Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALLAH-TAALANIN ÖZÜNÜ ƏN ÜSTÜN YARADAN SAYMASI BAŞQA YARADANLARIN VARLIĞINDAN DANIŞMIRMI?


İzah: Qurani-Kərimdə Allah-taala buyurur: “Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur.”1 Ayədə belə görünmürmü ki, başqa yaradanlar da vardır?

CAVAB

Ərəb lüğətində “Xələq” kökünün üç mənası var:
1. Bir şeyi ölçmək;
2. Bir şeyin formasını dəyişmək;
Məsələn, dəmirdən hər hansı alət düzəltmək;
3. Heçdən bir şey yaratmaq; yəni heç vaxt olmamış bir şeyə varlıq vermək.
Əlbəttə ki, üçüncü məna Allaha aiddir. Xaliq kəlməsi yalnız Allah haqqında işlədilir. Amma “xələq” sözünün birinci və ikinci mənaları insana aiddir. Qurani-kərimdə bu söz bəzən birinci və ikinci, bəzən isə üçüncü mənasında işlədilmişdir. Məsələn, Məryəm oğlu İsa haqqında buyurulur: “Gildən quş şəklində bir şey yaradırdım.”2 Ayənin ərəbi mətnində işlədilmiş “xələq” kəlməsi düzəltmək mənasında işlədilmişdir. Haqqında danışılan ayədəki “xələq” kəlməsi də ilkin mənalardan birini daşıyır.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr; Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni - Tәrcümә еdәn: А. Turаn

1. “Muminun” surəsi, ayə: 14.
2. “Maidə” surəsi, ayə: 110.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+10 =