Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ŞİƏLİK VƏ TARİXŞÜNASLIQ


Rəsul Cəfəryan

R. Zevinli

“TƏDVİN” ƏSRİNİN ƏVVƏLLƏRİNDƏ ŞİƏ TARİXŞÜNASLIĞI

İslami elmlərin sistemləşdirildiyi zamandan şiələr də digər müsəlmanlarla bərabər uyğun sahələrdə işə başlamışlar. Onlardan biri də tarix elmidir ki, o zaman İraqda geniş yer alan tarixşünaslıq hərəkatında şiələrin də özünəməxsus fəaliyyətləri və həmkarlıq payları vardır. Əbu Mixnəf, Hişam Kəlbi, yaxud İraqa hakim şiə atmosferindən təsirlənən İbn İshaq kimi İraq şiələri adı ilə tanınan şəxsləri nəzərə almayaraq İslam tarixşünaslığında “Cəfəri” məzhəbinin (on iki imam şiələri) nümayəndələrinin rolu az deyildir. Peyğəmbərin (s) sünnəsi və İraqda baş verən tarixi hadisələrlə əlaqədar şiələr mühüm rol oynayır və heç vaxt bu hadisələri özlərindən ayrı hiss etmirdilər. Təbii olaraq, o zaman şiə aləmində baş qaldıran siyasi hərəkatlar, hətta Əməvi sülaləsinə qarşı etiraz və üsyanlar onlara Peyğəmbərin (s) sünnəsindən artıq əhəmiyyət kəsb edirdi. Çünki onlar bilirdilər ki, Peyğəmbərin (s) sünnəsi tarixə yazılır və bu işlə məşğul olanlar vardır, amma Ələvilərin keçirdiyi etaplar və şiə hərəkatları unudulacaq və ya təhrif ediləcəkdir. Hətta xilafət və xəlifələrin tarixi belə, onların diqqətini cəlb etmirdi. Həqiqətdə, onları bu məsələyə bağlayan mühüm bir amil də yox idi və ona daha çox mənfi münasibət bəsləyirdilər.
İslamın ilkin əsrlərində sünni və şiələr arasında hadisələrlə bağlı özəl tarix yazanlar barmaqla sayılırdı və bu hələ tarix kimi ənənə formasını almamışdı. Lakin o zaman sünni tarixçilərindən Təbəri yeni üslub seçərək mühüm bir addım atdı və üst-üstə qalaqlanan kiçik və böyük həcmli əsərlərin tərtiblə külliyyatını hazırladı. Şiələrdə isə bununla maraqlananlar olmadığından, demək olar, onların İslam mədəniyyətində silsilə tarixi it-bat olaraq naməlum qaldı. Əlimizə çatanlardan 3-cü əsrin əvvəllərində Nəsribi Müzahimin “Siffeyn vaqiəsi” və Səqəfinin “Əl-ğarat” əsərləridir ki, bütün bunlar o zaman hadisələrin ciddi izlənilməsini göstərir. Deməliyik ki, birinci əsrdən sonra şiə tarixyazarlığı müxtəsər surətdə sünnəni imamların həyatı və imamətlə bağlı bir sıra məsələləri əhatə edirdi. Bu vəziyyət şiənin yenidən dövlət qurub onun tarixinin araşdırılıb yazılmasına qədər davam etdi.

BİRİNCİ ƏSRDƏ SÜNNƏ İLƏ BAĞLI YAZILAN ŞİƏ ƏSƏRLƏRİ

Sünnə haqda yaranan şiə və sünni arasında mövcud təfavütü belə izah etmək olar ki, adətən, şiələr Peyğəmbərin (s) həyatına daha müqəddəs gözlə baxaraq onun bütün guşələrini ismətlə qiymətləndirirdilər. Sünni tarixyazarlığında o həzrətin (s) həyatında qeyri-adiliklər tam qabarıqlığı ilə göstərilsə də, onu hər yerdə ismətlə əlaqələndirmirdilər. Məsələn, Seyid Murtəzanın “Tənzihul-ənbiya”nın (Peyğəmbərlərin isməti) müqabilində yazdığı sünni alimi Əbülfəzl Məşşatın1 “Zəllətül-ənbiya” (Peyğəmbərlərin xətaları) onun bir nümunəsidir.2 İki əndişə və məzhəb arasındakı təfavütü biz 7-ci əsrdə yazılmış “Mötəqidül-imamiyyə” kitabında müşahidə edə bilərik.3 Hətta 3-cü əsrdə yaşamış sünni bir alimin “Məasil-ənbiya” (Peyğəmbərlərin günahları) kitabı gözə dəyir ki, əlbəttə, məşhur səmərqəndli “kəlam” alimi Əbu Mənsur Maturidinin tərəfindən rədd edilir.4
Demək, Peyğəmbərin həyatında “siyrə” və ya “məğazi” adı ilə nəzərə çarpacaq mühüm hadisələr imamlar tərəfindən təlim verilir və tarix kimi qeydə alınırdı. Misal üçün, imam Səccaddan (ə) nəql edilən bir hədisdə belə deyilir: “Biz Peyğəmbərin (s) mübarizə və müharibələrini Quranın surələri kimi xalqa təlim veririk.”5 İmam Baqir (ə) və imam Sadiqdən (ə) bu barədə bizə çatan nəqllər çoxdur və əldə tarixi məxəzlər mövcuddur. Misal üçün, İbn İshaqın “Siyrə”sində imam Baqirdən (ə) bu barədə mühüm xəbərlər gözə dəyir və onun nümunələrini İbn Sədin “Təbəqat” kitabında da müşahidə etmək olar. Şiə əsərləri içrə Əli ibn İbrahim Qumminin “Təfsir”inin təxminən 4-də biri peyğəmbərlərin “siyrə” və tarixi ilə bağlı xəbərləri təşkil edir. Elə bu təfsirin bütövlükdə möhtəvasını da 3-cü və 4-cü əsrlərdə mövcud olan mötəbər məxəzlər təşkil edirdi ki, Əban İbn Osmanın “Əl-məbəs” və “Əl-məğazi” kitablarını misal göstərmək olar. Demək olar, bu təfsirin “siyrə” fəsli imam Baqir (ə) və imam Sadiqlə (ə) əlaqədar xəbərlərə həsr olunur ki, bütün xəbərləri imam Baqirdən (ə) nəql olan Əbül-Carudun “Təfsir”inin onun daxilində yerləşdirilməsi buna dəlildir və ayələrin nazilolma səbəblərinə mütənasib onda imamın “siyrə”sindən faktlar gətirilir. Əbül-Carudun xəbərləri, demək olar, həmin təfsir kitabının bütün fəsillərindən özünəməxsusluğu ilə seçilir və onların hamısını Əllamə Məclisi “Biharül-ənvar” kitabının “Tarixu Nəbiyyina” cildlərində əks etdirib. Daha digər bir nümunəsi Abdullah ibn Məymun Qəddahın “Məbəsun-Nəbiyy və əxbaruhu” əsərinə istinad edilməsidir.6 Hər halda, bu faktlar imamlarla bərabər şiələrin “siyrə” məsələsinə daha çox diqqət yetirdiklərini göstərir. Bununla belə, onlar ümumi şəkildə İslam tarixinə qarşı da biganə deyildilər.
“Siyrə” və “xəbər” yazarlara dair çoxlu nümunələr göstərmək olar. Misal üçün, şiənin İmam Hüseynin (ə) şəhadəti ilə bağlı “Məqtəl” yazanların içərisində ən qədim müəlliflərindən sayılan Əsbəğ ibn Nöbatəni7, “Əl-Mübəyyizə fi əxbari məqatili Ali Əbi Talib”, “Fi-təfzili Bəni-Haşim və zəmmi Bəni-Üməyyə və ətbaihim” kitablarının müəllifi Əhməd ibn Übeydullah Səqəfini8, Nəcaşinin tərtiblə nəql etdiyi “Əl-cəməlul-kəbir”, “Əl-cəməlul-muxtəsər”, “Siffeynul-kəbir”, “Məqtəlul-Hüseyn” (Məhəmməd ibn Süleyman Kufiyə görə, bu kitab zeydi məzhəblilərə mənsub imiş. “Mənaqibül-imam Əmirəl-Möminin”, c. 1, səh. 12.) “Kitabun-Nəhrəvan”, “Məqtəlu Əmirəl-Möminin”, “Əxbaru Zeyd“ və “Əxbaru Fatimə” kitablarının müəllifi Məhəmməd ibn Zəkəriyya ibn Dinarı9, “Əl-məbdə vəl-məğazi vər-riddə”, “Əxbaru Ömər”, “Əxbaru Osman”, “Kitabud-dar”, “Əl-ğarat” (hal-hazırda bu əsər mövcuddur, “Əxbaru Zeyd”, “Əxbaru Məhəmməd və İbrahim” (Nəfsi-Zəkiyyə və qardaşı haqda) kitablarının müəllifi əvvəl zeydi məzhəbli olub sonra cəfəri şiəliyini qəbul edən İbrahim ibn Məhəmməd Səqəfini,10 “Kitabul-Cəməl”, “Kitabul-Siffeyn”, “Kitabun-Nəhrəvan”, “Kitabu məqtəli Əmirəl-Möminin”, “Kitabu məqtəlil-Hüseyn” əsərlərinin müəllifi Cabir ibn Yəzid Cöfini11, “Əl-dəlail”, “Əl-ənbiya, “Əl-bəşarat”, “Əl-Kufə” kitablarının müəllifi Əli ibn Həsən ibn Əli ibn Fəzzalı12, “Kitabul-Cəməl”, “Kitabul-Siffeyn”, “Kitabul-həkəməyn”, “Kitabul-ğarat”, “Kitabul-xəvaric”, “Kitabu zikri Əli (ə) fi hurubin-nəbiyy”, “Kitabu məaliş-şiə bədə Əli (ə)”, “Əxbarut-təvvabin” və “Eynil-vərdə”, “Əxbarul-Muxtar”, “Əxbaru Əli ibn Hüseyn (ə)”, “Əxbaru Əbi Cəfər Məhəmməd ibn Əli (ə)”, “Əxbaru Ömər ibn Əbdul-Əziz”, “Əxbaru mən əşəqə minəş-şüəra”, “Kitabu rəsaili Ömər”, “Kitabu rayatil-Əzd” və “Kitabu munazirati Əli ibn Musa ər-Rza (ə)” əsərlərinin müəllifi və Bəsrə şəhərinin alimi kimi tanınan Əbdül-Əziz Cəludi Əzdini13, özü Qumdan olub tarixi əsərləri ilə seçilən “Kitabul Abbasi”nin müəllifi Əhməd ibn İsmail ibn Abdullah Bəcəlini (Nəcaşi bu kitab haqda belə yazır: “Bu, xəlifələrin və Abbasilərin tarixini əhatə edən on min səhifəlik böyük həcmli bir əsərdir. Mən onda Məmunun qardaşı Əminin sərgüzəştlərini belə müşahidə eləmişəm.” Bu kitabın bir nüsxəsi Məhəmməd ibn Həsən Qumminin əlində mövcud imiş və o, “Qumun tarixi” kitabında ondan dörd yerdə sitat gətirmişdir14), “Əxbaru sahibi-fəxx” və “Əxbaru Yəhya ibn Abdullah ibn Həsən” əsərlərinin müəllifi Əli ibn Əhməd Cəvvanini,15 “Kitabul-məğazi”, “Kitabuş-şer vəş-şuəra”, “Kitabul-buldan vəl-məsahə”, “Kitabut-tarix”, “Kitabul-ənsab” və s. əsərlərinin müəllifi böyük mühəddis Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi Qummini16 misal göstərmək olar.
Hələ məsum İmamların (ə) zamanında böyük tarixşünas kimi tanınan Əban ibn Osman Əhmər Bəcəlinin peyğəmbərlərin tarixi, o cümlədən həzrət Rəsulullahın (s) “siyrə”sinə dair qiymətli əsəri daim diqqət mərkəzində olmuş və təəssüflər olsun ki, onun bir hissəsi bizə gəlib çatmışdır. Şeyx Tusi bu haqda yazır: “Onu xüsusi olaraq tanıdan bu əsər “məbdə”, “məbəs”, “məğazi”, “vəfat”, “səqifə” və “riddə” mövzularını əhatə edir. Onun nisbətən qısa həcmli nüsxəsi də mövcuddur ki, qumlulardan nəql edilir.”17 Bu kitab Əli ibn İbrahim Qumminin əlində olmuş və öz “Təfsir” əsərində dəfələrlə ondan sitatlar gətirmişdir. Nəcaşi də bunu gizlətmir və yazır: “Onun böyük həcmli qiymətli əsəri vardır ki, “məbdə”, “məbəs”, “məğazi”, “vəfat” və “riddə” mövzularını əhatə edir.”18 Hər halda, bu əsər o zaman mühüm məxəzlərdən biri sayılırmış. Başqa alimlərə nisbətən ondan ən çox sitatları Şeyx Tusi “Əlamul-vəra”da qeyd etmişdir.
Biz aşağıda Peyğəmbərin (s) tarix və “siyrə”silə bağlı xarakterik cəhətləri əhatə edən bir sıra əsərlərin adlarını qeyd edirik:
“Sifatun-nəbiyy”, Vəhəb ibn Vəhəb (Ricali-Nəcaşi, səh. 430);
“Vufudul-ərəb ilən-nəbiyy”, “Kitabul-cəməl”, “Kitabu siffeyn”, “Kitabun-nəhrəvan”, “Kitabul-qarat”, Munzər ibn Məhəmməd ibn Munzər (Ricali-Nəcaşi, səh. 418);
“Məsələtun fi imami abain-nəbiyy”, Əbu Yəla Məhəmməd ibn Həsən ibn Həmzə Cəfəri (Ricali-Nəcaşi, səh. 404);
“Məsələtun fi mərifətin-nəbiyy”, Şeyx Müfid (Ricali-Nəcaşi, səh. 402);
“Zuhdin-nəbiyy”, “Ovsafun-nəbiyy”, “Kitabun fi mərifəti fəzlin-nəbiyy və Əmirəl-möminin vəl-Həsən vəl-Hüseyn (ə)”, “Kitabun fi Əbdil-Muttəlib və Əbdillah və Əbi Talib”, Şeyx Səduq (Ricali-Nəcaşi, səh. 389-391);
“Əl-bəyan ən xiyərətir-rəhman fi imani Əbi Talib və abain-nəbiyy”, Əli ibn Bilal Əzdi (Ricali-Nəcaşi, səh. 265);
“Kitabu məbəsin-nəbiyy və əxbarihi”, Abdullah ibn Məymun Qəddah (Ricali-Nəcaşi, səh. 213);
“Vəfatun-nəbiyy” Sələmə ibn Xəttab Bəravustani Uzdurqani (Ricali-Nəcaşi, səh. 187);
“Ər-rədd əla mən zəəmə ənnən-nəbiyyə kanə əla dinih qovmih qəblən-nübuvvəh”, Cəfər ibn Əhməd ibn Əyyub Səmərqəndi (Ricali-Nəcaşi, səh. 121);
“Ər-rədd əla mən zəəmə ənnən-nəbiyyə kanə əla dinih qovmih qəblən-nübuvvəh”, Hüseyn ibn Əşkib Xorasani (Ricali-Nəcaşi, səh. 44);
“Əxbarun-nəbiyy”, “İmanu Əbi Talib”, Əbu Əli Əhməd ibn Məhəmməd ibn Əmmar Kufi (Ricali-Nəcaşi, səh. 95);
“Zikrun-nəbiyy vəs-səxrə vər-rahib və turuqu zalik”, Əhməd ibn Məhəmməd ibn Səid Səbii Həmdani (Ricali-Nəcaşi, səh. 94);
“Fəzlun-nəbiyy”, Əhməd ibn Məhəmməd ibn İshaq Əşəri (Ricali-Nəcaşi, səh. 81);
“Siyrətun-nəbiyy vəl-əimmə (ə) fil-muşrikin”, Hüseyn ibn Əli ibn Süfyan Buzufəri (Ricali-Nəcaşi, səh. 68);
“Kitabul-vufud ələn-nəbiyy”, Hüseyn ibn Məhəmməd ibn Əli Əzdi (Ricali-Nəcaşi, səh. 65);
“Kitabu nəsəbin-nəbiyy”, “Kitabu kutubin-nəbiyy”, “Kitabu əxbaril-vufud ələn-nəbiyy”, Əbdüləziz Cəludi Əzdi (Ricali-Nəcaşi, səh. 241-244);
“Kitabu əsmai alati Rəsulillah və əsmai silahihi”, “Kitabu vəfatin-nəbiyy”, Əli ibn Həsən ibn Əli ibn Fəzzal (Ricali-Nəcaşi, səh. 258);
“Kitabul-məğazi”, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi (Ricali-Nəcaşi, səh. 76);
“Əl-munbi ən zuhdin-nəbiyy”, Əbu Məhəmməd Cəfər ibn Əhməd ibn Əli Qumi İbnur-Razi (İbn Tavusun bir çox əsərində bu kitabdan nəqllər vardır)19
“Kitabu əsmai rəsulillah”, Həsən ibn Xərzad (Ricali-Nəcaşi, səh. 44).
Peyğəmbərin (s) “siyrə”si sonralar da şiələrin nəzərindən yayınmamış və daha çox “kəlami” düşüncə və mövzularla əlaqədar diqqət mərkəzində olmuşdur. İbn Əbil-Hədid mötəzili yazır: “608-ci (h.q.) ilində Bağdadın “Dərbüd-dəvab” nahiyəsində yaşayan şiə alimi Məhəmməd ibn Muidd Ələvinin evinə getmişdim. Orada bir şəxs ondan Vaqidinin “Məğazi” əsərini təlim alırdı. Əsərdə bir yerdə Ühüd döyüşündən qaçanların adları sırasında neçəsi filankəs-filankəs olaraq qeyd edilir. O, mənə dedi ki, bunlar Əbu Bəkrlə Ömərdir. Mən inkar etdikdə, dedi ki, səhabələrin arasında elə mühüm şəxslər yoxdur ki, adlarını filankəs kimi qeyd etməyə məcbur olsunlar. Mən yenə qəbul etmədikdə, onun məndən bərk incidiyini hiss etdim.”20

“QƏSƏSÜL-ƏNBİYA” MÖVZUSUNDA YAZILAN KİTABLAR

Müsəlmanların tarixi əsərlərində peyğəmbərlərin əhvalatları adətən “kitabul-məbdə” fəslində araşdırılır və bu bir termin kimi ilkin insandan son peyğəmbərə qədərki dövrü əhatə edir. Əban ibn Osmanın qeyd edilən əsəri göstərir ki, şiələr də bu məsələyə biganə yanaşmırlarmış. Bununla belə onların da mətnlərində ara-sıra “israiliyyat” adlanan təhrif edilmiş məlumatlar görünür ki, etibarsız sayılır. Şiələr tərəfindən bu sahədə yazılan əsərlər içrə, demək olar, müəyyən bir tərtib qəti müşahidə olunmur. Onların əksəriyyəti Əllamə Məclisinin “Biharül-ənvar” kitabının 11-14-cü cildlərini özünə həsr edib və Şeyx Səduqun əsərlərində, Əli ibn İbrahim Qummi, Əyyaşi, Təbərsi və digər təfsirçilərin təfsirlərində böyük yer alıb. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, onların nəqllərində sünni mənbələrindən əxz edilən “Kəbül-əxbar”, Abdullah ibn Salam, məxsusən Vəhəb ibn Münəbbəh kimi şəxslərin xəbərləri də müşahidə olunur. İbn Tavus da “Fərəcül-məhmum” əsərində Xalid ibn Əbdürrəhman Bərqinin “Qəsəsül-ənbiya” kitabından sitatlar gətirir ki, zahirən onun haqqında dəqiq məlumat yoxdur.21 Bütün bunların arasından bizə kamil surətdə gəlib çatan əsər Qütbəddin Ravəndinin “Qəsəsül-ənbiya”sıdır ki, peyğəmbərlərin tarixi, o cümlədən bizim Peyğəmbərimizin (s) möcüzələri və tərcümeyi-halına dair maraqlı mövzuları əhatə edir. O da öz əsərində dəqiq mənbələr qeyd etmir və çox güman ki, Əli ibn İbrahim Qumminin “Təfsir”inə istinad edirmiş. Ondan sonra “qəsəsül-ənbiya” mövzusuna xüsusi araşdırılan əsər Nemətüllah Cəzairinin “Ən-nurul-mubin fi qəsəsul-ənbiya”sıdır.

DÖRDÜNCÜ ƏSRDƏN ALTINCI ƏSRƏ QƏDƏRKİ DÖVRLƏRDƏ YAZILAN “DƏLİLLƏR” KİTABLARI

Şiənin tarixində özünə yer ayıran fəsillərdən biri də İmamlardan görünən möcüzə və ya qeyri-adi halların isbatına dair yazılan “dəlail” (dəlillər) kitablarıdır ki, istər-istəməz bu mövzularla yanaşı onların həyat və tərcümeyi-hallarına da toxunulurmuş. Buna misal, 3-cü əsrin sonu və 4-cü əsrin əvvəllərində yaşamış Səmərqənddə yaşayan şiə alimi Məhəmməd ibn Məsud Əyyaşinin “Dəlailul-əimmə” kitabıdır ki, İbn Nədim onun bir çox əsərlərinin adlarını qeyd etmişdir22 və bu əsərin əsli əldə yoxdur. (Qüluv)luqda ittiham olunan Əbülqasim Kufinin də bu mövzuda yazılan “Əd-dəlail vəl-möcüzat” kitabı vardır və onun başqa bir əsəri də “Təsbitu nübuvvətil-ənbiya” kitabıdır.23 Bu haqda yazılan Əhməd ibn Yəhya ibn Həkim Əvədi Sufi Kufinin “Dəlailun-nəbi”24, İsmail ibn Əli ibn İshaq ibn Əbu Səhl ibn Nobəxtinin “Kitabul-ehticac linubuvvətin-nəbiyy”25, Əbül Abbas Abdullah ibn Cəfər Himyəri və Əbu Abdullah Məhəmməd ibn İbrahim ibn Cəfər Nömaninin “Əd-dəlail” (bunlar İbn Tavusun bəzi əsərlərində mənbələr kimi istifadə olunub)26, 6-cı əsrin alimlərindən sayılan Əbu Məhəmməd Əbdül Baqi ibn Məhəmməd Bəsrinin “Dəlail” və “Əl-hucəc vəl-bərahim fi imaməti Əmirəl-möminin və...,27 Şeyx Tusi ilə həmmüasir olan Məhəmməd ibn Cərir Təbərinin “Dəlailul-İmamət”, Qütbəddin Ravəndinin “Əl-xəraic vəl-cəraih” (vəfatı: 573-h.q.), İbn Həmzə ləqəbli Əbu Cəfər Məhəmməd ibn Əlinin (vəfatı: 552) “Əs-saqib fil-mənaqib” (Hakim Nişapurinin “Məfaxir ər-Rza” əsəri onun mənbələrindən sayılır) və s. kitablarıdır.
Əhli-sünnənin də içərisindən bu haqda yazılan Beyhəqi və Əbunəim İsfahaninin “Dəlailun-nübuvvət” və nisbətən əqidəvi bəhslərlə əlaqələndirilən Qazi Əbdül Cabbar Həmədaninin “Təsbitu dəlailin-nübuvvət” əsərlərini misal göstərmək olar.

ƏQİDƏVİ-TARİXİ MÖVZUDA YAZILAN KİTABLAR

Şiənin əqidəvi kəlamı əsərlərində də imamət məsələsi ilə bağlı yeri gəldikcə müəyyən bəhslər istər-istəməz tarixi faktlara tərəf yönəlmişdir. İmamətlə bağlı bəhslər iki qismə ayrılır:
1. Məlum imamın vücudunun zəruriliyinə dair əqli dəlillər və onun isbatı yolları.
2. Bu məsələni isbat edən tarixi və şəri dəlillər. Bununla bərabər bir çoxlarının bu məsələyə etinasızlığı və böyük səhabələri təşkil edənlərin tənqidinə dair məsələləri əhatə edir. Demək, əqidəvi əsərlərdə irəli sürülən tarixi bəhslər “mətain” adı altında adətən xilafət və ilkin xəlifələrin tənqidinə həsr edilir. Özlərini gah əqidəvi tarixi, gah da tarixi əqidəvi formada göstərən bu əsərlərdə bu mövzular daha çox hədislərə əsaslandırılır. Bu qəbildən olan kitablara Əbülqasim Kufinin “Əl-istiğasə fil bidəis-səlasə”ni, bəzi hədislərindəki şübhələrə göz yumaraq ən qədim tarixi əqidəvi əsərlərdən sayılan “Kitabu Səlim ibn Qeysi”i, Məsudinin “İsbatül-vəsiyyət”ini, Səd Abadinin “Əl-muqni fil-imamət”ini, Seyid Murtəzanın “Kitabuş-şafi”sini (Şeyx Tusinin “Təlxisuş-şafi”si də mövcuddur), Şeyx Müfidin “Qədir hadisəsi və vilayət”lə bağlı əsərlərini, o cümlədən, mötəzilə və digər əqidəvi cərəyanların müqabilində şiənin mövqeyini elmi tarixi yolla açıqlayan “Əl-Cəməl”i və daha çox əqidəvi xarakter alan Əllamə Hillinin “Kəşfül-yəqin” əsərlərini misal göstərmək olar.
Şiə firqələrinin formalaşmasını əhatə edən kitablarda adətən əqidəvi tarixi mövzulara daha çox əhəmiyyət verilirmiş. Onların arasında çox qiymətli möhtəvaları ilə bir-birinə oxşar iki əsər–Nobəxtinin “Firəquş-şiə” və Səd ibn Abdullah Əşərinin “Əl-məqalat vəl-firəq” əsərləri şiənin tarixi ilə əlaqədar diqqəti özünə cəlb edir. Təbərsinin “Əl-ehticac” əsəri də bu barədə təqdirə layiqdir və qarşı məzhəbə tənqidi nöqtəyi nəzərdən yanaşan “Ət-təraif fi mərifətil-məzahib” əsəri də tarix və hədis baxımından qiymətli məlumatları ilə seçilir.

HƏDİS VƏ TARİXİ MÖVZUDA YAZILAN KİTABLAR

Məlum olduğu kimi elə o zamandan hədis elmi ilə tarixşünastlıq arasında yaxın əlaqə var imiş və hər əsərin gedişatından asılı olaraq birində tarixə, digərində isə hədisə daha çox əhəmiyyət verilirmiş. Misal üçün, əhli-sünnədə olduğu kimi şiələrin 3-cü və 4-cü əsrlərdə yazıldığı hədis kitablarında tarixi hadisələr daha çox gözə çarpır. Məsələn, “Üsuli-kafi”nin “imamət və höccət” fəslində imamların həyatından tarixi məlumatlar vardır və etibar baxımından qədimliyinə görə demək olar, onun bənzəri yoxdur. “Bəsairud-dərəcat”da da az-çox tarixə yer verilir. İmam Rza (ə)-ın həyatı və tərcümeyi halını tamam əhatə edən Şeyx Səduqun “Üyuni-əxbarir-Rza” əsəri o zamanın ən qiymətli mənbələrindən biri kimi İmam (ə) və şiələrin vəziyyəti barədə dəyərli açıqlamaları ilə yeganədir. Demək olar, Şeyx Səduqun bütün əsərlərində, “İləlüş-şəraye”nin özü və “Əmali”də belə tarixi məlumatlar az deyildir. Şeyx Səduqun dövrü İslam dünyasında geniş səviyyədə təlif və təhqiqat işlərinin başlanğıcı və ilkin kiçik həcmli əsərlərin sıradan çıxdığı zamana təsadüf etdiyindən onun bütün kitabları mənbə etibarı ilə qiymətli hesab edilməlidir.
İmam Zamanın (ə) qeybə çəkilməsi və ondan sonrakı dövrdə (3-cü əsr) şiələrin vəziyyəti ilə bağlı üç mühüm əsər mövcuddur ki, hər birində yetərli məlumatlar gözə dəyir. Bunlar Şeyx Səduqun “Kəmalud-din”, Şeyx Tusinin “Əl-qeybət” və Nömaninin “Əl-qeybət” əsərləridir. O dövrdə bir çox əsərlər yazılsa da heç biri əlimizə çatmamış və Məhəmməd ibn Bəhr Rəhəniyə mənsub iki əsərin bəzi hissələri də “Kəmalud-din” də dərc edilmişdir.
Hədis kitablarının kənarında “mənaqib”lə bağlı yazılan əsərlər də özünəməxsus yer alır. Çünki bu əsərlərdə də az-çox tarixə yer verilir. Məsələn, ən qədim mənbələrin sırasında Məhəmməd ibn Süleyman Kufi Qazinin28 (3-cü əsr) “Mənaqibul-imam Əmirəl-möminin” əsərinin xüsusi yeri var.
1. Bu kitabda Peyğəmbərin (s) “siyrə”si və İmam Əlinin (ə) həyatı barədə çox qiymətli tarixi məlumatlar vardır. Müəllif özü zeydi məzhəbli olmasına baxmayaraq İmam Baqir (ə)-dan çoxlu hədislər nəql edir. Həmin kitabın bənzərini ismaili məzhəblilərin arasında Fatimilərin hökmranlığı zamanı yaşamış Qazi Nöman ibn Məhəmməd Təmimi Məğribinin (vəfatı: 363 h.q.) “Şərhul-əxbar” adlı çox qiymətli əsərini görə bilərik. Bu kitab bir sıra fəzilətlərə dair yazılsa da onun tarixi məlumatları çox qiymətlidir. Misal üçün, birinci cildin ikinci və üçüncü fəsillərində İmam Əlinin (ə) Peyğəmbərlə (s) yaxınlığı, onun Bədr, Ühüd və Xəndək döyüşlərində iştirakı, dördüncü və beşinci fəsillərdə Cəməl və Siffeyn müharibələrinə və sonrakı fəsillərdə İmam Əlinin (ə), Həzrət Fatimənin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə), İmam Səccadın (ə), İmam Sadiqin (ə) və Əhli-beytə mənsub böyük şəxsiyyətlərin fəzilət və müsibətlərilə əlaqədar dəyərli faktlar, Mötəzid Abbasinin dövrünə qədər şiələr arasındakı parçalanmalara, Mehdi Fatiminin ayağa qalxmasına, on beşinci fəsildə İmam Mehdinin (ə) xüsusiyyətlərinə və on altıncı sonuncu fəsildə şiələrin fəzilətlərinə dair ətraflı məlumatlar görünür. Əhli-beytin tarixini tamamilə ehtiva edən bu əsər müəllifin ismaili məzhəbliliyini nəzərə almayaraq qədimliyinə və dövrünə görə çox qiymətli və bənzərsizdir. Müəllif bu əsərdə mənbələrinin adlarını qeyd etməsə də, əgər “əl-Qədir” hadisələrini Təbərinin “Kitabul-vilayət”indən iqtibas etmiş olsa, o dövrdə əlində olan və sonralar sıradan çıxan bir çox qiymətli kitablardan istifadə etməsi onun (Şərhul-əxbar) qiymətini daha da artıracaqdır. Burada İbn Bitriqin də “Əl-umdə” əsərini də həmin qəbildən hesab etməliyik.

RİCALİ-TARİXİ MÖVZUDA YAZILAN KİTABLAR

İslam tarixində “rical” elmi mühüm şöbələrdən birini təşkil edir. Şiələrin də bu sahədə payı az deyil və demək olar, dəfələrlə imamların səhabələrinin, müəllif və hədis ravilərinin siyahısı qeydə alınsa da, çoxları bizim əlimizə gəlib çatmayıb. Bununla belə, şiənin tarixində bir növ ensiklopedik rola malik Kəşşinin “İxtiyaru mərifətir-rical” əsərini son dərəcə qiymətli hesab etməliyik. Burada Nəcaşinin “Rical” əsərinin mövzusu və ondakı kitabşünaslıqla bağlı dəyərli məlumatlar rəğmən şiənin mədəni tarixinə dair materiallarını qənimət bilməliyik. Sonrakı dövrlərdə belə əsərlərə az rast gəlinsə də, onların da tarixi əhəmiyyəti nəzərə alınmalıdır. Buna İbn Nədimin “Əl-fehrest”, Şeyx Tusinin “Rical” və Əllamə Hillinin “Rical” əsərlərini misal göstərmək olar. Təəssüflər olsun ki, 7-ci əsr başqa bir şiə alimi İbn Əbu Təyyin (vəfatı: 630 h.q.) “Təbəqatul-imamiyyə” əsəri əlimizə çatmayıb. Sünni alimi İbn Həcər Əsqəlani “Əl-isabə”də Yəğus Səhabinin tərcümeyi-halında bu haqda məlumat verir və onun digər qiymətli “Tarix” əsərinin də olduğunu qeyd edir. Hələ “ənsab” (nəsəblər) kitablarının da tarixi rolundan yayınmaq olmaz. Bu fənnin də elə qədimdən şiələr arasında ənənəsi var imiş və buna Əbülhəsən Əli ibn Məhəmməd ibn Əli ibn Məhəmməd Umərinin “Əl-Məcdi” (yazılma tarixi 443 h.q.),29 Əbu Nəsr Buxarinin “Sirrus-silsilə” əsərlərini misal göstərmək olar. Son dövrdə Ayətullah Mərəşi Nəcəfi Beyhəqinin “Lubabul-əlqab” əsərinə yazdığı müqəddiməsində bir çox nəsəb alimlərinin siyahısını qeyd edib. Səfəvilərin və sonra qacarların zamanında belə əsərlərin külliyyatının rəvac tapdığı ərəfələrdə yazılan “Riyazül-üləma” və “Rövzatül-cənnat” kimi əsərlər tarixi məlumatlarla bərabər bizi dövrün ictimai-mədəni vəziyyəti ilə də yaxından tanış edir.

MƏSUM İMAMLARIN TARİXİ HAQDA YAZILAN KİTABLAR

Hal-hazırda əlimizdə 3-cü əsrə mənsub “Tarixül-əimmə”, “Tarixül-məvalid və vəfəyatu əhlil-beyt” və ya buna oxşar adlarla İmam Baqirin (ə), İmam Sadiqin (ə), İmam Rzanın (ə) və İmam Həsən Əsgərinin (ə) öz dili ilə məsum imamların təvəllüd və vəfatları qeyd edilən İbn Xişaba, Nəsr ibn Əli Cəhzəmiyə, Əhməd ibn Məhəmməd Fəryabiyə, yaxud da İbn Əbis-Səlcə nisbət verilən qədim bir əsər vardır.30 İbn Tavusun əsərlərində mənbə kimi qeyd edilən “Zöhrətul-mühəc və təvarixul-hucəc” adlı daha başqa bir əsər müşahidə olunur ki, onun haqqında əldə heç bir məlumat yoxdur.31 İmamların tərcümeyi-halı barədə yazılan kitabların sayı məhduddur və onların ən qədim nümunələrindən biri Şeyx Müfidin “İrşad” əsəridir. O, bu əsərdə İmam Əliyə (ə) daha çox yer vermiş və Peyğəmbərin (s) “siyrə”sini də onun (ə) mövqeyi ətrafında araşdıraraq, daha sonra imamlar barədə də bir sıra tarixi-əqidəvi məlumatlar vermişdir. Əsərin hər yerində mənbələrin adlarını qeyd etməsə də, istinad etdiyi sənədlərdən məlum olur ki, o dövrün mötəbər kitablarına əsaslanıbmış. Hər halda Şeyx Müfid özü o dövrün İraq tarixçiləri və mövcud kitablardan xəbərdar idi. Onun imamların barəsində yazdığı “Məsaruş-şiə” əsəri də mövzumuzla bağlı əhəmiyyət kəsb edə bilər. Burada Əbu Əli Fəzl ibn Həsən Təbərsinin (vəfatı: 548 h.q.) “Əlamul-vəra” əsəri elmi baxımdan daha dəqiq və etibarlı nəzərə çarpır. Bu əsərdə də Peyğəmbərin (s) və imamların “siyrə”sini, o cümlədən imamların canişinliyini isbat edən tarixi etiqadi məlumatlar öz əksini tapmışdır. Onun etibarını qaldıran da mənbələrinin dəqiq qeyd edilməsidir. Peyğəmbərin (s) “siyrə”si barədə qiymətli əsərlərdən biri də Təbərsinin elə bu kitabda mühüm fəsillərini ayrıca qeyd etdiyi Əban ibn Osmanın “siyrə”sidir. Amma daim adı zirvədə duran Məhəmməd ibn Əlinin (ləqəbi İbn Şəhraşub Sərvi Mazandarani) “Mənaqib” əsərinin yerini başqası tuta bilməz. Bu böyük həcmli əsərdə müəllif yüzdən çox mənbəyə müraciət etmiş, onların adları və müəllifləri barədə dəqiq məlumat vermişdir. Əsərin böyük bir hissəsini sünni mənbələrinə istinadən İmam Əli (ə) və onun fəzilətləri fəsli təşkil edir. Bununla belə Peyğəmbərin (s) “siyrə”si, eləcə də imamların tarixinə dair məlumatlar da kifayət qədərdir. Bu qismə aid daha neçə əsərin adını qeyd edirik: Fəttal Nişapurinin (vəfatı: 508 h.q.) “Rövzətül-vaizin”, Şeyx Raşid ibn İbrahim ibn İshaq Bəhraninin “Müxtəsərü əhvalin-nəbiyy vəl-əimmətil-isna əşər (ə)”, adı “Əl-fehrest”də qeyd edilən Şəmsul İslam Həsən ibn Hüseyn ibn Babəveyh Qumminin “Siyərül-ənbiya vəl-əimmə” (əsli mövcud deyil),32 yenə orada adı çəkilən Seyid Əbülqasim Zeyd ibn İshaq Cəfərinin “Əl-məğazi vəs-siyər”, Əbülhəsən Əli ibn Hibbətullah ibn Osman ibn Əhməd Musilinin “Əl-ənvar fi tarixil-əimmə fi mərifətil-əimmə”33, Şeyx Yusif ibn Hatəm Şaminin (mühəqqiq Hillinin şagirdlərindən) “Əd-dürrun-nəzim fi mənaqibil-əimmətil-ləhamim”34 və s. əsərləri misal göstərmək olar.
Bu dövrdə aşura hadisəsini əks etdirən “məqtəl” ənənəsi də müşahidə olunur. İbn Tavusun (vəfatı: 664 h.q.) “Lühuf” və “Əl-misrəuş-şin fi qətlil-Hüseyn (ə)” əsərləri bu qəbildəndir və Əbu Mixnəfə mənsub edilən “Məqtəl” də çox güman ki, İbn Tavusun özünün imiş.35

COĞRAFİ-İCTİMAİ MÖVZUDA YAZILAN KİTABLAR (4-8-Cİ ƏSRLƏR)

Bu sahədə də şiələrin payı az deyil. Burada ən qədim nümunələrdən biri Məhəmməd ibn Bəhr Rəhəninin “Nihəlul-ərəb” əsəridir36 ki, bu haqda yalnız “Möcəmül-büldan”da məlumat verilib. “Əl-büldan vəl-məsahə” və ya “Ət-tibyan fi əhvalil-büldan” adları ilə qeyd edilən bu mənbənin müəllifi Əhməd ibn Məhəmməd ibn Xalid Bərqidir. “Qumun tarixi”37 kitabında hər iki mənbənin adlarına istinad edilsə də, çox güman ki, eyni bir kitab nəzərdə tutulurmuş və bu ehtimal “Kəşfüz-zünun”da qeyd edilib.38 Hələ “Əl-büldan vəl-məsahə” adı ilə bir əsər də onun atası Məhəmmədə nisbət verilir.39 Eyni bu adda 3-cü əsrdə yaşamış Əbu Cəfər Məhəmməd ibn Abdullah ibn Cəfər ibn Hüseyn ibn Came Himyərinin də bir əsəri olduğu qeyd edilir. Deyilənlərə görə, o özü Əhməd Bərqinin həmin əsərinin ardınca Bağdad, Rey və Qumu gəzib-dolandıqdan sonra heç nə əldə etmədiyindən, özü bu haqda kitab yazmışdır.40 Adı qeyd edilən mühüm kitablardan biri də Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe Qum” (387-ci h.q.-də yazılıb) əsəridir. Qədim islam mədəni-ictimaiyyətini əks etdirən bu kitab elmi-tarixi baxımdan böyük etibara malikdir. Bu mövzuda yazılan əsərlərdə, adətən şəhər və məntəqə üzrə şəxsiyyətlər araşdırılsa da həmin kitabda tarixi-coğrafi məlumatlara daha çox yer verilir. Müəllif əsərin müqəddiməsində onu iyirmi fəsilə böldüyünü qeyd etsə də, təəssüflər olsun ki, bizə çatan farsca nüsxəsində yalnız beş fəsil mövcuddur və onun ərəbcə əslindən də xəbər yoxdur. Onun farscaya tərcüməsi 805-ci h.q.-də Həsən ibn Əli ibn Həsən ibn Əbdülməlik Qummi tərəfindən yerinə yetirilib. Əsərdə Qumun tarixindən əlavə ictimai durum və xərac haqda dəyərli məlumatlar vardır. Yeri gəlmişkən o, Yəmənin əşəri qəbiləsinə, onların Peyğəmbərə (s) qoşulmasına, sonralar İraqa, daha sonra Quma mühacirətlərinə, o cümlədən, İranın bir çox məntəqələrində İslam qoşunlarının fəthində iştirakına qədər hadisələrə toxunur. 6-cı əsrdə yaşamış böyük alim Müntəxəbüddinin “Tarixi Rey” adlı bir əsəri də olmuşdur ki, bizim əlimizə çatmayıb. İbn Həcər “Lisanul-mizan”da onun bir sıra məlumatlarına istinad etdiyini qeyd edib. Eyni bu adda “Nəsrud-dürr”ün müəllifi Əbu Səd Mənsur ibn Hüseyn Abinin də bir əsəri olduğu məlumat verilir.41 Biz özümüz də yeri gəldikcə Bərqinin, Rəhəninin, Əbu Səd Abinin və Müntəxəbüddinin coğrafi əsərlərinə toxunacağıq. Burada çox qiymətli əsərlərdən biri də 6-cı əsrdə yaşamış İbn İsfəndiyarın “Təbəristanın tarixi”dir. Mövlana Övliyaullah Amulinin “Tarixi royan” əsəri də bu qəbildən olan kitabların sırasındadır.

ON İKİ İMAMI QƏBUL EDƏN SÜNNİLƏRDƏN İMAMLARIN HƏYATINA DAİR ƏRƏB VƏ FARS ƏDƏBİYYATI

Tarixi araşdırarkən imamların həyatına dair yazılan əsərlərdə sünni müəlliflərinə də rast gəlinir. Biz bu qrupu, ümumiyyətlə əhli-sünnə arasından Əhli-beytlə bağlı hər hansı məqsədlə əsəri olan müəlliflərlə qarışdırmamalıyıq. Bu barədə məlumat almaq üçün mərhum ustad Əbdüləziz Təbatəbainin “Əhlul-beyt fil-məktəbətil-ərəbiyyə” silsilə məqalələri toplusuna müraciət edilsin.
Bəzən həmin qrupa on iki imam şiələri də deyilir. Misal üçün, təxminən, 520 h.q.-də farscaya tərcümə edilən İbn Şadinin “Mücməlüt-təvarix vəl-qəsəs” əsərində Peyğəmbərin (s), Əbu Bəkrin və digər xəlifələrin tərcümeyi-halından sonra Əhli-beytə toxunulur, Həzrət Fatimeyi-Zəhradan (ə) başlayaraq övladları İmam Həsən (ə) və İmam Hüseyn (ə) barəsində, o cümlədən, ardıcıl olaraq ta İmam Zamana (ə) qədər hər bir imam haqda müxtəsər də olsa məlumat verilir.42 Bu qəbildən olan əsərlər içrə ilkinlərdən sayılan Yusif ibn Fərğəli ibn Abdullah Bağdadi Sibt ibn Əbülfərəc Əbdürrəhman ibn Əl Cövzinin (581-654) “Təzkirətül-xəvas” əsəri də əhli-beytin fəzilət və səciyyələrinə həsr edilib. İrbilinin “Kəşfül-ğümmə”sində istinad edilən İbn Xaləvəyhin (vəfatı: 370) “Kitabul-al” əsərini də bu qismə əlavə etməliyik. Burada çox qiymətli “Mətalibus-suul fi mənaqibi Alir-rəsul (s)” əsəri ilə seçilən Kəmaləddin Məhəmməd ibn Təlhə Şafei (vəfatı: 652) xüsusi olaraq qeyd edilir. İrbili də onu öz əsərində imamların həyatına dair bildirdiyi müsbət münasibətlərinə görə səmimi qiymətləndirir, lakin Əbdüləziz ibn Məhəmmədi (ləqəbi İbn Əxzər Qunabadi, vəfatı: 611) isə “Məalimul itrətin-nəbəviyyə...” əsərində on bir imamla kifayətləndiyinə görə tənqid edir.43 Burada daha bir nümunə olaraq Həmdullah Müstovfinin (vəfatı: 740) “Nuzhətül-qülub” adlı müxtəsər tarixini misal göstərmək olar. O da əvvəl xəlifələrin tarixinə toxunur, sonra ayrıca İmam Əlinin (ə) həyatı və fəzilətləri barədə bir çox həqiqətləri açıqlayır, daha sonra bütün imamların həyatı haqda, onların canşinliyinə dair məlumatlar verir.44 Aşağıda daha bir neçə müəllif və onların adlarını qeyd edirik: İbn Səbbağ Malikinin (vəfatı: 855) “Əl-füsulil-muhimmə fi mərifəti əhvalil-əimmə”, Şəmsəddin Məhəmməd ibn Tulunun (vəfatı: 953) “Əş-şəzəratuz-zəhəbiyyə fi təracimil əimmətil-isna əşəriyyə indəl-imamiyyə”, şiələrə qarşı qətiliyi ilə tanınan Xacə Məhəmməd Parsanın imamlara da yer verdiyi “Fəslul-xitab”, osmanlıların dövrünə təsadüf edən “Bəhcətut-təvarix”45, Dərviş Hüseyn Kərbəlayinin “Rövzatul-cinan və cənnatül-cinan”, yenə də şiələrə və səfəvilərə qarşı qətiliyi ilə tanınan Fəzlullah ibn Ruzbehan Xoncinin (vəfatı: 927) on dörd məsum barəsində yazdığı “Vəsilətul-xadim iləl-məxdum”, yenə osmanlıların dövründə yazılan “Kunhul-əxbar”, şiələrin əleyhinə yazılmasına baxmayaraq özündə imamların bir sıra tarixi və fəzilətlərini əks etdirən ibn Həcər Heytəminin “Əs-səvaiqul-muhriqə”, hətta imamların (ə) matəmləri və geniş səviyyədə İmam Hüseynin (ə) həyatına toxunan Molla Hüseyn Kaşifinin “Rövzətüş-şühəda”, Kəmaləddin Xarəzminin “Əl-məqsədül-əqsa” və s. bu qəbildən olan əsərlərdir.

ŞİƏLƏR TƏRƏFİNDƏN FARSCA YAZILAN KİTABLAR (7-10-CU H.Q. ƏSRLƏR)

Bu dövrdə yazılan əsərlərin məhdudluğuna baxmayaraq diqqəti özünə cəlb edir. Buna misal şiələrin əleyhinə yazılmış kitaba qarşı Əbdülcəlil Qəzvini Razinin əqidəvi-tarixi üslubda qələmə aldığı “Nəqz” əsərini göstərmək olar. O, bu dəyərli əsərində 6-cı əsrdən bu tərəfə şiələrin ictimai, mədəni və siyasi vəziyyəti ilə bağlı məlumatlar verir, şiələrin Peyğəmbərin (s) həyat yoldaşlarına qarşı ehtiramla yanaşdıqlarını göstərən “ifq” hadisəsi barədə də bir kitab yazdığını qeyd edir.46 7-ci əsrin axırlarında İsfahanda yazıldığı qeydə alınan İmadəddin Təbərinin əqidəvi-tarixi üslubdakı “Kamil Bəhayi”, “Mənaqibut-tahirin” və “Töhfətul-əbrar” əsərləri də bəzən öz dövrünün bir sıra hadisələrinə toxunaraq şiələrin tarixi vəziyyəti ilə bağlı məlumatları diqqəti özünə cəlb edir. Daha böyük həcmli kitablardan biri 740-cı ildə yazılmış və sonralar “Ləvamiul-ənvar” adı ilə Əli ibn Həsən Zəvarii tərəfindən xülasə edilən Seyid Məhəmməd ibn Əbu Zeyd ibn Ərəbşah Vəraminin imamların həyatına həsr etdiyi “Əhsənul-kibar fi mərifətil-əimmətil-əbrar” əsəridir. Mənbələrdə Məhəmməd ibn Hüseyn Muhtəsibə, peyğəmbərlər və imam ların tarixinə həsr edilən on cildlik “Rameş əfzaye Ali-Məhəmməd (s)” adlı bir əsər mənsub edilir. Ona İbn Şəhraşub və Müntəxəbbüddin47 öz kitablarında istinad etmişlər. Tarixdə adı qeyd edilən daha mühüm nümunələrdən biri özündən iki əsr sonra (8-ci əsr) Həsən ibn Hüseyn Səb zivari tərəfindən “Bəhcətül-məbahic” adı ilə farscaya tərcümə edilən 6-cı əsrdə yaşamış böyük şiə azıçısı Qütbəddin Keydərinin “Məbahicul-muhəc fi mənahicil-hucəc” əsəridir. Mütərcimin öz tərcümə əsərini o zaman Xorasanın vilayətlərindən birinin hakimi olan Nizaməddin Yəhya ibn Şəmsəddinə (753-759-cu illər) hədiyyə etdiyi də qeyd edilir. Həsən Səbzəvarinin özünün də Peyğəmbər (s) və Əhli-beyt barəsində yazdığı maraqlı əhvalat və hadisələri əks etdirən “Rahətül-ərvah və munisul-əşbah” əsəri də var imiş.48 708-ci h.q. ilində Hillə və Bağdadda49 yazıldığı qeydə alınan dəyərli əsərlərdən biri də Molla Həsən Kaşinin “Tarixe Muhəmmədi”, yaxud “Tarixe Rəşidi”, yaxud da “Tarixe dəvazdəh emam” və ya “Fehreste-əimmə (ə)” ünvanı ilə nəzmə çəkdiyi mənzuməsidir. Əsli 819-cu ilin ziqədə ayına mənsub olan və hal-hazırda Təbrizin “Milli kitabxana”sında 3626 rəqəmlə50 qorunan bu əsərdə müəllif Peyğəmbər (s) və imamların təvəllüdləri, adları, nəsəbləri, ləqəbləri, doğulduğu yer və qəbirlərinə qədər hər biri barədə məlumat verir. Sultan Məhəmməd Xabəndənin yaxınlarından sayılan müəllifin öz zamanında şiəliyin inkişafında da böyük rolu olduğu da vurğulanır. Burada 803-cü ildə Hələbdə yazıldığı bildirilən “Tarixe itrət” adlı bir əsəri də qeyd edirik.51
İslamın ilkin tarixinə dair fars dilində yazılan əsərlər arasında genişliyi ilə seçilən 6-cı əsrin sonu və 7-ci əsrin birinci yarısında yaşamış Məhəmməd ibn Hüseyn ibn Həsən Razinin “Nuzhətül-kiram və bustanul-əvam” kitabıdır. Bu əsər neçə il əvvəl Məhəmməd Şirvani tərəfindən yenidən işlənilib, çap edilib. İki cildlik bu əsərin birinci cildinin iyirmi birinci fəslinə qədərki yazılar Əbu Bəkrin dövranı, bir sıra şərhlər və İmam Zaman (ə) da daxil olmaqla bütün məsumların möcüzə və qeyri-adiliklərinə dair məlumatları əhatə edir. Bu əsər gərək İslamın əvvəllərindən başlayaraq ta orta əsrlərə qədər İran ərazisində şiə alimləri tərəfindən qələmə alınanlar içrə ən mükəmməllərindən hesab edilsin. Deyilənlərə görə, İbn Tavus şəxsən bu əsərə xüsusi əhəmiyyət verirmiş və o özü fars dilində bilməsə də, əsəri ərəbcəyə tərcümə etdirmişdir. Onun “Fərəcul-məhmum” kitabında həmin bu əsərə istinadlar görünür.52 Burada 6-cı əsrə (h.q.) mənsub Kaşifinin “Rövzətüş-şühəda”sında bəzi beytləri gəlmiş Əbül-Məfaxir Razinin fars dilində nəzmə çəkdiyi bir “məqtəli” də qeyd etmək olar.

SƏFƏVİLƏRİN HAKİMİYYƏTİ ASTANASINDA TARİXŞÜNASLIQ

6-7-ci əsrlərə (h.q.) qədər özünün elmi-mədəni sahələrində intibah dövrünü keçirən İslam mədəniyyəti yeni mərhələyə keçidlə əksər sahələrdə tənəzzülə məruz qalır. Əlbəttə, bəzən nadir olan və olmayan halları istisna etməliyik. Məsələn, monqolların zamanında tarix yenə öz mövqeyini saxlaya bilibmiş. “Camiüt-təvarix”, Cüveyninin “Cahan qoşa” və Hafiz Abrunun əsərləri bunun nümunələrindəndir. Bundan belə Şam və Misirin Zəhəbi, Səfədi, İbn Həcər, İbn İmad Hənbəli, Salehi Şami, Məqrizi, Kutbi və bir sıra alimlərini çıxmaq şərti ilə şərqdə heç bir yenilik görünmür. Nə sünni, nə də şiələr tərəfindən o zaman yazılan “Tarixe Nişapur”, “Tarixe Beyhəq”, “Tarixe Curcan”, “Tarixe Rey” və sair kimi əsərlərdən xəbər yoxdur. Yazılan əsərlər də bir sıra yerli hakimiyyətlərin tarixinə toxunur və İslam tarixinə dair heç bir iş görülmür. O zamanın şərqdə geniş yayılan sufiliyin təsiri nəticəsində 9-cu əsrdə İslam tarixi və imamların həyatını özündə cüzi də olsa əks etdirən silsilə “pir” və “mürşid”lərə dair əsərlər daha çox müşahidə olunur. Sufilikdən təsirlənən bu əsərlərin əksəriyyətində tarixə baxışda təcrübəsizlik hökm sürür və daha çox şəxsiyyətlərin tərcümeyi-halına əhəmiyyət verilirmiş. Bunu biz hələ o dövrdən neçə əsr qabaq yazılmış “Təbəqatül-övliya” və bu kimi əsərlərdə müşahidə edirik. Mürşidlərin və xaneqahlarda yaşanılan həyat tərzinin insanların keçirdiyi adi mühitdən tamamilə fərqləndiyindən və qeyri-təbii hallara gedib çıxdığından onlara həsr olunan tarixi əsərlərdə elmi dəyəri aramaq çox çətindir. Sufiliyin aradan getməsi ilə onların da qiymətini itirməsi təbii görünür. Onların əksəriyyətinin adları Üsturinin “Tarixe ədəbiyyate farsi” əsərinin tarix bölməsində qeyd edilib. Burada biz əhli-sünnə içərisindən də həmin dövrə təsadüf edən əsərlərin bir neçəsini qeyd edirik: “Əl-məqsədül-əqsa fi tərcəmətil-mustəqsa” (onun ərəbcə əsli əldə yoxdur və 9-cu əsrdə yaşamış Kəmaləddin Hüseyn Xarəzmi tərəfindən tərcüməsi qalıb), “Əl-müctəba min kitabil-müctəba fi siyrətil-Mustəfa”, “Siyərun-nəbiyy”, “Mövlude Həzrət Risalətpənah Məhəmmədi”, “Şəvahidun-nübuvvə li təqviyəti yəqini əhlil-fütuvvə” (son üç mənbə Camiyə mənsubdur və sonuncusu daha məşhurluğuna görə, yüzlərlə əlyazması mövcuddur), “Bəyane həqaiqe əhvale seyyidil-mursəlin” (Pircamal sufi kimi tanınan Cəmalləddin Əhməd Ərdistaniyə mənsubdur), “Məaricun-nübuvvə fi mədaricil-fütuvvə” (Muinəddin Fərahi, vəfatı: 907 h.q., bu da məşhur mənbələrdən biridir), “Rövzətül-əhbab fi siyərin-nəbiyy vəl-al vəl-əshab” (Əmir Cəmaləddin Ətaullah ibn Fəzlullah Hüseyni Dəştəki Şirazi, 900 hq-də yazılan bu əsər də məşhur mənbələrdən biridir), “Töhfətül-əhibba fi mənaqibi Alil-əba” (həmin müəllif), “Seçilmiş əsərlər” (Əhməd ibn Tacəddin Həsən ibn Seyfəddin Əstərabadi, on iki imama mötəqid sünnilərdən) və s.53 O dövrə mənsub müqəddəs nəzərlə qələmə alınan “Nadirəl-merac və Bəhrəl-əsrar”, “Həmleye Heydəri”, “Müharibeye Qəzənfəri” və s. sufiməslək mənsur və mənzum əsərlərin sayı olduqca çoxdur. Burada onlara toxunmaqda məqsəd şiənin tarixi ədəbiyyatına göstərdiyi təsirlərini xatırlamaqdır. Bu iki məzhəb arasındakı ədəbi rabiyə biz Molla Hüseyn Kaşifinin “Rövzətüş-şühəda”sını misal göstərə bilərik. Bu tanınmış əsər o zaman böyük Herat vilayətinə hakim əqidəvi baxışın bütün İranda şiə atmosferinin artmasına səbəb olur və neçə yüz il xalq arasında öz nüfuzunu qoruyur.

SƏFƏVİLƏR DÖVRÜNDƏ ŞİƏ TARIXŞÜNASLIĞI

Bilməliyik ki, səfəvilərin dövründə yazılan əsərlərin bir qismini mövcud hakimiyyətə və sonrakı quruluşlara dair dövlət səviyyəli hadisələri əks etdirən materiallar təşkil edir. Bizim də burada həmin qəbil dövri dövlət tarixi nümunələri şərh etmək qəsdimiz yoxdur.54 Məqsədimiz o zaman şiələrin islamın ilkin tarixinə dair, istər Peyğəmbərin, istərsə də imamların tərcümeyi-halı və həyatını araşdıran əsərləri gözdən keçirməkdir. Məlum olduğu üzrə, birinci qisim əsərlər din alimlərinin yox, dövrün hakimiyyətlə əlaqəli ziyalılarına, mirzələr, katiblər və ya şairlərə mənsubdur. Burada səfəvilərlə qacarların zamanı bir-birindən elə də fərqlənmir. Tarixə əsasən, səfəvi dövlətinin banisi şah İsmayılın keşməkeşli dövründən sonra hakimiyyətin dayaqlarının möhkəmləndirilməsi vəzifəsi şah Təhmasibin öhdəsinə düşür. Yeni dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri özünə təməl saydığı şiəliyin ölkədə formalaşması idi. Şah Təhmasib də bunu gözəl dərk edərək həmin cərəyanın İran ərazisində dərinləşməsi üçün atdığı müxtəlif addımları ilə qırx il çalışır. O zaman şiə baxımından İslam tarixinə yönələn marağın ardında ölkə boyu xalqı imamların həyatı və onların müxalifləri ilə tanış etmə dururdu. Bu hərəkat İran boyu, xüsusən, şərq vilayətləri üçün yeni olmasa da, amma onun ölkə səviyyəsində genişlənməsinə böyük təkan verirdi. Hətta şah Təhmasibin üç dəfə dəyərli “Kəşfül-ğümmə” əsərinin farscaya tərcüməsi haqda verdiyi sərəncamları şiəliyin yayılması naminə atdığı addım və məqsədlərini bir daha təsdiqləyir. Onun mütərcimlərindən olan Nemətullah ibn Rəzəvi öz tərcüməsinin müqəddiməsində yazır: “O böyük fəxr sahibini (şah Təhmasib) həmişə düşündürən məsələlərdən biri də “təvəlla” və “təbərra”nın xalq arasında müşahidə olunmaması, onların məsum imamların həyatı, səciyyə və fəzilətlərindən xəbərsizliyi idi. Mən onun fərmanını olduğu kimi qeyd edirəm: Bu sahədə geniş “Kəşfül-ğümmə” əsərini imamlarla tanışlıq üçün kifayət bilirəm. Onu farscaya tərcümə edən olsa, faydası hamıya dəyər və xalqın da imamlar barədə məlumatı kamil və tamam olar. Bu özü böyük nemət, hədsiz bərəkətdir.” Mütərcim qeyd edir ki, onu bu işə cəlb edən də elə bu olmuşdur.55
O dövrdə İslam tarixinə artan marağın başqa bir səbəbi də “əxbari”–hər şeyi hədislə əsaslandırma təfəkkür tərzinin inkişafı idi. Elə əhli-sünnə arasında da ictihaddan tamamilə uzaqlaşma və əxbarilik meyli fiqh və əqli-fəlsəfi dünyagörüşün qarşısını alsa da, amma tarix və “rical” elminin üzünə geniş imkanlar açır. Bir zaman Şeyx Müfiddən sonra tarix və “rical”a maraq azalıb, fiqhdə ictihadın və kəlam və fəlsəfənin inkişafı ilə əxbariliyin bağlı qalan qapısı səfəvilərin dövründə özünü büruzə verməyə başlayır və yenidən tarixə maraq artır. Bu vəziyyətin etiqadi-kəlami bəhslərə elə də təsiri olmasa da, imamətlə bağlı mövzularda az da olsa özünə yer aça bilir. Həmin araşdırmalar eynilə üçüncü əsrlərə təsadüf edən “Əl-istiğasə fi bidəis-səlasə” kimi kitablarda gözə çarpır. Səfəvilərin zamanında İran və ondan xaricdə, hətta Bəhreyndə belə yazılan əsərlərdə müşahidə olunan əsas xüsusiyyətlərdən biri geniş şəkildə tarixi mənbələrə müraciətin mümkünsüzlüyüdür. İbn Tavus və İrbilinin dövründə İraqda əhli-sünə kitablarının yayılmasına və şiələrin də onlardan rahat istifadəsinə baxmayaraq bu zamanda belə bir şərait yox idi. “İsbatul-huda”, “Bihar” və sairdə görünən əhli-sünnə mənbələrinin adları da İbn Bitriqin, İbn Tavusun, İrbilinin və o dövrün əsərlərindən nəql olunur. Əlbəttə, bir neçə sayda lüğət və bu qəbildən olan kitabları istisna etməliyik. Məsələn, Təbərinin, Zəhəbinin və ya İbn Kəsirin əhli-sünnə arasında geniş yayılan tarixi əsərləri şiə alimlərinin əllərində əsla yox idi. Hətta Ayətullah Mərəşi Nəcəfinin böyük kitabxanasında iyirmi cildliklərin siyahısında Təbərinin “Tarix”i müşahidə olunmur və təkcə Məsudinin “Mürucuz-zəhəb”i gözə dəyir. Müəllifi şiə olan Yaqubinin “Tarix”i də orada yoxdur və onun əlyazmasının bir nüsxəsi belə İranda mövcud deyil. Maraqlı orasıdır ki, hətta Şeyx Müfidin “əl-Cəməl” kitabının bir nüsxəsi belə Əllamə Məclisinin əlində olmamışdır. Bütün bunlar göstərir ki, səfəvilərin dövrü, geniş yayılan tarix mənbələr bir yana qalsın, hələ güman edilən “Ənsabul-əşraf” və ona bənzər nadir kitablar baxımından qat-qat kasad olmuşdur. Məsələn, o dövrdəki əsərlərdə Əbu Müslim kimi bir kəsin şiə və ya abbasilərin tərəfdarlarından olduğu məlum deyil. Bir yazıçının da onu Məsudinin “Mürucuz-zəhəb”inə istinadən abbasilərin müdafiəçisi kimi göstərərkən, sanki, bir inci tapdığını güman etməsi maraqlı hallardan biridir.56
Bununla belə o dövrdə imamların həyatına dair fars və ərəbcə yazılan çoxlu kitabların içərisində heç biri nəzm və əhatəlilik baxımından Əllamə Məclisinin “Biharul-ənvar”ına tay ola bilməz. Məsələn, “Bihar”ın 11-14-cü cildləri peyğəmbərlərin tarix və əhvalatlarına həsr olunub. Bura aid şiə mənbələrindən nə varsa Quran ayələri, onların təfsiri və bəzən də müəllifin öz izahları ilə birgə məharətlə sintez edilib və peyğəmbərimiz həyatına da 15-22-ci cildlərdə nisbətən geniş yer ayrılıb. Burada müşahidə olunan bölgüdəki dəqiqlik diqqətəlayiqdir. Belə ki, 15-ci cild Peyğəmbərin (s) əcdadlarından başlayaraq o həzrətin cavanlığını, 16-cı cild xanım Xədicə ilə izdivacından başlayaraq onun əxlaq və rəftarı ilə bərabər şəxsi işlərinə qədər fərdi obrazını, 17-ci cild peyğəmbərlikdə ismət və səhvə dair şübhələri, eləcə də onun möcüzələrini, 18-ci cild möcüzələrin davamı, besət və meracla bağlı xəbərləri, 19-cu cild yenə besət dövrü xəbərləri və “bədr” döyüşünü, 20-ci cild “hüdeybiyyə” sülhünə qədərki döyüşləri və şah və hökmdarlara yazdığı məktubları, 21-ci cild həccətül-vidaya qədər hadisələri, 22-ci cild onun (s) yaxınlarını, xüsusən, zövcələri, bəzi səhabə və yaxın şəxsləri və sonda vəfatını, 23-27-ci cildlər imamətlə bağlı bəhsləri, 28-31-ci cildlər xəlifələrin tarixini və 32-cidən ta 53-cü cildə qədər isə bəzən bir, bəzən isə neçə cilddə imamların tarix və həyat tərzini özündə əks etdirir. Qabaqda qeyd edildiyi kimi, dövrə uyğun Əllamə Məclisi özü də bütün şiə mənbələrinə (məsələn, Şeyx Müfidin “cəməl”i və s.) müraciət edə bilməsə də, yerdə qalanlarını əldən buraxmamışdır. Əllamənin bu əsərinə bənzər o zaman yazılan kitablardan biri də “Əvalimül-ülum”dur. Onun “Cəlaul-üyun” adlı on dörd məsumun tarixi ilə bağlı ayrıca bir əsəri də vardır ki, son neçə yüzillikdə bu barədə yazılan kitablara nisbət ən çox müraciət edilən mənbələrdən olmuşdur. Başqa bir nümunə kimi Şeyx Hürr Aamilinin imamətlə bağlı “İsbatul-hidayət” əsəri də öz növündə kamil və bənzərsizdir. Möcüzələrlə bağlı bir toplunu da seyid Haşim Bəhrani (vəfatı: 1107 və ya 1109-cu h.q.) “Mədinətül-məaciz” kitabında əks etdirib. O dövrdə yazılan bu qəbil əsərlərin sayı olduqca çoxdur və onların əksəriyyətinin də mənbə etibarilə elmi dəyəri yoxdur. Bu vəziyyət qacarların zamanında da dəyişməmiş və getdikcə İranın xarici münasibətlərinin yaxşılaşmasına, xüsusən, həccə və digər yerlərə səfərlərin artmasına baxmayaraq, milli kitabxanamızın inkişafında heç bir təsiri olmamış və bu sahədə əsaslı dönüşlər baş verməmişdir. Xatırladırıq ki, qacarların zamanında təkcə din alimləri deyil, hökumət mirzələri də İslam tarixinə, xüsusən “məqtəl” yazı ənənəsinə əhəmiyyət vermişlər. Buna Bədaye Neqarın “Feyzud-dümu” əsərini, uzun illər İranın cənub-fars vilayətlərinə hakimlik edən Abbas Mirzənin oğlu Fərhad Mirzə Mötəmidəd-dövlənin İmam Hüseynin (ə) tarixi ilə əlaqədar yazmış “Qəmqam zexaz və səmsam betar”57 kitabını və o dövrün ən böyük tarixi əsəri sayılan və qacarların tarixindən başqa heç bir dəyəri olmayan Məhəmməd Təqi Sepehrin “Nasixut-tarix”ini misal göstərmək olar.

SƏFƏVİLƏR VƏ QACARLARIN DÖVRÜNDƏ “MƏQTƏL” ƏNƏNƏSİ

Deməliyik ki, şiə aləmində son neçə yüzillikdə “məqtəl” yazma tarixşünaslığın böyük bir hissəsini özünə həsr edib. Hələ səfəvilərdən qabaq İranın şərqində İmam Hüseynə (ə) əzadarlıq və yas saxlama tamamilə adi bir hal idi və Kaşifi “Rövzətüş-şühəda”nı Herat və Xorasan vilayətləri üçün nəzərdə tutub yazmışdı. O zaman İranın qərbində təzəcə qurulan səfəvi dövləti həmin ərazilərdə bir qüdrətə malik deyildi. Onların hakimiyyətilə aşura mərasimləri daha da şiddət aldı və bu sahədə yeni əsərlər yazılmağa başladı. Bu vəziyyət bütün qüvvəsi ilə qacarların süqutuna qədər davam etdi və hər il keçmiş irsin üzərinə ardıcıl nəzm və nəsr əsərləri artdı. Təəssüflər olsun ki, əksər hallarda tarixi dəqiqlik gözlənilməmiş və qeyd etdiyimiz kimi, istinadlarda mənbələr qətiyyən araşdırılmamışdır. Mövcud şəraitə uyğun olaraq yazılan əsərlərdə yalnız dramatiklik əhəmiyyət kəsb etdiyindən qəm, kədər və hüznə daha çox yer verilmiş və mənbələrdə etibarlılığa diqqət yetirilməmişdir. Hətta onların əksəriyyəti əza məclisləri üçün yazılmış və əsas etibarilə ağlama, hədsiz hüzn yaratmaq üçün imiş. Aşağıda bu qəbildən olan və çoxu da qacarların dövrünə düşən əsərlərin bir qədərini qeyd edirik:
“İbtilaul-övliya” (“Tarixe ədəbiyyate farsi”, Üsturi, səh. 993); “İzalətül-övham fil-buka” (“əz-Zəriə”, c. 11, səh. 61); “İksirül-ibadət fi əsrariş-şəhadət”, Molla Ağa Dərbəndi (“Tarixe ədəbiyyate farsi”, 986); “Əmvacul-buka” (“Tarixe ədəbiyyate farsi”, 979; “Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 7175); “Bəhrul-buka fi məsaibil-məsumin” (“əz-Zəriə”, c. 26, səh. 84); “Bəhrul-hüzn” (“Tarixe ədəbiyyate farsi”, 990); “Bəhrud-dümu” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 6582); “Bəla və ibtila dər ruydade Kərbəla” (“Tarixe ədəbiyyate farsi”, 960); “Beytül-əhzan” (həmin, 986); “Xülasətül-məsaib” (həmin, 1017); “Dastane ğəm” (“Tarixe ədəbiyyate farsi”, 964; “Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 2916); “Dəmul-eyn əla xəsaisil-Hüseyn” (“Tarixe ədəbiyyate farsi”, 995); “Əd-dəmətüs-sakəbə fil-musibətir-ratibə” (“əz-Zəriə”, c. 8, səh. 264); “Riyazul-buka” (“əz-Zəriə”, c. 1, səh. 6); “Rövzeye Hüseyniyyə” (“Tarixe ədəbiyyate farsi”, 951; “Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 6224, 6545); “Rövzətül-xəvas” (həmin, əlyazma nömrəsi 3001); “Rövzətüş-şühəda” (həmin, əlyazma nömrəsi 156); “Riyazul-əhzan” (“Tarixe ədəbiyyate farsi”, 972); “Riyazul-əhzan” (Qum, “Məscid-əzəmin mündəricatı”, səh. 215); “Riyazüş-şəhadə fi zikri məsaibis-sadəh” (“Tarixe ədəbiyyate farsi”, 957); “Sirrul-əsrar fi musibəti əbil-əimmətil-əthar” (həmin, 996); “Təriqul-buka” (“əz-Zəriə”, c. 15, səh. 164); “Tufanul-buka” (“Tarixe ədəbiyyate farsi”, 967); “Ümmanul-buka”, (həmin, 982); “Eynul-buka” (həmin, 941); “Eynüd-dümu” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 440); “Feyzüd-dümu” (“Tarixe ədəbiyyate farsi”, 988); “Qəbəsatul-əhzan” (həmin, 989); “Kənzul-bakin” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 455); “Kənzul-mihən” (“Tarixe ədəbiyyate farsi”, 991); “Kənzul-məsaib”, (həmin, 929, 987); “Lübb eynil-buka” (həmin, 942); “Lisanuz-zakirin”, (həmin, 970); “Matəmkədə” (həmin, 963, 975); “Məbkəl-üyun” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 5006); “Məcalisül-müfəcciə” (“Tarixe ədəbiyyate farsi”, 945); “Məcrəl-buka” (“əz-Zəriə”, c. 2, səh. 40); “Məcməul-məsaib fi nəvaibil-ətaib” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3369, 6643) “Məcməul-məsaib”, Mazəndərani (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 6572); “Muhriqül-qülub” (“Tarixe ədəbiyyate farsi”, 943); “Muhitül-əza” (həmin, 945); “Məxazinül-əhzan fi məsaibi seyyidi şəhabi əhlil-cinan” (“Məxzənül-buka”) (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 1645; “Tarixe ədəbiyyate farsi”, 929); “Mədənül-buka fi məqtəli seyyidiş-şühəda” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3017); “Məfatihu-buka fi musibəti xamisi Ali-əba” (həmin, əlyazma nömrəsi 2363); “Miftahul-buka” (“Şəhid Mütəhhəri adına kitabxana”, sıra 5, nömrə 921); “Mənahilul-buka” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3455); “Mənbəul-buka” (“əz-Zəriə”, c. 22, səh. 358); Muhəyyicül-əhzan” (“Tarixe ədəbiyyate farsi”, 959); “Nicatul-asin” (həmin, səh. 1000); “Nurul-eyn fi cəvazil-buka” (“əz-Zəriə”, c. 24, səh. 372); “Vəsilətul-buka” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 5500); “Vəsilətun-nicat” (“Tarixe ədəbiyyate farsi”, 961); “Yənbuud-dümu” (“Mərəşi Nəcəfi adına kitabxana”, əlyazma nömrəsi: 3083); “Həmm və ğəmm fi şəhril-mühərrəm”, Molla Hüseyn ibn Əli Həsən (həmin, əlyazma nömrəsi 5627); “Növhətül-əhzan və səyhətül-əşcan”, Məhəmməd Yusif Dehxarqani (həmin, əlyazma nömrəsi 1731); “Əbsarul-əbkar lintisari seyyidil-əbrar” (“Məclis”, c. 9, səh. 12); “Riyazul-kovneyn fi məsaibil-Hüseyn” (“Şəhid Mütəhhəri adına kitabxana”, sıra 5, nömrə 77).
Kitabların adlarından göründüyü kimi, onlarda ağlama, bəla, dərd, hüzn, müsibət ifadələri tamamliə diqqəti cəlb edir. Demək, o dövrdə Kərbəla faciəsinə daha çox həmin perspektivdən yanaşılmış və tarixi fakt və dəqiq mənbələr nəzərə alınmamışdır. Bu əsərlərdə təəccüb doğuran digər məsələ odur ki, bir tərəfdən imam Hüseynin (ə) əshabının məğlubiyyəti göstərilir, digər tərəfdən düşmənin öldürülənlərinin sayının artıqlığı nəzərə çarpır. Misal üçün, Molla Ağa Dərbəndinin “Əsraruş-şəhadət” və Molla Həbibullah Kaşaninin “Təzkirətüş-şühəda” əsərlərində hadisə ilə bağlı elə say və rəqəmlər göstərilir ki, tarixlə qətiyyən uyğun gəlmir. Bu qəbil əsərlər həqiqətdən o qədər uzaq imiş ki, özü əxbari olan böyük alim Mirzə Hüseyn Nuri belə şəxsən (etibarsız ravilərin böyük bir qismini “Müstədrəkül-vəsail”də qeyd edib) “Lölö (ləl) və mərcan” əsəri ilə baş alıb gedən ifrat “məqtəl” ənənəsinə qarşı çıxmağa məcbur olur.

SON DÖVRDƏ TARİXŞÜNASLIQDA YARANAN DÖNÜŞ

Demək olar, qacarlardan bu tərəfə ilkin İslam tarixinə dair yazılan əsərlərdə heç bir dəyişiklik görünmür. Tarixə olan maraq daha çox avam və ümumcamaatın tələblərilə ölçülür və məzhəbi mərasim və adət-ənənələrin təmini əhəmiyyət kəsb edirmiş. Cəmiyyətdə mövcud məzhəbi adət-ənənələrin dərinliyi və tarixçilər tərəfindən də xalqın diqqətini cəlb etmələri kimi səbəblər tarixə münasibətdə tənqid və təhlillərin qarşısını almışdır. İmamların tarixinə, hətta tarixin özünə belə digər fənlərin kənarında elmi münasibət aşağı səviyyədə idi və tarix sırf moizə, nəsihət və minbər vəsaitinə çevrilmişdi. Doğrusu, elmi hövzələrdə də ona bir ixtisas kimi yanaşılmırmış və bu sahədə yalnız minbər əhli mövcud mənbələrlə kifayətlənirmiş.
Artıq son yarım əsrdə tarixə münasibət tamamilə dəyişilib. Onun mühüm səbəbləri, ola bilsin, bunlardır: Birincisi, İranda baş verən siyasi hadisələr və burada din alimlərinin başlıca rolu onların tarixlə yaxından tanışlığını, o cümlədən, İslam tarixilə ciddi maraqlanmalarını tələb edirdi. İkincisi, ərəb ölkələrindən, xüsusən, İraq, Misir, Suriyadan ölkəyə tarixi əsərlərin daxil olması idi. həqiqətdə, İslam tarixi ilə əlaqədar bir çox nəqli elmlərin əhli-sünnə arasında meydana gəlməsi və onların digər fənlərə nisbət daha çox dəyərləndirilməsi İranda da öz müsbət təsirini qoymaya bilməzdi. Üçüncüsü, müasir ziyalı təbəqə tərəfindən atılan şübhə və iradların bir qismi də tarixin üzərinə düşürdü. Məsələn, Kəsrəvinin əsərlərində İslam və şiəliyə qarşı ittihamlar din alimlərinin çoxunu yenidən tarixə cəlb etdi. Həmçinin “İyirmi üç il” əsəri də Peyğəmbərin həyatı və tarixi ilə bağlı tədqiq və araşdırmaları bir daha ciddiləşdirdi. Dördüncüsü, qərb və marksizmin tarixə və şərqə birtərəfli mövqeyi olmuşdur. Bu məsələ, xüsusən, şiəlikdə inqilabi-tarixi təfəkkürün təhlilində daha çox diqqət mərkəzində durur və bunun çevrəsini biz tarixin ən həssas yeri sayılan və hər il böyük təlatümlə qeyd olunan Aşura hadisəsində müşahidə edə bilərik. Şiəlikdə bu hadisənin rolu və onun siyasi əhəmiyyəti bais olmuşdur ki, hər dövrdə daha çox diqqəti cəlb etsin və bu zəmində əsərlər meydana çıxsın.

ON DÖRD MƏSUMA HƏSR EDİLƏN BİR SIRA YENİ ƏSƏRLƏR

On dörd məsumun həyatı ilə bağlı yazılan yeni əsərlərin də arasında diqqəti özünə cəlb edənləri az deyildir. Amma onların yazılma və ümumiyyətlə, tarixi mənbələrin araşdırılmasına dair üsullara hələlik toxunmaq fikrində deyilik. Lakin həmişə verilən – “On dörd məsumun həyatı ilə bağlı münasib tarixi əsərlər hansıdır?” sualı ilə əlaqədar fars və ya ərəbcə yazılan bir neçə əsərin adını qeyd edirik: İran İslam inqilabından sonra yazılan Cəlaləddin Farsinin üç cilddə “Peyğəmbərlik və inqilab”, “Peyğəmbərlik və cihad” və “Peyğəmbərlik və hakimiyyət”, mərhum Məhəmməd İbrahim Ayətinin “İslam Peyğəmbərinin tarixi”, Cəfər Sübhaninin “Füruğe əbədiyyət”, doktor Mahmud Ramyarın “Peyğəmbərin doğulma ili”, Şəhid Behiştinin “İslam yaradan mühit”, “İyirmi üç il” kitabına qarşı yazılan Mustafa Təbatəbai Hüseyninin üç cilddə “Tarixə xəyanət”, Fəzlullah Kompaninin “Aləmlərə rəhmət”, Seyid Haşim Rəsuli Məhəllatinin “Həzrət Məhəmməd (s) xatəmən-nəbiyyinin həyatı”, toplanmış məqalələrdən ibarət “Məhəmməd (s) – peyğəmbərlərin sonuncusu”, Ustad Mütəhhərinin “Peyğəmbərin (s) davranışı” (eyni adda Mustafa Delşadın da belə bir əsəri var), Haşim Məruf Həsəninin “Siyrətül-Mustafa (s)”, Məhəmməd Hüseyn Müzəffərin “Məhəmmədin (s) siyasi, ictimai və əxlaqi stenoqramı”, seyid Cəfər Murtəzanın “Əs-səhih min siyrətin-nəbiyyil-əzəm”, şeyx Məhəmməd Hadi Yusifinin “İslam tarixi kulliyatı”, “İslamın siyasi tarixi” (bu müəllifin öz əsəridir), Baqir Şərif Qürəşinin “Həyatul-imam”, Ayətullah Milaninin “Qadətəna”, Seyid Hüseyn Əmininin “Siyreyi məsumin”, Haşim Məruf Həsəninin “Siyrətul-əimmətil-isna əşər”, Əli Duxəyyilin “Əimmətuna”, Ustad Mütəhhərinin “Əimeyi-ətharın davranışına bir nəzər”, Mehdi Pişvayinin “Siyreye pişvayan”, Əllamə Murtəza Əsgərinin “Nəqşe əimmə dər ehyaye din” (“Dini dirçəlişdə imamların rolu”), Hüseyn Şakirinin “Mövsuətül-Mustafa (s) vəl-itrə”, Ustad Əzizullah Ətarudinin “Müsnədül-imam”, “Əhli-beyt” müəssisəsi tərəfindən nəşr olunan “Peyğəmbər və əhli-beytin davranışı”, seyid Haşim Rəsuli Məhəllatinin “Zendeqaniye Əmirəl-möminin (ə)”, mərhum Əhməd Mütəhhərinin “Tərhhaye risalət”, seyid İbrahim Hüseyni Səidinin “Əli (ə) haqqın aynası”, Əhməd Rəhmani Həmədaninin “Əl-imam Əli (ə)”, Cəfər Sübhaninin “İmam Əlinin (ə) həyatına bir baxış”, Məhəmməd Kazim Qəzvininin “Əli əz viladət ta şəhadət”, Mehdi Sadiq Sədrin “Həyatul-Əmirəl-möminin”, Şəhid Mütəhhərinin “Əlinin cazibə və dafiəsi”, Əsgər Qaidanın “Əlinin hərbi siyasəti”, Hüseyn Şakirinin “Əli fil-kitab vəs-sünnə”, Xanım Zəhranın (ə) həyatına həsr edilən İbrahim Əmininin “İslamda nümunə qadın”, Seyid Əbdürrəsul Şəriətmədar Cəhruminin “Nüxbətül-bəyan”, Məsud Purseyid Ağayinin “Zəhra (s) və zamanı tanıma”, Əhməd Rəhmani Həmədaninin “Fatimətüz-Zəhra behcətu qəlbil-Mustafa”, Məhəmməd Kazim Qəzvininin “Fatimətüz-Zəhra minəl-məhd iləl-ləhd”, Tofiq Əbu-elmin “Fatimətuz-Zəhra”, Əzizullah Ətarudinin “Müsnədi Fatimətüz-Zəhra”, Mehdi Cəfərinin “Müsnədi-Fatimə”, Əli Əkbər Babazadənin “Təhlile siyreye Fatimətüz-Zəhra”, Həsən Mustafanın “Kitabul-imamil-Müctəba”, Şeyx Razi Ali-yasinin “Sülhul-Həsən (ə)”, Məhəmməd Cavad Fəzlullahın “Sülhul-imamil-Həsən (ə)”, mərhum Əhməd Mütəhhərinin “İmam Müctəbanın hakimiyyəti”, Fəzlullah Kompaninin “Həsən kimdir?”, Əhməd Zamaninin “Gizli həqiqətlər”, Əli Əkbər Qürəşinin “İmam Müctəbanın şəxsiyyəti”, Cəfər Murtəzanın “Əl-həyatus-siyasiyyə li-imamil-Həsən”, Ağa Ətarudidin “Müsnədül-imamil-Müctəba”, Əbdürrəzzaq Müqrimin “Məqtəlül-Hüseyn”, Şeyx Abbas Qumminin “Nəfəsul-məhmum”, Şeyx Məhəmməd Baqir Mahmudinin “Əbəratul-Mustəfəyn”, Məhəmməd İbrahim Ayətinin “Aşura barədə tarixi araşdırma”, Əli Qafirinin “Quşeyi əz sərqozəşt və şəhadəte imam Hüseyn”, Hüseyn Şeyxül İslaminin “Salare şəhidan”, Əbülqasim Şəhabın “Zendeqaniye xamese Ali-əba Əbu Əbdillahil-Hüseyn (ə) seyyidiş-şühəda”, Seyid Əli Fərəhinin “Hüseyn hərəkatı”, Məhəmməd Cavad Sahibinin “Məqtəlüş-şəms”, Əhməd Sabiri Həmədaninin “Ədəbül-Hüseyn və həmasətuhu”, Əsəd Heydərin “Məəl-Hüseyn fi nehzətihi”, Əli Nəzəri Münfəridin “Qisseye Kərbəla”, Salehi Nəcəfabadinin “Şəhide cavid” adlı kitabına tənqid olaraq yazılan Şeyx Əli Pənah İştihardinin “Həft sale”, Ayətullah Safi Gülpayeqaninin “Şəhide aqah”, Şəhid Əbdülkərim Haşimi Nejadın “Dərsi gərək Hüseyndən (ə) öyrənəsən”, Ayətullah Məhəmməd Yəzdinin “Hüseyn ibn Əlini tanıyaq”, Seyid Cəfər Şəhidinin “Əlli ildən sonra”, Məhəmməd Rza Salehinin “İmam Hüseynlə bağlı ilkin düşüncələr”, Məhəmməd Mehdi Şəmsəddinin “İmam Hüseynin Həyatı barədə tədqiqat”, Məhəmməd Sadiq Nəcminin “Süxənane Hüseyn ibn Əli”, Məhəmməd Şərifinin “Mövsuətü kəlimatil-imamil-Hüseyn”, Cəvad Mühəddisin “Fərhənge Aşura”, Şeyx Məhəmməd Səmavinin “Əbsarul-eyn”, İslam araşdırmalar mərkəzi tarix qrupunun “İmam Səccad – camale niyayeşgəran”, Seyid Cəfər Şəhidinin “Əli ibn Hüseynin həyatı”, Əbdürrəzzaq Müqrimin “İmam Zeynəlabidin”, Məhəmməd Bağdadinin “Ən-nəzəriyyə siyasiyyə lədəl-imam Zeynəlabidin”, seyid Məhəmməd Rza Hüseyni Cəlalinin “Cihadul-imamis-Səccad (ə)”, Baqir Şərif Qürəşinin “Hətatul-imamis-Səccad” və “İmam Baqirin həyatı”, İslam araşdırmalar mərkəzi tarix qrupunun “İmam Baqir (ə) celveye imamət dər ufuqe daneş”, Əsəd Heydərin “Əl-imamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, Məhəmməd Hüseyn Müzəffərin “İmam Sadiq (ə)”, Fəzlullah Kompaninin “Həzrət Sadiq”, Məhəmməd Cavad Fəzlullahın “İmam Sadiq (ə)”, Məhəmməd Kazım Qəzvininin “Mövsuətül-imamis-Sadiq (ə)”, Əbu Zöhrə və Əbdülhəlim Cündinin “İmam Sadiq (ə)”, Baqir Şərif Qürəşinin “İmam Kazimin (ə) həyatı”, Ağa Ətarudinin “Müsnəde İmam Kazim (ə)”, Seyid Cəfər Murtəza Amulinin “İmam Rzanın (ə) siyasi həyatı”, Məhəmməd Cavad Fəzlullahın “İmam Rza (ə)”, Cəfər Murtəzanın “İmam Cavadın (ə) siyasi həyatı”, Məhəmməd Kazim Qəzvininin “Əl-imamul-Cavad (ə)”, Əbdüz-Zəhra Osman Məhəmmədin “Əl-imam Məhəmməd ibn Əliyyil-Cavad (ə)”, Ağa Ətarudinin “Müsnədül-imamil-Cavad (ə)”, Əbdürrəzzaq Müqrimin “Vəfatul-imamil-Cavad (ə)”, Baqir Şərif Qürəşinin “Həyatul-imamil-Hadi (ə)”, Məhəmməd Rza Dəryayinin “İmam Hadi (ə) və ələvilərin inqilabı”, Məhəmməd Rza Sibəveyhin “İmam Hadi (ə)”, Əli Rəfiinin “Minhacut-təhərruk indəl-imamil-Hadi (ə)” və “İmamətin onuncu günəşi”, Məhəmməd Cavad Təbəsinin “İmam Əsgərinin (ə) həyatı”, Baqir Şərif Qürəşinin “İmam Əsgərinin həyatı”, Ağa Ətarudinin “Müsnəde imam Əsgəri (ə)”, Seyid Məhəmməd Əminin “İmam Zamanla (ə) tanışlıq”, Əbu Talib Təclil Təbrizinin “İmam Mehdi (ə) kimdir”, Nasir Məkarim Şirazinin “Böyük inqilab –Mehdi (ə)”, Ayətullah Safi Gülpayeqaninin “Müntəxəbül-əsər”, Seyid Hadi Xosrovşahinin “Müslihe cahani və mövude Mehdi əz didqahe əhli-sünnə”, “Məhəmməd Mehdi Xalxalinin “Sonuncu dəyişiklik”, yazıçılar qrupu tərəfindən “Mehdinin nuru”, Davud İlhaminin “Sonuncu ümid”, Casim Hüseyninin “On ikinci imamın qeybinə dair siyasi tarix”, “Qeybəti-suğranın tarixi” və s.

Kitabın adı: İmamların fikri-siyasi tarixi; Müəllif: Doktor Rəsul Cəfəryan - Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

1 “Kitabu nəqz”, səh. 11.
2 “Kitabu nəqz”, səh. 244.
3 “Mutəqədul-imamiyyə”, səh. 47.
4 “Ədəbiyyati farsi Üsturi”, səh. 725.
5 “Əl-camiu li əxlaqir-ravi”, c. 2, səh. 288; “Əl-bidayə vən-nihayə”, c. 3, səh. 242; “Subulil-huda vər-rəşad”, c. 4, səh. 20.
6 “Rical”, Nəcaşi, səh. 213
7 “Tənqihul-məqal”, Əllamə Mamqani, c. 1, səh. 150.
8 “Əl-fehrest”, İbn Nədim, səh. 166.
9 “Rical”, Nəcaşi, səh. 347.
10 “Rical”, Nəcaşi, səh. 18; “Lisanul-mizan”, c. 1, səh. 102-103; “Mucəmul-udəba”, c. 1, səh. 233.
11 “Rical”, Nəcaşi, səh. 129
12 “Rical”, Nəcaşi, səh. 258, rəqəm 676.
13 “Rical”, Nəcaşi, səh. 241-244.
14 “Rical”, Nəcaşi, səh. 97, rəqəm: 242; “Tarixi-Qum”, səh. 145, 236-237.
15 “Rical”, Nəcaşi, səh. 263.
16 “Rical”, Nəcaşi, səh. 76, rəqəm 182.
17 “Əl-fehrest”, səh. 18-19.
18 “Rical”, Nəcaşi, səh. 13.
19 “Kitabxaneye İbn Tavus”, səh. 449-450
20 “Şərhi Nəhcül-bəlağə”, c. 15, səh. 23-24.
21 “Kitabxaneyi İbn Tavus”, səh. 486.
22 “Əl-fehrest”, səh. 245.
23 “Rical”, Nəcaşi, səh. 266.
24 “Rical”, Nəcaşi, səh. 81.
25 “Rical”, Nəcaşi, səh. 32.
26 “Kitabxaneye İbn Tavus”, səh. 27-28; “Kəşful-ğummə”, səh. 109, Əli ibn İsa Ərbili, səh. 109
27 “Əl-fehrest”, “Muntəxəbud-din”, səh. 76.
28 “Tarixut-turasil-ərəbiyy”, “ət-tədvinut-tarixiyy”, səh. 208-209; “Mənaqib”, Əllamə Məhəmməd Baqir Mahmudi.
29 “Əl-məcdi”, səh. 157.
30 Bu kitab yeni redaktə ilə “Tarixe Əhlil-beyt” ünvanı ilə çap edilib.
31 “Kitabxaneyi İbn Tavus”, səh. 604.
32 “Əl-fehrest”, Müntəxəbüddin, səh. 47.
33 “Əl-fehrest”, Müntəxəbüddin, səh. 76.
34 “Əz-zəriə”, c. 8, səh. 86.
35 “Kitabxaneye İbn Tavus”, səh. 78-80.
36 “Möcəmül-üdəba”, c. 18, səh 31; “Əl-vafi bil-vəfayat”, c. 2, səh. 244; “Əz-zəriə”, c. 24, səh. 83.
37 “Kitabşinasiye asare mərbut be Qum”, səh. 18; Rafeinin “Ət-tədvin”ində də (səh. 44-48) “Ət-tibyan”dan nəqllər vardır.
38 “Əz-zəriə”, c. 3, səh. 145, rəqəm 497.
39 “Əz-zəriə”, c. 3, səh. 145.
40 “Rical”, Nəcaşi, səh. 355.
41 “Əz-zəriə”, c. 3, səh. 254.
42 “Mücməüt-təvarix vəl-qəsəs”, səh. 454-458.
43 “Kəşful-ğummə”, c. 2, səh. 306.
44 “Tarixe-qozide”, səh. 207.
45 “Fehreste nosxehaye xəttiye kitabxaneye milliye İran”, c. 1, səh. 365.
46 “Nəqz”, səh. 115, 295.
47 “Əl-fehrest”, səh. 108.
48 “Ədəbiyyate farsiye üsturi”, səh. 785.
49 “Ədəbiyyate farsiye üsturi”, səh. 899.
50 “Fehreste nüsxəhaye xəttiye farsiye munzəvi”, səh. 2704.
51 “Bustanul-kiran”, səh. 15.
52 “Kitabxaneye İbn Tavus”, səh. 482.
53 “Tarixe ədəbiyyate farsi”, Üsturi, 775-dən 819-a qədərki səhifələr.
54 Şahənşahlığa dair dövlət materialları.
55 “Səfəvilərin süqutu səbəbləri” (səfəvilər zamanı dini mətnlərin farscaya tərcümə məqaləsi), səh. 386. Həmin mənbədə əlavə iki tərcümə də qeyd edilmişdir.
56 “Mirase islamiye İran”, (Ayətullah Mərəşi Nəcəfi adına kitabxanası nəşriyyatı), ikinci dəftər, Əbu Müslim və Əbu Müslimlər barədə üç risalə.
57 “Tarixe ədəbiyyate farsi”, Üsturi, səh. 860.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
5+4 =