Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BÜTÜN QÖVMLƏR ÜÇÜN QİYAMƏT GÜNÜ EYNİ GÜNDÜR?


İzah: Bəşər tarixinin əsrlərlə yaşa malik olduğunu bilirik? Yer üzündə bir çox mədəniyyətlər gəlib-getmişdir. Qiyamət günü bütün millətlər üçün eyni bir gündür, yoxsa hər bir millət üçün ayrıca bir qiyamət günü var?

CAVAB

Qurani-Kərimdəki bəzi ayələr şəhadət verir ki, bütün qövmlər üçün “yəvmul-qiyamə” adlı bir qiyamət günü var. Nümunə üçün, bəzi ayələri nəzərdən keçirək: “Göylərdə və yerdə olan bütün məxluqlardan elə biri yoxdur ki, Rəhmanın hüzuruna qul kimi gəlməsin; And olsun ki, Allah onları hesablamış və təkrar-təkrar saymışdır; Onların hamısı qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər.”1
Digər bir ayədə belə buyurulur: “O gün biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik; günahkarları isə cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.”2

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr- Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni; Tәrcümә еdәn: А. Turаn

1 “Məryəm” surəsi, ayə: 93-95.
2 “Məryəm” surəsi, ayə:85-86.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+10 =