Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHDAN QEYRİSİNƏ SƏCDƏ ETMƏK OLARMI?


İzah: Qurani-kərimdə oxuyuruq: “Yusif ata-anasını taxt üstündə oturtdu. Onlar səcdə etdilər. Yusif dedi: “Bu əvvəlcə gördüyüm yuxunun təbiridir.”1 Bəli, Yusif bir vaxt yuxuda görmüşdü ki, günəş, ay və on bir ulduz onun qarşısında səcdə edir. Tarixdə isə belə oxuyuruq: Əmirəl-möminin (ə) Siffeynə göndərildiyi vaxt yolun kənarında durmuş bir dəstə adam öz adət-ənənələrinə uyğun olaraq, həzrəti görüb səcdəyə düşdülər. Bu mənzərə həzrəti çox narahat etdi və o buyurdu: “Necə də ləzzətsiz bir günaha yol verdiniz. Gedin işinizlə məşğul olun, mən də sizin kimi bir məxluqam.” Bəs nə üçün Yusifin ata-anası və qardaşları Yusifə səcdə etdilər?

CAVAB

Pərəstiş məqsədilə edilən səcdə yalnız Allahın müqəddəs zatına məxsusdur və Ondan qeyrisinin qarşısında səcdə etmək caiz deyil. Amma Yusifin ata-anası və qardaşları şükür məqsədi ilə səcdə etdilər. Bu səcdə Yusifə yox, Allah-təalaya aid idi. Mələklərin Adəmə səcdə etməsi də bu qəbildəndir. Onlar Adəmə üz tutduqları halda Allaha səcdə edirdilər. Yusifin ata-anasının və qardaşlarının səcdəsi Əmirəl-mömininin (ə) sözləri ilə ziddiyyət təşkil etmir.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1 “Yusuf” surəsi, ayə: 100.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+5 =