-qeybət”, səh.143.
10 “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 113.
11 “Əl-qeybət”, Şeyx Tusi, 241
12 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 28.
13 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 2.
14 “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 114.
15 “Əl-irşad” Şeyx Müfid, s. 345.
16 “Muntəxəbul-əsər”, s. 287-288.
17 “Kafi” c. 1, s. 505-506.
18 “İkmalud-din”, s. 473.
19 “Üsuli-kafi”, c. 1, s. 514.
20 “Muntəxəbul-əsər”, s. 355, “İkmalud-din”dən nəqlən; “Yənabiul-məvəddət”, s. 460. “Əl-qeybət”, Şeyx Tusi, s. 217.
21 “Muntəxəbul-əsər”, s. 355.
22 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, s. 449.
23 “Əl-məqalatu vəl-firəq”, s. 102, 116; “Firəquş-şiə”, s. 96, 112; “Əl-fusulul-muxtarə”, s. 258-266.
24 “Əl-qeybət”, Şeyx Tusi, s. 130-135.
25 “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 103-112.
26 “Firəquş-şiə”, s. 99.
27 “Əl-fusulul-muxtarə”, s. 261.
28 “Kitabul-qeybət”, Məhamməd ibn İbrahim Nömani, s. 21.
29 “Rical”, Nəcaşi, s. 283-287.
30 “Qeyb” məsələsilə bağlı yazılan kitablar haqda məlumat əldə etmək istəyənlər “Nurul-Məhdi (ə)” kitabına baxa bilərsiniz.
31 “Əl-qeybət”, Şeyx Tusi, s. 2-3.
32 Bir çox əhli-sünnə alimləri Nəfsi-Zəkiyyənin Mehdi olduğunu iddia etdilər. Bax: “Məqatilut-Talibiyyin”, s. 240-249.
33 “Kənzül-ümmal”, c. 17, s. 27.
34 “Firəquş-şiə”, s. 78-90.
35 “Dirasatun və buhusün fit-tarixi vəl-İslam”, c. 1, s. 57-75.
36 İki cilddən ibarət “Əl-Məhdi fi kutubi əhlis-sünnə” kitabında bu sayaq hədislər çoxdur.
37 “Firəquş-şiə”, s. 108-112.
38 “Əl-fusulul-muxtarə”, s. 263-264.
39 “Əl-qeybət”, Şeyx Tusi, 130-137.
40 “Qəsəs” surəsi, ayə: 5; “Əl-qeybət”, Şeyx Tusi, səh.143.
41 “Ənbiya” surəsi, ayə: 105.
42 “Əl-irşad”, Şeyx Müfid, s. 345.
43 “Xanədani-Növbəxti”, Abbas İqbal, s. 96-97.
44 “Əl-qeybət”, Şeyx Tusi, s. 214.
45 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 367.
46 “Əl-qeybət”, Şeyx Tusi, s. 215.
47 “Əl-qeybət”, Şeyx Tusi, s. 216.
48 “Əl-qeybət”, Şeyx Tusi, s. 217.
49 “Əl-qeybət”, Şeyx Tusi, s. 219.
50 “Əl-qeybət”, Şeyx Tusi, s. 219.
51 “Əl-qeybət”, Şeyx Tusi, s. 221.
52 “Əl-qeybət”, Şeyx Tusi, s. 220.
53 “Əl-qeybət”, Şeyx Tusi, s. 221; “Tənqihul-məqal”, Əllamə Mamqani, c. 3, s. 149.
54 “Əl-qeybət”, Şeyx Tusi, s. 223.
55 “Əl-qeybət”, Şeyx Tusi, s. 224-226.
56 “Xanədani-Növbəxti”, Abbas İqbal, s. 213-214.
57 “Əl-qeybət”, Şeyx Tusi, s. 226-227.
58 “Əl-qeybət”, Şeyx Tusi, s. 227.
59 “Xanədani-Növbəxti”, Abbas İqbal, s. 217-219.
60 “Xanədani-Növbəxti”, Abbas İqbal, s. 221.
61 “İsbatul-vəsiyyət”, s. 246-247; “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 210.
62 “Əl-qeybət”, Şeyx Tusi, s. 243.
63 “Əl-qeybət”, Şeyx Tusi, s. 244-245.
64 “Əl-qeybət”, Şeyx Tusi, s. 248.
65 “Əl-qeybət”, Şeyx Tusi, s. 249.
66 “Əl-qeybət”, Şeyx Tusi, s. 250; “Tarixul-qeybətis-suğra”, s. 518; “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 200-206.
67 “Əl-qeybət”, Şeyx Tusi, s. 178.
68 “Əl-qeybət”, Şeyx Tusi, s. 173-174.
69 “Əl-qeybət”, Şeyx Tusi, s. 174-176.
70 “Üsuli-kafi”, c. 1,s. 518.
71 “Üsuli-kafi”, c. 1, s. 518-519.
72 “Əl-qeybət”, Şeyx Tusi, s. 176.
73 “İkmalud-din”, Şeyx Səduq, s. 442.
74 “Əl-qeybət”, Şeyx Tusi, s. 225.
75 “Əl-qeybət”, Şeyx Tusi, s. 225-226.
76 “Əl-qeybət”, Şeyx Tusi, s. 26; “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 166.
77 “Əl-qeybət”, Şeyx Tusi, s. 255; “Xanədani-Növbəxti”, Abbas İqbal, s. 217.
78 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 30-34; “Kafi”, c. 1, s. 332-333.
79 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 33.
80 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 33; “İkmalud-din”, c. 2, s. 483; “Əl-qeybət”, Şeyx Tusi, s. 262; “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 432.
81 “Kafi”, c. 1, s. 333.
82 “Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 41.
83 “Əz-zəriə”, Ağabozorg Tehrani, c. 14, s. 178; “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 519-520.
84 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 519-520.
85 “Əl-fəvaidur-Rəzəviyyə”, s. 422.
86 “Əz-zəriə”, Ağabozorg Tehrani, c. 14, s. 178-179.
87 “Əz-zəriə”, Ağabozorg Tehrani, c. 18, s. 23.
88 “Kafi”, c. 1, s. 330.
89 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 280 və 300.
90 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 280 və 300.
91 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 281-282, 266 və 300.
92 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 281-282, 266 və 300.
93 “Əl-ehticac”, Şeyx Müfid, s. 24.
94 “Vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”, Məhəmməd ibn Həsən Hürr Amuli, “ticarət” bölümü.
95 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 276-277.
96 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 297.
97 “Əl-qeybət”, Nömani, “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 359.
98 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 279, 282-283.
99 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 279, 282-283.
100 “Əl-irşad” Şeyx Müfid; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 338.
101 “İkmalud-din”, “Biharül-ənvar”, Əllamə Məclisi, c, 52, s. 353.
102 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 353.
103 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 353.
104 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 252.
105 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 254-255.
106 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 254-255.
107 “Təfsiri-Əyyaşi”, “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 340.
108 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 352.
109 “Üsuli-kafi”, c. 1, “kitabul-əql”, hədis: 21.
110 “Əl-xisal”, Şeyx Səduq; “Əl-xəraic”, Ravəndi; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 317-335.
111 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 10. Bu haqda bir çox məşhur hədislər mövcuddur.
112 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 146.
113 “Kafi”, c. 4, s. 427.
114 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 29.
115 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 51, s. 88.
116 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 264, 275, 277, 285, 287, 288, 311, 318, c. 2, s. 11.
117 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 264, 275, 277, 285, 287, 288, 311, 318, c. 2, s. 11.
118 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 264.
119 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 264
120 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 264
121 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 327.
122 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 327.
123 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 310.
124 “Nəhcül-bəlağə”, Feyzül-İslam, s. 424, 425.
125 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 280, 283, 284.
126 “Əl-Məhdiyyul-Moud”, c. 1, s. 280, 283, 284.
127 “Əl-Məhdiyyul-Moud”, c 1, s. 280, 283, 284.
128 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 52, s. 349, 354.
129 “Əl-irşad”, Şeyx Müfid, s. 365-366.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+5 =