Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


ƏLLAMƏ ŞEYX ƏHMƏD ƏMİN ƏNTAKİ


M. Sayıl


Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər ‘hli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir də ƏLLAMƏ ŞEYX ƏHMƏD ƏMİN ƏNTAKİDİR.
O, Seyid Şərəfüddin Amilinin “əl-Müraciat” kitabını oxuduqdan və orada qeyd olunanlar haqqında tədqiqat apardıqdan sonra məzhəbini dəyişərək şiə olan Şeyx Məhəmməd Əminin qardaşıdır. O, “Fi təriqi ilət-təşəyyo” (Şiəliyə doğru getdiyim yol) adlı kitabının ön sözündə yazır: “Mənim şiə olmağımın (başlıca) səbəbi Peyğəmbərdən (s) nəql olunan, bütün İslam məzhəblərinin yekdilliklə qəbul etdiyi hədisdir. Hədisdə deyilir: “Mənim Əhli-beytim Nuhun (ə) gəmisinə bənzəyir. Hansı ki, ona tapınan nicat tapdı. Ondan üz çevirən isə qərq oldu.” Düşündüm ki, Əhli-beytə (ə) tabe olub, dini hökmlərimi onlardan əxz edərəmsə, nicat taparam. Onlardan üz çevirib dini hökmlərimi başqalarından əxz edərəmsə, yolunu azmışlardan olaram.”
Digər hissəsində yazır: “Cəfəri məzhəbinə tapınmaqla qəlbim, daxili aləmim aramlaşdı. Fikrimcə, əslində Peyğəmbərin (s) Əhli-beytinə (Allahın salamı onlara olsun!) mənsub olan bu məzhəbi, Əhli-beytin (ə) vilayətini qəbul etməklə Allah-taalanın əzabından nicat tapacağam. Çünki nicat yalnız onların vilayətindədir.”

Kitаbın аdı: “Qədir-Xum”; Müәllif: Doktor Əliəsğər Rizvani - Tәrcümә еdәn: M. Sayıl



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
4+2 =