Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

CƏMİYYƏTİ DƏYİŞMƏK ÜÇÜN TƏDRİCİ İSLAHATLAR BƏS EDİR, YOXSA KÖKLÜ İNQİLAB LAZIMDIR?


CAVAB

İctimai islahatların hansı yolla həyata keçirilməsi fərqli münasibətlər doğuran bir məsələdir. Bir çoxları “reformizm” adlanan tədrici islahatların tərəfdarıdır. Digər bir qrup cəmiyyətlərdəki çaxnaşmaların qarşısının yalnız inqilab yolu ilə aradan qaldırılmasını mümkün sayır. Digərləri isə belə deyir: “Cəmiyyətlərdəki fəsad dərəcəsi fərqlidir. Tamamilə fəsada uğramış cəmiyyətlərdə tədrici islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə vəziyyəti yalnız köklü inqilab dəyişə bilər. Üçüncü baxışın daha çox tərəfdarı var. Bu baxışa əsasən:
1. Tədrici islahatlar həmişə sağlam bünövrə və nümunələr üzərində qurulur. Əks-təqdirdə yeni nümunələr və bünövrələr soraqlamaq lazım gəlir.
2. Tədrici islahatlar yalnız sağlam yolla gerçəkləşir və bu prosesdə cəmiyyətdən düşüncə hazırlığı tələb olunur. Belə bir zəmin olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.
3. Fəsadın kök atdığı cəmiyyətdə qüdrət ünsürləri islaha mane olur. Cəmiyyətin bütün həssas mərkəzləri onların əlindədir və onlar istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.
4. Əzəmətli inqilabi qüvvəni, adətən, uzun müddət eyni hərarətdə saxlamaq olmur. İnqilabi qüvvədən vaxtında istifadə olunmadıqda o öz gücünü itirir.
5. Tarixdən məlum olur ki, fəsadın kök atdığı cəmiyyətlərdə həmin cəmiyyətin düşüncə sahibləri, xüsusi ilə peyğəmbərlər və övliyalar inqilab yolunu seçmişlər.
Dünyanın zülm-sitəm üzərində qurulmuş bugünkü vəziyyətini islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.

Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq Müәllif: Ustad Əli Əsğər Rizvani; Tәrcümә еdәn: M. Əhməd



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
5+10 =