Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


HICABI QEBUL EDEN MANİKEN!


Tahir Müzəffəroğlu


“Maşa Aleylikina” Rusiya və rusdilli məntəqələrdə şöhrətli bir adamdır. O, təqriəbən, iki il öncə təcrübəli bir artist və cazibədar bir modelyer idi, hətta onun Rusiyada camaatın qəlbində şöhrət və sevgi qazanmış “Fabrik musiqi qrupu və rəqs ansanblı” ən populyar mövqeyəə çatmışdır.
Amma sənət səmasında günəş kimi parlayan və adı dillər əzbərinə çevrilmiş Maşa birdən-birə bu səmadan enərək musiqi səhnəsindən tamamilə uzaqlaşdı. Maşanın bu hərəkəti, nəinki onun gözəllik simasının aradan getməsi, yaxud əsrarəngiz səsinin batması yox, əksinə artıq müsəlman olmuş Maşa iman və iffət libasını geyinmişdi. Buna görə də o, axirətin əbədiliyini yalançı dünyayın aldadıcı səhnəsindən üstün bildi.
Onun, İslam və hicabı qəbul etmiş bir çox digər xanəndə, artistlərlə ən böyük fərqi bu idi ki, onun şöhrətinin hər yana yayılması, gözəllik və təravəti digərlərindən üstün idi. Hiyləgər İsveçrə ölkəsinə dəvət aldığı zaman isə hicabı seçərək iffətini qorudu.
Keçmin musiqi və kino səhnəsinin ulduzu Maşa Aleylikina, hal-hazırda islami hicaba riayət edərək elm və biliklə məşğuldur. O, keçmiş yalançı həyatını nifrətlə yad edərək, halihazırda özünü xoşbəxt hiss etdiyini söyləyir.
Aşağıda qeyd olunan yazılar, yeni müsəlman olmuş bu artistlə olan müsahibədir ki, həmkarlarımız Rusiyanın “islsm.ru” saytından götürərək tərcümə etmişlər. Bu müsahibəni bütün oxuculara, xüsusilə bəzən, qərb mədəniyyətinin cürbəcür zahiri və şeytani təsirləri altına düşmüş, əvəzolunmaz hicabın dəyər və qiymətini, eləcə də öz vücudlarındakı ismət gövhərinin qədrini bilməyən müsəlman qızlarına, bu məqaləni oxumağı tövsiyə edirik.

Necə oldu ki, populyar səhnədə ola-ola bütün müvəffəqiyyətinizi ayaq altına qoyub, İslamı qəbul etdiniz?

Maşa: “Mən, Allahın mənə lütfü-nəzəri sayəsində Ona üz tutdum. Bu Allahın iradə və istəyidir.”

Xanəndə olduğunuz zamanlar bir dəfə də olsun fikirləşmişdinizmi ki, bir gün gələcək ki, siz İslamı qəbil edəcək, oruc tutub həccə gedəcəksiniz?

Maşa: “Xeyr! Bir gün həccə gedərək, ən ləzzətli və yaxşı suyu – Zəmzəm suyunu – içməyi xəyalımdan belə keşirməmişdim.”

Müsəlman olmaq üçün keçdiyiniz yollar enişli-yoxuşlumu idi?

Maşa: “İki ildir ki, müsəlman olmuşam. Bir gün, ən yaxın rəfiqələrimdən birinin başqa şəhərdə müəyyən bir hadisədən sonra komaya düşdüyündən xəbərdar oldum. Mən, ona necə yardım göstərəcəyimi bilmirdim. Həmin gün ilk dəfə olaraq namaz qıldım və əllərimi Allah dərgahına qaldıraraq rəfiqəm üçün dua edib kömək istədim. Ertəsi gün rəfiqəm mənimlə əlaqə saxlayaraq dedi: “Komada olduğum zaman səni ğörürdüm, sən mənə çoxlu kömək etdin.” Bunu eşidən zaman ixtiyarsız olaraq şiddətlə ağladım. Çünki həyatımda ilk dəfə idi ki, Allahdan bir arzu istəmişdim.

Hal-hazırda nə işlə məşğulsunuz?

Maşa: “Mən, beş Avropa xalqlarının dilini bilirəm. Hal-hazırda isə orta və ali məktəblərdə dərs deyirəm. Onu da qeyd edim ki, bəzən şər`i cəhətdən işkallı olmayan “musiqi not”u da yazıram.”

Yenə də musiqi dinləyirsinizmi?

Maşa: “Bəli! “Reyhan”, “Sami Yusuf”, “Kotestyunes” (İslamı qəbul etdikdən sonra adları “İslam yusifi” qoyuldu.) qruplarını dinləyirəm.”

Qurandan öyrəndiyiniz bir şey varmı, yaxud istəyirsinizmi ərəb dilini də öyrənərək, bildiyiniz avropa xalqlarının o beş dilinə əlavə edəsiniz?

Maşa: “Öncədən elə bilirdim ki, ərəb dilini öyrənmək çətindir. Amma bu dili öyrənməyə başladığım zaman gördüm ki, mənim üçün asandır və özü də bu dili çox sevirəm. Ümid edirəm ki, ərəb dili elm əldə etmək üçün daha da əlverişli olsun.”

Sair dinlərə nisbətən İslamı qəbul edənlərin daha çox olması nə ilə bağlıdır? Yaxud İslama gələnlərin bir çoxunun musiqiçi və artistlərdən olması nə ilə əlaqədardır?

Maşa: “Sair dinlər möhkəm sütunlar üzərində dayanmamışdır. Amma İslam dininin sütunları möhkəmdir. İslam qanunlarının hamısı insan yaşayışında həyata keçir. Buna görə də İslamın yolu səadət yoludur.”

Müsəlman olduqdan sonra özünüzü necə hiss edirsiniz?

Maşa: “Özümü xoşbəxt hiss edirəm. Bu gün mən əvvəlki həyatımla hazırkı həyatımı müqayisə etmək üçün əlverişli fürsət əldə etmişəm. İndi mən həqiqi həyata qədəm qoymuşam. Buna görə də xoşbəxtəm.”

Əvvəlki həyatınızla indikinin nə fərqi var?

Maşa: “Mənim Allaha imanım demək olar ki, həyatımı başdan-başa dəyişdi. Allaha ibadət meyli bütün bəşəriyyət aləminin vücudunda qoyulmuşdur. Mən dəqiq bilirəm ki, Allah ağılı bizə ona görə verməyib ki, yalnız bu dünyada yeyək, içək və yataq, əksinə Allah bizə bu kimi dəyərləri verməklə bizi özünə yaxınlaşdırmaq üçün fürsət vermişdir.”

Əvvəlki həyatınızla bağlı müvəffəqiyyətləriniz və yüksəksəviyyəli qazancınız barəsində fikirləşəndə məyus olmursunuzmu?

Maşa: “Müsəlman olandan sonra qeyd etdiyniz populyarlığa nifrət edirəm və o mənim üçün olduqca dəyərsizdir.”

Özünüzü açıq-aydın müsəlman kimi tanıtdırmağınızdan qorxmursunuzmu?

Maşa: “Xeyr, qorxmuram. Əksinə özümü, yollarını azmış başqa insanlar üçün ülgü bilərək onları da azmış yollarından qaytarmağı özümə vəzifə hesab edirəm.”

İnternetlərdə qoyulan keçmiş şəkillərinizə görə narahatsınızmı?

Maşa: “Mən belə şəkillərə baxmağı xoşlamıram. Amma camaatın, mənim keçmiş şəkillərimə baxaraq özlərinə ibrət olsun deyə maneəsi yoxdur. Bu şəkillərə baxaraq bilsinlər ki, insan yenidən döğularaq bu həyata təzədən qədəm qoya bilər. İnsan tövbə edib keçmişdəki bütün qara əməllərini bağışlatdıra bilər, inşallah!”

Hal-hazırda İslam dinindən başqalarına nə tövsiyə edə bilərsiniz?

Maşa: “İslam deyir: “Əgər Allah barəsində fikirləşə bilmirsənsə, heç olmasa özün barədə fikirləş və nəfsini cilovlayaraq özünü bütün çirkinlikdən, o cümlədən, xudbinlik, təkəbbür etmək, paxıllıq etmək, zülmkarlıq, yalan danışmaq, özünü göstərmək, öyünmək və s. alçaq əməllərdən uzaqlaşdır.” Əgər hər kəs İslama üz tutmaq istəyirsə, onda öz fitrətindən kömək istəməli, dərindən düşünməlidir.”

Müsəlmanlara nə sözünüz?

Maşa: “Arzu edirəm ki, mənim müsəlman bacı və qardaşlarımın ibadət və yaxşı əməlləri Allah-taalanın dərgahında qəbul olunsun və Allahın rəhmət və bərəkəti onların evlərinə nəsib olsun.”

Qeyri müsəlmanlara nə deyərdiniz?

Maşa: “Umid edirəm ki, İslamı hələ də dərk etməyənlər, göz və qulaqlarını tutmuş bihudə və puç əqidələrini bir kənara qoysunlar, bir anlığa fitrətlərinin sözünə qulaq asaraq özlərinə gəlsinlər və İslamı dərk etsinlər.”

www.abna.ir



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+10 =