Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BAŞQA PLANETLƏRDƏ HƏYAT VARMI?


İzah: Başqa planetlərdə canlı həyat vardırmı? Əgər yerdən kənarda həyat vardırsa, mədəniyyət də vardırmı? Yoxsa mədəniyyət yalnız yer kürəsindədir? İslam alimləri bu barədə nə deyir?

CAVAB

Varlıq aləmi o qədər geniş və əzəmətlidir ki, bu əzəmət qarşısında bütün alimlər heyrətdədirlər. Yalnız bizim qаlаktikаdа yüz əlli milyard ulduz vardır. Onların bir çoxu bizim günəşə oxşayır. Varlıq aləminin genişliyini nəzərə aldıqda inanmaq olmur ki, həyat təkcə yer üzərindədir. Hər halda astrоnomların fikrincə, günəş sistemindəki digər planetlərdə həyat olması ehtimalı zəifdir. Hələ ki aparılan tədqiqatların nəticəsi həmin planetlərdə həyat olması fikrini təsdiqləmir. Amma bütün deyilənlər hələ ki fərziyyədir. Çünki biz günəş sisteminin digər planetlərindən birindən yerə doğru baxsaydıq, güman ki, yerdə həyat olmadığını zənn edərdik. Başqa planetdə olanlar bizim planet haqqında araşdırma aparsaydılar, öldürücü oksigenlə əhatə olunmuş yerdə həyat olmadığını düşünərdilər. Onlar haradan bilsinlər ki, insan orqanizmi həmin bu oksigenlə tənəffüs almaq üçün tənzimlənmişdir! Yerdən başqa planetlərə göndərilən stansiyalar üç yüz kilometrdən şəkillər çəkirlər. Bu şəkillər əsasında qəti bir söz demək çətindir.
Məşhur dünya astrоnomlarının yazdığı “Biz dünyada tək deyilik” kitabında bildirilir ki, yerdən kənarda həyat mövcuddur. Hətta onların fikrincə, yerdən kənar həyat daha inkişaf etmiş səviyyədədir. Əgər təkcə bizim qаlаktikаdа yüz əlli milyarda yaxın ulduz varsa, eləcə də, hər bir ulduz sisteminin öz planetləri olarsa, həmin sistemlərdə həyat olmadığını iddia etməyə heç bir əsasımız yoxdur. Hər halda bu işlə məşğul olan elmi mərkəzlərdə tədqiqatlar davam etdirilir.
Bu məsələyə münasibətdə İslamın mövqeyi aydındır. Quran və islami hədislər on dörd əsr bundan öncə uyğun sualları cavablandırmışlar. Həmin mövzuda danışmazdan qabaq bir mühüm nöqtəni qeyd edək:
Müvəhhid, allahpərəst bir fərdin nəzərində varlıq aləmi ilahi hikmətlə yaradılmışdır. Bütün varlıq aləmi hikmətlə yarandığı təqdirdə bu nəhayətsiz okeanın təkcə bir nöqtəsində həyat olması şübhə doğurur. Canlı həyatın yalnız yerdə olması ilahi hikmətlə bir araya sığmır. Qurani-məciddə səmadakı canlı varlıqlar yad edilərək, Allahın qüdrətinin vəsfində belə buyurulur: “Göyləri, yeri və orada canlıları yaradıb yaymağı Onun qüdrət nişanələrindəndir...”1 Başqa bir ayədə oxuyuruq: “Göylərdə və yerdə olan bütün məxluqlardan elə biri yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.”2 Bu kimi ayələrdən görünür ki, səmalarda canlı və düşüncəli varlıqlar mövcuddur. Onlar da Allah qarşısında vəzifəlidirlər və qiyamət günü Allahın hüzuruna toplanasıdırlar. Uyğun mövzuda bir rəvayət də nəql etməklə kifayətlənirik: Əmirəl-möminin (ə) ulduzlar haqqında belə buyurur: “Bu ulduzlar yer üzərindəki şəhərlər kimi şəhərlərdir...”3
Şəhidlər ağası həzrət Hüseyn (ə) öz duasında belə deyir: “Pərvərdigara, kəlmələrinə, sözlərinə, hikmət ocaqlarına, səmalarına və yerinin sakinlərinə and verirəm!” Duanın mətnindən aydın şəkildə görünür ki, səmaların da sakinləri vardır. Bəzi alilmlər səma sakinlərinin mələklər olduğunu bildirsələr də, bu baxışın qəti bir dəlili yoxdur.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1. “Şura” surəsi, ayə: 29.
2. “Məryəm” surəsi, ayə: 93.
3. “Səfinətül-bihar”, “nəcm” kökü, 2-ci cild, səh.574.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+6 =