Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ƏLININ (Ə) MƏZLUMIYYƏTINI BAŞA DÜŞDÜYÜM ÜÇÜN ŞIƏ OLDUM



45 yaşlı “Məhəmməd Şəhadə” Fələstin Fəth Hərəkatı”nın keçmiş üzvü, sonradan İslami Mübarizə (cihad) Hərəkatına qoşulmuş və əl-Qüds batalyonunun (İslami mübarizə hərbi hissəsi) böyük üzvlərindən birinə çevrildi. 1986-cı ilin mart ayında “İsa Mərzuq”, “İmad əl-Kamil” və “Əhməd əl-Bulbul” adlı şəxslərlə birlikdə Qərb sahilində yerləşən “Beytü-Ləhm” şəhərində İsrail işğalçılarının hücumuna məruz qalaraq şəhadətə çatmışdır.
Bu hadisədən sonra, şəhid Şəhadənin 19 yaşlı oğlu “Şəhadə Şəhadə” atasının şiə olduğunu elan edib dedi:”Atam təslim olmamağı qərara alıb şəhadəti seçdi. Necə ki, İmam Hüseyn(ə) Kərbəlada vuruşdu və şəhadəti seçdi.”
Qeyd etmək lazımdır ki, şəhid Məhəmməd Şəhadənin şiəliyi qəbul etməsi onun məzlumiyyətinə səbəb oldu. O sağlığında “əl-Məcəllə” jurnalı, “Həmas” hərəkatına bağlı olan bəzi xəbər agentlikləri və “əl-Əzhər” unveristetinə bağlı olan sünni başçılar və mətbuat orqanları tərəfindən hücumlara məruz qalmışdı. Onun məzlumcasına şəhadəti də da eyni hücum və baykotlarla qarşılaşdı.
Təəssüflər olsun ki, bu məzlumiyyət daxili mətbuata da keçmişdir. Həmas başçılarının şəhadət xəbərləri radio və televizorlarımızı bir neçə gün özünə məşğul etdiyi halda onun şəhadət xəbəri mətbuatda lazımınca işıqlanmadı.
“əl-Mənbər” jurnalının şəhid Məhəmməd Şəhadədən aldığı müsahibəni sizlərə təqdim edirik:

İlk öncə sünni məzhəbini tərk edib Əhli-beyt (ə) məzhəbini qəbul etməyiniz barədə danışın!

İlk olaraq onu deməliyəm ki, sünni oduğuma və Əhli-beyt (ə) haqqında məlumatımın azlığına görə, o böyük şəxsiyyətlər barasində bir şey bilmirdim, ancaq uşaqlıqdan Əhli-beytə məhəbbətim var idi.
Yalnız onu bilirdim ki, imam Əli (ə) dördüncü xəlifə, Həsən (ə) və Hüseyn (ə) Peyğəmbərin (ə) sevimlisi olan iki uşaq və Fatimə (s.ə) Peyğəmbərin qızıdır. Bildiklərim yalnız bunlar idi. Buna baxmayaraq Əhli-beytin (ə) məzlumiyyətindən çox eşitmişdim və yavaş-yavaş hiss etdim ki, Əli (ə) doğrudan da məzlum olmuşdur.
Torpaqlarımızın işğalı artdıqca bu hiss məndə daha çox inkişaf edirdi. Deyə bilərəm ki, “Şiəlikdən məlumatsızlığım” indiyə qədər sünni qalmağıma səbəb olmuşdur. Ümid edirəm ki, daha belə olmayım.

Zülm və məzlumiyyətdən söhbət açdınız, bu məzlumiyyət hissi sizdə necə gücləndi?

Mən 16 yaşından “Fələstin Fəth Hərəkatı”nın mübarizlərindən idim. 80-cı illərdə əsir düşüb 25-il azadlıqdan məhrum edildim. Əlbəttə 1985-ci ildə əsirlərin dəyişdirilməsi zamanı azad oldum, lakin ondan sonra yenə də Sionistlərin əlinə düşdüm, sırf “İslami Cihad”a təmayülümə gorə mühakimə olunmadan neçə il zindanda oldum.
Zindandan çıxandan sonra rəsmən İslami Cihad Hərəkatına qoşuldum. Düşmən qüvvələri 1992- ci il “Müqavimət Hərəkatı” zamanı məni bir il müddətinə Livanın cənubunda yerləşən “Mərcuz-zühur” məntəqəsinə sürgün etdi. Bu müddət ərzində məzlumiyyət hissi məndə daha da çox inkişaf etdi.
Digər tərəfdən, İran İslam İnqilabının qələbəsindən sonra, məndə zalımlara qarşı qiyam və qələbə şövqü gücləndi. Beləki, bu inqilab və onun Ali-Mühəmməddən (s) qaynaqlanan fikri təməlləri haqqında mütaliəyə başladım. Bu mütaliələr “Mərcuz-zühur”da olan sürgünümün axırına qədər davam etdi. Həmçinin bu müddətdə “Hizbullah” tərəfindən düşərgədə keçirilən “İslami fikir” dəyirmi masalarında davamlı olaraq iştirak edir, məlumatımı artırırdım.

Bu məzhəbin məzlumiyyət və həqiqəti sizin üçün aydın olan zaman keçirdiyiniz hisslərdən danışın!

Özümü həqiqət çeşməsinə çatan susuz bir insan kimi hiss edirdim. Bir tərəfdən sevinc bütün vücudumu əhatə etmiş, ona görə ki, bir baş Peyğəmbərin (ə) yoluna bağlanmışdım. Digər tərəfdən də qəmlənirdim ki, niyə görə Məsum imamların (ə) hədəf və məqsədlərinin bizim hayatımızda rolu olmamışdır. Həmçinin məzlumiyyətin simvolu olan Aşura hadisəsi məni öz təsiri altına aldı.

Nə zaman Şiə məzhəbini qəbul etməyi qərara aldınız?

Şiəlik barəsində bir neçə il təhqiq və mütaliə etdikdən sonra, istər müvafiq istərsə də müxalif təmayüllü müxtəlif fikirlərdən tam agah olduqdan sonra nəhayət şiəliyi qəbul etdim.

Bu sahədə hansı kitablar sizə kömək oldu?

Çoxlu kitablar mütaliə etdim. Şiə və sünni kitablarını müqayisə etdikdə başa düşdüm ki, əhli-sünnənin kitabları tarixin elmi həqiqətləri və məntiqi qarşısında möhkəm deyildir, əksinə şiə alimlərinin kitabları məntiqə daha yaxındır. Ona görə həmişə mənim üçün sual yaranırdı: “Nə vaxta qədər tarix və fiqhə xas bir çərçivədən baxmaqla xüsusi bir şəraiti qəbul etməliyik? Məni özünə cəzb edən Şiə kitabları çoxdur. O cümlədən; “Şiə tarixdə”, “Şiə və Hakimlər”, “İmam Sadiq (ə) və dörd məzhəb”, “əl-Kafi”, “Doktor əl-Vərdaninin” kitabları, (Şiəliyi qəbul etmiş misirli alim) “Ticaninin” kitabları (Şiəliyi qəbul etmiş məşhur tunisli alim) və “Nəhcu şəhadətil-İmam Hüseyn (ə)”. Bundan əlavə Əhli-Beyt (ə) haqqında onlarca kitab və onun kənarında əhli-sünnə mənbələrindən onlarla kitab oxumuşam. Bu kitablar həqiqətin aşkar olmasında mənə çox kömək oldu.

“əl-Məcəllə” jurnalı belə bir təsəvvürat yaratdı ki, sizin şiə olmağınız həqiqi inam üzündən deyil, bir növ siyasi motiv daşıyır və Livanın cənubunda sünni cəmiyyətinin məğlubiyyəti və Şiələrin qələbəsindən qaynaqlanır. Bu söz doğrudurmu?

Bu jurnal yanlış xəbərlər yazır! Buna sübut olaraq, uyğun mövzuya aid öz məqaləsinin müqəddiməsində xalqı “Şiəyə doğru dəyişiklik” adlı təhlükədən çəkindirmiş və əhli-sünnə alimlərinə bu təhlükə barədə xəbərdarlıq etmişdir! Mən təəccüb edirəm ki, niyə onlar “Müqavimət Hərəkatı”nın qələbəsi və genişləndiyi vaxt bu məsələləri qabardırlar. Əgər mən bu jurnalın məsullarının niyyətlərini bilsəydim, bir şeyi söyləməmişdən öncə fikirləşərdim ki, mənim sözlərimi təhrif etməsinlər.
Lakin bu mövzunun kənarında bəzi təhlil və müsahibələri gətirməklə mənim şiə olmağımı “Bir növ məğlubiyyət hissi ” kimi qələmə verdilər. Halbuki belə deyildi. Əlbəttə bu jurnalın Səudilərə aid olduğunu bilirsiz və nəticə etibarı ilə Vəhhabilərin tabeliyində olan jurnaldır. Mən əminliklə deyirəm ki, mənim şiə olmağım haqqında deyilən sözlər tamamilə həqiqətdən uzaqdır. Mən əqidə və inam əsasında şiə olmuşam, siyasətə görə yox!
Yaxşı olardı ki, onlar əvvəl oxuculara, sonra müsahibə götürdükləri şəxsə hörmətlə yanaşaydılar. Yenə təkrar edirəm mənin şiə olmağımın siyasi şəraitə heç bir aidiyyəti yoxdur.
Əlbəttə şübhəsiz bütün müsəlmanlar kimi, Hizbullahın Livanın cənubunda gerçəkləşdirdiyi müqavimət hərəkatının qələbələri ilə fəxr edirəm. Amma bu o demək deyil ki, Hizbullahın bu qələbəsi şiə olmağımda stimul idi. Çünki mənim şiə olmağım daxili qənaət və razılıqdan irəli gəlirdi və bunlardan heç birinin mənim şiə olmağımda rolu olmamışdır. Çünki mənim təhqiqatım müqavimətin qələbəsindən öncəyə təsadüf edir. Şiəlik haqq və həqiqət yoludur ki, mən onu seçdim və inşallah ona bağlı qalacağam!

Jurnalın sizin şiə olmanıza ləkə saldığı müsahibəsini gördükdə narahat oldunuzmu?

Onlarla müsahibə təklifini razılıqla qəbul etdim. Baxmayaraq dostlardan bəzisi tövsiyə etdi ki, bu müsahibəni qəbul etməyim. Ona görə ki, sünnilərin arasında və indiki şəraitin həssaslığı vəziyyəti dəyişdirə bilərdi. Ancaq mənin əqidəm bu idi ki, bu “Bir haqqdır” və gərək illər boyu gizlədildikdən sonra insanların qulağına çatsın. Gərək hamı təəssübkeşlikdən əl çəkib bir-birinin yanında dinc yaşasınlar.

Hizbullah və ya İranla təşkilati əlaqələniz varmı?

Yox, heç vaxt! İran və onun informasiya qurumları ilə, hətta Livan Hizbullahı ilə əlaqəm yoxdur. Bəlkə bizim aramızda fikir birliyi və mədəni əlaqələr var. Bu da təbiidir, çünki bu məsələlər mənim əqidə və təfəkkürümün genişlənməsi nəticəsindədir. Lakin bunlar heç vaxt təşkilatı əlaqə mənasında deyildir. Başqa tərəfdən bir çox sünni təmayüllü insanları görürəm ki, bizim İran və Hizbullahla mədəni əlaqəyə oxşar əlaqələri vardır. Bunlar müsəlmanların hakim olduğu şəraitin nəticəsidir.

“Şiənin qaynağı Abdullah inb Səbadır” – deyə iddia edən “əl-Əzhər” universitetinin şeyxi “Şeyx Təntavinin” cavabını necə verərdiniz?

İlk öncə ona səmimi salamlarımı çatdırıram və Allahdan İslama xidmət etmək üçün bizim hamımızın hidayət olmasını istəyirəm. “əl-Əzhər”in Şeyxindən bu məsələ barəsində daha aydın danışmasını istəyirəm. O əvvəlcə sünni-şiə qardaşlığından danışır, amma sonda deyir ki, “şiəlik” Yəhudilərin əli ilə yaranmışdır! Bu ağlın qəbul edəcəyi bir söz deyil və bu ikili standart bir yerə sığışmır. Necə ola bilər ki, şiə sünni ilə qardaş olsun eyni halda da yəhudiliyin əli ilə yaransın?! Abdullah ibn Səba haqqında onu deyim ki, çoxlu tədqiqatdan sonra anladım ki, o xəyali bir şəxsdir və yalnız “Təbəri tarixində” və bir neçə zəif mənbələrdə onun adı çəkilir.

“əl-Əzhər Alimlər Şura”sının rəisinin sizə və şiəliyə qarşı sərt hücumlarına münasibətiniz necədir?

Mən deyirəm: “Ey Allahım mənin qövmümü hidayət et, onlar nadandırlar!”. Mən həqiqətdə onun müzakirə etdiyi sözlərə görə təəccüb edirəm. Ən çox ona görə təəccüb edirəm ki, o “əl-Əzhər Alimlər Şurası”nın rəisidir və asanlıqla milyonlarla müsəlmanın təkfir edilməsinin məsuliyyətini qəbul edir! Həmçinin onun “Şəhadənin şiəlik haqqında olan cəhaləti onun şiə olmasına və ona sadiq qalmasına səbəb oldu” sözünü qətiyyətlə rədd edirəm. Əksinə “Şiə haqqında olan cəhalətim sünni qalmağıma səbəb olmuşdu” və sonunda bu cahillik bitdi və şiə olmağımı elan etdim.

Fələstin gələcəkdə şiənin olacaqmı?

Əhli-beyt məktəbi həmişəki kimi Fələstində qalacaqdır. Mən və bütün mömin qardaşlar inşallah onun genişlənməsinə çalışacağıq. Ümüd edirik ki, Allah-taala bu məzhəbi, imam Məhdinin (ə.c) zühuruna qədər yaşatsın və yaysın!

Şiə olandan sonra fəaliyyətləriniz haqqında danışın!

Bütün fəaliyyətlər haqqında danışa bilmərəm. Amma Fələstində keçirilən müxtəlif festival və mərasimlərdə çıxış edirəm. Minlərlə insanın iştirak etdiyi bu festivallarda ən çox cəmiyyətin Əhli-beytə (ə) baxışının dəyişməsində mühüm rolu olan Peyğəmbər (s) Əhli-beytinin (ə) şəxsiyyət, mövqe və üslubları haqqında danışıram ki, onların məqamlarını tanısınlar və onların ardınca getsinlər. İnşallah, “Allahın vədəsi gerçəkləşər!”
Yadımdadır ki, Livanda “Müqavimət”in qələbəsi münasibəti ilə keçirilən şənlikdə imam Hüseyn (ə) barəsində danışırdım, bəzi “Həmas Cəbhəsinin” natiqləri tərəfindən xoşa gəlməz reaksiyalarla qarşılaşdım. İş o yerə çatdı ki, “Fələstində İslami Cihad şiə məzhəbinin yayılması ilə başlamışdırmı?” adılı məqalə çap olundu və imam Hüseyn (ə) haqqında mənin danışdıqlarımı, İslami Cihad rəhbərlərinin şiəliyin yayılması üçün hazırladığı plan adlandırdılar.
Mən yenə də təkidlə deyirəm ki, İslami Cihad rəhbərlərinin mənim şiə olmağımda heç bir rolu yoxdur və mən onlar tərəfindən heç bir addım atmamışam. Əlbəttə bəzi ortaq məsələlərdə onlarla işbirliyim vardır. Ancaq o məqaləni yazanlar, çalışırdılar ki, məni İslami Cihad rəhbərləri ilə üz-üzə qoyub çıxılmaz vəziyyətə salsınlar. Amma onu da deyim ki, İslami Cihad rəhbərliyi bu təxribata uymayacaq qədər ağıllı insanlardır.

Şiə olmağınız bərədə hələ də sual, münazirə və müsahibələrlə üzləşirsiniz?

Bəli, həddindən çox! Demək olar ki, hər gün bu barədə söhbətlərim olur. Şükürlər olsun Allaha! Uyğun mövzudakı müzakirələr cəmiyyətin bu məzhəbə qarşı münasibətini şəffaflaşdırmışdır. İnanmayacaqsınız ki, o qədər Əhli-beyt (ə) məzhəbi haqqında məlumatsızdırlar ki, bizim camaatın çoxu (şiə və əş-şyuiyyə) sözlərinin oxşarlığına görə “Şiə” və “Kommunizm” arasında (ərəb dilində Kommunizmə – “əş-şyuiyyə” deyilir) fərq qoymurlar.

Müsəlmanlara nə müraciətiniz var?

Bütün dünya azadlıqsevərlərinə, xüsusi ilə də müsəlmanlara – əqidə, məzhəb və firqəsindən asılı olmayaraq – tövsiyə edirəm ki, imam Hüseyn (ə) və onun qiyamını örnək alısınlar və böyük şeytan Amerika və İsrailin zülmü qarşısında sakit oturmasınlar. Həmçinin ümid edirəm ki, “Necə hidayət oldum” – deyən axırıncı şəxs olmayım!

İmam Zamana (ə.c) ürək sözlərinizi söyləyin?

Bizim bütün fəaliyyətlərimizin bərəkəti onun mübarək vücudu sayəsindədir. Bizim fəaliyyətlərmizi dünyanı “Zühur” üçün hazırlamaq istiqamətində köməkçi qərar versin, inşallah! Ağama deyirəm: “Ya Məhdi, ədrikna!”

Bizə vaxt ayırdığınıza görə sizə öz təşəkkürümüzü bidiririk. Siz və fələstinli mücahidlər üçün qələbə arzulayırıq!

Allah-taala sizə həmişə xeyir və bərəkət versin. Mən də öz növbəmdə həqiqətin aşkar olması üçün göstərdiyiniz səylərə görə sizə təşəkkür edirəm və Allahdan sizə Əhli-beytə (ə) xidmət etmək səadəti arzulayıram!





Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+10 =