Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BÖYÜK FƏZİLƏTƏ MALİK QƏDR GECƏSİ BÜTÜN YER ÜZÜNDƏ EYNİ GECƏDİRMİ?


İzah: İslam dinində Qədr gecəsinin əhəmiyyəti və əzəməti haqqında çox danışılmışdır. Bu gecə ramazan ayının ya on doqquzuna, ay iyirmi birinə, ya da iyirmi üçünə düşür. Həmin gecədə ibadətlərin böyük fəziləti vardır.
Məlum olur ki, Qədr gecəsi ildə bir dəfə olur. Onu da bilirik ki, müxtəlif məntəqələrdə üfüqlər fərqləndiyindən bəzi ölkələrdə ramazan ayının başqa məntəqələrdəkindən bir neçə gün fərqlənir. Bəzi məntəqələrdə ramazan ayı tez, bəzi məntəqələrdə isə gec başlayır. Bu hesabla Qədr gecəsi də ayrı-ayrı məntəqələrdə müxtəlif günlərə düşməlidir. Demək, Allahın vəd etdiyi rəhmət mələkləri bir gecədə yox, bir neçə gecədə nazil olur. Yoxsa Qədr gecəsi təkcə həzrət Peyğəmbərin dövründə Məkkə mühitinə aid olmuşdur? Həqiqət haradadır?

CAVAB

Mənbələrə və çoxsaylı dəlillərə əsasən Qədr gecəsi təkcə Peyğəmbər dövrünə aid deyil. Bütün dövrlərdə, dünyanın müxtəlif nöqtələrində Qədr gecəsinin mövcudluğu şübhə doğurmur. Amma Qədr gecəsinin bütün dünya üçün eyni saatda başlayıb başa çatması yanlış fikirdir. Bilirik ki, yer kürə formasına malikdir. İki yarımkürədən birində gecə olduqda, birində gündüz olur. Demək, Qədr gecəsi bütün yer üzündə eyni saata təsadüf edə bilməz. Yer üzünün bütün məntəqələrində qəməri təqvim üzrə bir Qədr gecəsi vardır.
Hər bir məntəqədə həmin məntəqənin üfüqünə uyğun olaraq qəməri təqvim hesablanır. Ramazan ayının girişi də həmin məntəqənin üfüqü ilə bağlıdır. Qәdr gecəsi hər bir məntəqənin ramazan ayının ya on doqquz, ya iyirmi bir, ya da iyirmi üçüncü gecəsinə təsadüf edir.
Ayrı-ayrı məntəqələr arasındakı saat fərqləri təkcə Qədr gecəsinə təsir göstərmir. Bütün müqəddəs dini günlər ayrı-ayrı məntəqələrdə fərqli vaxtlarda qeyd edilir. Məsələn, İslamın böyük bayramlarından biri Fitr bayramıdır. Həmin günün xüsusi və çox fəzilətli ibadətləri vardır. Həmin günü hər bir məntəqədə həmin məntəqənin üfüqünə uyğun qeyd edirlər. Məsələn, qurban bayramı Səudiyyə Ərəbistanında İrandakından bir gün qabaq başlayır. Ayədə vəd olunan həqiqətlər, eləcə də, rəhmət mələklərinin nazil olması hər məntəqənin öz üfüqünə uyğun Qədr gecəsində gerçəkləşir.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+1 =