Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

AYƏTULLAH-UL-ÜZMA ŞEYX LÜTFÜLLAH SAFI QOLPAYQANININ



Həzrəti Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqani fəqih, islamşünas və çağdaş dövrün böyük mütəfəkkiridir.

VALIDEYNLƏRI

Onun Atası alim, arif mərhum ayətullah axund molla Məhəmməd Cavad Safi (1287-1378, hicri qəməri) idi.
Onun atası dini mütəxəssis, tədqiqatçı, müəllif və müəllimlikdən əlavə İslam elmlərinin müxtəlif sahələrində: fiqh, üsul, kəlam, əxlaq, hədis və.s.. sahələrdə və bunlarla yanaşı şer yazmaqda və xəttatlıqda da məşhur idi.
Onun anası əhli-beyt aşiqi, şairə hörmətli Fatimə xanım, həzrəti Ayətullah axund molla Məhəmməd Əlinin qızıdır.

TƏHSILATI

Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqani yeni-yetmə vaxtlarından elm və mənəviyyat vadisinə qədəm qoyaraq, ibtidayi təhsilini Qolpayqanda, ərəb ədəbiyyatının əsas kitablarını “Qütb” adı ilə məşhur olan mərhum axund molla Əbülqasimin yanında başladı. Ərəb ədəbiyyatının davamını, kəlam, təfsir, hədis, fiqh və üsul elmlərini xaric dərslərinə qədər orada davam etdirdi. Əlbəttə bu müddətdə qeyd olunan elmlərin mühüm kitablarını atası Həzrəti Ayətullah axund molla Cavad Safinın yanında da öyrənirdi. 1981-ci ildə Qolpayqan şəhərini Qumda təhsilini davam etdirmək məqsədi ilə tərk edir. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi bir neçə il sonra isə Nəcəf Əşrəfə yollanır. Orada da böyük müçtehidlərin xidmətində olaraq, onların elm və təqvasından bəhrələndi.
Onun fitri və fövqəladə istedadı, təhsildə çalışqanlığı, ciddiyyəti və zəkası səbəb olmuşdu Qum və Nəcəf ustadlarının məxsus məhəbbətini özünə cəlb etsin. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi yenidən Quma qayıdaraq 15 il dən artıq Həzrəti Ayətullah –ul-üzma Brucerdinin fiqh, əxlaq və irfan dərslərində iştirak etdi.
Həzrəti Ayətullah –ul-üzma Brucerdi də şiə kəlamının və fiqhinin həssas və mühüm suallarına cavab verməyi və həmçinin Məhdəviyyət barəsində “ Müntəxəbül Əsər ” adı ilə məşhur olan qiymətli kitabın yazılmasını da, Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safiyə tapşırdı. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin ustadları :
1-Qumda mühüm ustadlarından, mərcəi təqlidlər : Seyyid Məhəmməd təqi xansari, Höccət, Sədr, Brucerdi;
2-Nəcəf Əşrəfdə isə şeyx Məhəmməd Kazim Şirazi, seyyid Camaləddin Qolpayqani və şeyx Məhəmməd Əli Kaziminin adlarını çəkmək olar.

XÜSUSIYYƏTLƏRI

Təqva, ixlas, zöhd, qənaət, təvəkkül, geniş ürəkli olmaq, qətiyyət, əmr be məruf və nəhy əz münkər Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin mühüm əxlaqi və ruhi xüsusiyyətlərindəndir. Onun vücudu əhli beyt eşqinin sahilsiz dənizi kimidir. Tədqiq, hövzənin yuxarı səth dərslərini tədris etmək və müxtəlif İslam elmləri zəminində geniş araşdırmaları Ayətullah-ul-üzma Hacı şeyx Lütfüllah Safinin elmi fəaaliyyətlərindəndir. O fiqh, üsul, kəlam, hədis, rical, dirayə, və s... sahələrdə 100 dən artıq dəyərli tədqiqat araşdırmaları nəticəsində fars və ərəb dilində kitablar yazmışdır. Əlbəttə onlardan bəzisi digər müxtəlif dillərə də tərcümə olunmuşdur. Yüksək elmi mövqeiyyətlərdə olmaqlıq, Qum elmi hövzəsində Ayətullah-ul-üzma Hacı şeyx Lütfüllah Safini, seyyid Cəmaləddin haşimi Qolpayqani, Brucerdi, İmam Xumeyni, Həzrəti Ayətullah-ul-üzma Qolpayqani və bu kimi şəxsiyyətlərin sırasında yer tutmağa imkan verdi.
Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Ayətullah-ul-üzma Hacı şeyx Brucerdi tərəfindən uzun illər Qum elmi hövzəsinin ali səth və xaric dərsləri oxuyan şəxslərin imtahan məsuliyyətini daşıyırdı. Ayətullah-ul-üzma Hacı şeyx Lütfüllah Safi ədəbiyyat, İslam və İran tarixi sahələrində geniş mütaliələr etmişdir. Həmçinin şer yazmaqda da spesifik məharətə malikdir. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Həzrəti Ayətullah-ul-üzma Qolpayqaninin vəfatından sonra hövzənin yüksək məqamlı şəxsiyyətləri və xalqın xahişi və təkidi ilə Mərcəiyyət məqamını qəbul etdi. Hal-hazırda isə təqlid olunası müçtehidlərdən biri və Qum elmi hövzəsinin əsas elmi sutunlarından hesab olunur.

BAŞQALARININ GÖZÜ ILƏ


Həzrəti Ayətullah-ul-üzma seyyid Cəmaləddin Haşimi Qolpayqani

Nəcəf əşrəfin yüksək səviyyəli müçtehidlərindən olan Həzrəti Ayətullah-ul-üzma seyyid Cəmaləddin Haşimi Qolpayqani hicri qəməri ili ilə 1375 ci ilin cəmadiüləvvəl ayınin 3-də Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safiyə İctihad icazə verərək, qeyd etmişlər ki, Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi şəri hökmlərdə ən yüksək istinbat və ictihad dərəcəsinə yetişiblər. O qeyd olunan məktubda Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safini “ alim, elmin özü, bilikli, bilici, fazil, kamil insan, məşhur elmli, iradəli və höccətul-islam ” ləqəblərilə yad edərək, tərifləmişlər.

Həzrəti Ayətullah-ul-üzma şeyx Məhəmməd Əli Kazemi Xorasani

Həzrəti Ayətullah-ul-üzma şeyx Məhəmməd Əli Kazemi Xorasani Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safiyə məktubunda onu “ Elmin minarəsi və elmin özü ” adlandırmış və onu yüksək qiymətləndirmişdir. Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Nəcəfi tərk etdikdə onu Nəcəfə dəvət edərək belə yazmışdır : “ Cənabalinin Nəcəf-Əşrəfi tərk etməsi və elm ocaqlarının sizin kimi şəxsiyyətlərdən boş qalması narahat edici haldır. Çünki hazırda elm ocağlarının sizə ehtiyacı vardır ki, anadangəlmə istedad ilə pak şəriətin namusunu həm batində və həm zahirdə qorumağa maliksiniz ”.

Həzrəti Ayətullah-ul-üzma İmam Xumeyni

İmam Xumeyni müxtəlif yerlərdə Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin tədbirli hərəkətlərini, fiqhi düşüncəsini, və mühüm məsələlərdə olan bacaracağını qiymətləndirmişlər. Məhz bu cəhətə əsasən Ayətullah-ul-üzma Lütfüllah Safini, ölkə qanunlarının şəri və konstitusiya ilə uzlaşmasına axrıncı qərar verən mərkəz kimi tanınan qoruyucu və nəzarətçi şurada, rol ifa etməyə, seçdilər.
İmam Xumeyni özünün 22.3.65 tarixli məktubunda Ayətullah-ul-üzma Lütfüllah Safini “ ləyaqət və etibarı aşkar, aydın ” olan fəqihlər sırasından ; digər dəfə isə “ uzun xidmət müddətində gündəmdə olan məsələlərə tam və geniş məlumatı olan ” şəxs kimi qələmə vermişlər. Başqa bir məktubinda isə belə demişdir : “Ayətullah Lütfüllah Safi mənim etimadım və məhəbbətim olan şəxsdir ”.

Həzrəti Ayətullah-ul-üzma Qolpayqani

Həzrəti Ayətullah-ul-üzma Qolpayqani İslam fiqhinin ensiklopediya və kompyuter tədqiqatlarrı şöbəsinə məktubunda, Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safini müasir dövrün böyük və bacaracaqlı fəqihi və elmi məqama sahib bir insan kimi tanıtmışdır. Həmçinin onun qiymətli vücudundan və dəyərli elmi sərmayəsindən istifadə etməyi təkid etmişdir. Nəhayət, Həzrəti Ayətullah-ul-üzma Qolpayqani Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safidən adil və aşkar müçtehid kimi yad etmişdir.

ƏSƏRLƏRI

1- Ramazan tarix boyu
2- Din maarifi (etiqadi sual cavablar toplusu)
3- Ərəfatda dua
4- İmam Hüsüeyn (ə) əzəmətindən bir parça
5- Oyanış hədisi( Müraciətlər toplusu )
6- Fitrət ayəsinin təfsiri
7- Tibbi sual cavablar
8- Mübarək Ramazan ayının əxlaqi və tərbiyəvi məktəbi
9- İmamət və Məhdəviyyət
10- Şəri hökmlərin toplusu 1 və 2-ci cild.
11- Cavanlar ilə
12- Yeniyetmələrin şəri hökmləri
13- Əmn-Amanlıq Müjdəsi
14- On suala cavab
15- Məhdəviyyət armanının prinsipi
16- İmamət sistemində Tövhid təcəllası
17- İmamlıq və Rəhbərlik sistemi
18- Təkvini və təşrii vilayət
19- İmamşünaslıq barəsində
20- Hüriyyət inancları
21- İdeal dövlətə doğru
22- Məhdəviyyət inamı
23- İNTİZAR _ müqavimət amili
24- Nüdbə duasında vilayət ziyası
25- İlahi Höccəti tanıma
26- Vüsal arzusunda
27- Kainatın İmam Zaman (ə.c) -ə bağlılığı
28- Məhdəviyyət dialoqu
29- Agah Şəhid
30- Nəhcül-bəlağədə İlahiyyat
31- İslah və yaxud Əmr be məruf və nəhy əz münkər.
32- Şiə elmi mərkəzlərinin tarixi
33- Avropada İslam sədası
34- Yaradana doğru
35- Ərəfatda dua
36- Dinin yüksəkliyi
37- Tarixi hadisələr (Tarixdə Ramazan )
38- Tövzihül-məsaildən seçmələr.
39- Aşuralılar ilə
40- Budasofun həyatı
41- Müsəlman qadının sualına cavab
42- Cabir ibni Həyyan
43- Tarıxı qədiri xum günü barəsində
44- Şer divanı
45- Vəqfdə İlahi niyyətin mötəbərliyi
47- Həcc barəsində min sual
48- Risalə ( Şəri hökmlər )
49- Fəlsəfə və irfana bir baxış
50- Hüquqi sual cavablar
51- “ Oniki imamçı şiədə Məhdəviyyət inamı ”adlı kitaba cavab.
52- Həcc əməlləri və hökmləri
www.saafi.ir/az



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+8 =