Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ


Rəsul Cəfəryan

R. Zevinli

Həzrət Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. Siqətül-İslam Kuleyni, Şeyx Müfid, Şeyx Tusi və İbn Əsirin rəvayətlərinə əsasən, imam Hadi (ə) 212-ci hicri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir.1 Bəzi mənbələrdə Zil-həccə ayının 27-si qeyd edilmişdir. Başqa mənbələrdə isə o həzrətin hicrətin 214-cü ilinin Rəcəb ayının beşində, yaxud on ikisində və yaxud on üçündə dünyaya gəldiyi bildirilir.2 O həzrətin anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər.
Həzrət 254-cü hicri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə İmamın Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da vəfat etdiyi qeyd edilir.
İmam Hadi (ə) və oglu imam Həsən (ə) şiələr arasında “Əskər”i ləqəbi ilə məşhur idi.3 Çünki Abbasi xəlifələri onları hicrətin 233-cü ilindən etibarən, “Samirra” şəhərinə aparıb ömürlərinin sonuna qədər onları nəzarət altında saxladılar.
İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbül-Həsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbül-Həsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbül-Həsən, imam Rzaya (ə) ikinci Əbül-Həsən və imam Hadiyə (ə) üçüncü Əbül-Həsəni deyilir.
İbn Səbbağ Malikinin rəvayətinə əsasən, imam Hadinin (ə) üzüyünə “Allahu rəbbi və huvə isməti min xəlqihi” – cümləsi həkk olunmuşdu.4
Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirrada yaşadıqdan sonra dünyadan köçdü.5 O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən bir rəvayət nəql etmişdir.6 Mötəmidin 255-ci hicri ilində, yəni o həzrətin şəhadətindən təqribən, bir il sonra xilafətə yetişdiyi aydın olduğu üçün bu hədisin Mötəmidlə heç bir əlaqəsi ola bilməz. Hər halda, tarixdə o həzrətin zəhərləndiyi və şəhadətə yetirilldiyi mövcuddur. Ancaq bir çox tarixçilər bu məsələyə ya əsla işarə etməmiş, ya da işarə etsələr də, onu digər nəzəriyyələr qarşısında bir nəzəryyə olaraq düşünmüşlər. Məsudi və Sibt ibn Cövzi o həzrətin zəhərlənməsini və şəhadətə yetirilməsini bir rəvayət olaraq ifadə etmişlər.7 O zamanın zalım hakim və diktatorlarının Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı bir cismi xəstəliyin tarixdə mövcud olmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi barədə olan rəvayətin düzgün olma ehtimalı daha da güclənir.

İMAM HADİNİN (Ə) İMAMƏTİ

İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ altı yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Şeyx Müfid və Növbəxtinin yazdığına görə, imam Cavadın (ə) şiələrindən bir neçəsindən başqa, hamısı imam Hadinin (ə) imamətini qəbul etdilər. İmam Hadinin (ə) imamətini qəbul etməyən az bir qrup isə yalnız qısa bir müddət “Musa Mübərqə” adı ilə məşhur olan və Qum şəhərində dəfn edilən Musa ibn Məhəmmədin (vəfat tarixi: 296-cı h.q. ili) imamətinə inandılar. Amma bir müddət keçdikdən sonra onun imamətindən üz çevirib imam Hadinin (ə) imamətini qəbul etdilər.8 Səd ibn Abdullah onların imam Hadiyə (ə) tərəf üz gətirmələrinə səbəb kimi, Musanın özünün onlardan yorulması və onları öz ətrafından qovmasını göstərmişdir.9 Təbərsi və İbn Şəhr Aşub baxımından şiələrin imam Hadinin (ə) imaməti barəsində fikir birliyinin olması Həzrətin imamətini təsdiqləyən və şübhə edilməyən möhkəm bir dəlildir.10 Buna baxmayaraq, Mərhum Kuleyni və digər alimlər o həzrətin imaməti ilə əlaqədar hədisləri qeyd etmişlər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada çağrıldığı zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi.11 Hətta özündən sonra bu barədə hər hansı bir şübhə yaratmamaq üçün o həzrətin imaməti haqda yazılı bir hədis də qoydu.12

İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ

Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular.13 İmam Hadi (ə) əvvəldə də qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə dünyadan köçdü.
Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edirdilər. Bu siyasət ifratçı sünnilər olan əhli-hədis qarşısında mötəzilə təriqətini müdafiə edirdi. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayəsi altına alaraq onları şiə və mötəzilənin əleyhinə qaldırdı.
Əbül-Fərəc İsfahani Mütəvəkkilin dövründə baş verən Ələvi qiyamları haqqında sözə başlayan zaman, Mütəvəkkilin “Talibilər” haqqındakı pis rəftarına işarə etmiş və onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqanın da Mütəvəkkilin özü kimi Ələvilərin birnömrəli düşməni olduğunu ifadə etmişdir. Mütəvəkkilin Talibilərə qarşı pis rəftarının bariz nümunəsi kimi bunları göstərə bilərik: “O, Seyyidüş-Şühəda imam Hüseynin (ə) məqbərəsini dağıtdırdı. Məqbərənin ətrafındakı yerləri şumlatdırb əkin sahəsi yaratdı. İmam Hüseynin (ə) məzarının ziyarətə gələnlərə işgəncə verir, pis davranır və onları faciəli şəkildə cəzalandırırdı.14 Bu işləri o səbəbdən edirdi ki, imam Hüseynin (ə) Kərbəladakı qəbrnin xalq kütləsilə şiə və onların imamlarının düşüncə tərzi arasında rabitəni gücləndirə bilərdi. Əbül-Fərəc bu xəlifənin Mədinədəki Ələvilərə qarşı təzyiq və pis rəftarlarından bir neçəsini nümunə olaraq göstərmişdir ki, həmin nümunələri oxumaq insanı hədsiz dərəcədə narahat edir.

İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ

Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) haqqında tətbiq etdiyi siyasətin, məhz, davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təm-taraqlı icra edildi.
Hədis və tarix kitablarında imam Hadinin (ə) Mədinədən Samirraya aparılması barədə bir çox rəvayətlər mövcuddur. İndi biz o rəvayətləri bir yerə toplayaraq bu barədə nisbətən ətraflı məlumat vermək istəyirik. Mütəvəkkil 233-cü hicri ilində İmamı Mədinədən Samirraya gətirtməyə hökm verdi. Şeyx Müfid isə İmamın (ə) 243-cü hicri ilində Samirraya gətirildiyini ifadə etmişdir. Ancaq bu doğru deyil, belə ki, həmin tarixdə şiələrdən biri İmamın gətirtilməsi barədə Mütəvəkkilin məktubundan bir nüsxə köçürmüşdür.15
Abdullah ibn Məhəmməd Haşimi adlı bir şəxs həmin ildə Mütəvəkkilə belə bir məktub yazdı: “Əgər “hərəmeyn”ə (Məkkə və Mədinə) ehtiyacın varsa, Əli ibn Mühəmmədi oradan uzaqlaşdır. Çünki o, xalqı özünə tətəf dəvət etmiş və böyük bir cəmiyyət də onun dəvətinə müsbət cavab vermişdir. Mütəvəkkilin arvadı bu barədə ona bir məktub yazaraq hərəkətə keçməsini istədi. Elə bu xəbərlərin nəticəsində Mütəvəkkil İmamı Samirraya gətirmək üçün işə başladı.16 İbn Əsir Mütəvəkkilin Ələvilərə qarşı sərt rəftarına toxunaraq bəzi “nasibi”lərin və həmin Abdullah ibn Məhəmməd Haşiminin adını qeyd edərək onların xəlifənin daxilindəki qəzəb atəşini daha da alovlandırdıqlarını söyləmişdir. Onlar həmişə Mütəvəkkili Ələvilərin fəaliyyətləri və hərəkətlənməsi ilə qorxudur, onun Ələvilərlə sərt davranmasına və onları sürgün etməsinə səbəb olurdular.17
İbn Cövzi Peyğəmbər (a) xanədanı haqda bəzi kəslərin xəbərçilik etməsinə toxunduqdan sonra belə yazır: “Mütəvəkkil xalqın imam Hadiyə (ə) məhəbbət duyduğu və meyilli olduğuna dair xəbərlərə söykənərək onu Samirraya gətirtdi.”18
Şeyx Müfidin yazdığına əsasən, imam Hadi (ə) Mütəvəkkilə bir məktub yazaraq bu kimi xəbərləri təkzib edir.19 Mütəvəkkil də İmamın məktubuna ehtiramla cavab yazaraq – Mədinədə namaz və döyüşlə əlaqədar işlərin məsulu olan – Abdullah ibn Məhəmməd Haşimini vəzifəsindən uzaqlaşdırır və zirəkliklə İmamdan Samirraya (Əskəriyyə) gəlməsini tələb edir. Mərhum Kuleyni və Şeyx Müfid Mütəvəkkilin yazdığı məktubun mətnini kitablarında gətirmişlər. Mütəvəkkil məktubunda təkidlə İmamın mənəvi şəxsiyyətini dərk etdiyini, ona lazım olan hər cür yardım etməyə hazır olduğunu, Abdullah ibn Məhəmmədi vəzifəsindən azad edib onun yerinə Məhəmməd ibn Fəzli təyin etdiyini İmama xəbər verir. O, Məhəmməd ibn Fəzlə İmama qarşı ehtiramlı davranması və İmamın əmrlərindən çıxmamasına dair əmr etdiyini də bu məktuba əlavə edir və məktubuna belə davam edir: “İmamla əhdini təzələmək və onunla görüşmək istəyir və elə bu səbəbdən –münasib bir fürsətdə – istədiyi hər bir kəslə birlikdə Samirraya gəlməlidir. Əgər İmam istəyirsə, Yəhya ibn Hərsəmə öz ordusu ilə İmamın əmrlərinə itaət edərək ona bu səfərdə yoldaşlıq etsin.20 Daha sonra Yəhyanı çağırıb üç yüz əsgərlə birlikdə Kufəyə getməsini və yüklərini orada qoyub səhra yolu ilə Mədinəyə gedərək Əli ibn Mühəmmədi (imam Hadi) gətirmələrini və o həzrətə hörmətlə davranmalarını əmr etdi.”21 Mütəvəkkil xalqda həssaslığı oyatmamaq və İmamın zorla gətirilməsinin xoşagəlməz hadisələrə səbəb olmaması üçün belə bir plan qurmuşdu. Lakin Mədinə əhalisi başdan bəri bütün hadisədən xəbərdar olmuşdu. İbn Cövzi bu barədə Yəhya ibn Hərsəmədən belə nəql edir: “Mən Mədinəyə girdikdə, xalq çox pərişan oldu, kədərləndi və gözlənilməz reaksiyalar göstərdi. Eyni zamanda, bu reaksiyalar mülayim idi. Tədricən, xalq ağlayıb-sızlamağa başladı. Bu ağlaşmalar elə bir həddə çoxaldı ki, o zamana qədər Mədinə şəhəri belə bir vəziyyətə şahid olmamışdı. Onlar imam Hadinin (ə) başına bir şey gəlməsindən qorxurdular. Çünki İmam daim xalqa yaxşılıq etməkdən əlavə, hər zaman məsciddə olurdu və heç vaxt dünya işlərinə baş qoşmurdu. Bu vəziyyətdə çarəsiz olaraq xalqa zəmanət verib sakit olmalarını və özlərini ələ almalarını istədim. Onların qarşısında and içərək imam Hadiyə (ə) qarşı sərt davranmayacağıma və İmamı heç bir təhlükənin gözləmədiyinə dair söz verdim.”22
İmamın öz istəyi ilə Samirraya – o günlər nizami bir şəhər idi – getmək istəməməsi aydın idi və Mutəvəkkilin göndərdiyi adam İmamı zorla belə olsa, Samirraya aparmağa məmur olunmuşdu. Elə bu səbəbdən, yuxarıdakı rəvayətin davamında qeyd olunduğu kimi, İmamın evində axtarış apardı. Dua və elmi kitablardan başqa, heç bir şey tapa bilmədi. Belə deyirlər ki, Yəhya ibn Hərsəmə İmama məftun oldu və qəlbində o həzrətin imamətinə iman gətirdi.23
“Uyunul-Möcüzat” kitabında nəql edilən bir rəvayətə əsaəsn, Yəhya ibn Hərsəmə əvvəl Abdullah ibn Məhəmməd Haşiminin yanına gedib Mütəvəkkilin məktubunu ona göstərir və sonra hər ikisi birlikdə İmamın yanına gəlib o həzrətin səfərə hazırlıq görməsi üçün ona üç gün vaxt verirlər. Üç gün keçdikdən sonra İmamın yanına gəlir və o həzrətin səfər üçün hazır olduğunu görürlər.24 Əlimizdə mövcud olan bir rəvayətdə imam Hadi (ə) onu zorla Samirraya apardıqlarını söyləyir.25

İMAM HADİ (Ə) SAMİRRADA

İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır.26 Yəhya ibn Hərsəmə deyir: “Yolumuzun üstündə olan Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: “Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin əxlaqi vəziyyətini nəzərə alaraq – sən özün onu daha yaxşı tanıyırsan – əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya girdikdə, əvvəl Vüseyf Türkini görüb İmamın gəldiyini ona çatdırdım. O, belə dedi: “Əgər bu şəxsin başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Qurandan və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.27
Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin “Xanus-səalik”ə (mehmanxanaya) aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar.28 Saleh ibn Səidin fikirinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. O deyir: “İmam şəhərə girdiyi zaman o həzrətə xitab edərək belə dedim: “Bunlar daim sizin nurunuzu söndürmək və ilahi mövqeynizi görməməyə çalışıblar və elə bu səbəbdən də, sizə “Xanus-səalik” adlı məşhur mehmanxanada yer veriblər.”29 Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. Şeyx Müfid İmamın zorla Samirrada saxlanıldığına işarə edərək yazır: “Xəlifə zahirdə İmama ehtiram göstərir, amma batində o həzrətə qarşı bəzi hiylələr planlaşdırırdı. Bütün bunlarla yanaşı, o, planlarıni həyata keçirməkdə müvəffəq ola bilmədi.30

MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI

İmam Hadi (ə) Samirrada zorla tutulduğu müddətdə nəzərə elə çarpırdı ki, guya, rahat yaşayırdı. Lakin Mütəvəkkil İmamı nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi qələmə verməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə İmamın şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.31
Məşhur tarixçi Məsudi İmamın Mütəvəkkilə qarşı rəftar və davranışlarından iki nümunəni zikr etmişdir:
1. Məhəmməd ibn Yezid Mübərrəd belə deyir: “Mütəvəkkil bir gün İmamdan soruşdu: “Sənin atanın oğlu (yəni sən) Abbas ibn Əbdül-Müttəlib haqqında nə düşünür?” İmam buyurdu: “Ey xəlifə, atamın oğlu o kəs barəsində ki, Allah onun övladlarına itaəti camaata və ona itaət etməyi övladlarına vacib etmişdir, yaxşılıqdan başqa, nə deyə bilər?”
Mütəvəkkil İmamın bu cavabını öz istəyinə uyğun gördükdə, məmnun oldu və İmama yüz min dirhəm bağışladı. Məsudi bunu nəql etdikdən sonra əlavə edərək deyir: “İmamın bu cavabda nəzərdə tutduğu əsas məsələ bu idi ki, Allahın əmrlərinə itaət etmək Abbas oğullarına vacibdir. Həzrət həmin məsələni işarələrlə bəyan etdi.32
İmam Hadinin (ə) bu cəvabı o həzrətin Mütəvəkkil tərəfindən ciddi şəkildə təhlükədə olduğunu göstərir. Buna görə də, İmam “təqiyyə” etməli, yalnız diqqət və düşüncə sahiblərinin anlaya biləcəyi bir cavabı verməli idi. Belə olan halda, yalnız onlar İmamın əsl hədəfinin nə olduğunu anlaya bilərdilər.
Mütəvəkkil çox yaxşı bilirdi ki, “O gün zalım əllərini dişləyib dayanacaq!”33 – ayəsi İmamın nəzərində bəzi xəlifələrə işarədir. Bu səbəbdən, həmin məsələdən sui-istifadə etmək fikrinə düşdü və istədi ki, həmin ayəni bəyan etməklə Həzrəti hədis əhli qarşısında qərar versin. Bu cəhətdən məclisdə şox sayda insan toplandığı zaman həmin ayə barəsində İmama sual verdi. O həzrət buyurdu: “Ayədə Allahın kinayə ilə söz açdığı nəzərdə tutulur. Allah onların adını açıq-aydın söyləməməklə onlara minnət qoymuşdur. Görəsən, xəlifə Allahın gizli saxladığı şeyin aşkar edilməsini istəyirmi?” Mütəvəkkil dedi: “Xeyr.”34 Beləcə, İmam onun üçün hazırlanan təhlükədən xilas olmuş oldu.
2. Mütəvəkkilə imam Hadinin (ə) evində silah-sursat və şiələrin ona yazdıqları məktubların və s. olması xəbər verildi. Mütəvəkkil bir qrup əsgərin və məmur olan şəxsin qəfildən İmamın evinə hücum etməsini əmr etdi. Xəlifənin əmri icra olundu. İmamın evinə girdiklərində onun tək başına bir otaqda qumlar üzərində oturduğunu, otağının qapısını bağladığını, yun paltar geydiyini, başına bir örtük atdığını, Qurandan müjdə və əzab ayələri oxuduğunu gördülər. İmamı həmin vəziyyətdə Mütəvəkkilin yanına apardılar. Həzrət Mütəvəkkilin yanına gəldiyi zaman Mütəvəkkilin əlində bir şərab qədəhi vardı. Xəlifə İmama öz yanında yer verib ona da bir qədəh uzatdı və “iç” – dedi. İmam bəhanə gətirərək buyurdu: “İndiyə qədər mənim ətim və qanım şəraba bulaşmamışdır.” Mütəvəkkil İmamdan onu vəcdə gətirəcək şeirlər söyləməsini istədi. İmam buyurdu: “Mən çox az şeir oxuyuram.” Lakin Mütəvəkkil israr etdikdə, İmam bu şeirləri oxudu: “Mahir kəslərin gözətçilik etdikləri dağların zirvəsində gecəni səhər etdilər, amma dağların qüllələri və uca zirvələri onlara faydalı olmadı. Öz sığınacaqlarından alçaqlara endirildilər, qara torpağın altında məskən saldılar və köçmək üçün özlərinə necə də pis yer seçdilər. Öz qəbirlərinə girdikdən sonra fəryad edənlərdən biri onların üstünə qışqıraraq belə dedi: “Hanı o taxdığınız bilərziklər?! Qoyduğunuz taxt-tac haradadır və haradadır o zinət və bər-bəzəklər?! Nemət və bolluq içində ətə-qana gələn, qarşılarına çox qiymətli və incə pərdələr asılan o üzlər harada qaldı?! Onlardan sorğu-sual olunan zaman qəbirləri onların yerinə belə cavab verəcəklər: “O üzlərdə indi leş yeyən qurdlar gəzirlər. Ömürləri boyunca yedilər, içdilər və o qədər eyş-işrət və əyləncədən sonra indi özləri qurdlara yem oldular. İçində yaşayacaqları saraylar tikdirdilər, lakin sonda o saray və əzizlərini geridə qoyaraq dünyadan köçdülər. Çoxlu miqdarda sərvəti üst-üstə yığdılar, lakin onları düşmənləri üçün qoyub həyatla vidalaşdılar. Yaşadıqları yerlər viran olaraq başlı-başına qaldı və o sarayların sakinləri qəbirlərinə doğru tələsdilər.”
İmam Hadi (ə) bu şeirlərilə orada iştirak edən bütün kəsləri təsir altına saldı. Hətta Mütəvəkkilin özü o qədər təsirləndi ki, ağlamaqdan üzü islandı. Bundan sonra xəlifə şərab məclisinin dağılmasını və şərabların toplanmasını əmr etdi... Daha sonra isə imamı ehtiramla evinə aparmalarına göstəriş verdi.35
Mütəvəkkil saray adamları olan vəzirlər, əmirlər, ordu komandirləri və ətrafındakı şəxslər kimi İmamı da bahalı paltarlar geyməyə, ən yaxşı şəkildə özünü bəzəməyə və Mütəvəkkil ata minib hərəkət edən zaman İmamı da başqaları kimi xəlifənin kənarında piyada getməyə məcbur edirdi. Xəlifənin qarşısında piyada getməkdən istisna olan tək şəxs, xəlifənin kin dolu vəziri Fəth ibn Xaqan idi. O da xəlifə Mütəvəkkil kimi at üzərində hərəkət edirdi. Bu vəziyyət imam üçün çox çətin və dözülməz bir hal idi. Bu hadisədən sonra İmam “məzlumun zalıma qarşı duasını” oxumağa başladı.36
Bundan əlavə, Mütəvəkkil öz təşkil etdiyi əyləncə və şərab məclislərində İmamın da iştirak etməsini israrla tələb edirdi və təbii idi ki, Mütəvəkkil bu üsulla – şiələrin imamı və təmiz insanların rəhbəri olan – o həzrəti bu şəkildə təhqir edib gözdən sala və şiələrini ondan uzaqlaşdıra bilərdi. Mütəvəkkilin özü də buna etiraf edərək belə deyirdi: “İmamın müqaviməti onu şərab məclisinə gətirməyə maneə idi.”37
İmam (ə) Samirrada elə uca bir şəxsiyyətə və ruhi əzəmətə sahib idi ki, hər kəs onun qarşısında istər istəməz təvazö edir və çox ehtiram göstərirdi.38
Mütəvəkkil, ömürünün son günlərində imamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlərdə Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil İmamı xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi – gecə türklərin hücumuna uğrayaraq öz evində – yatağında yatdığı bir halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” Başqa rəvayətlərdə belə ifadə olunur: “Mütəvəkkil İmamın həbs olunma əmrini verdikdən üç gün sonra öldürüldü.”39
Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da hökumətin Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqinin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə şiələrə hakim olan dövlət adamlarının təzyiqi hələ də davam edirdi.
Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmalarını gücləndirdi. İmamın şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. Əli ibn Cəfər o həzrətin vekillərindən biri idi və o da həbs olunaraq zindana atılmışdı.40 Məhəmməd ibn Fərəc də Misirdə həbs olunaraq İraqa gətirildi və səkkiz il zindanda qaldı.41
Doktor Casim Hüseyn bu barədə yazır: “Kindinin qeydinə əsasən, Misirdəki şiələr – xəlifə tərəfindən Misirə hakim seçilən – Yezid ibn Abdullah Türkünün təzyiq və əziyyətinə məruz qalmışdılar. Yezid ibn Abdullah Misirdəki Ələvi rəhbərlərindən olan Əbu Həmzəni tərəfdarları ilə birlikdə həbs etdi. Onlar gizli və qeyri-qanuni fəaliyyət göstərməkdə günahlandırılırdılar. Həmin şəxslər hicrətin 248-ci ilində İraqa sürgün olundular.42 Şeyx Kuleyni yazır: “İmam Hadinin (ə) şiələrinin izlənilərək tutulmaları acınacaqlı nəticələr doğurdu.43 Nümunə olaraq, bunları göstərmək olar: Məhəmməd ibn Həcər öldürüldü, Seyf ibn Leysin malları müsadirə olundu və eyni zamanda Samirrada yaşayan bəzi şiələr İraqda həbs olundular44 və o həzrətin Kufədəki vəkili Əyyüb ibn Nuh şəhərin qazisi tərəfindən təqib edilməyə başlandı.”45
Qədim dövlərdən etibarən, şiələr məsum imamların əmrilə hökumətdə vəzifə tutur və lazım olan yerlərdə şiələrə kömək edirdilər. Yəqub ibn Yezid Katib xəlifə Müntəsirin katiblərindən olmasına baxmayaraq, “bəda” məsələsində “Əl-məsail” və “Nəvadirul-həcc” kimi bəzi kitablar qələmə almışdır.46 Bu kimi şəxslərin çox gizli bir şəkildə fəaliyyət göstərdikləri aydındır. Əks-təqdirdə, xəlifələr həmin işlərin mahiyyətini anlayar, imam Hadi ilə (ə) əlaqədə olduqlarından xəbərdar olub onlara əziyyət verər, vəzifələrindən azad edib aylıqlarını kəsdirərdilər.47
İmam Hadinin (ə) tərəfdarlarından başqa, o həzrətin hədislərini nəql edən təqribən, yüz doxsan səhabə tanınmışdır. Onların yüz səksən nəfərindən olan müxtəlif mövzular barədə hədislər indi bizim əlimizdə mövcuddur. O zamanlar imamların tərtib etdikləri “fiqhi” və “etiqadi” hədis kitabları şiələrin yanında mövcud idi və vəkillər elə bu yolla öz çətinliklərini İmamdan soruşurdular. İmam (ə) da onları öz səhabələri arasından Əhli-beyti çox sevən və layiqli keçmişləri olan şəxslərə tərəf yönəldirdi.48 Sonrakı tarixi əsərlərdən – baxmayaraq ki, tarix o dövrlərdəki şiələrin vəziyyəti haqqında bizə dəqiq məlumatlar vermir – bunu yaxşı anlamaq mümkündür ki, Şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi.
İmam Hadinin (ə) dövründə Zeydiyyə liderləri də daha geniş bir şəkildə İslam dövlətinin bütün bölgələrində qiyamlar etməyə başladılar. Zeydiyyə təriqətinin hamısı – imamiyyəyə qarşı sərt davranışlarına görə – imamlar tərəfindən rədd olunurdular. Lakin bəzən qiyamlarında sədaqət və ixlas göstərdikləri zaman İmamiyyə şiələri də atifi olaraq onların dərdinə şərik olurdular. Bu qiyamlar barədə olan rəvayətləri Əbul Fərəc İsfahaninin “Məqatilut-talibiyyin” kitabında görmək mümkündür.

İMAM HADİNİN (Ə) VƏKİLLƏRİ VƏ ONLARIN SƏLAHİYYƏTLƏRİ

Şiənin sonuncu imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Bu dövrdə şiələr əleyhinə başlanmış fəaliyyətlərdən və günbəgün artmaqda olan şiələrin qarşısını almaq məqsədilə xəlifələrin həyata keçirtdikləri siyasi və nizami tədbirlərdən də şiələrin artımı məlum olur. Öndəki bəhslərimizdə imam Hadinin (ə) İran şiələri ilə əlaqələrinə toxunacağımız kimi, o həzrətin İraq, Yəmən, Misir və digər bölgələrdəki şiələrlə də əlaqəsinin olduğunu qeyd edəcəyik. Bu əlaqənin davam etməsini təmin edən və onu olduğu kimi qoruyan məsələ vəkalət sistemi idi. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaata yardım göstərmək, həmçinin həmin məsəslənin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bəzən, bu vəkillərdən hansısa biri imamın tutduğu xətdən kənara çıxdıqda, imamlar tərəfindən təkzib edilir və onların yerinə başqaları təyin edilirdi. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.
Dr. Casim Hüseyn yazır: “Tarixi rəvayətlərdən aydın olduğu kimi, vəkillər təyin edilən şəhərlər dörd bölgəyə bölünürdü:
1. Bağdad, Mədain, Səvad və Kufə;
2. Bəsrə və Əhvaz;
3. Qum və Həmədan;
4. Hicaz, Yəmən və Misir.49
Ümumiyyətlə, imamların vəkilləri məktub yazıb, onları əmin şəxslər vasitəsilə göndərərək imamla əlaqə yaradırdılar. İmam Cavad (ə) haqqında qeyd etdiyimiz və imam Həsən Əskəri (ə) haqqındakı bəhslərdə də bildirəcəyimiz kimi, imamların fiqhi və etiqadi maarif və təlimlərinin böyük bir hissəsi onların şiələrinə yazdıqları məktublarda bəyan edilmiş və o məktublar hədis qaynaqlarında nəql olunmuşdur ki, beləliklə, bu gün bizim əlimizə yetişmişdir. Bağdadın Həminiya kəndinin sakini olan Əli ibn Cəfər imam Hadinin (ə) vəkillərindən biri idi. Onun haqqında Mütəvəkkilə bəzi xəbərlər verildiyi üçün Mütəvəkkil onu həbs etdirərək zindana atdırdı. Əli ibn Cəfər uzun müddət zindanda qaldıqdan sonra sərbəst buraxıldı və imam Hadinin (ə) əmrilə Məkkəyə getdi və ömrünün sonuna qədər də orada qaldı.50
İmam Hadi (ə) “qulat” başçılarından olan – Faris ibn Hatəm Qəzvini – qarşısında Əli ibn Cəfərin mövqeyini təsdiq etmək məqsədilə bəzi səhabələrinin suallarına cavab olaraq bir sıra məktublar yazmışdır. Bu məktublar hicrətin 240-cı ilində qələmə alınmışdır.51
Hüseyn ibn Əbdu Rəbbih və yaxud – bəzi şəxslərin rəvayətinə əsasən, – onun oğlu Əli də imam Hadinin (ə) vəkillərindən biri idi. Ondan sonra Əbu Əli ibn Raşid imam tərəfindən onun yerinə vəkil olaraq təyin edildi. İmam (ə) hicrətin 232-ci ilində Əli ibn Bilala yazdığı məktubda belə qeyd edilmişdir: “Mən Hüseyn ibn Əbdu Rəbbihin yerinə Əbu Əlini seçdim. Çünki onun dindarlığını və əminanətdar olduğunu – bu barədə kimsə ondan üstün deyil – bilirdim. Sənin öz bölgənin şeyxi olduğunu bilirəm və elə bunun üçün sənə hörmət əlaməti olaraq bu məktubu yazıb şəxsən məsələdən xəbərdar etmək istədim. Əbu Əliyə itaət et və əlində olan pulların hamısını ona ver, dostlarımızı ona itaətə təşviq et, onları elə xəbərdar et ki, ona köməkçi olsunlar və işlərində müvəffəqiyyətli olmasını təmin etsinlər. Biz səndən onun ehtiramını qorumağa riayət etməyi istəyirik və bu işindən ötrü Allah səni mükafatlandıracaq. O, istədiyi hər kəsə öz rəhməti ilə ən üstün mükafatı verər. Səni Allaha əmanət edirəm. Bu məktubu öz xəttimlə yazır və Allaha həmd və şükür edirəm.”52
Bu məktubun mətninə diqqət yetirdikdə, bir vəkilin vəzifələri və səlahiyyət dairəsi və dərəcə etibarı ilə aşağı olan digər vəkillərin böyük məntəqələrdə fəaliyyət göstərən vəkillərlə əlaqə keyfiyyəti daha yaxşı aydın olur.
Əlimizdə Əbu Əli ibn Raşid haqqında imam Hadinin (ə) yazdığı digər bir məktub da mövcuddur. İmam (ə) bu məktubunda İbn Raşidin məqamını bəyan edərək ona itaətin Allaha və imama itaət olduğunu ifadə etmişdir ki, İmamın bu məktubdakı ifadəsi eynilə belədir: “Ona itaət mənə itaətr, ona üsyan isə mənim əmrimdən çıxmaq deməkdir. Bu yoldan ayrılmayın ki, Allah sizi xeyir versin və sizə nemətlərini artırsın.”53
Eyni zamanda, Əyyub ibn Nuha yazdığı məktubda belə yazmışdır: “Əbu Əliyə qarşı çıxmaqdan çəkin. Sən və Əbu Əli – hər biriniz öz bölgənizdə öhdənizə götürdüyünüz vəzifələrə əməl edin.” Eynilə bu məktubu Əbu Əliyə də yazaraq Əyyub ibn Nuh haqqında tövsiyə etmiş və hər ikisinin öz bölgəsində şiələrin maliyyə işlərilə məşğul olmalarını və bir-birlərinin bölgəsindən bir şey almamalarını istəmişdi.54
Kəşşinin İsmayıl ibn İshaq Nişapuri haqqında nəql etdiyi rəvayətdən, Əhməd ibn İshaq Razinin, İmam Hadinin (ə) vəkillərindən başqa birisi olma ehtimalı ələ gəlir55

İMAM HADİ (Ə) MƏKTƏBİNDƏ QURANIN ƏSALƏTİ

“Qulat” məzhəbinin ortaya çıxardığı və digər islami qrupların onlara hücum etməsinə səbəb olan azğınlıqlardan biri də Quranın təhrif edilməsi məsələsi idi. Əhli-sünnənin kitablarına da Quranın təhrif edildiyinə dair bəzi uydurma hədislər daxil olduğu üçün, onlar da bu şübhəyə mübtəla olmuşlar. Eyni zamanda, qulatdan başqa, müsəlmanların əksəriyyəti – istər sünni olsun, istərsə də şiə – bu batil əqidəyə qarşı mübarizə aparmışlar. Bununla birlikdə, İbn Şazanın “Əl-izah” və Xəyyat Mötəzilinin “Əl-intisar” kitablarından belə aydın olur ki, 3-cü hicri əsrində şiələr Quranın təhrif edildiyinə inanmaqla ittiham edilirdilər.
Bu ittiham qarşısında şiə imamları daim Quranın Peyğəmbər (ə) zamanındakı kimi olduğunu (dəyişilmədiyini) və onunla müxalif olan hər bir rəvayətin batilliyini ifadə etmişlər. Biz imam Sadiqin (ə) həyatı barədə danışarkən bu məsələyə işarə etdik.
İbni-Şöbə Hərraninin imam Hadidən (ə) nəql etdiyi geniş bir risalədə imam (ə) Quranın dəyişməzliyini müdafiə etmiş, düzgün hədisləri saxta hədislərdən ayırmaq üçün Quranın əsas bir meyar və ölçü olduğunu bəyan etmişdir. Buna əlavə olaraq, bütün islami qrupların qəbul və istinad etdikləri yeganə mətnin Quran olduğunu rəsmi olaraq ifadə etmişdir. İmam Hadi (ə) ilk mərhələdə hədisləri iki hissəyə ayırır:
1. Haqq olan və əməllərin mənşə və təməli olan rəvayətlər;
2. Batil olan və əməl edilməməsi vacib olan rəvayətlər.
Sonra İmam Hadi (ə) ümmət arasında fikir birliyi olan məsələ “Quran haqdır və heç bir təriqətin bunda şübhəsi yoxdur.” – işarə edərək buyurdu: “Əgər Quran bir rəvayətin düzgün olduğunu təsdiq edər, amma ümmətdən bir qrupu bunu qəbul etməzsə, o rəvayətin düzgün olduğunu etiraf etmək lazımdır. Əslində, hamı Quranın haqq olduğuna dair rəy birliyindədir.” Buna misal olaraq “vilayət” ayəsinə və bu ayənin əhli-sünnə rəvayətlərində nəql edilən nazilolma səbəbinə söykənərək “Səqələyn” hədisini qeyd edir. Sonra “Nə tam cəbrdir, nə də tam ixtiyar; əksinə onların arasında olan bir yoldur!” – hədisinin izahında yenə Quranın bir çox ayələrinə söykənərək bu hədisin düzgün olmasını Quranın təsdiq etdiyini ifadə edir. Təbii ki, İmam (ə) öz dəlil-sübutlarında bir tərəfdən cəbrə, digər tərəfdən isə təfvizə (ixtiyara) işarə edən onlarca Quran ayəsinə də toxunur və sonda imam Əmirəl-Mömininin Əli (ə) bu barədəki möhkəm və tutarlı sözlərini şahid gətirir.56
Başqa bir yerdə ixtilaf mövzusu olan digər məsələ haqqında İmam (ə) Qurana istinad edərək hər kəsə öz fikirini qəbul etdirir.57

İMAM HADİ (Ə) VƏ TEOLOGİYA ELMİ

Şiənin müxtəlif təriqətləri arasındakı mövcud olan fikir ayrılığı onların imamlar (ə) tərəfindən hidayət edilməsini çətinləşdirirdi. Şiələrin dağınıq şəkildə müxtəlif şəhərlərdə yaşamaları və bəzi zamanlar başqalarının düşüncələrindən təsirlənməsi vəziyyəti daha da ağırlaşdırırdı. Burada qeyri-şiə təriqətlər və fanatik şiə düşmənləri bu ixtilafları qızışdırır və daha da alovlandırmağa çalışırdılar. Əlimizdə mövcud olan Kəşşinin nəql etdiyi bir rəvayətdə digər (qeyri-şiə) təriqətlərdən olan bir nəfərin “zürariyyə”, “əmmariyyə” və “yəfuriyyə” adında təriqətlər yaratdığı və bunların hər birini imam Sadiqin (ə) böyük səhabələrindən olan Zürarə, Əmmar Səbati və İbn Əbu Yəfura nisbət verdiyi açıq-aşkar görünməkdədir.58
Şiə imamları (ə) bəzən, şiənin böyük şəxsiyyətləri arasındakı fikir fərqliliyindən qaynaqlanan bir sıra suallarla üzləşirdilər ki, o ixtilafların bir qismi sırf quru ixtilaflar idi.
İmamların məşhur səhabələrləri arasında fikir ayrılığının ortaya çıxmasına səbəb olan əqidəvi məsələlərdən biri “təşbeh” və “tənzih” məsələsi idi. Şiə İimamları həmişə işin başlanğıcında “tənzih” nəzəriyyəsinin haqq olduğuna təkid edirdilər. Məsum imamların və hatta onların şiələrinin əlində olan Əmirəmöminin Əli ibn Əbu Talibin (ə) xütbələri o həzrətdən sonra bu iddianın ən yaxşı şahididir. Şeyx Səduqun “Tövhid” kitabında son dərəcə diqqətlə bir yerə topladığı və digər imamlardan nəql edilən rəvayətlər də bu məsələyə dəlalət edir.
Amma bütün bunlara baxmayaraq, digər təriqətlər daim şiəni “Təşbehə” inanmaqla ittiham edirdilər ki, bu da ən məşhur ittihamlardan biri olmuşdu. Təbii ki, bir sıra insaflı davranan kəslər yalnız şiənin bir təriqətinin təşbehə inandığını söyləmişlər. Hidayət imamları (ə), şiənin ittiham olunduğu bu məsələləri rədd etmək üçün çox çalışmış və sonralar şiə alimləri də imamların bu yöndə olan işlərini davam etdirmişlər. O alimlərdən biri Şeyx Səduqdur. O, “Tövhid” kitabını qələmə almaqdakı hədəfinin kitabın müqəddiməsində “təşbeh ittihamını şiədən rədd etmək” olduğunu qeyd etmişdir.59
Bizim bu barədə bəhs etməyimizə səbəb olan amil Hişam ibn Həkəm və Hişam ibn Salimə istinad edilən fikirlərdir. Bu iki şəxs arasında bir sıra ixtilaflar vardı və hətta Hişam ibn Həkəm Hişam ibn Salimə onun fikirlərinə inkar olaraq bir risalə yazmışdır. Ancaq bunu bilmək lazımdır ki, yalnız cisim sözünü yersiz işlətmək və onu Allaha aid etmək şiənin “təşbeh” və “təcsim” əqidəsilə ittiham edilməsinə səbəb olmuş və Hişam ibn Hakim təşbehə inanan bir “rafizi” kimi tanıdılmışdır.60 Hişam ibn Həkəmin, həqiqətən, təcsimə – Allahın cismliyinə inanıb-inanmadığı barədə bəzi tədqiqatçılar arasında fikir ayrılığı ortaya çıxmışdır. Bəzi ərəb tədqiqatçıları və şiə alimləri çox aydın şəkildə Hişamın təcsimə inanmadığını isbat etmişlər. Çünki o, cisim sözünü məşhur və termin olan mənasında istifadə etmir, əksin onun “şey” sözü ilə bərabər və sinonim olduğuna inanırdı.61 Beləliklə, o, hər dəfə cisim dedikdə, mövcud mənasını qəsd edirmiş.
Bununla yanaşı, imamlar (ə) düşmənlərin Hişamın bu fikirindən sui-istifadə etdiklərini gördükdə, – həqiqətdə, Hişam bu kəlməni yersiz işlətmişdir – onunla müxalifət etdilər. Baxmayaraq ki, münasib fürsətlərdə onun “təcsim” və “təşbeh”ə inanmadığını söyləyirdilər. Hişam ibn Həkəmin əqidəsini təkzib etmək barəsində İmam Hadidən (ə) nəql edilən bir rəvayəti açıqlamaq üçün yuxarıdakı sözlərin hamısını müqəddimə olaraq gətirdik ki, o hədis səhv bir şəkildə şərh olunmasın.
Səqr ibn Əbi Duləf deyir: “İmam Hadidən (ə) tövhid haqqında soruşdum və Hişam ibn Həkəmin əqidəsində olduğumu söylədim. İmam (ə) hiddətlənərək buyurdu: “Hişamın fikirlərindən sənə nə? Allah-taalanın cisim olduğunu düşünən bizdən deyil və biz dünya və axirətdə ondan narahatıq. Ey Əbu Duləfin oğlu, cismin özü məxluqdur və onu var edən də, ona cisimlik verən də Allahdır.62
Məhəmməd ibn Fərəc Ruxxəcidən belə nəql edilir: “İman Hadiyə (ə) bir məktub yazaraq Hişam ibn Həkəmin “cisim” və Hişam ibn Salimin “surət”lə bağlı fikirləri barədə soruşdum. İmam cavabında belə yazdı: “Heyrətdə qalanların heyrətindən əl çək və şeytandan Allaha sığın. Hişam ibn Həkəm və Hişam ibn Salimin dediyi sözlər bizim sözümüz və əqidəmiz deyil.””63
İmam Sadiq (ə) və imam Kazim (ə) də Hişama nisbəti verilən bu fikirlə şiddətlə müxalifət etmişlərdir.64
Hişam ibn Həkəm və Hişam ibn Salimin sözləri, şiələr arasında bəzi ixtilafların yaranmasına səbəb olmuşdu. Buna görə də şiə imamları davamlı olaraq bu kimi suallarla qarşılaşırdılar. İbrahim ibn Məhəmməd Həmədani bu barədə imam Hadiyə (ə) belə bir məktub yazdı: “Bu bölgədə yaşayan sizin dostlarınız tövhid haqqında ixtilafa düşmüşlər. Onlardan bəziləri “təcsim”, bəziləri isə “təşbeh”ə inanırlar. İmam (ə) bunun cavabında belə yazdı: “Hədd-hüdud qəbul etməyən və vəsfi mümkün olmayan Allah bu sözlərdən pak və münəzzəhdir. O, bənzərsiz, eşidən və görəndir.”65
Məhəmməd ibn Əli Kaşani 66 və digər şəxslərdən də bu sual nəql edilmişdir ki, o zamanda yaşayan şiələr arasındakı ixtilafa aşkar nümunədir. Allah-taalanın, hətta qiyamət günündə belə, görünməsinin qeyri-mümkün olduğu – təşbehə inananlar və hədis əhli arasında onun mümkün olduğu məşhurdur – barədə imam Hadidən (ə) nəql edilən rəvayətdə Allahın görünməsinin qeyri-mümkün olduğuna dəlil gətirilmişdir.67 İmam (ə) başqa bir rəvayətdə Allahın dünyanın səmasına enəcəyini şiddətlə rədd etmişdir.68 Bu barədə bəziləri çox geniş olan iyirmi bir ədəd hədisi imam Hadidən (ə) nəql etmiş və onların hamısında da İmam (ə) tənzih mövqeyindən çıxış etmişdir.69
Şiə imamlarının “cəbr” və “ixtiyar” məsələsi ilə bağlı əqidələri barədə də imam Hadidən (ə) geniş bir risalə nəql edilmişdir ki, bu gün əlimizdə mövcuddur. Bu risalədə – imam Sadiqdən (ə) nəql edilən – “Nə cəbr, nə də təfviz (tam ixtiyar), əksinə həqiqət ikisinin arasında olan bir yoldur.” – hədisi Quran ayələrinə əsaslanaraq şərh edilmiş və bu məsələ haqqında şiənin teoloji fikirləri dəqiq şəkildə bəyan edilmişdir.70
İmam (ə) bu risalənin bir hissəsində həmin məsələ ilə bağlı belə buyurmuşdur: “Biz belə deyirik: “Allah-taala öz yaratdıqlarını sonsuz qüdrəti ilə yaratdı, onlara ibadət və bəndəçilik qüdrəti verdi. Onları istədiklərini əmr etdi və istəmədiklərindən də çəkindirdi. Bəndələrin Öz əmrlərinə itaətini qəbul etdi və bununla da onlardan razı oldu, əmrləri qarşısında itaətsizlikdən onları çəkindirdi və bu istiqamətdə də əmrinə itaət etməyənləri sorğu-suala tutdu. Əmr və nəhydə ixtiyar və seçim haqqı Allaha məxsusdur. İstədiyi şeyə əmr edər və xoşu gəlmədiyi şeydən nəhy edər və buna əsasən, bəndələri sorğu-suala tutar. Çünki o, əmrlərinə itaət və günahlardan çəkinmə gücünü bəndələrinə vermişdir. Belə ki, onun ədalət, insaf və hikməti inkar edilə bilməz.”71
Bunun davamında, cəbrin isbatındakı bəzi ayələrin zahirinə işarə edərək irəli sürülmüş şübhələrə cavab verir. İmam Hadinin (ə) münazirə və elmi bəhsləri iklə bağlı nəql edilən rəvayətlər arasında “cəbr” və “təfviz”ə dair rəvayətlər çoxluq təşkil edir.72

İMAM HADİNİN (Ə) DUA VƏ ZİYARƏTƏ BAĞLILIĞI

Unutmamalıyıq ki, şiə çox zəngin dua və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu dərəcədə dua və ziyarət yoxdur. Elə bu, şiə mədəniyyəti və cəmiyyətində dini ixlas və nəfs təzkiyəsi və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir.
Şiə imamları arasında duanın çox əhəmiyyətli və çox uca bir yeri vardır. Onların bəziləri dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Səccadın (ə) həyatı barədə danışarkən duanın əhəmiyyətini bəyan etmişdik. İmam Hadi (ə) də öz proqramında dua və ziyarətə çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, onları şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və ziyarət qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allah ilə raz-niyaz etməkdən əlavə, bəzi siyasi – ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları onların cəmiyyətinə təlqin etmişdi İndi bu dualarda bəhs edilən bəzi məsələlərə işarə edirik:
1. Camaatla Əhli-beyt arasinda rabitə yaratmaq: Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) tez-tez salavat göndərməyin kənarında ümmət və Ali-Mühəmməd (ə) arasında möhkəm və qırılmaz bağlılıq yaratmağa xüsusi təkid edilmişdir. Nümunə olaraq, bu duanın bir hissəsinə diqqət yetirin: “İlahi, Mühəmmədə (s) və Əhli-beytinə salam və salavat göndər, mənimlə onlar arasında olan əlaqəni dünya və axirətdə kəsmə və mənim əməllərimi onların hörmətinə xatir qəbul et.”73
2. Əhli-beytin uca məqami və rəhbərliyinə təkid etmək: İmam Hadidən (ə) nəql edilən və əlimizə çatmış ziyarətlərdə Əhli-beytin üstünlüyü və onların İslam ümmətinin rəhbəri olduğuna tez-tez təkid edilmiş və Rəsulullahın (s) xüsusi mənada Əhli-beyti “rəhmət mədənləri”, “elm xəzinədarları”, “ümmətin qüdrətliləri”, “Allahın əmanətdarları”, “hidayət imamları”, “peyğəmbərlərin varisləri”, “dünya və axirət əhlinin höccətləri” və s. kimi təbirlərlə vəsf edilmişdir.74 Həmin bu ziyarətdə hidayət imamlarına xitab olaraq belə deyilmişdir: “Şəhadət verirəm ki, siz, hidayət edən, hidayət olmuş, məsum, fəzilətli, Allaha yaxın, təqvalı, sadiq, Allah tərəfindən seçilən və Ona itaət edən imamlarsınız.”
Burada imamların (ə) spesifik xüsusiyyət və fəzilətlərini qeyd etməkdən əlavə, imam Hadi (ə) şiələrə “imam” sözünə dəqiq şəkildə tərif vermiş və imamda zəruri xüsusiyyətləri bildirmişdir.
3. Əhli-beyt məktəbinə tekid etmək: “Dua” və “ziyarət”lərin başqa bir hissəsində o həzrət şiələrə imamların uca məqamını öyrədir. Onlar barədə şəhadət verərkən deyir: “Allah yolunda lazım olduğu kimi cihad etdiniz, dəvətini elan, ilahi hökmləri bəyan və sərhədlərini canlandırdınız. Allahın hökmlərini yaydınız və ilahi adət-ənənələri qorudunuz. Quranın “təvil” və “tənzil”i, Allahın ayələri, nuru, açıq-aşkar dəlili sizin yanınızdadır və ixtilaflar sizinlə həll edilir.”
Beləliklə, imam Hadinin (ə) nəzərində ilahi maarif və təlimləri yalnız Peyğəmbərin (s) və onun Əhli-beytinin məktəbində axtarmaq lazımdır. Yalnız Əhli-beytin məktəbi və təlimlərinə itaət edənlər haqq yoldadırlar; “Sizdən üz çevirən dindən çıxar, sizə itaət edənlər isə düz yolda olarlar.”75
4. Zülm və sitəmlə mübarizə: Şiənin qəbul etdiyi ən aşkar məsələlərdən biri zülm və haqsızlıqla mübarizədir. İmam Hadidən (ə) nəql edilən dualarda bu mətləb tamamilə müşahidə olunur. Bu dualardan biri də “məzlumun zalıma duası”dır.76 Bu duada zalım və qəddarların zülmünün aradan qaldırılması üçün Allahdan kömək istənilir və zülmün aradan qaldırılması Allahın öhdəsinə qoyulsa da, lakin onda məqsəd camaata tətbiq olunan zülm və haqsızlıqdan xəbərdar etməkdir. Zülmün aradan qaldırılması ən zəruri məsələ elə budur. Bu dua Mütəvəkkilin İmama etdiyi zülm və xəyanətdən sonra İmamın dilində cari olmuş və siyasi məna daşıdığı gün kimi aydındır.

İMAM HADİ (Ə) VƏ QULAT

Şiənin daxili problemləri düşmənlərin yaratdıqları çətinliklərdən heç də az deyildi. Xüsusilə, daxili problemlər xarici problemlərin artmasında təsirli rola malik idi. Bu səbəbdən, şiə imamları nəyin bahasına olursa olsun, şiəliyi ifratçılıqdan təmizləmək və ifratçılardan uzaqlaşdırmaqla daxili çətinlikləri həll etmək üçün çox çalışırdılar. Lakin ifratçılar mənfəətlərini fikirləşdiyi və yaxud səhv düşündükləri üçün özlərini şiə imamlarına nisbət verir və imamların onlara qarşı müxalifətçiliyinin, bir növ, təqiyyə olduğunu söyləyirdilər. Beləliklə, şiə elm, fiqh və mədəniyyətinin lazımi qaydada möhkəmləndiyi üçün uzaq şəhərlərdə yaşayan bəzi şiələr onların sözlərinə aldanaraq əqidə baxımından inhirafa uğrayırdılar. Bu da şiələrin digər islami təriqətlər tərəfindən pis tanıtdırılmasında çox təsirli rol oynayırdı.
İmam Hadi (ə) imamların fəaliyyəti istiqamətində qulatlarla mübarizə apardıi. Çünki onun səhabələri arasında da qülüvv əqidəsini daşıyanlar var idi. Məsum imamlara (ə) çox bağlı olan və din barəsində hər növ qülüvv ilə müxalif olan məşhur şiə alimlərindən biri Əhməd ibn Məhəmməd ibn İsa nəql edir ki, imam Hadiyə (ə) bir məktub yazılaraq belə soruşuldu: “Sizə və atalarınıza elə hədislər nisbət verilir ki, insan onları eşitdikdə nifrət edir. Bu hədislər sizdən və hörmətli ata-babalarınızdan nəql edildiyi üçün onları rədd etməyə cürət etmirik.” Sonra belə davam edir: “Özlərini sizin dostlarınız və şiələriniz kimi tanıtdıran Əli ibn Həskə və Qasim Yəqtini “Şübhəsiz ki, namaz insanı bütün çirkinliklərdən çəkindirir!”77ayəsində göstərilən “fəhşa” və “münkər”in rüku və səcdə əhli olmayan şəxsə işarə olduğunu nəql edirlər. Zəkatla bağlı deyirlər ki, zəkat bir miqdar dirhəm və dinar ödəmək deyil, ondan məqsəd müəyyən bir kişidir. Onlar bəzi vacibləri, sünnə və günahları da bu minvalla təvil edirlər. Əgər məsləhət görürsünüzsə, bunu bizə aydınlaşdırın və şiələrinizə minnət qoyaraq onları bu kimi yanlış təvillər bataqlığından nicat verin.” İmam bunun cavabında belə yazdı: “Bu kimi təvillər dinimizdən deyil, ondan çəkinin.”78
Buna bənzər məktublar İbrahim ibn Şeybə və Səhl ibn Ziyaddan da nəql edilmişdir. Həmin məsələlərin birinə İmam (ə) çox geniş şəkildə cavab vermişdir. Bu cavabda Məhəmməd ibn Həskə rədd edilməkdən əlavə, onun risalət xanədanına və onların vilayətinə bağlılığı təkzib edilmişdir. Bununla yanaşı, İmam onun sözlərinin batil olduğunu ifadə etmiş və şiələrin onlardan uzaq olmasını əmr etmişdir. Hətta şiələrdən bu iki nəfəri harda görsələr, dərhal ölümünü də istəmişdir.79 Başqa bir rəvayətdə o həzrət (ə) Məhəmməd ibn Həskə və Qasim Yəqtiniyə qarğış etmiş və lənət göndərmişdir.80
Əli ibn Həskə Qasim Şərani Yəqtininin ustadı idi və o da qulat böyüklərindən olduğu üçün məsum imamlar tərəfindən rədd edilmişdi.81 Həsən ibn Məhəmməd ibn Babayi Qummi və Məhəmməd ibn Musa Şəriqi də Əli ibn Həskənin şagirdlərindən idi. Məhəmməd ibn Nuseyr Nümeyri və Faris ibn Hatəmi Qəzvini də imam Hadinin (ə) lənət göndərdiyi şəxslərdən hesab edilirlər. İmam (ə) bir məktubda İbn Babayi Qummidən kənar olduğunu bildirərək belə yazmışdır: “O, mənim onu peyğəmbər seçdiyimi və özünün də mənim höccətim olduğunu sanır... Onu öldürə bilsəniz, öldürün!”82
Peyğəmbərlik iddiasında olan Məhəmməd ibn Nuseyr Nümeyri nümeyriyyə və ya nüseyriyyə təriqətinin banisi idi. O, imam Hadi (ə) tərəfindən peyğəmbərliyə seçildiyini iddia edirdi. Məhəmməd ibn Musa ibn Həsən ibn Fərat da onu himayə edirdi. Qulatın ən məşhur təriqətlərindən olan nüseyriyyə bir neçə qrupa bölündü.83 Abbas ibn Sədəqə, Əbul Abbas Tərəfani (Təbərani) və Şah Rəis deyə tanınan Əbu Abdullah Kindi o dövrdə yaşayan qulatın başçılarından idilər.84
İmam Hadi (ə) Faris ibn Hatəm haqqında onun təkzib edilməsini, ona hörmət göstərilməməsini və Faris ibn Hatəmlə Əli ibn Cəfər arasında çıxan ixtilaflarda Əli ibn Cəfəri dəstəkləyərək İbn Hatəmi rədd etmələrini istədi. Ayrıca İbn Hatəmin öldürülmə əmrini verərək onu öldürənə axirət səadətini və cənnəti zəmanət verdi. Sonda Cüneyd adında bir şiə İmamdan şifahi icazə alaraq İbn Hatəmi öldürdü. “Ricali-Kəşşi”də İbn Hatəm haqqında qeyd olunan bir çox rəvayətlər İbn Hatəmin şiənin varlığı üçün böyük bir təhlükə olduğunu xatırladır. Şiələr imam Hadidən (ə) tez-tez onun haqqında bəzi suallar soruşmuş və Həzrət də bu sualların hamısına cavab olaraq İbn Hatəmdən üz çevirdiyini ifadə etmişdir.85
Sürəy ibn Səlamə qulatlar və onların törətdikləri fəsadlar haqqında imam Hadiyə (ə) başqa bir məktub yazmış və Həzrət də bunun cavabında şiələrə dua edərək qulat qarşısında onları təmkinli olmağa və müqavimət göstərməyə dəvət etmişdir.86
İmam Hadinin (ə) səhabələrindən olaraq özünü qələmə verməyə çalışan qulatdan biri də Əhməd ibn Məhəmməd Səyyari idi.87 Şiə “Rical” alimlərinin əksəriyyəti onun qulat və məzhəbinin də fasid və xarab olduğunu söyləmişlər.88 O, Quranın təhrif edildiyinə dair “Kitabul qiraət” adlı bir hədis kitabı yazmışdır ki, həmin kitabda batil əqidələrdən başqa bir şey yoxdur. Xüsusilə, imam Hadi (ə) islami təriqətlər baxımından Quranın təhrif olmadığına şəxsən təkid etmişdir.89
Hüseyn ibn Əbid də özünü imam Hadinin (ə) səhabəsi kimi qələmə verən qulatdan biri idi. Elə bu səbəbdən, qulatın əleyhinə olan Əhməd ibn Məhəmməd ibn İsa Qummi onu və digər bir neçə nəfəri qülüvv əhli olduğu üçün Qumdan qovdu. Bundan əvvəl də qeyd etdiyimiz kimi, Qum əhli həqiqi şiə düşüncəsinə sahib idi və ən kiçik bir qülüvv u belə qəbul etmirdilər. Bunun nəticəsində, bəzən, hətta qulatdan olmayan və “müfəvvizə”dən sayılan və yaxud qulat ravilərinin vasitəsi ilə nəql olunan hədisləri söyləyən şəxsləri belə, qəbul etməyib Qumdan qovmuşlar.
Hər halda, hidayət imamlarının tez-tez təkzibləri və onları özlərindən uzaqlaşdırmaları nəticəsində qulat özlərinin məsum imamların səhabələri olaraq qələmə vermək kimi ən əhəmiyyətli silahlarını itirdi. Bununla belə, qulat təfəkkürq neçə əsrlər boyunca qaldı. Hələ də, İslam dünyasının bəzi guşələrində bu təriqətlərə nisbət verilən məzhəblər görünməkdədir. Onların düşüncə tərzləri şiənin bəzi hədis mətnlərində qalmaqdadır və hərdən bəzi şəxslər şiədə əsası olmayan bir məsəslə üçün onlara istinad edirlər. Fəth ibn Yəzid Cürcani imam Hadidən (ə) geniş bir rəvayət nəql edərək imamət məqamı ilə uyğun gəlmədiyi üçün imamın yemək-içməyə ehtiyacı olmadığına inandığına etiraf edir və imam Hadi (ə) ona cavab olaraq belə buyurur: “Ey Fəth ibn Yəzid, hətta bizlər üçün nümunə olan peyğəmbərlər belə, yeyir, içir və gəzirdilər. Cismə cisimlik verən Allahdan başqa hər kəs belədir.”90

İMAM HADİ (Ə) VƏ QURANIN MƏXLUQ OLMASI

Üçüncü əsrin əvvəllərində əhli-sünnə aləmini məşğul edən ən əhəmiyyətli mövzulardan biri Quranın “hadis” (yeni), yaxud “qədim” olması məsələsi idi. Bu məsələ əhli-sünnə arasında parçalanmalara və yeni təriqətlərin ortaya çıxmasına baş qaldırmasına səbəb oldu. İlk dəfə bu məsələni gündəmə gətirən şəxs Əhməd ibn Əbi Davud idi.91 Daha sonra Məmun və ondan sonra da Mötəsim məsələni təqib etdi. Onlar tarixdə “Mihnətul-Quran” deyə adıçəkilən – Quranın “hadis” olduğu – əqidəsini alimlərə və ravilərə qəbul etdirmək üçün çox çalışdılar. Başda Əhməd ibn Hənbəl olmaqla hədis əhli Quranın qədim olduğuna inanırdı və buna görə də, Abbasi hökumətinin təzyiq və xəyanətlərinə məruz qaldı. Hətta xəlifələrin əmrilə ona şallaq da vurdular. Lakin Mötəsimdən sonra onun yerinə keçən Mütəvəkkil Əhməd ibn Hənbəli dəstəklədi və bir-birinin köməyiylə onun təriqətinin – Quranın qədim olduğuna etiqad – lehinə bu məsələyə son qoydular və onlara müxalif olan alimləri səhnədən uzaqlaşdırıb susmağa məcbur etdilər. Bundan əlavə, onlar hədis əhli təriqətini İbni-Hənbəlin qeyd etdiyi çərçivə daxilində yayaraq digər təriqətlərin “bidət” olduğunu söylədilər. Elə həmin bu dövürdə hədis əhli “sünni” digər təriqətlər isə “bidət” əhli olaraq tanındılar.
Ən maraqlısı budur ki, Quranın “hadis” və ya “qədim” olması barədə şiələr arasında elə də ixtilaf yox idi. Ona görə ki, bu məsələni gündəmə gətirmək ağılsızlıq və mənasız idi.
Bildiyimiz qədər Əhli-beytin rəvayətlərində və səhabələrin sözlərində bu mövzuya toxunulmamış və şiələr də bu barədə danışmamışlar. Bu gün əlimizdə mövcud olan və imam Hadidən (ə) nəql edilən bir məktubda o həzrət (ə) şiələrindən birinə bu barədə fikir bildirməməsini və onlardan heç birinin tərəfini tutmamasını əmr etmiş və belə buyurmuşdur:
“Allah bizi və səni fitnələrə bulaşmaqdan qorusun, əgər hər iki qrupdan özünü qoruya bilsən, bu sənin üçün ən böyük nemətdir, əks-təqdirdə, həlak olarsan.
Bizim əqidəmizə əsasən, Quran haqqında cədəl etmək bidətdir. Bundan qaynaqlanan günah və pis nəticələrə görə, həm soruşan, həm də cavab verən məsuldur. Çünki sualı soruşan, öhdəsinə düşməyən bir şey barədə soruşur və cavab verən heç bir dəlili olmadan öhdəsinə düşməyən sualı cavablandırır. Allahdan başqa, yaradan yoxdur və Ondan başqa, hər şey Onun məxluqudur. Quran Allahın kəlamıdır. Öz tərəfindən ona ad qoyma ki, zalımlardan olarsan. Allah bizi və sizləri qeybə inananlardan, Allah və qiyamət günündən qorxanlardan qərar versin.”92 Bu kimi məktublar səbəb oldu ki, şiələr belə mənasız mübahisələrə qoşulmasınlar.

İMAM HADİ (Ə) VƏ İRAN ŞİƏLƏRİ

Birinci əsrdə imamların (ə) şiələrinin əksəryəti Kufə şəhərindən idilər. Şiənin “rical” kitablarına baxdıqda, bu məsəslə gözəl şəkildə aydın olur. Çünki onların çoxunun adının sonuna “Kufi” ləqəbi əlavə olunmuşdur. Bu da işarə etdiyimiz sözün ən böyük sübutudur.
İmam Baqir (ə) və imam Sadiqin (ə) dövründən etibarən, imamların bəzi səhabələrinin adlarının sonuna “Qummi” ləqəbi əlavə olunmuşdur. Bunlar ərəb millətindən olan və Qumda yaşayan əşərilər idilər.
İmam Hadinin (ə) dövründə Qum İran şiələrinin toplandığı ən əhəmiyyətli mərkəz idi və bu şəhərdəki şiələr və məsum imamlar (ə) arasında möhkəm və qırılmaz bir əlaqə mövcud idi. Bunu unutmamaq lazımdır ki, Kufə şiələri arasında mövcud olan qülüvv və inhirafi meyillərin tam əksinə olaraq, Qum şiələri arasında bərabər (sabit) və qülüvv ə ziddi düşüncə tərzi hakim idi. Bu şəhərin şiələri həmin məsələ haqqında çox israr edir və vasvasılıq göstərirdilər. Qülüvv haqqında imam Hadiyə (ə) yazılan məşhur məktub bu şəhərdən göndərilmişdi və bu şəhərdə qulata qarşı böyük bir reaksiya və təzyiq vardı.
Qumun kənarında Abeh və ya Aveh və Kaşan şəhərləri də şiə mədəniyyət və maarifindən təsirlənmiş və Qum əhlinin görüş və düşüncə tərzinə sahib idilər. Bəzi rəvayətlərdə, Məhəmməd ibn Əli Kaşaninin imam Hadidən (ə) “tövhid” haqqında suallar soruşduğu qeyd edilmişdir.93
Qum əhalisinin imam Hadi (ə) ilə maliyyə əlaqələri də vardı. Bu barədə Məhəmməd ibn Davud Qummi və Məhəmməd Tüləhinin adı qeyd olunmuşdur. Bunlar Qum və ətraf məntəqələr haqda İmama məlumat verir və oradan imama məxsus olan malları toplayaraq o həzrətə göndərirdilər.94 Xəlifələrin imam Hadini (ə) ittiham etdikləri məsələlərdən biri də Qum əhalisinin ona pul göndərməsi idi.95
Bundan əlavə, Qum və Avəh əhalisi imam Rzanın (ə) mübarək məzarını ziyarət etmək üçün o həzrətin qəbri yerləşən Məşhəd şəhərinə gedirdilər. İmam Hadi (ə) onları bu əməllərinin qarşılığında “məğfurun ləhum” ifadsi ilə vəsf etmişdir.96
İranın digər şəhərlərinin əhalisinin də imamlarla buna bənzər əlaqələri vardı. Bu əlaqələr elə bir zamanda idi ki, İranın bir çox şəhərləri Əməvilərin və Abbasilərin nüfuzu nəticəsində sünniliyə meyilli idilər və şiələr azlıq təşkil edirdi.
Əbu Məqatil Deyləmi adı ilə tanınan Saleh imam Hadinin (ə) səhabələrindən biri idi. O, rəvayət və etiqad çərçivəsində imamət haqqında bir kitab yazmışdır.97 İkinci hicri əsrinin sonlarından etibarən, Deyləm məntəqəsi bir çox şiənin pənahgahına çevrilmişdi. Bunun kənarında Deyləmdən İraqa hicrət edənlər də şiəlik təriqətini qəbul etmişdilər. İmam Hadinin (ə) səhabələrindən bəzilərinin adının sonuna əlavə olunan yer və şəhərə işarə edən sözlərə baxdıqımız zaman onların yaşadıqları mərkəzi bir az da olsa tanıya bilərik. Məsələn, Bişr ibn Bəşşar Nişapuri, Fəth ibn Yəeid Cürcani, Əhməd ibn İshaq Razi, Hüseyn ibn Səid Əhvazi, Həmdan ibn İshaq Xorasani və Əli ibn İbrahim Taliqani kimi şəxsiyyətləri nümunə göstərmək olar ki, İranın müxtəlif şəhərlərində yaşayırdılar. Cürcan və Nişapur98 şiələrin gün keçdikcə inkişaf edən fəaliyyətləri nəticəsində, dördüncü əsrdə şiənin nüfuz etdiyi mərkəzlərdən biri oldu. Başqa şahidlər imam Hadinin (ə) bəzi səhabələrlərinin Qəzvində yaşadığını göstərir.99 Fanatik hənbəli sünnilərinin şəhəri kimi tanınan – həqiqətən də ,onların böyük bir hissəsi elə idi – İsfahan şəhərində də imam Hadinin (ə) bəzi səhabələri yaşayırdı. Onlardan biri İbrahim ibn Şeybə İsfahani idi. İbrahim əslən Kaşanlı olsa da, uzun müddət İsfahanda qaldığı üçün İsfahani ləqəbi ilə məşhurlaşmışdı. Bu məsələnin əksi də baş vermişdir. İmam Hadinin (ə) səhabələrindən olan Əli ibn Məhəmməd Kaşani əslən isfahanlı idi.100 Bir rəvayətdə Əbdürrəhman adlı bir nəfərin adı qeyd olunmuş və isfahanlı olduğu deyilmişdir. O, Samirrada imam Hadidən (ə) gördüyü kəramətin təsirində qalaraq şiə təriqətini qəbul etmişdir.101
Dördüncü əsrdə İsfahanda həzrət Əmirəl-Möminin Əlini (ə) malından, canından və ailəsindən çox sevən şəxslər yaşayırdı.102 Başqa bir rəvayətdə imam Hadinin (ə) Həmədandakı vəkilinə bir məktub yazaraq belə buyurduğu nəql edilmişdir: “Həmədandakı dostlarıma sizin haqqınızda tövsiyələr etmişəm.”103

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Üsuli-kafi”, c. 1, s. 497; “Əl-irşad”, Şeyx Müfid, s. 327; “Təhzib”, c. 6, s. 92; “Əl-kamilu fit-tarix”, İbn Əsir,. 7, s. 189.
2 “Tarixi-Bağdad”, Əbu Bəkr Əhməd ibn Xətib Bağdadi, c. 12, s. 57; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 13-14.
3 “Miratul-cinan”, c. 1, s. 160; “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi, s. 359; “Məanil-əxbar”, s. 65.
4 “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 277.
5 “Tarixi-Bağdad”, Əbu Bəkr Əhməd ibn Xətib Bağdadi, c. 12, s. 56.
6 “Əl-mənaqib”, c. 2, s. 442; “Müsnədi imam Hadi”, s. 56, “Mənaqib”dən nəqlən.
7 “Murucuz-zəhəb”, Məsudi, c. 4, s. 86; “Təzkirətul-xvass”, Sibt ibn Cövzi, s. 362; “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 283.
8 “Firəquş-şiə”, s. 91-92; “Əl-fusulul-muxtarə”, s. 257.
9 “Əl-məqalatu vəl-firəq”, s. 99.
10 “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 333; “Mənaqib”, c. 2, s. 443; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 20.
11 “Üsuli-kafi”, c. 1, s. 323; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 118.
12 “Üsuli-kafi”, c. 1, s. 325; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 118-123; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 18-22.
13 “Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s. 3.
14 “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 478.
15“Əl-irşad”, Şeyx Müfid, s. 333-334; “Üsuli-kafi”, c. 1, s. 501.
16 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 213.
17 “Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 7, s. 20; “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 480.
18 “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi, s. 359.
19 “Əl-irşad”, Şeyx Müfid, s. 333.
20 “Kafi”, c. 1, s. 501; “Əl-irşad”, s. 333; “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi, s. 36; “Əl-fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s. 279.
21 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 142, “Əl-xəraicu vəl-cəraih”dən nəqlən.
22 “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi, s. 359.
23[ “Murucuz-zəhəb”, Məsudi, c. 4, s. 84; “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi, s. 359.
24 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 209.
25 “Mənaqib”, İbn Şəhr Aşub, c. 2, s. 454; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 44.
26 “İsbatul-vəsiyyət”, s. 228.
27 “Təzkirətul-xəvass”, Sibt ibn Cövzi, s. 359; “Murucuz-zəhəb”, Məsudi, c. 4, s. 85.
28 “Əl-irşad”, Şeyx Müfid, s. 334.
29 “Əl-irşad”, Şeyx Müfid, s. 334.
30 “Əl-irşad”, Şeyx Müfid, s. 334.
31 “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 438.
32 “Murucuz-zəhəb”, Məsudi, c. 4, s. 10-11.
33 “Furqan” surəsi, ayə: 27.
34 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 214.
35 “Murucuz-zəhəb”, Məsudi, c. 4, s. 11; “Miratul-cinan”, c. 2, s. 159; “Tətimmətul-muxtəsər”, s. 347.
36 “Əl-muhəcud-dəəvat”, İbn Tavus, s. 265; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 186-191.
37 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 381.
38 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 398.
39 “Mənaqib”, c. 2, s. 447; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 41. (Mütəvəkkilin İmama qarşı pis rəftarları haqda əlimizdə çoxlu sayda rəvayət mövcuddur.)
40 “İsbatul-vəsiyyət”, s. 232.
41 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 140.
42 “Vulatu Misir”, s. 229, “On ikinci imamın qeybətinin siyasi tarixi”ndən nəqlən, s. 89.
43 “Üsuli-kafi”, c;'1, s. 511-513.
44 “Mənaqib”, c. 4, s. 416.
45 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 3, s. 247; “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 89.
46 “Rical”, Nəcaşi, s. 313
47 “Əl-əmali”, Şeyx Tusi, c. 1, s. 91; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 38-39.
48 “Rical”, Kəşşi, s. 11; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 83.
49 “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 137.
50 “Rical”, Kəşşi, s. 607-608; “Tənqihul-məqal”, Əllamə Mamqani, c. 2, s. 271, Kəşşidən nəqlən; “İsbatul-vəsiyyət”, s. 232.
51 “Rical”, Kəşşi, s. 525-527.
52 “Rical”, Kəşşi, s. 513; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 222.
53 “Rical”, Kəşşi, s. 513; “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 220.
54 “Rical”, Kəşşi, s. 514.
55 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 320.
56 “Tuhəful-uqul”, s. 338-356.
57 “Mənaqib”, İbn Şəhr Aşub, c. 2, s. 443; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 28-29.
58 “Rical”, Kəşşi, s. 265; “Qamusur-rical”, c. 9, s. 324.
59 “Ət-tovhid”, Şeyx Səduq, s. 17.
60 “İntişar”, s. 61.
61 “Türasuna”, nömrə: 19, 107-108.
62 “Ət-tovhid”, Şeyx Səduq, s. 104.
63 “Ət-tovhid”, Şeyx Səduq, s. 97.
64 “Ət-tovhid”, Şeyx Səduq, s. 97-105.
65 “Ət-tovhid”, Şeyx Səduq, s. 101; “Üsuli-kafi”, c. 1, s. 102.
66 “Ət-tovhid”, Şeyx Səduq, s. 101.
67 “Üsuli-kafi”, c; 1, s. 97; “Ət-tovhid”, Şeyx Səduq, s. 109.
68 “Üsuli-kafi”, c. 1, s. 126.
69 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 84-94.
70 “Tuhəful-uqul”, s. 338-356; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 198-213.
71 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 205.
72 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 198-227.
73 “Misbahul-mutəhəccid”, s. 239; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 178.
74 “Mən la yəhzuruhul-fəqih”, c. 2, s. 60; “Üyunu əxbarir Riza (ə)”, c. 2, s. 272; “Təhzib”, c. 6, s. 95. “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 247.
75 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, 249.
76 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, 189-190.
77 “Ənkəbut” surəsi, ayə: 45.
78 “Rical”, Kəşşi, s. 517.
79 “Rical”, Kəşşi, s. 517.
80 “Rical”, Kəşşi, s. 518-519.
81 “Rical”, Kəşşi, s. 517.
82 “Rical”, Kəşşi, s. 520-521.
83 “Rical”, Kəşşi, s. 521; “Firəquş-şiə”, s. 93; “Əl-məqalatu vəl-firəq”, s. 100-101; “Əl-qeybət”, s. 259; “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 2.
84 “Rical”, Kəşşi, s. 522.
85 “Rical”, Kəşşi, s. 522-528.
86 “Əd-durrun-nəzim”, “Həyati imam Hadi (ə)” kitabından nəqlən, s. 336.
87 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 323.
88 “Rical”, Nəcaşi, s. 58; “Qamusur-rical”, c. 1; “Möcəmu ricalil-hədis”, c. 2, s. 290.
89 “Tuhəful-uqul”, s. 338.
90 “Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 388; “Tənqihul-məqal”, Əllamə Mamqani, c. 3, s. 3.
91 “Ət-təbəqatus-sinniyyə fi təracimil-Hənəfiyyə”, Riyad çapı, 1983-cü il.
92 “Mutəşabihul-Quran”, c. 1, s. 61.
93 “Kafi”, c. 1, s. 102; “Ət-tovhid”, Şeyx Səduq, s. 101
94 “Məşarikul-ənvar”, s. 100; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 45.
95 “Əl-əmali”, Şeyx Tusi, c. 1, s. 282; “Mənaqib”, İbn Şəhr Aşub, c. 2, s. 451; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 37.
96 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 317. Tankih'ul Makal, c. 2, s. 90.
97 “Əhsənut-təqasim”, s. 315, 358, 361, 371.
98 “Əhsənut-təqasim”, s. 366.
99 “Rical”, Kəşşi, s. 526.
100 “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 352.
101 “Biharül-ənvar”, Əllamə Məclisi, c. 50, s. 141; “Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, s. 123.
102 “Muxtəsəru tarixi-Dəməşq”, c. 10, s. 104.
103 “Rical”, Kəşşi, s. 610.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+4 =