Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAH ÖZÜ KİMİ BİR VARLIQ YARATMAĞA QADİRDİRMİ?


CAVAB

“Qüdrət”in mənasına diqqət yetirdikdə, bu sualın cavabı aydın olur. “Qüdrət” ixtiyar sahibi olan failin (işi görənin) mümkün bir iş üçün başlanğıc olması deməkdir. Fail varlıq dərəcəsi baxımından nə qədər mükəmməl olsa, daha çox qüdrətə malik olar. Təbii ki, sonsuz kamilliyə malik olan varlığın qüdrəti də sonsuz və yenilməzdir. Diqqət yetirmək lazımdır ki, qüdrətlə bağlı olan işlərin gerçəkləşməsi mümkün olmalıdır. Zati olaraq qeyri-mümkün işlər qüdrət dairəsindən xaricdir. Allah-taalanın hər şeyə qadir olması bu mənada deyil ki, (məsələn) başqa bir allah yaratsın. Allah “yaradılan” və “məxluq” olmamalıdır. Bu məsələ eynilə iki ədədinin iki fərz olunduğu halda, üç ədədindən böyük olmasına bənzəyir. Yaxud, şəxs övlad hesab olunduğu halda, atasından öncə yaranmış olsun. Əgər başqa bir allahın eynilə “Allah” rolunu ifa etməsini – məxluq deyil, yaradan olmasını nəzərə alsaq, o başqa bir yaradan vasitəsilə necə vücuda gələ bilər? Bu, zati olaraq qeyri-mümkündür və xüsusən, qüdrət dairəsindən xaricdir.

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+6 =