Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BÜTÜN İSLAM MƏZHƏBLƏRİ HƏZRƏT MEHDİNİN (Ə) ZÜHURUNA ETİQADI VACİB SAYIRMI?


CAVAB

Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu məsələyə etiqad etmək lazımdır.
a) Şiə alimlərindən – Şeyx Səduq deyir: “Həzrətin halından xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız həzrətin qeyb dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan faydalanmaq olar.”[1]
b) Sünni alimlərindən – Nasirəddin Əlbani yazır: “Həqiqətən, həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi işlərdəndir...”[2]
Əbdül Möhsün ibn Həmdül-İbad yazır: “Mehdişünaslıqin təsdiqi və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman sayılır. Bu əslində qeybə imandır və Allah-taala möminləri qeybə inandıqlarına görə mədh etmişdir...”[3]

Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq; Müәllif: Ustad Əli Əsğər Rizvani - Tәrcümә еdәn: M. Əhməd

1. “Kəmalud-din”, c.1, s. 19.
2. “Təməddune-İslami”, Dəməşq çapı.
3. “Əl-cəmaətul-İslamiyyə”, Hicaz çapı.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+2 =