Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHI YAXŞI TANIMAQ ÜÇÜN NƏ ETMƏLIYIK?


CAVAB

Allahı yaxşı tanımaq üçün aşağıdakı incə mətləblərə diqqət yetirmək zəruridir:
İnsanın Allah-taalaya münasibətdə elmini ümumi şəkildə iki hissəyə bölmək olar:
1. “Hüsuli elm”: Onda məqsəd Allahı əql, təfəkkür, düşüncə, dəlil və sübut vasitəsilə tanımaqdır.
2. “Hüzuri elm”: Bunun özü də iki hissəyə bölünür:
a) Fitri dərketmə, yaxud fitri olaraq Allahı tanımaq (kəsb olunmayan hüzuri elm) insanın daxilində olub ixtiyar çevrəsindən kənardadır. İnsanların əksəriyyətinin əxlaq çərçivəsində məhdudlaşmayan bu fitri elmə və tanışlığa malik olması yalnız bir istedad və səbəbdir. İnsan öz səyi nəticəsində onu istedaddan həqiqət, qeyri-müəyyənlikdən hüzuri dərk mərhələsinə çatdıra bilər.
b) İnsan kəsb olunan hüzuri elmə öz səyi ilə, təkamül mərhələlərini keçdikdən sonra Allahın lütf və mərhəməti sayəsində yiyələnə bilər. Bu mərifət müxtəlif – güclü və zəif – dərəcələrə malikdir. Onun axırıncı dərəcəsi yaradılışın son hədəfi və insanın ən yüksək kamalıdır. Bu hüzuri mərifətə yiyələnmək birinci qisimdə qeyd olunduğu kimi, müstəqil şəkildə insanın ixtiyarından xaric olsa da, ona yiyələnməyin müqəddimələri ixtiyari işlərdən sayılır. Həqiqətdə, ilahi mərifət kamalının bəxş edilməsi insana onun ixtiyari işlərinin bir hissəsinin mükafatıdır. Bu mükafat axirətdə tam və kamil şəkildə əta olunacaq. Baxmayaraq ki, hüzuri mərifətin digər dərəcələri bu dünyada Allahın bəzi övliyaları üçün nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd olunanlara əsasən, insan öz nəfsini, öz həqiqətini tanıyıb ruhuna diqqət yetirməklə, nəfsin saflaşdırılması və kamal yollarını öyrənməklə, həmçinin Allahı kəsb olunan “hüzuri” elmlə daha da yaxşı tanıya bilər. Həqiqətdə, Allahı tanımaq üçün bir körpü sayılan “özünü tanımaq” şəri və əməli “seyr-süluk”dan və müxtəlif yollardan ibarətdir. Buna əsasən, insanı Allaha və mərifət məqamına çatdıran onun öz mahiyyətini bilməsi və özünü dərk edib, əsl məqamına doğru hərəkət etməsidir. Bu da, yalnız təqva kəsb etməklə müyəssər olacaqdır.1

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli

1 Bu məsələ ilə əlaqədar “Süruş” nəşriyyatının üç cilddə çap etdiyi Ustad Məhəmməd Şücainin “Məqalat” adlı kitabını diqqətlə və təkrar-təkrar oxumağınızı tövsiyə edirik.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+3 =