Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHDAN QORXMAQ NƏ DEMƏKDİR?



CAVAB

Bilməliyik ki, müsbət qorxu insana əhatə olunmuş ilahi nemətlərdən biridir. İnsanda müdafiə hissini yaradan da qorxudur. Əgər insan təhlükəli məqamlarda qorxmasaydı, məsələn, yırtıcı heyvanlardan, uçmaqda olan evdən, təhlükəli xəstəliklərdən qorunmasaydı, qısa zamanda boş yerə məhv olub gedərdi. İnsan məhz bu qorxu hissi səbəbindən yoluxucu xəstəliklərdən çəkinir, uçurum qarşısında ehtiyatlı olur, təhlükəli hücumlardan özünü müdafiə edir. Əgər insanda təhlükə qorxusu olmasaydı, çoxlarının aqibəti ölümlə nəticələnərdi. Amma söhbətimizin mövzusu məntiqi və ağrılı bir qorxudur. Əsassız, məntiqsiz qorxu pislənilir və belə qorxu “cübn” adlandırılır. Cübn insanı inkişafdan saxlayır, onu bir çox nemətlərdən məhrum edir. Yersiz qorxu odur ki, insan heç bir dəlil olmadan qorxuya düşsün. Cihad meydanında qorxub qaçmaq, əlbəttə ki, məzəmmət olunası bir işdir.
Qurani-Məcid buyurur: “Allahın məqamından qorxub, nəfsini cilovlayan kəsin yeri hökmən behiştdir.”1 Ayədə “Allahdan qorxu” əvəzinə “Allahın məqamından qorxu” ifadəsi işlədilmişdir. Bəs Allahın məqamından qorxmaq nə deməkdir? Allahın məqamından qorxu dedikdə Onun ədalət və mühakiməsi nəzərdə tutulur. Bəs Allahın ədaləti kimin üçün qorxuludur? Başqasının haqqına təcavüz etməyən çox insanlar üçün Allah ədalətindən qorxu yoxdur. Amma əməl naməsi qara olanlar, başqalarının haqqına təcavüz edənlər, fitnə-fəsad girdabına yuvarlananlar təbii olaraq Allahın ədalətindən qorxurlar. Çünki ilahi ədalət əsasında bu insanlar öz əməllərinin cəzasına məhkumdurlar. Allahın qəzəbinə düçar olmaq qorxulu deyilmi?
Deyilənlərdən məlum olur ki, Allahın ədalətindən qorxu insanın öz günahlarından, günahlarının cəzasına çatmasından qorxudur.
Əmirəl-Möminin (ə) öz buyruqlarından birində bu məsələyə belə işarə edir: “Yaxşı olar ki, hər bir fərd yalnız öz nalayiq əməlindən qorxsun.”2
Sual oluna bilər ki, əgər Allah qorxusu insanın öz günahından qorxudursa, nə üçün məsum imamlar və övliyalar da Allahdan qorxmuşlar? Təbii ki, məsum imamların və övliyaların günahı olmamışdır. Onların qorxduğu şey “tərki-оvladır”. Tərki-оvla dedikdə yaxşı işlərin tərk olunması nəzərdə tutulur. Elə işlər var ki, bu günah sayılmadığı halda Allah dostları üçün qəbahətdir. Övliyalara qarşı tələblər adi insanlara qarşı tələblərdən fərqlənir. Adi bir insan üçün halal olan bir iş övliyalar üçün büdrəmə sayıla bilər.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1. “Naziat” surəsi, ayə: 40-41.
2. “Nəhcül-bəlağə”, “qısa” kəlamlar: 82.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+5 =