Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHIN EYNİ QƏZASINA ƏSASƏN, NECƏ OLA BİLƏR Kİ, İNSANIN ÖZ İXTİYARI İLƏ YERİNƏ YETİRDİYİ İŞLƏRDƏ, HƏM ÖZ İXTİYARINA, HƏM DƏ ALLAHIN QƏZASINA İSTİNAD EDİLSİN?


CAVAB

Bizim nəzərimizcə, Allahın eyni qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Bu məsələ ilə əlaqədar şübhə yanlış təsəvvürdən yaranmışdır. Belə ki, varlığın zərurəti və işin gerçəkləşməsi (özünün tam səbəbi mövcud olduğu təqdirdə) ixtiyarın müqabilində məcburiyyət mənasında təsəvvür edilmişdir. Halbuki bu təsəvvür düzgün deyildir; çünki bir nəticənin bir neçə səbəbə istinad edilməsinə diqqət yetirdikdə, Allahın eyni qəzasının insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmədiyi aydın olacaqdır. Məsələnin aydın olması üçün diqqət yetirmək lazımdır ki, bir fenomenin yaranmasında bir neçə səbəbin təsiri aşağıdakı formalarda təsəvvür edilə bilər:
1. Bir neçə səbəb birlikdə və yanaşı təsir etsin; misal üçün, suyun, toxumun və istiliyin... təsiri ilə toxum açılıb çiçəklənir.
2. Səbəblərin hər hansı biri növbə ilə təsir etsin, belə ki, ömür müddəti onların sayına bölünür, hər hissə səbəb və amillərin birinin nəticəsi olaraq növbə ilə öz təsirini bağışlayır. Necə ki, bir neçə mühərrik bir-birinin ardınca işə düşərək təyyarənin hərəkət edib uçmasına səbəb olur.
3. Onlar bir neçə topun bir-birinə dəyməsi kimi, bir-birinə təsir göstərsin. Başqa bir misal: İnsanın öz əlini hərəkət etdirməsində iradəsinin, qələmin hərəkətində əlin və yazının gerçəkləşməsində qələmin təsiri vardır.
4. Bir-birinin ardınca gələn bir neçə amilin təsir göstərməsi: Belə ki, onların hər hansı biri başqa bir varlığa bağlı olsun. Məsələn, insanın varlığı və iradəsi Allahın iradəsinə bağlıdır.
Bütün bu hallarda vahid nəticənin yaranması üçün bir neçə səbəbin birləşməsi lazımdır. Vahid nəticənin bir neçə səbəbdən qaynaqlanmasına (xüsusilə 4-cü halda) diqqət yetirdikdə, məlum olur ki, insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərin Allaha mənsub edilməsinin insanın öz varlığı və iradəsi ilə heç bir ziddiyyəti yoxdur. Çünki bu istinadlar bir-birinin ardıncadır və bir-birilə heç bir ziddiyyət təşkil etmir.
Başqa sözlə, felin bir insana mənsub edilməsi bir səviyyədə, onun Allah-taalaya mənsub edilməsi isə yüksək bir səviyyədədir. Bu səviyyədə insanın varlığı, üzərində iş görülən maddə, eləcə də, alətlərin varlığı bütünlüklə ona əsaslanır. Buna əsasən, tam səbəbin sonuncu hissəsində insan iradəsinin təsiri ilə hər bir işin Allah-taalaya mənsub edilməsi arasında ziddiyyət yoxdur. Qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrində bizim işlərimiz, halətlərimiz və taleyimiz Allah-taalaya aid edilir. “Təkvir” surəsinin 29-cu ayəsində buyurulur: “Aləmlərin Rəbbi olan Allah istəməsə, siz də istəyə bilməzsiniz!” Onun səbəbi də budur ki, Allah-taala bizi tövhidin ən yüksək mərhələlərindən sayılan “fellərdə tövhid” məsələsindən agah etsin. Qurani-Kərim insana Allahı olduğu kimi tanıtdırmaq və onu bu mətləblə tanış etmək istəyir. Onun öz ehtiyacının dərkindəki kamalı Allaha məxsusdur; çünki insan tamamən varlıq nöqsanına və fəqirliyə malikdir.

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+4 =