Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAHDAN BAŞQA HƏR ŞEY MƏHVƏ MƏHKUMDUR – AYƏSİNİN MƏFHUMU NƏDİR?


İzah: Quranda oxuyuruq: “Allahdan başqa hər bir şey məhvə məhkumdur.”1 Məgər insanın ruhu fani olurmu? Əgər insanın ruhu əbədidirsə, nə üçün ayədə belə buyurulur?

CAVAB

Nəzərə almalıyıq ki, ayədə “həlak” kəlməsi işlədilmişdir. Həlak olmaq isə məhv olmaq, fəna olmaq deyil. İnsanın nəinki ruhu, həm də cismi tamamilə məhv olmur. Çürüyüb torpağa qarışan insan cismi qiyamət günü yenidən əvvəlki vəziyyətinə qayıdır.
Demək, insanın nə ruhu, nə də cismi tamamilə məhv olub getmir. Ayədəki “həlak” kəlməsi parçalanma mənasında da işlənə bilər. Əgər insanın ruhu ilə cismi arasındakı əlaqə qırılırsa, onun haqqında “həlak oldu” demək olar. Amma bu o demək deyil ki, insan tamamilə fani olur.
Məsələni aydınlaşdırmaqdan ötrü başqa ayələrə nəzər salaq: “Əvvəlki Ad qövmünü o həlak etdi. Səmud qövmünü də; onlardan kimsə qalmadı; Nuh qövmünü isə onlardan da qabaq;2 Şübhəsiz ki, Ad, Səmud və Nuh qövmünün həlak edilməsi onların öldürülməsinə işarədir. Ona görə də haqqında danışılan ayəni “fani olmaq” mənasında yox, “parçalanıb dağılmaq” mənasında başa düşməliyik. Bəli, doğrudan da, yalnız Allahın pak zatı istənilən bir viranəlikdən uzaqdır.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1. “Qəsəs” surəsi, ayə: 88.
2. “Nəcm” surəsi, ayə: 50-52.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+8 =