Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ŞIƏLIYI QƏBUL EDƏN ALMANIYALI KOMMUNIST FILOSOF



Şair və müxbir olan Piter Şutt 1939-cu ildə Almaniyada anadan olmuşdur. 1967-ci ildə fəlsəfə doktoru dərəcəsi ilə universitetin məzunu olmuşdur. O , Almaniya kommunist partiyasının banilərindən idi. Onun bütün əsərləri kommunist ideologiyası haqqında idi, belə ki, Almaniyanın bəzi mətbuat organları onu patiyanın ”Saray şairi” adlandırırdılar.
“Zəmanə” saytının yazdığına görə o, 1988 ci ildə partiyadan çixdı. Sonra tənqidi məqalər və kitablar yazmaqla keçmişindən uzaqlaşdı. 1987-ci ildə İranlı bir qadınla evləndi və 1990-cı ildə İslam dinini qəbul edərək şiə oldu, 1996-cı ildə Həcc ziyarətinə getdi.
P.Şutt 10 sentyabrda çıxan “Die velt” qəzetində yazdığı məqalədə müsəlman olmağının səbəbini açıqlamışdır. Alman dilində məqalənin mətninin çox olduğunu nəzərə alıb onun tərcüməsini ixtisarla sizə təqdim edirik:

Hələ uşaqlıq və cavanlıq dövrümdə İslam məni cəzb etmişdi.

Mən nə müsəlman övladıyam, nədə ki, təsadüfən İslamla rastlaşmışam.Ömrümün yarsından çoxunu həqiqətin axtarışında olmuşam. Yalnız bir dəfə dinimi dəyişmişəm. 19 yaşında ikən öz ata evimdən qacmağım üçün katolik oldum və 30 ildən sonra İslama olan etiqadımı elan etdim.
Uşaqlıq vaxtlarımdan İslam daim məni özünə cəzb edirdi. Müharibədən sonrakı illərdə bizim məntəqəmiz İngilis qüvvələrinin işğalı altında idi. İngilis əsgərləri içərisində müsəlman olan altı əmmaməli hindli əsgər də var idi. Onlar kəndin restoranında məskunlaşmışdılar. Uşaqları qəribə surətdə cəlb edirdilər. Bizə xurma və əncil verirdilər. İbadət etdikləri zaman bizə tamaşa etməyimizə icazə verirdilər. Beləliklə İslamda olan ibadət tez bir zamanda zehnimdə həkk olundu.
İ.V.Götenin “Almaniyanın ilk hacısı adlandırdığı” Karsten Nibur 200 il öncə Ərəb ölkələrinə səfər etmiş və ilk Alman olaraq Məkkə və Mədinənin müqəddəs məkanlarını dəqiqliklə təsvir edərək yaymışdır. Bizim kəndin yaxınlığında olan kilsədə bu xəbərlərin bir qismi var idi. Bu mənim axtarışda olan cavan qəlbimə cavab və daxili səfərimin ilk istiqamətləndiricisi oldu.
Universitetdə təhsil aldığım zaman İslamla təmas yaratdım. Doktorantura dissertasiyamın mövzusu da Andreas Gerifusun “Baruk əsri” pyesləri haqqında idi. Bu pyeslərdən biri “Gürcüstanlı Katerinadır”. Pyesdə hadisələrin əsas hissəsi İsfahanda baş verir. Katerinanın tərəf müqabili Şah Abbasdır. O, müxtəlif vədlərlə Katerinanı öz hərəmxanasına aparmağa çalışır. Gerifusun əsərləri mənim əsaslı şəkildə İslam və şərq mədəniyyətini araşdırmağıma təkan oldu.
Hamburg beynəlxalq tələbə yataqxanasında qalan zaman çoxlu elmi-mənəvi bəhrələr aparmışam. Dörd il iranlı, misirli və nigeriyalı tələbələr ilə bir yerdə qalmışam. Gecə-gündüz bir-birimiz ilə elmi mübahisılır edirdik. Bizim bu elmi bəhslərimiz yalnız əqidə məsələlərinə aid deyildi. Yataqxananın kitabxanasında davamlı surətdə xristianlarla, yəhudilərlə və müsəlmanlarla dini bəhslərimiz olurdu. O zamanlar İslam mənim üçün ilk növbədə “üçüncü dünya xalqları”nın xilaskarı kimi teori bir anlayış idi.

Şahın 1967-ci ilin yazında Almaniyaya gəlməsi tələbə hərəkatının əsas səbəbi olmasından başqa, Almaniyada İslamın ilk ziyalı hərəkatına da təhrik edici səbəb olmuşdur. Bu məsələ həmişə sakitlilklə qeyd edilmişdir.
Bəhmən Niruməndin bütün universitetlərdə keçirdiyi proqramlarda, “İnqilab ya İslam, İranı və inkişafda olan başqa ölkələri yoxsulluqdan xilas edəcək ya yox?” fikri daim müzakirə mövzusu olmuşdur.

Keçmiş səhvlər.

Tələbəlik illərindən sonra Moskvanın tərəfdarı olan Almaniya kommunist partiyasına üzv oldum. Partiyanın üzvü və icraçı heyəti olaraq İslam və sosializmin “bir pulun iki üzü” olması və bir-birinə bağlılıqları kimi yanlış fikirlərə düçar oldum; Sosiyalizim – ədalətin yer üzündə bərqərar olmasının yollarını; İslam – ilahi ədalətin yolunu göstərir. Sovet ittifaqında böyük İslam nümayəndəsi olan Daşkənd müftisinin qonağı olmuş və böyük maraqla onun İslam elmi və əxlaqı haqqında olan təlimlərinə qulaq asmışam. Onun, bu sözləri K.Q.B-nin sifarişi ilə deməsinə inanmaq istəmirdim.
“Sibirə doğru” kitabımda səhvən elə təsəvvür etmişəm ki, guya İslam və Komminizim Sovet İttifaqının hakimiyyəti altında olan Orta Asiyada necə bir-birini gözəl surətdə kamilləşdirir. Hamburgun Şərqşünaslıq İnstitutunda Orta Asiya haqqında keçirilən konfransda ilk dəfə Anna Mariya Şimel ilə tanış oldum. Kitabımın üz cildində parıldayan oraq və çəkicə xeyli baxdıqdan sonra dedi: “Lütfən çəkici pozun, yalnız oraq qalsın! O da təzə doğulmuş aya çevrilir və İslamın yolunu sizə göstərəcəkdir.” Bu təklifi cani-dildən qəbul etdim və ondan sonra həmişə çarə yolunu o şəxsdə axtardım. Onun İslam haqqında olan kitabları həmişə mənim üçün çətinlikləri həll edirdi.
1987-ci ildə İslamın axtarışında olan bir şəxs kimi İrana dəvət olundum. Bu səfərin mənim zehnimdə böyük təsiri oldu. Bütün bu təsirlər səbəb oldu ki, mən bir neçə ildən sonra, yəni 1990-cı ildə qəti şəkildə İslamı qəbul edim.

Dinin dəqiq təhlili.

Hamburg “İslam mərkəzi” İslam inqilabının ilk günlərindən, hətta təşkilata üzv olmamışdan da qabaq mənim üçün mühüm bir qayıdış nöqtəsi olmuşdur.
Mən hal-hazırda 15 ildən çoxdur ki, 1967-ci ildə Mehdi Rəzəvinin təsis etdiyi “Almaniya müsəlmanlar təşkilatı”nın üzvüyəm. Şənbə günü günortadan sonra toplanan bir cəmiyyətimiz vardır. Heç kəsə məzhəbini dəyişməsinə görə təzyiq etmirik. Əksinə bizimlə tanış olan kimi tez bir zamanda dinlərini dəyişən insanlara şübhə ilə yanaşırıq. Təcrübə göstərir ki, belə adamlar öz əqidələrində sabit deyillər. Bunların İslam və Qurandan o qədər də anlayışları yoxdur və təsəvvürlərinin çoxu yanlışdır.
Mehdi Rəzəvi 1967-ci ildə 1-ci surənin təfsirini başladı. İki il qabaq onun canişini seçilən Həlimə Kəravəzən isə indi 41-ci surəni təfsir edir.
Kağız üzərində müsəlman olmaq çətin iş deyil. Yalnız şahid önündə şəhadət verməyin kifayət edir. Amma bir günün içində həqiqi müsəlman olmaq olmaz. Cani-dildən Allahın iradəsinə təslim olmaq üçün boş şeylər danışmaq əvəzinə, ibadət və xeyirxah əməllərlə məşğul olmaq lazımdır.





Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+4 =