Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

NƏ ÜÇÜN ŞİƏLƏR MÜBARƏK RAMAZAN GECƏLƏRİNİN MÜSTƏHƏB NAMAZLARINI CƏM HALDA QILMIRLAR?


CAVAB

Şiə fiqhində müstəhəb namazı cəm halda qılmaq bid’ət və haramdır. Ramazan gecələrinin müstəhəb namazları ilə digər müstəhəb namazlar arasında bu məsələdə fərq yoxdur. Sünnilər isə həmin namazları cəm halda qılır və “təravih” namazı adlandırırlar.1 Onların iki mö’təbər kitabında bildirilir ki, Peyğəmbər (s) dövründə, Əbu-Bəkrin hakimiyyəti zamanında, Ömər hökuməti vaxtı təravih namazı cəm halda qılınmamışdır.2
Ömər bir dəfə məscidə daxil olarkən adamların pərakəndə halda namaz qıldığını, bir dəstə adamın isə cəm halda namaza durduğunu görür. Qərara gəlir ki, hamı cəm halda namaz qılsa, daha yaxşı olar və bu barədə göstəriş verir. Səhəri gün məscidə daxil olanda hamının cəm halda namaz qıldığını görüb deyir: “Bu yaxşı bir bid’ətdir.”3
Onlara məxsus bə’zi rəvayətlərdə isə nəql olunur ki, həzrət Peyğəmbər (s) iki-üç gecə nafilə namazını məsciddə qıldı və bir dəstə müsəlman ona iqtida etdi. Növbəti gecələrdə adamlar artsa da, həzrət nafilə namazı üçün məscidə gəlmədi və sübh namazında belə buyurdu: “Mən cəmiyyətin artdığını gördüyüm üçün gəlmədim. Qorxdum ki, gecə nafiləsini cəm halda qılmaq sizə vacib olar.” Nə qədər ki, Peyğəmbər (s) sağ idi, nafilələr cəm halda qılınmadı.4
Başqa bir mənbədə həmin rəvayət başqa bir məzmunda nəql olunur: “Cəm halda qılınması müstəhəbdir. Lakin səhabələr dövründə artırılıb, iyirmi rəkət qılınmışdır. Ömər ibn Əbdül-əziz dövründə bir daha artırılaraq, otuz altı rəkətə çatdırılmışdır. Amma şər’ən iyirmi rəkətdir. Müstəhəbdir ki, ramazan ayının sonunadək təravih namazında bütün Qur’an oxunsun.5
Xatırlatmalıyıq ki, Peyğəmbərin (s) üç gecə qıldığı nafilələr ramazan ayına təsadüf etmir. Bu nafilələr on bir rəkətdən çox olmamışdır. Eləcə də Ömər bu işin (bid’ətin) onun tərəfindən həyata keçirildiyini bildirir. Onun sözlərindən mə’lum olur ki, bu hökmü verərkən həzrət Peyğəmbərə (s) istinadən etməmişdir. Bundan əlavə, Ömər deməmişdi ki, nafilə iyirmi rəkət qılınmalıdır və bir Qur’an xətm olunmalıdır.
Bəli, vəhhabilər bir şəxsin istəyi əsasında bid’ət edir, amma təbərrük qəsdi ilə deyilən “əliyyən vəliyyullah” sözlərinə görə şiələri müşrik sayırlar. “Həqiqətən, bu təəccüblü bir şeydir.”6

Kitabın adı: Vəhhabi suallarına cavablarımız; Müəllif: Əli Ətai İsfahani - Tərcümə edən: M. Turan


1 “Səlatul-mumin”, Qəhtani, səh. 346.
2 “Səhihi-Buxari”, səlatut-təravih, səh. 322, hədis 2013.
3 “Səhihi-Buxari”, səlatut-təravih, səh. 322, hədis 2009, 2012.
4 “Səhihi-Buxari”, səlatut-təravih, səh. 322, hədis 2010.
5 “Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1, səh. 303.
6 “Sad” surəsi, ayə: 5.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
6+4 =