Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

SAHİBƏZ-ZAMAN (Ə) QEYB DÖVRÜNDƏ EVİNDƏKİ SƏRDABƏDƏMİ QEYBƏ ÇƏKİLMİŞDİR?


CAVAB

Sünnə əhli şiələrin əqidəsinə istehza ilə deyir: “Şiələr inanır ki, Mehdi (ə) dünyaya gəldikdən sonra sərdabədə qeybə çəkilmişdir, indi də oradadır və sərdabədən zühur edəcək. Guya, şiələr hər gün sübhdən qüruba qədər sərdabənin qarşısında göz yaşı axıdıb onun zühurunu gözləyirlər.”1
Əvvəla, “sərdabə” dedikdə hər bir tikilinin alt təbəqəsində yerləşən sərin yer nəzərdə tutulur. Bu sayaq sərdabələr, adətən, İraqda müşahidə olunur. Samirra da belə yerlərdəndir. İmam Hadi (ə) öz əhli-beytinin asayişi üçün belə bir sərdabə tikmişdi. Bu sərdabə onun şəhadətindən sonra irs olaraq imam Əsgəriyə çatdı.
Tarixi məlumatlara əsasən, həzrət Mehdi (ə) mövludundan başlayaraq xalqın, xüsusi ilə zalım hakimlərin gözündən gizli qalmışdır. Atasının şəhadətindən sonra ona cənazə namazı qılıb, rəsmən qeybə çəkilmişdir. Həzrət və ailənin digər üzvləri bu sərdabədən istifadə etdiyi üçün qeybin də bu yerdə baş verdiyi bildirilir. Şiələr bu sərdabəni ona görə müqəddəs sayırlar ki, Sahibəzzaman, onun atası və babası bu sərdabədə yaşamış, ibadət etmişlər. Həzrət Mehdi (ə) də məhz həmin yerdə qeybə çəkilmişdir. İmamın qeybi imamın yaşadığı yer olaraq sərdabəyə aid edilmişdir. Cahil fikirdir ki, şiələr imamın hələ də sərdabədə olduğuna inanır! Çoxsaylı rəvayətlərə əsasən, həzrət Mehdi (ə) yer üzünün müxtəlif nöqtələrində olur.
Həzrət müxtəlif dini mərasimlərdə, o cümlədən, həcdə iştirak edir, dirilərə və ölülərə şahid olur. Bu səbəbdən də müqəddəs sərdabə haqqında və onun ziyarəti ilə bağlı deyilən sözlər cəfəngiyatdan başqa bir şey deyil. Şiələr imamın Səhlə, Cəmkəran məscidlərində ola biləcəyinə inandıqları üçün bu məscidlərdə toplaşır, “Nüdbə” duası oxuyurlar. Şiələr yalnız sərdabəni müqəddəs saydıqları üçün orada toplanıb Allaha dua oxuyurlar.
Əllamə Əmini deyir: Şiələr bu əqidədə deyil ki, imamın qeybi sərdabədə məhdudlaşır. Mötəbər rəvayətlərə əsasən, şiələr inanır ki, imam Məkkədə Allah evinin önündə zühur edəcək. Kimsə bu əqidədə deyil ki, müqəddəs sərdabə bu ilahi nuru özündə gizləmişdir. Sadəcə, bu sərdabə imamların Samirradakı evi olmuşdur. İraqda hamı istidən qorunmaq üçün bu sayaq sərdabədə yaşayır. Haqqında danışılan sərdabəni müqəddəs edən isə üç məsum imamın orada yaşamasıdır. Allah-taala özü bu müqəddəs məkanda zikr və duaya icazə vermişdir.”2
İkincisi, hər bir məzhəbin əqidəsini onun aparıcı alimlərinin kitablarından öyrənmək olar. Şiə alimlərinin kitablarına müraciət etdikdə anlaşılır ki, imam Mehdinin (ə) mövludundan çox-çox əvvəllərdən başlamış hazırkı dövrədək hətta avamlar arasında belə bir etiqad olmamışdır. İmamın hələ də sərdabədə olması düşmənlər tərəfindən uydurulmuş bir böhtandır.

Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq; Müәllif: Ustad Əli Əsğər Rizvani - Tәrcümә еdәn: M. Əhməd

1. “Tarixi-İbn-Xəldun”, c. 1, s. 199.
2. “Əl-ğədir, s. 308,309.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+1 =