Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


FƏLƏSTİNLİ HƏKİM ƏSƏD VƏHİD QASİM


M. Sayıl


Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər əhli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir də fələstinli həkim ƏSƏD VƏHİD QASİMDİR.
O, şiəlik haqqında davamlı araşdırmalar nəticəsində şiə məzhəbini qəbul etdi və müxtəlif vasitələrlə şiəliyin haqq olduğunu sübut etməyə, şiəliyi təbliğ etməyə başladı. O, bu yolda olmazın əziyyətlərə qatlaşdı. Ondan alınan bir müsahibədə deyir: “Mənim fikrimcə, şiəlik eynilə İslam, İslam da eynilə şiəlikdir.”1
Onun da şiə məzhəbini müdafiə məqsədi ilə yazdığı əsərləri mövcuddur. Belə əsərlərindən “Əzmiətul-xilafət vəl-imamət və asaruhal-müasir” kitabının adını çəkmək olar.

Kitаbın аdı: Qədir-Xum; Müәllif: Əli-Əzğər Rizvani - Tәrcümә еdәn: M. Sayıl

1. “Əl-Mütəhəvvilun”, c. 1, səh. 462.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+4 =