Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAH-TAALANIN MADDİ VƏ MÜTLƏQ ŞƏKİLDƏ EHTİYACSIZ OLMASINI NECƏ SABİT ETMƏK OLAR?


CAVAB

Maddi və cismani varlıq məkana malikdir.. Buna günəşi, ayı, ağacı, havanı, işığı və s. misal göstərmək olar. Allah maddi deyil; çünki maddi varlıqlar məhduddur, böyük olmalarına baxmayaraq, sonsuz deyillər. Ən böyük kəhkəşanların mövcudluq dövrü sona çatır və onlardan böyüyü təsəvvür olunur. Allah isə qeyri-məhdud, sonsuz və mütləq kamaldır. Əks-təqdirdə, möhtac və naqis olar. Maddə həm də mürəkkəbdir, yəni hissələr, ünsürlər və atomlardan təşkil olunmuşdur. Bu hissələr bir-birlərindən ayrılır. Mürəkkəb olan hər şey hissələrə və tərkiblərə ehtiyaclıdır. Allah-taala isə onlara möhtac deyil. Çünki O, mütləq əhatəli və alimdir. Hər yerdə hazırdır.
Həmçinin maddə bir haldan başqa hala keçir, onun tərkibində dəyişikliklər baş verir; bitkilər, heyvanlar, hətta günəş, dəniz və dağlar... da daim dəyişilir və bir haldan başqa hala keçir. Heyvanlar və bitkilər böyüyür və zəifləyir. Hərarət və böyük partlayışlar nəticəsində günəşin çəkisi azalır. Dağlar günəş hərarəti, sel, zəlzələ, soyuq və digər amillərin təsirinə məruz qalır. Amma Allah-taala dəyişmir, haldan hala keçmir; çünki Onda zəifliyə səbəb olacaq heç bir nöqsan yoxdur. Təbii ki, birbaşa Allahın məxluqu sayılan, zat məqamından kənar amillər Ona təsir edə bilmir. Əks halda, O, özündən başqasına tabe olub ondan təsirlənər. Bu da əzəmətli Allahın mütləq hakimiyyətinə uyğun deyil.1

ALLAHIN EHTİYACSIZLIĞI

Allah mütləq şəkildə heç bir şeyə möhtac deyil; çünki O, zəruri varlıqdır (vacibül-vücuddur) və zəruri varlığın səbəbə ehtiyacı yoxdur. Əksinə O özü mümkün varlıqların (mümkünül-vücud) səbəbidir. Əslində yaranan bütün varlıqlar Ona möhtacdır. Əgər Allah başqa bir varlığa azacıq belə ehtiyac duyarsa, həmin varlıq Onun səbəbi olasıdır. Belə olduqda, artıq o, varlığı vacib olan sayıla bilməz. Başqa sözlə, Allahın “sübuti sifətləri”ni (elm, qüdrət, həyat (dirilik) və kamal) isbat etməklə, belə bir həqiqətə çatacağıq ki, bütün varlıqlar bu sifətlərdə Allaha möhtacdır. Əgər Allah-taala bu yöndə onlara möhtac olsaydı, onda, mütləq qüdrət və mütləq elm sahibi olmazdı. Bir sözlə, belə varlıq Allah yox, məxluq olardı. Halbuki, kamal və mütləq sifətlərə malik varlıq yalnız Allahdır!

Kitabın adı: Suallar və cavablar; Müəllif: Doktor Məhəmmədrza Kaşifi - Tərcümə edən: R. Zevinli

1 Bax: “Məarifi İslam”, Məhəmməd Cavad Bahunər, səh. 16-18.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+4 =