Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHI TANIMAQ YOLLARI HANSILARDIR?



CAVAB

Allahı tanımaq üçün bəşər cəmiyyətinin qarşısında olan yollar qısa şəkildə üç qisimdən ibarətdir:
1. Qəlb və fitrət yolu: Yəni hər hansı bir insan öz xilqətinin, ruhunun tələbi ilə ilkin və müqəddimə elmlər kəsb etmədən Allahı tanıyır. Əlbəttə, qeyd etmək lazımdır ki, fitrətdə məqsəd, əqli fitrət yox, qəlbi fitrətdir. İnsanlar fitri olan eşq qüvvəsinə iman və əqidə bəslədikdərindən, bu qüvvənin güclənməsi üçün çalışırlar. Əgər insanın belə bir hissiyyata malik olduğunu öyrənmək istəsək, iki yolla üzləşəcəyik:
a) Şəxsən, özümüzü və başqalarını əməli olaraq yoxlayıb imtahan edək;
b) Uzun illər boyu mənəvi məsələlərlə əlaqədar insanların psixologiyası ilə bağlı məlumatları mütaliə və onları tədqiq edən alimlərin bu barədə nəzəriyyələrini öyrənək.
2. Təbiət, yaxud elm və hissiyyat (empirik idrak) yolu: Bu da öz növbəsində üç hissəyə bölünür:
a) Dünyaya hakim qayda-qanunlar və nizam-intizamla;
b) Məxluqları öz yoluna vadar edən xüsusi hidayətlə;
v) Aləmin yaranması ilə.
3. Əqli (rasional idrak), yaxud məntiqi və fəlsəfi yol: Bu yolun çətin olmasına baxmayaraq, onu keçmək, başa düşmək və başa salmaq üçün çoxlu müqəddimələrə ehtiyac duyulsa da, o, Allahı tanımaq və Ona mərifət üçün ən gözəl və ən möhkəm vasitədir.
Qeyd etmək lazımdır ki, bu yolların hər biri müəyyən baxımdan digərindən üstündür: Qəlb və fitrət yolu fərdi baxımdan ən mükəmməl yoldur; yəni hər bir insan üçün ən gözəl, ən həssas və ən təsirli yol qəlb vasitəsilə Allaha mərifət bəsləməkdir. Lakin onun elmi bir məsələ olaraq hamıya öyrədilməsi qeyri-mümkündür. Hissi və elmi mütaliələr vasitəsilə yaradılışı tanımaq ümumi xarakter daşıyır. Bu yol sadəlik və aydınlıq baxımından ən yaxşı yoldur. Bu yol bizi təbiəti idarə edən tədbir, elm və hikmət sahibinin qüdrətli bir varlıq olmasına etiqadlı edir. Lakin bəşər cəmiyyətinin hissi elmləri bu qüdrətli varlığın Allah olub-olmadığını isbat etməkdə acizdir. Əql yolu isə insanı müsbət və məntiqi bir elm vasitəsilə Allaha çatdırır.1

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli

1 “Üsuli fəlsəfə və rəvişi realizm”, müqəddimə: Şəhid Mürtəza Mütəhhəri, 5-ci cild, səh. 51-70.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+9 =