Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHIN VARLIĞINI FƏRZİYYƏ HESAB EDƏN ŞƏXSLƏRİN CAVABINDA NƏ DEYƏ BİLƏRSİNİZ?


CAVAB

Əvvəla: “Fərz edin ki, Allah mövcuddur!” – ibarəsi düzgün deyil, bizim və sizin müşahidələrimizlə, sözsüz ki, uyğun gəlmir. Mümkündür, sizin bəzi dostlarınız üçün belə olsun, lakin bu hamıya aid deyil.
İkincisi: Görəsən, bu, ehtimallar aləmində etina edilməyən fərziyyədir? Kimsə onun isbatı və inkarı üçün cəhd edibmi? Dinlərdə geniş allahşünaslıq bəhslərinə müraciət etdikdə, belə bir işi qəbul etmək qeyri-mümkün olur.
Üçüncüsü: Tarix boyu zühur edən, ilahi kəlamı çatdıran, bizim doğru yola yönəlməyimiz, islahımız, eləcə də, mərifətimizin çoxalması üçün bir sıra göstərişlər və təlimlər gətirən bu qədər peyğəmbərlər və elçilər də Allahın varlığını fərziyyə hesab ediblərmi? Görəsən, insaflı bir şəxsin vicdanı bunu qəbul edərmi?
Dördüncüsü: İndiyə qədər müxtəlif dinlər və məktəblərdə allahşünaslıq yolları barəsində danışılarkən Allahı isbat etmək üçün Onun varlığı fərz olunmayıb. Əksinə, belə deyirlər: “Əgər Allah olmasaydı”, səbəb və nəticə (determinizm) zəncirini necə isbat etmək olardı? “Əgər Allah olmasaydı”, dünyaya hakim nizamı necə izah etmək olardı? “Əgər Allah olmasaydı”, bəşərə ruhi və psixoloji aramlığı necə hədiyyə etmək olardı? Həqiqətdə, Onun mövcud olmamasını fərz etməklə varlığını isbat edirlər. Başqa sözlə, Allahın varlığını fərz etməklə yox, dünyaya hakim nizam və səbəb-nəticə zənciri kimi bir sıra məsələlərin varlığını fərz etməklə Onun varlığını isbat edirlər.
Lakin öz dostlarınızın şübhəsinə cavab vermək üçün onların diqqətini öncə deyilən məsələlərə, eləcə də, bu mövzuda çap olunan müxtəlif kitablara yönəldə bilərsiniz. Əgər Allahın nişanə və əlaməti sayılan bütün varlıqlara diqqət yetirsək, Onun varlığını inkar edə bilmədiyimiz kimi, fərz də etməyəcəyik.

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+3 =