Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|

ISLAMIN CAZIBƏSI



Ata-anam məsihidirlər. Onlar məni Babi İvanz adlandırdılar, lakin indi məni müsəlmanlar Xədicə İvanz adı ilə tanıyırlar. Bu yazı mənim və həyat yoldaşımın necə müsəlman olmağımız haqqındadır.
Yaxşı yadımdadır ki, 7-8 yaşım olanda mətbəxdə dayanıb pəncərədən bayırı tamaşa edirdim. Vücuduna əmin olmadığım Allahla razü-niyaz edirdim və ondan istəyirdim ki, əgər həqiqətən vardırsa, özünü mənə göstərsin. Amma hec bir xəbər olmadı.
10 yaşlarımı xatırlayıram ki, bir dəfə Allaha məktub yazıb otağın bir küncündə gizlətdim. Xəyal edirdim ki, əgər Allah varsa gələr məktubu götürər və dualarımı qəbul edər. Amma səhəri gün görürdüm məktub yerindədir.
Allahın vücudunu qəbul etməkdə və Kilsənin təlimlərinin dərkində həmişə çətinlik çəkirdim. Ata-anam elədə dindar olmamalarına baxmayaraq, nadir hallarda Kilsənin mərasimlərində iştirak edirdilər. Nəzərləri belə idi ki, yaxşısı budur mən və iki qardaşım Kilsəyə gedək. Uşaqlıq illərində bizə icazə verdilər ki, Xristian təriqətlərinin içində bir təriqəti özümüz üçün seçək.
O vaxt mənim 6-7 yaşım olardı və qardaşlarım bir-iki il məndən böyük idilər. Mən “Metodist” təriqətini seçdim. O da buna görə idi ki, onların Kilsələri bizim evə yaxın idi. Qardaşlarım “Lutri”lər təriqətinin Kilsəsinə getdilər. Çünki o Kilsə də bizim evə yaxın idi və əlavə olaraq mən o Kilsəni seçməmişdim.
11 yaşında rəsmən Kilsənin üzvü oldum və xristianlıq əqidəsini qəbul etdim. 13 yaşına qədər Kilsəyə gedirdim. O il ailəmlə birgə kiçik bir şəhərə köçdük. Amma bizim evin yaxınlığında Kilsə yox idi. Ata-anamın səhər tezdən qalxıb bizi maşınla Kilsəyə aparmağa həvəsi (hövsələsi) olmurdu. Bu minvalla bizim dini təlimatımız tətil oldu.
Nəhayət iki il sonra anam gözlənilmədən dinə üz tutdu. Kilsəyə getməyə başladı arabir atamı da oraya aparırdı. Mən həvəslə Kilsəyə gedirdim. O zaman neçə il idi ki, mən Allahı aramağa başlamışdım. Bu axtarış 42 yaşına qədər davam etdi.
Keşişin Kilsədə Cəhənnəmin əzab və həyəcanı haqda söylədiklərindən sonra məzhəbə daha da bağlandım. Bu gümanla ki, sonunda istədiyimi tapmışam. Amma əfsus ki, gülün ömrü qısadır. Çünki şübhələr və cavabsız qalan suallar yenə də mənim sorağıma (fikrimə) gəldi.
17 yaşında olanda, “Baptist” bir keşişin qızı ilə tanış oldum və qərara gəldim ki, onların məzhəbini qəbul edim. Ən azı 6 yaşından atam məni cinsi istismara məruz qoyurdu və mən bu mövzunu o Keşiş ilə müzakirə etdim.
O da ata-anamın razılığını aldı ki, xüsusi olaraq məni öz qəyyumluğuna götürsün və əvəzində hər həftə yüz dollar zəhməthaqqı alsın. Mən və ata-anam Kilsənin üzvü olduq və onlar bir müddət Kilsəyə gəldilər. Nəhayət bir gün Keşiş cəmiyyət qaşısında atamın çirkin işini elan etdi və onlar daha Kilsəyə gəlmədilər.
Bir gün ata-anamı gördükdən sonra Keşişin evinə qayıtdım, amma gördüm heç kim yoxdur. Boş evdə bir kibrit çöpü belə qalmamışdı. Araşdırdıqdan sonra bildim ki, Keşiş kilsədən oğurluqda ittiham olunub və dərhal ailəsi ilə birlikdə qaçmışdır. Mən də yenə öz evimizə qayıtdım və yenə də atamla həmin hadisələr təkrar oldu.
Bu hadisələr səbəb oldu ki, Allaha olan azacıq inamım da aradan getsin və kafir olum. Bu hadisədən sonra 25 il həmişə iman ilə küfr arasında sərgərdan qalmışdım.
26 yaşında olanda “Cismini gətir, ardınca ruhun da gələcək!” fəlsəfəsini eşitmişdim, onu nəzərə alaraq Katolik məzhəbini seçdim. Həqiqətdə Katolik təlimlərinə etiqadım yox idi. Amma özümdən daha yüksək qüvvəyə söykənmək istəyirdim ki, daha çox imanla dini mərasimlərdə iştirak edim. Həftənin yeddi gününü həqiqi imana çatmaq ümidi ilə “Yevxaristiya“ (İlahi ibadət) mərasimində iştirak edirdim. Amma bir neçə ay keçdikdən sonra yavaş-yavaş başa düşdüm ki, bunun xeyri yoxdur və mənim bu mərasimlərdə iştirak etməyim azalaraq həftədə bir dəfə və tədricən ayda bir dəfə olurdu. 30 yaşında olanda Katolik olmayan indiki hayat yoldaşımla rastlaşdım, daha mərasimlərdə iştirak etmirdim.
Həyat yoldaşımdan öncə heç kimə deməmişdim ki, mənim Allaha inamım yoxdur. Güman edirəm o da əvvəl mənim sözümü ciddiyə almadı, elə bil o vaxta qədə kafir görməmişdi.
Həyat yoldaşım 29 yaş məndən böyükdür. Bu on ildə gözəl yaşayışımız var. İlk fəfə bir- birimizi görəndə mən hələ ümidsizcəsinə Allaha iman gətirmək istəyirdim. Həmişə həyat yoldaşımdan istəyirdim ki, Cənnətə gedəndə Allahdan mənə də iman qüdrəti verməsini istəsin. Əgər həyat yoldaşım o dünyadan mənim üçün inkar edə bilməyəcək qədər bir nişanə gətirə bilsə və mən başa düşüm ki, həqiqətən Allah vardır. O həmişə bu vədəsinə əməl etməyə söz verirdi.
Biz Alabama əyalətində bir kənddə yaşayırdıq. O vaxt mənim 32 yaşım var idi. Həmin il gözümün hər iki “buynuz təbəqəsi” yara olmuşdu və o yaralar sağalandan sonra təqribən kor oldum. Həkimlər buynuz təbəqəsində olan üfunətəin vurduqu zərərə görə, buynuz təbəqə peyvəndini məqsədə uyğun saymırdılar.
Hələ Allahı axtarırdım. Bu dünyadan da yaxşı şeyə ümid bağlamaq üçün nəyisə tapmağa çalışırdım. Ölümdən sonra bir növ yaşayış ehtimalının dəlilini ələ gətirmək üçün bir yol axtarırdım. “Terinet Radio Şəbəkəsi” vasitəsi ilə xristianlığın təbliği proqramlarına qulaq asırdım, hərçənd o proqramlarda da inandığım bir təbliğatçı tapa bilmirdim.
Bununla belə onlardan məndə təsir qoya biləcək sözü eşitmək ümidilə o proqramlara baxmağa davam etdim. O sözləri eşitməklə bu nəticəyə çatmaq istəyirdim ki, bəli həqiqətən Allah vardır. Amma keşişlərdən heç biri bu mövzuda danışmırdı. Əksinə çoxları elə şeylər danışırdı ki, çaşıb qalırdım.
Gözümdə yaranan xəstəlikdən sonra 10 il ərzində yenə də xristianların müxtəlif təriqətlərinin dini ayinlərində iştirak etməyə səy göstərirdim.”Baptistlər”, “Murmunlar” hətta başqa dinlər haqqında da araşdırmalar apardım. Amma neçə dəfə mərasimdə iştirak edəndən sonra meylsiz olurdum. Bu təriqətlərin təlimlərində bir yenilik yox idi. Kamil imandan çox uzaq olan mövzular idi. Şəxsin imanından başqa heç bir dəlil gətirə bilmirdilər. Mən yalnız kitablarda yazılan məntiqsiz bir neçə kəlmə və dəlillərə etiqad bəsləyə bilmirdim.
Xatırlayıram 35 yaşım olanda bir dəfə gecə öz yatağımda uzanmışdım vücuduna əmin olmadığım Allahla münacat edirdim. O anlarda ondan istədim ki, əgər həqiqətən vardırsa bir nəfəri iman gətirməyimə kömək etmək üçün qarşıma çıxartsın. Amma heç kəs tapılmadı.
36 yaşımda “Brayl əlifbası” ilə yazılmış “Müqəddəs Kitab” əlimə düşdü və onu Allahın varlığına dəlil tapmaq ümidilə mütaliə etməyə başladım. O kitabı başa düşmək mənim üçün çətin olduğundan və mövzuların çoxunun izahı olmadığından fəqət bir neçə fəslini mütaliə etdikdən sonra kənara qoydum.
Allahı tapmaq meylimə rəğmən axtarışdan əl çəkdim və dinə qarşı tam laqeyd oldum. Elə həmin vaxtlar idi ki, 2001-ci ilin 11 sentyabırında səhər vaxtı kompyuterin qabağında əyləşmişdim. Saat hələ 9 olmamışdı. Həmişəki kimi sağ tərəfimdə olan televizor açıq halda idi.
“Təcili xəbər” armını eşidən kimi televizora tərəf çevrildim. Jurnalist söhbət etməyə başladı və “Dünya Ticarət Mərkəzi”nin binalarından birini də televizor göstərirdi. Jurnalist deyirdi: Əkiz qüllələrdən birinə kişik bir təyyarə çarpmışdır.
Mənim gözlərim demək olar görmür, amma təyyarənin kiçik olmadığını yaxşı seçirdim. Açılan dəlik çox böyük idi və inanmırdım ki, təyyarə təsadüfən bu böyüklükdə binaya çarpılsın.
Tamaşa etdiyim vaxtda başqa bir təyyarə o biri binaya dəydi. Mən bu təyyarənin kiçik olduğuna görə onu görə bilmədim. Amma binadan qalxan od və tüstünü gördüm.
Yerimdən qalxıb otağa tərəf getdim, həyat yoldaşıma dedim: “ Tez qalx, terroristlər təyyarə ilə “Dünya Ticarət Mərkəzi”nin binalarını vurublar!” O da salona gəldi, oturub tamaşa etməyə başladı.
Çox keçmədi ki, elan etdilər başqa bir təyyarə Pentaqona çarpmışdır, digəri isə qaçırılmış və Pensilvaniyada süqut etmişdir. Öz-özümlə düşünürdüm ki, bu hücumlar nə zaman bitəcək? Dünyada nələr baş verir? Televizordakı jurnalist deyirdi ki, binadan dağıntıya oxşar bir şey tökülür. Həyat yoldaşım deyirdi onlar təzyiqdən və qorxudan göyə tullanan insanlardır.


O heç vaxt bu səhnəni unuda bilmirdi. Mən sevinirdim ki, gözümün zəifliyi o dağıntının necə olmasını başa düşməyə imkan vermir. Jurnalist tərdidlə birinci binanın bir hissəsinin binadan ayrılıb yerə dağıldığını deyirdi.
İndi öz-özümə düşünürəm doğurdanmı o jurnalist gördüyü o hadisəyə şübhə ilə yanaşır? Çünki sonra məlum oldu ki, binanın bir hissəsi dağılmayıb əksinə bütün bina dağılmışdır.
Jurnalist qadın ağlayırdı və kişi həmkarı onu qucaqlamışdı. Mən də ağlayırdım və həyat yoldaşım da məni qucaqlamışdı.
Bir neçə həftə ixtiyarsız ağlayırdım. Avtobusa minəndə göz yaşlarımı görən olmasın deyə, pəncərədən bayıra tamaşa edirdim. Yaxud restorana gedən zaman əl dəsmalı ilə göz yaşlarımı silirdim ki, məni görənlər dəli olduğumu düşünməsinlər.
O zaman mən məsihi idim. Bu hadisələr məni çox üzmüşdü. Mətbuat vasitələri İslamı 11 sentyabr hadisəsinin səbəbkarı kimi təqdim edirdilər. Başa düşə bilmirdim ki, necə ola bilər bir din belə radikallıq və vəhşılıyi yaysın. Ağıl ilə düz gəlmirdi.
Beləliklə qərara gəldim ki, özüm təhqiq edim. İstəyirdim hər nə yolla olursa olsun həqıqəti üzə çıxaram. Gözümün zəif olduğuna görə internetdən lazımi qədər istifadə edə bilmirdim. İslam barəsində böyük xətlə və ya Brayl əlifbası ilə yazılmış kitab tapmaq mümkün deyildi. Bu vəziyyətə baxmayaraq kompyuterlə işləməyə başladım.
Axtarışa başladım, internetdə İslami mövzulara müraciət etdim və internetdə qadınlara aid qrupun üzvü oldum. Bu qruplarda suallarımı internet vasitəsi ilə verib cavablarını alırdım və axtarışdan sonra onların çoxunu təsdiq edirdim.
Mən çox şəkk edən insanam, bir şeyi başa düşməsəm qəbul etmirəm. Heç vaxt bir şeyə camaatın dediyinə görə inanmıram. Gərək o mövzu ağlımla düz gəlsin, həm də onu qəlbdən qəbul edim.
Təhqiq əsnasında bu qənaətə gəldim ki, müsəlmanların Allahı elə xristianların və yəhudilərin Allahıdır. İbrahimin (ə) Allahı, Musanın (ə) Allahı. Başa düşdüm ki, İslam qeyri-müsəlmana qarşı nə nifrət yaradır, nə də ona göz yumur. Günahsız insanların öldürülməsinin üstündən asanlıqla keçmir.
Araşdırmalarımda İslam haqqında mətbuatın demədiyi mövzuları tapdım və bu nəticəyə gəldim ki, İslam haqq dindir. Bir çox qane edici dəlillərlə rastlaşdım və maraqlı idi ki, bu dəlillərin hamısı Quranda idi. Alimlərin axır 100 ildə əldə etdikləri sırf elmi məsələlər. Ancaq Allah 1400 il bundan qabaq bu həqiqətlərdən xəbərdar ola bilərdi.
Məsələn bir gün, saytda Quranın bəzi elmi prediktorlarını oxuyurdum. “Ərrəhman” surəsinin 37-ci ayəsi günəş sisteminin məhv olmasından söz açır: “Göyün yarılaraq qırmızı dəri (qırmızı gül və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!”. Bu ayənin altında NASA-ya aid link gözümə dəydi.

Bilmirdim o səhifədə nə yazılmışdır, amma o səhifəni açdıqda elə bir şey gördüm ki, dilim tutuldu və göz yaşlarım axmağa başladı. Əgər şübhəm qalmışdısa da, daha yəqin etdim ki, İslam Allahın həqiqi dinidir.
NASA-nın o səhifəsində qırmızı gülə bənzər şəkil görünürdü. Kosmik teleskopla çəkilən bir buludun təsviri idi. Bu təsvir yerlə 3000 işıq ili fasiləsi olan partlalmış ulduza aid idi.
Alimlər bu taleyin günəş sistemində də yaşanacağının qənaətindədirlər. Bu məsələ 1400 il qabaq Quranda deyilmişdir. İnsanların o zaman bu məsələdən agah olması qeyri-mümkündür, bu ancaq Allah tərəfindəndir.
İslamın haqq din olmasına qəlbən inandıqdan sonra, gördüm ki, artıq müsəlmanam bircə imanımı aşkar etmək qalmışdır. İnternetdə məntəqədə olan məscidlər haqqında araşdırma apardım. Şəhərdə yanımızda olan məscidə zəng etdim və soruşdum ki, kəlimeyi-şəhadəti necə deyə bilərəm?
Dedilər: Şənbə günü günortadan sonra saat 4-də məsciddə olarsan ki, mərasim İmam cümənin hüzurunda baş tutsun.
Soruşdum: Tez gəlmək olmazmı? Çünki avtobusla evə gec çatıram. Söz verdilər ki, məni maşınla qaytarsınlar.
Mən onların proqramı və Allahın iradəsi üzrə ora getdim və bu minvalla təzə hayatıma başladım. Bundan öncə mənin nəzərimdə evlənmək həyatımın ən mühüm hadisəsi idi.
Ancaq o gündən etibarən müsəlman olmağımı həyatımın ən böyük hadisəsi kimi görürdüm. O gün etiraf etdim ki, İslam qurtuluş və Behiştə çatmaq yoludur və mən ona əməl etməyi qərara aldım.
Müsəlman olduğuma görə, həyat yoldaşımın narahat olmasını gözləmirdim. Necə olsa o da, mətbuatın təsiri altına düşmüşdü. Həftədə neçə dəfə məscidə getməyimi istəmirdi. Evdə tək qalmağa hövsələsi olmurdu.
Bir gün o, məscidə getməyimə görə gileylənəndə ona sakitliklə dedim: “Mən heç vaxt inanmadığın bir dinə əməl etməyini səndən istəmirəm. Səni o qədər sevirəm ki, məcbur edə bilmirəm.
Amma xahiş edirəm İslam barəsində mütaliə et, heç olmazsa mənim nəyə inandığım haqda məlumatın olar. Bunu deyib məscidə getmək üçün paltarlarımı geyindim. Həyat yoldaşımı öpüb sağollaşdım.”
Qayıdan zaman gördüm ki, fikri tam dəyişmiş, şən və xoşhaldır. O gecə yatmazdan qabaq, İslam barəsində araşdırmaya başladı.
Bir müddət sonra artıq həyat yoldaşım da mənimlə məscidə gəlirdi. Mən qadınlar cəmiyyətində dini təlimlər alırdım. O isə qardaşlardan biri ilə söhbət edir və ondan öz suallarını soruşurdu. Evdə də internet və məsciddən əmanət aldığı kitablar vasitəsi ilə araşdırmasını davam etdirirdi. Sonra müxtəlif məsələlər barəsində bir-birimizlə fikir mübadiləsi aparırdıq və mən qaranlıq qalan məsələləri onun üçün izah edirdim.
Nəhayət bir gün həyat yoldaşım əmin halda və müsəlman olmuş biri kimi mənə dedi ki, qərara gəlib İslamın bəzi hökmlərinə əməl etsin. Mən heç bilmirdim ki, o bu mərhələyə çatmışdır. Ondan soruşdum: “Haradan bilirsən ki, bu hökmlər düzdür?”
O cavab verdi: “Quranda yazılmışdır.” Mat qaldım. O artıq iman gətirmişdir! O, İslamın həqqaniyyətini başa düşmüşdür! Mənim müsəlman olmağımdan 36 gün sonra həyat yoldaşım ”Şəhadəteyni” (kəlimeyi-şəhadət) dedi və İslam dinini qəbul etdi.
O gecə əqd mərasimini də İslam qayda-qanununa uyğun keçirdik. Həyat yoldaşım şəhadəteyni deyəndə mən ağlayırdım. O an bilirdim ki, hər ikimiz o biri dünyada bir yerdə olacağıq.
Bu hadisədən bir ay öncə, bir qardaş məndən soruşdu: “Həyat yoldaşının müsəlman olacağına neçə faiz ehtimal verirsən?
Mən cavab verdim: “Sıfır faiz. Bir nəfərin 70 ildən sonra gözlənilmədən əqidəsini dəyişməsini təsəvvür edə bilmirəm!” Amma həyat yoldaşım 71 yaşını tamamlamamışdan iki həftə qabaq, İslamı din və səadət yolu ünvanı ilə qəbul etdi. İndi müsəlmanlar arasında təzə bir bir müsəlman ailəsiyik.
İslamın ardıcılları bizi məhəbbət və dostcasına qarşladı. Bu dostluq və məhəbbət, bütün xristian təriqətlərinin təlimlərində var idi və mən həyatımın bütün mərhələlərində onlarla tanış olmuşdum. Amma hiss edirdim ki, bu xüsusiyyərlərin heç biri xristianlar arasında real deyildir.
Bizim məntəqədə müsəlmanların çoxu mühacirdir. Amma istər müsəlman, istər qeyri-müsəlman olan amerikalılarla son dərəcədə mehribanlıqla rəftar edirlər. Məscidə ayaq basdığımız ilk gündən bizi geniş qəlblə İslam toplumuna qəbul etdilər. Biz həmişə hiss edirik ki, bizi layiqli şəkildə qarşılayırlar.
Müsəlman olduğumuz vaxtdan bizim yaşayışımız məqsəd və hədəf əsasındadır. Öz vücudumuzun mənasını başa düşürük. Biz bu nəticəyə gəlmişik ki, bu dünyada müvəqqəti yaşayırıq və Axirətdə olan nemətlər bu dünyanın müvəqqəti ləzzətlərindən daha yaxşıdır.
Ölümdən sonrakı həyat üçün əmin-amanlıq hissi tapmışam. Bundan öncə isə belə hislərim yox idi. Hər ikimiz başa düşürük ki, vaxtilə böyük sandığımız problemlər həqiqətdə bizim inkişafımız üçün bir vasitə olmuşdur. Əlimizdə olan və olmayan hər şey üçün Allaha şükür edirik!




Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+5 =