Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


MÜASİR YAZIÇI SAİB ƏBDÜL-HƏMİD


M. Sayıl


Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər əhli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir də müasir yaziçi SAİB ƏBDÜL-HƏMİDDİR.
O iraqlıdır. İrana gələrək uzun müddət tədqiqat apardıqdan sonra Allahın lütfü ilə məzhəbini dəyişərək şiə məzhəbini qəbul etdi. O, kitabının bir hissəsində yazır: Mən, etiraf edirəm ki, Allahın mərhəməti üzərimdə olmasaydı, yəqin ki, nəfsim inad edərək məni yerə vuracaqdı. Aldanmağa az qalmışdım. Hətta bir dəfə başıma gəldi. Lakin Allah mənə kömək etdi və ağlım başıma gəldi. Gəmiyə minərək nicat tapdım və büllur kimi saf sudan içməyə başladım. İndi səninlə həmin güllərin bahar fəslində üzərimə saldıqları kölgəlikdən danışıram.
Dostlarım mənim bu vəziyyətimdən xəbərdar olub, məni tənha qoydular. Onlar məndən üz döndərərək mənə zülm etdilər. Bir gün onların ən biliklisi olan bir dostum mənə dedi: “Sən nə etdiyini bilirsən?” Dedim: “Bəli, Mühəmməd Baqirin (ə), Zeynəlabidinin (ə), behişt cavanlarının ağasının (ə), möminlərin ağasının (ə), dünya qadınlarının xanımı və Allahın son şərafətli elçisinin (ə) övladı olan imam Cəfər Sadiqin (ə) məzhəbini qəbul etmişəm”.
- Nə üçün bizi tərk etdin? Bilirsən ki, camaat bizim haqqımızda nələr deyirlər?
- Mən onlara yalnız Peyğəmbərin (s) sözünü deyərəm.
- Nə deyərsən?
- Deyərəm ki, Peyğəmbər (s) buyurmuşdur:
“Mən sizin aranızda bəzi şeyləri qoyub gedirəm. Hansı, ki, siz məndən sonra onlara tapınaraq yolunuzu azmazsınız. Onlar Allahın kitabı və itrətim – Əhli-beytimdirlər.” Digər bir kəlamında isə Əhli-beyt (ə) haqqında buyurur: “Mənim Əhl-beytim nicat gəmisidir. Onlara tapınan bir kəs nicat tapar.”
Saib Əbdül-Həmid Əhli-beyti (ə) və şiə məzhəbini müdafiə məqsədi ilə bir çox kitablar yazmışdır. Bu kimi kitablara aşağıdakıları misal göstərmək olar: “Minhəcu fil-intimam əl-məzhəbi”, “İbn Teymiyyə, həyatuhu, əqaiduhu” və “Tarixül-İslam əs-səqafi vəs-siyasi”.

Kitаbın аdı: “Qədir-Xum”; Müәllif: Doktor Əliəsğər Rizvani - Tәrcümә еdәn: M. Sayıl



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+6 =