Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BƏŞƏRİYYƏT YENİ TEXNOLOGİYALAR VASİTƏSİ İLƏ XOŞBƏXT OLA BİLƏRMİ?


CAVAB

Bəziləri belə düşünürlər ki, bəşəriyyətin yalnız maddi dirçəlişi cəmiyyətin səadətə və rifaha çatmasını təmin edə bilər. Bu baxışa əsasən, bir o qədər də uzaq olmayan gələcəkdə bəşəriyyət xoşbəxtliyə qovuşasıdır.
Uyğun baxışa cavab olaraq deyə bilərik ki, elm bəşəriyyəti xoşbəxt etmək, ədaləti təmin etmək gücündə deyil. Bəli, elm və texnika inkişafdadır. Amma bu inkişaf insanı yalnız maddi baxımdan təmin edə bilər. Amma ədalətli bir quruluşda maddi təminat varsa, xoşbəxtlik də var. Ədalətsiz qurluşda isə maddi təminat həlledici rol oynamır.
Bəşəriyyət öz yolunu təkcə maddi baxımdan azmamışdır. Əlbəttə, problem təkcə maddi durum olsaydı, elm və texnika məsələni həll edə bilərdi. Əslində isə tamam başqa amillər var: Cilovlanmayan nəfs istəkləri; şəhvət və qəzəb; tamahkarlıq; məqampərəstlik; üstünlük istəyi; ləzzət ardınca qaçmaq.
Bir sözlə, bütün bəşərin yoluxduğu nəfspərəstlik! Buna görə də elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Doğurdan da, elm çıraqdır. Amma bu çıraqdan hansı yolda istifadə olunması mühümdür. Elm yanacağı ağıl olan bir çıraqdır. O hədəfi müəyyənləşdirmir, sadəcə, hədəfə çatmaq üçün vasitədir.
Yenə də Vill Dorantın məşhur sözü yada düşür. “Biz texnika baxımından güclənmişik, məqsəd baxımından yoxsullaşmışıq.”
Bu səbəbdən də elm və texnologiya zalım hökumətin ixtiyarına verildikdə bəşəriyyət bir sıra problemlərlə üzləşir. O cümlədən bu hökumət:
1. Bəşərin məhvinə aparır;
2. Yalnız varlı təbəqənin rifahı üçün sə`y göstərir;
3. Ədalətsiz olduğundan elm bəşəriyyətə zülm üçün vasitəyə çevrilir.

Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq; Müәllif: Ustad Əli Əsğər Rizvani - Tәrcümә еdәn: M. Əhməd



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+9 =