Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


MƏN BİR MƏSİHİ KİMİ TƏRBİYƏ ALMIŞAM


Tahir Müzəffəroğlu


CON KEYRİÇ1

1. Mən məsihi bir metodist kimi tərbiyə almışam, amma uşaqlıqdan hiss edirdim ki, mənim dinimdə problemlər var. Üç allahlıq əqidəsi böyük bir qüsur kimi mənim yaddaşımda qalmışdır. Həqiqətdə isə üç allahlıq əqidəsi kamil surətdə səhvdir. Əgər siz məsihi olsanız o zaman fikirləşə bilərsiniz ki, məsihi bir adamın belə soz deməsi necə ola bilər? Müqəddəs kitab belə deyir: “İsrail (Yəqub), qulaq as, bizim Allahımız vahiddir.” (“Sıfr”, 6:4)
- Mən elan edirəm ki, Allah mənə (Davud) demişdir, sən mənim övladımsan, mən səni bu gün yaratdım. (“Məzamir”, 2:7)
- Yolda irəli gedən zaman bir kəs onun yanına qaçaraq diz çokdü və ondan soruşdu: “Allah və sərvərim! Mən nə edim ki, əbədi bir həyatı miras aparım? Məsih ona dedi: Məni niyə “Allah” deyə çağırırsan? Allahdan başqa heç bir məbud yoxdur. (10:17-18)
2. “Məzamir”, 2-7 ayələrindən əldə edirik ki, Məsih sözünün mənası “yaranmış övlad” demək deyil, hətta ədəbi və lüğəvi mənadan da bu başa düşülmür. Əksinə onun mənası Allahın bizi yaratmasıdır ki, bu da çox sadə bir mənadır. Allahın peyğəmbəri də onun yaratdığı bir məxluqdur. Digər iki nümunə tövhid və Allahın yeganəliyinin (nəinki üç allahlıq) məfhumunu bizə kamil surətdə çatdırır. Məsihin o kişiyə verdiyi cavab bu idi ki, Musanın 10 fərmanına itaət etsin, nəinki Məsihi ilahiləşdirib, ona üç üqnümdən ikincisi kimi ibadət etsin. Məsihin ilk vəzifəsi o kişiyə çatdırsın ki, o (Məsih) deyil. O, Allah və sərvər deyil. Çünki yalnız bir Allah var, o da vahid Allahdır ki, Məsihdən öncə ikinci Sıfrda qeyd olunmuşdur: “Bizim pərvərdigarımız bir olann Allahdır.”
3. Əgər İncilin sənədi və etibarı barədə daha çox məlumat əldə etmək istəyirsinizsə, onda bu mövzu barədə, dinlər arasındakı müqayisə adlı 12-ci çap dan çıxan kiçik bir məqalədə çoxlu misallar ayə və nömrələri ilə birgə gətirilib ki, siz müqəddəs kitabınızı diqqətlə oxuyub müqayisə edəsiniz ki, doğrudanmı Allah ruhunu bu kitabların qeyd etdiyinə görə müzakirə etməyə hazırsınızmı?
4. Məsihiliyin (20-ci əsr olsa da) neçə əsr öncə məsihiyyəti parçalayan Puls və başqalarının gördüyü işlər məsihilikdə axtardığımı mənə bəxş edə bilməmişdir. Mən, həqiqətləri tapmaq üçün 20 illik bir tədqiqata başlamışam.
Mən bu qədər tədqiqatlarım zamanı özüm üçün rahatlıq yaradan, mənə şəxsiyyət qazandıran və rahat yaşayış bəxş edən bir din axtarmırdım. Əksinə bu müddət ərzində istəyirdim ki, doğru yolu tapım. Hətta mənim üçün, bu yolda etiqad və nizam əməllərini tapmaqdan ötrü çəkdiyim çətinliklər o qədər də əhəmiyyət kəsb etmirdi. Bildiyiniz kimi, mən ata-babalarımın dinini yalnız sünnət əsasında qəbul etmək istəmirdim.
5. Bütün bu müddət ərzində mütaliə və təhqiqatla məşğul oldum. Adətən ateizmə üz tutaraq təhqiq etməkdən uzaqlaşırdım. Mən, buddizm, hinduizm və təkallahlıq dinlərini müqayisə edirdim, yəhud şahidlərinə diqqətlə qulaq asırdım və məni öz etiqadlarına çəkmək istəyən şəxslərlə bəhs edifdim.
6. Təqribən 10 il əvvəl yəhudiyyət dini barəsində çox diqqətlə axratış aparmağa başladım. Almaniyada təhsil aldığım zaman bütün boş vaxtlarımı universitetin kitabxanasında ilahiyyatla bağlı axtarışlara sərf edirdim. Yəhudiyyətin ilk öncə təkallahlı olması, sonra isə məsihilərlə rabitələri diqqətimi cəlb etdi. Çünki Məsih və həvariləri yəhudi idilər və müqəddəs İncil kitabı da, yəhudilər və onların peyğəmbərlərinə şamil olan tərcümə barəsindədir. Misal üçün “Əhdi-ətiq” bölümü.
7. Təqribən, bir il keçəndən sonra ibrani dilini və yəhudilərin şüar və hökmlərini (məbəd və evlərdə keçirilən proqramlar) öyrənməyə başladım. Həqiqətdə, dinimi dəyişmək barədə fikirləşirdim. Bütün bu illərdə dini kitabları oxuyub öyrənirdim. Hələ də yəhudilərdən din barəsində məlumatlar əldə edirdim ki, onlara olduğu kimi əməl edim. Almaniyada təhsil aldığım zaman, yəhudilər, almanlarla yəhudilər arasındakı qarşıdurmaya əsasən, eləcə də “Holokost” hadisəsinə görə yəhudilərdən çoxu orada yaşamırdılar. Hər halda mən yaşadığım şəhərdə kiçik sayda yəhudilər (əlbəttə, amerikalı icra başçılarından ibarət) yaşayırdı. Məbədi idarə edən yəhudi ilə gorüşdüm, amma o mənə lazımı qədər kömək etmədi. Şənbə günü mən də onların mərasimlərində iştirak edir və bütün ibadətlərimi tənhalıqda əmələ gətirirdim. Belə bir gündə, hətta özünü mənə tanıtdıracaq qədər özünə zəhmət verən yox idi.
8. İsrailli olan, amma yəhudi olmayan bir dostumun vasitəsi ilə, alman qızına nişanlı olan və Almaniyaya nişanlısı ilə görüşə gələn digər bir israilli yəhudi ilə tanış oldum. Həmin yəhudinin nişanlısı öz dinini dəyişərək yəhudi dinini qəbul etmək istəyirdi. Muşe İsrail yəhudilərindən olmasına baxmayaraq, çox mehriban bir insan idi. O, mənim çoxlu suallarıma cavab verməkdə mənə kömək etdi. Sonuncu dəfə onunla İsrailə qayıtmamışdan öncə söhbət etdik. Mən tətillərimi orada keçirirdim. Almaniyalı nişanlısının (Tanca) yəhudi dinini rəsmi qəbul etməsinə görə 5000 dollar ödəyəcəyindən çox dilxor idi. Sonralar səfərdə ikən tur göstərişi ilə yəhudi dinini dəyişməyim barədə söhbət etdim. O yaşlı yəhudi mənə cavab verdi: Necə? Məgər (yəhudi dinində olduğun üçün) kifayət qədər problemin yoxdurmu? (Hələ bir dinini dəyişərək də özünə müşküllər yaradırsan?)
9. Yəhudi dinindən uzaqlaşmağım və bütün əlaqələrimi tədricən həmin dindən kəsməyimin səbəbi, ilk dəfə İsrailə etdiyim səfər nəticəsində, eləcə də o zaman yəhudilərin gündəlik yaşayışlarını gördüyüm zaman olmuşdu. Amma yəhudi dinindən uzaqlaşmağımın səbəbləri bunlardan ibarətdir:
1. Bu din yalnız yəhudi qövmünə məxsusdur. Mən isə zatən yəhudi deyiləm. Tövratın, qeyri-yəhudilərin bu dini qəbul etmələri üçün əsas qanunu, yəhudilərin arasında bir müddət yaşamaqdır. Yəhudilərin mənim ölkəmdə və mənim camaatımın arasında yaşamaları ilə əlaqədar gərək onlar üçün süni bir proqram düzəldəydim.
2. Yəhudilərin, əsrlər keçməsinə baxmayaraq, Musanın ibrani dilində olan bugünkü qanunları elə şəklə salınıb ki, əgər həzrət Davud bu günlər (Maşdim) küçələrində qədəm götürərək gəzsəydi, bu zaman nə öz dinini, nə də dilini tanımazdı.
3. Yəhudilər Məsih peyğəmbərlərindən öyrənməli olduğu vəzifələrdən boyun qaçırdılar. Çünki Məsihin gösrətişləri, nəinki qeyri-yəhudilər, əksinə yəhudiləri hədəfə alaraq onların islahı üçündür. (Sonralar bunun barəsində söhbət açılacaq.) Nətiəcədə yəhud qövmü dünyanın bir çox yerlərində yaşayan qeyri-yəhudilərə (məsihilər və müsəlmanlara rəhm etmirlər.
4) Qeyri-yəhudi bir nəfər, əgər yəhudilərdən olan bir qızla evlənmək üçün dinini dəyişərsə, onun yəhudi olması üçün çalışırlar. Onlar üçün, qeyri-yəhudinin onların dinini qəbul edəndən sonra, onlar kimi Allaha pərəstiş edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Əgər bir nəfər yəhudi dinini qəbul etmək istəyirsə, bu zaman əvvəllər qeyri-yəhudi ilə ailə qurmuşdusa, onu yaddan çıxarmalıdır. Bir xaxam həm siz, həm də həyat yoldaşınız yəhudi olmayınca heç vaxt öz vaxtını sizə verməz. Mənim həyat yoldaşımın isə yəhudi omaq fikri yox idi.
5. Camaatın nə deməsi mühüm deyil. Bu əqidəni bir çox yəhudilərdən eşitmişəm ki, qeyri-yəhudinin yəhudi olması zatən yəhudi olmaq demək deyil. Əlbəttə, bilirəm ki, bir xaxam bununla müxalifət edəcək. Amma indi yəhud cəmiyyətində yaşayan adi insanlar barəsində söhbət edirəm. Yadımdadır, bir yəhudi tələbəsi Amerikada mənə dedi: “Sən elə bilirsən ki, yəhudi mədəniyyətini bilirsən? Amma bilmirsən. Bu sözün mənası budur ki, qeyri-yəhudi insanların Tövratı və Telmudu öyrənməsi o qədər də əhəmiyyət kəsb etmir, çünki onlar həmişə qeyri-yəhud olaraq qalırlar. Bu kimi insanlar zatən yəhudi olanların nəzərində həmişə yarım insan və yarım yəhudi kimi qələmə verilir.
10. Mən yəhudi mədəniyyətini tanımıram və hal-hazırda da istəmirəm ki, həddən artıq tanıdığım bir şeyi tanıyam. Nəzəri cəhətdən dərsləri yaxşı olsa da, amma məsələ burasındadır ki, yəhudi əqidəsində yaşayanrlar öz öyrəndiklərinə, eləcə də dindaşlarından sayılmayanlara kömək etmir və özlərindən başqa heç kimə ehtiram qoymurlar. Sair dinlər, başqalarının onların dinlərinə gəldikləri və onların əqidələrini öyrənən zaman sevindikləri nəzərə çarpır. Amma yəhudilər belə deyil. İndiyə qədər hər hansı yəhudi ilə rastlaşmışamsa, hər nə qədər istəmişəm ki, yəhudi olduğuma görə şad olmağımı onlara göstərəm, amma onlar heç də şad olmurdular. Amma yeni dinimdə olan müsəlman qardaşlarım, mən müsəlman olduğum zaman mənə qarşı şad olduqlarını bildirirdilər.
11. Yəhudiyyətlə bağlı bu xoşagəlzəm dövrədən sonra belə qərara gəldim ki, Allaha Adəm (ə) ə Nuh (ə) kimi pərəstiş edəm. Çünki onların heç biri yəhudi və məsihi deyildi. Mən İsa məsihin ilahi bir insan olmasına etiqad bəsləyirdim və bilirdim ki, o həzrət yəhudilərin hal-hazırda qurşandıqları çirkin əməllərini düzəltməkdən ötəri göndərilmişdir. Onlar öz qanun və şəriət göstərişlərinə yalnız dildə itaət edirlər, əməldə isə bunu göstərmirlər. Misal üçün, “səbt” günü (subbota – altıncı gün) məhdudiyyətlərinin əvvəli və sonu barəsindəki nəzərləri, hətta ortodoks yəhudiləri üçün də qeyd olunubsa, amma bu qanuna əməl edənlər çox azdır. Burada bütün yəhudiləri qeyd etmək olmaz. Əlavə olaraq, bu, yəhudiyyətdə olan ən kiçik bir əqidənin rolunu ifa edir. Hətta bunu da qeyd etmək lazımdır ki, bunun heç bir rolu belə yoxdur. Bunun əksinə olaraq, modern məsihiləri əqiədə və imandan başqa heç nəyi tələb etmirlər. Əgər evdən kənarda birini öldürsən və desən ki, inanırsanmı İsa Məsih özünü bizim günahlarımıza görə intihar etmişdir və ondan məğfirət tələb etsən, behiştə gedəcək.
Təəssüflər ki, nə mənim əqlim, nə də qəlbim bunu Allaha nisbətdə qəbul etmir. Allaha gündəlik etdiyimiz hər bir saleh əməl və ibadəti Allah bizdən istəyir. Əlavə olaraq, Allah bir qatili bağışlamaqdan daha çox onun peşman olmasını və tövbəsini istəyir ki, belə bir böyük günahı bağışlasın. Hətta bizim müqəddəs kitabımız, əqidəsiz hər bir əməli qiymətsiz hesab edir.
12. Məmin qardaşlarım! Əgər kimsə, əqidəsinin olmasını, amma əməlinin olmamasını söyləsə, bunun nə faydası olacaq? Məgər yalnız əqidəsi ona nicat verə biləcəkmi? Əgər bir qardaş və ya bacı çılpaq olarsa (paltarı olmazsa) və gündəlik yeməkləri olmazsa, sizdən hər biriniz ona, “imanlı olmaq yolunu əldə et, tox ol və s.” desə, amma ona maddi yardım etməsə, onun qarnı doyacaqmı? Bu sözün ona faydası olacaqmı? Hətta əgər bir adamın əqidə və imanı olsa da, əməli ilə bir olmazsa bu zaman ölüdür. (“Cəmiz”, 2114-17)
13. Amerika kimi ölkədə 159 milyon nəfər məsihi kilsələrinə etiqadı olanlar mövcuddur (cəmiyyətin 60%-i). Bu yəqiəndir ki, əgər hər 10 nəfər amerikalıdan 6 nəfəri məsihi olsa və onların dini, onlardan əqidə tələb etdiyi kimi əməl də tələb edir. Gərək bu ölkədə fəqirlik olmasın. Həqiqət budur ki, 36/5 milyon amerikalı fəqirlik xətti altında yaşayırlar. Bu da Amerikada cəmiyyətin 13/7%-i deməkdir. (“Nyu York Times” qəzetindən; 1999 almanax, səh: 320)
14. Hər halda, bu nətiəcəyə yetişdim ki, bu gün camaatın çox hissəsi istəyirlər ki, Allaha mənim qeyd etdiyim kimi pərəstiş etsinlər. İndiyə kimi camaatdan nə qədər eşitmisiniz ki, (Allaha etiqadım var, amma rəsmi dindən xoşum gəlmir). Bu mənim İsrailə qarşı birinci səfərimdən sonra sonra ələ gəlmişdir.
15. “Əhdi-cədid”ə diqqətlə nəzər salanda, düzgün istiqaməti mənə göstərdi. (Müqəddəs kitabın bu bölümü) məsihiyyət heç vaxt yeni bir din olmadığını aydınlaşdırdı. Əksinə Allahın hədiyyəsi idi ki, yəhudilərə onu qəbul etmədilər. Onlar qəbul etməsələr də: “Amma o (İsa Məsih) cavab verərək dedi: Mən İsrail (Yəqub) evinin itmiş qoyunlarını tapmaqdan ötrü göndərilməmişəm” (“Matta”, 15:24)
16. Bu on iki dəstədən ibarət bir qrup idi. Məsih onlara tərəf göndərilmişdi. Onlara fərman verərək dedi: “Kafirlərin yoluna qədəm qoymayın və Samartin şəhərlərinə daxil olmayın. Əksinə İsrail evlərinin itmiş qoyunlarına tərəf gedin. Getdiyiniz zaman (onları) moizə edin və deyin ki, behiştdə olan hökumət əlimizdədir. (“Matta”: 10-5-7)
17. “İndi deyirəm ki, İsa Məsih məmur olunub ki, Allaha xatir xütnə etsin ki, ata-babalarının onunla bağladıqları əhdinə vəfa etsin” (“Rumiyan”, 15: 8)
18. Bu ibarələrdən aydın olur ki, İsa həqiqətən də həmin Muşiya (Məsih) idi ki, yəhudilər onun intizarında idilər. Onun risaləti kafir və qeyri-yəhudilər üçün deyildi. Əksinə onun bütün muxatəbləri yəhudilər idilər. Buna baxmayaraq, o, əsla yeni din təbliğ etmədi. Onun vəzifəsi yəhudiləri doğru yola yönəltmək və onlara şəriətin öyrənilməsində kömək etmək idi. Sina dağında onlara verilən fərmanlar bunlar idi:
19. “Güman etməyin ki, mən, peyğəmbərləri və onların qanunlarını dəyişmək üçün gəlmişəm, xeyr! Mən dini təkmilləşdirmək üçün gəlmişəm.”
Elə buna görə də deyirəm: “Nə qədər ki, asiman və yer var, siz ağılsızlıq etməyin, qanuna zərrə qədər də olsa, təcavüz etməyin. Hamınız qanunlara əməl edin.” (“Matta”: 5:17-18)
20. Puls İsa Məsihə müxalif çıxaraq bəzi qanunları dəyişdirdi. “Əhdi-cədid”in bir çox bölməsi onun vasitəsi ilə yazıldı. Bu da İsa Məsihin gətirdiyi fərmanların əksinədir. Pulsun kitablarını gərək bidət kimi qəbul edək. Çünki o bizə elə bir “Əhdi-cədid” yazdı ki, göstərişləri naqisdir. Şübhəsiz, bunlar Allah kəlamı deyil. Allah heç zaman Məsihi qeyri-yəhudilərə təzə bir din icad etmək üçün göndərməmişdir. Puls öz tərəfindən bunu belə qeyd etmişdir. Buna görə də məsihiyyət adsız bir addır. Əgər sədaqətə riayət etmək istəsək, onu “pulisiyyət” adlandırmalıyıq.
21. Almaniyada bir gün gecə video film satan mağazaların birində gəzirdim. Antoni Kuveynin Mühəmməd Rəsulullah (s) filminə rast gəldim. Amerika və İngiltərənin çəkdiyi bu filmdə müəyyən mesajlar var idi. Bu film diqqətimi özümə cəlb etdi, ona baxmalı oldum. Çünki İslam və Mühəmməd (s) barədə çox az məlumatım var idi. Amma bilirdim ki, İslam dini ilahi və tövhid dinidir ki, məsihilər onu istəmirlər. Mən və həyat yoldaşım bir çox cəmiyyətlə birgə Humeklandakı yaşayışımızı tərk edən zaman məndə bir hiss oyandı, yerli almanların bu xarici dinləri ilə daha dərindən tanış olum.
22. Mənim əlimə gələn film Mühəmməd peyğəmbər (s) barəsində idi. Onun həyatı və təbliğatı, peyğəmbərliyinin ilkində olan həyat fəaliyyəti ilə başlanırdı. Bu filmdə olan məna bu idi ki, Peyğəmbər, Allahın ona göndərdiyi fərmanları kafirlər və zamanının ərəblərinə çatdırmasının daha da çətin olmasını önə çəkirdi. İslamın həqiəqətlərinin bir çoxunu bu filmdən öyrəndim. Bu filmə baxandan sonra öyrəndiyim bu kimi məsələlər qərblilərin qeyd etdiyi əfsanəvi səlib yürüşlərindəki təzaddan başqa heç bir şey yox idi. Çoxdandı axtardığım bir məsələni tapdım. Amma şəkk-şübhə ilə dolu ruhum məni vadar edirdi ki, yəhudiyyət haqda axtarış apardığım kimi, İslamı haqda da son dərəcə diqqətlə axtarış aparım və bu dini, bir rejissorun çəkdiyi film əsasında qiymətləndirməyim.
23) Bundan sonra fasiləsiz olaraq təsadüfən mənim üçün əlverişli bir fürsət yarandı və ikinci dəfə İsrailə səfər etdim. Orda müsəlmanlar və onların rəftarlarını diqqətlə izlədim. Amma bu dəfə bütün hissləri kənara qoyaraq bitərəf şəkildə axtarış aparmağa başladım. Hələ də yəhudilərdə bəzi fəzilət və dəyərləri hiss edirdim. Fikirləşirdim ki, İslam (bu cəhətdən) mənim üçün daha münasibdir. Çünki mən zatən yəhudi deyiləm. Beytül-Müqəddəsdə (Yerusəlim) müsəlmanlar ilə görüşüb onlarla söhbət etmək qərarına gəldim. Onların yəhudilərə nisbətən daha çox qonaqpərvər idilər.
24. Müsəlmanların amerikalılarla mehriban olmasına heç bir məntiqi dəlilləri yoxdur. Bu bizim dövlətin siyasətidir ki, İsrail ordusu və yəhudilərini himayət edir. İsrail yəhudiləri amerikalı turistlərlə mehriban olmalarında hər bir dəlilləri (təsəvvür edin) var. Amma buna baxmayaraq, yəhudilərin mühafizəkarları İsrail sayaq ədəbsizliklərini nümayiş etdirirlər. Bu ədəbsizlik bərabərsizdir. Bəzən onunla həmsərhəd olurlar. Bunu İsrailə olan ilk səfərimdə, yəhudi tarixində böyük tarixi olan bir alman filosofunun kitabını axtardığım zaman təcrübə etmişəm. Yerusəlimdəki kitab mağazasının satıcısı bu professorun dərsləri ilə məni hali etməkdənsə qeyri-səmimi olaraq məni istintaq edirdi. Əgər yəhudilərlə əlaqələrimin kəsilməsi barəsində desəm, bunu deməliyəm ki, onlardan çox az hissəsi müsbət idilər. Amma onlara nisbətdə müsəlmanlar daha da müsbət idilər. Müsəlmanların, evdə, xaricdə, gəzinti səfərlərində, universitetlərdə, digər məntəqələrdə və gündəlik işlərində bütün rəftarları keçmişindən qaynaqlanır. Əlbəttə, bəzi müsəlmanlar da var ki, rəftarları kobuddur. Amerikalılardan xoşları gəlmir, hərçənd mən hələ onlarla görüşməmişəm.
25. Dinlər barəsində müqayisə və mütaliə zamanı münsif olmalıyıq. Bu zaman nəinki bir dinin tərəfdarlarının rəftarlarını öyrənmək, hətta bütün dinlərin qanunlarının öyrənilməsini də müqayisə etməliyik. Əgər Pulsun məsihi dini barəsində yazdığı məsələləri camaat qəbul etmək istəsə, onu heç vaxt haqq bir din kimi qələmə verməyəcəklər. Xüsusilə də məhkəmələrdə cinayətləri nəzərə almaqla bunu qeyd etmək lazımdır ki, onların əqaid təftişləri düzgün deyildir. Hətta səlib müharibələri, yəhudilərə verilən işgəncələr, ölkələrarası müharibələr, dünyanın bir çox yerlərində məsihilərin yaşadığı yerlərdəki yerli əhali ilə vəhşicəsinə etdikləri rəftarlar. Bu işlərin hamısı onların imperatorluğunun inkişaf etməsindən qaynaqlanırdı ki, bu dini qəbul etməyənləri bu sayaq işgəncələrlə həlak edirdilər. Buna görə də onların etiqad, yaxud əməl sistemlərində cəzzablıq olsun və bu yolla öz dinlərini irəli aparsınlar, yoxsa onlar heç vaxt dünyada ən yaxşı din kimi fəaliyyət göstərə bilməyəcəklər.
26. Öz söhbətimizə qayıdaq. Almaniyada olan zaman qərara aldım ki, ciddiyyətlə təhqiqat aparım və yəhudilər haqda diqqətlə atədqiqat apardığım kimi müsəlmanları da diqqətlə izləyim. Müsəlmanların bu dinləri, onun göstərişlərinə əməl etməklə bütün insanları tanıtdırır. Bu ən böyük bir yoldur ki, müsəlmanların dinlərində mövcuddur. Amma hələ bu dinin əxlaq, ədəb, qanunlar və s. kimi kitablarını oxumağı özümə zəruri bilirdim deyə, bu kimi məsələlərin ardınca getmirdim. Yerusəlimdə olan zaman qərara aldım ki, Quranın ingilis dilinə tərcümə olan nüsxələrinin birini özümlə gəzdirim. Əlbəttə bunu da qərara aldım ki, Quranın kiçik məcmuəsini gündəlik proqrama salaraq onu ərəb kitabxanalarından alım. Bunu qeyd etmək çox maraqlı olar ki, bundan otrü həmin mağazada işləyən məndən bunun üçün pul almırdı.
27. Birdən mənim həyatım dəyişdi. Həyat yoldaşım hamilə oldu. Mən buna görə çox xoşhal oldum. Hər halda, fikiləşdiyim mütaliə daha da uzanırdı. Maddi cəhətdən də bəzi problemlərlə üzləşirdim. Bu zaman bizim ezamımız tamam olur və birləşmiş ştatlara qayıtmağımızın zamanı gəlib çatırdı. Birdən birə mənim maddi vəziəyyətim dəyişdi Sara adlı qızım dünyaya gəldi. Tamamilə həyatımız dəyişdi. Mən qızımızın saxlanmasında həyat yoldaşıma kömək etməyi planlaşdırdım. Yenə də bu smesteri əla qiymətlərlə başa vurdum. Bundan sonra bir iş üçün axtarış apardım. İki iş təklif olundu, amma bu işlər aylığımızı ödəmirdi, uzun və şəxsi mütaliələrimdən sonra sonuncu texnologiya ilə tanış oldum. Bu sənətim professional səviyyədə idi. Bundan sonra bir müddət istirahət etdim. Bu zaman maddi vəziyyətim yaxşılaşmağa başladı. Daha gecələr işləmək və artıq zəhmətə düşmək o qədər də lazım deyildi deyə, gecələr işləmirdim.
28. Maraqlıdır ki, bir məsihi həmkarımızın güclü imanı (öz elektron poçtunun sonunda öz sözünü tamamlamaq üçün müqəddəs kitabdan bir ayə qeyd etmişdir) məni bir məsələni diqqətlə yadda saxlamağa vadar etdi. Özümlə bağladığım əhdə əsasən, İslami mütaliələrimi qurtarmalı idim. Quran nüsxələrindən – əsl ərəb dilinə və ingilis dilinə şamil olan hər bir ayə – əldə etdim və onu mütaliə etməyə başladım. Onun bir neçə fəslini mütaliə etdikdən sonra hiss etdim ki, (itirdiyim elə budur). Amma buna baxmayaraq, hələ də ehtiyatımı əldən vermirdim. Çünki yeni bir dini qəbul etmək onu kamil dərəcədə bilməyə bərabərdir. Çünki yeni qəbul olunan din faciə də ola bilərdi. Bunun üçün də internet səhifələrinə müraciət edərək İslamın müxalif və müvafiq saytlarında axtarışlar aparmağa başladım. Müsəlman olan keçmiş bir həmkarımla İslam barəsində söhbətlər etdim. Təəccüblüsü isə budur ki, məsihi saytlarında İslamın əleyhinə nə qədər çox məqalələr oxuyurdumsa, İslama bir o qədər meylim artırdı. Çünki onların dəlilləri süst və məntiqsiz idi və onların dinə baxışları yanlış idi. Onlar bu əqidələri ilə, həyatımdakı amerika sayağı məsihi və yəhudiyyət tabutuna sonuncu mismarı vurmaqda mənə kömək etdilər.
29. Quran və kiçik hədis məcmusu haqda mütaliələrimdə müsəlman olmaq üçün daha şox yəqinlik əldə edirdim. Hərçənd, hələ çox nigaran idim ki, keçmiş yaşayışımı necə tərk edəcəyəm? Yaxud beş vaxt qılınan namaza təslim olmaq, mübarək Ramazan ayında oruc tutmaq mənim üçün bir az çətin gəlirdi. Görəsən, ləyaqətli bir müsəlman ola biləcəyəmmi? Əgər mənə çətin olsa, onda necə olacaq? Bunu hiss edirdim ki, – İslamı rəsmən qəbul etmək üçün, məhəllə məscidlərinə müraciət etməzdən öncə – Allah tərəfdən mənə əlamətlərin və nişanələrin gəlməsinə ehtiyacım var. Buna görə də Allah dərgahına dua etdim və ondan bir nişanə istədim ki, bu yolda mənə kömək etsin. Allahla əhd bağladım ki, əgər müsəlman olmaqda mənə kömək olsa, mən də gecikmədən müsəlman olaram. Hətta bunu da istədim ki, əgər O, mənim müsəlman olmağımı istəmirsə, bu yolda mənə kömək etməsin.
30. Allah şükür edirəm ki, o böyük varlıqdır və mənim istəklərimin hamısını yerinı yetirdi. O, həqiqətən də mənim duamı qəbul etdi və mən də gecikmədən verdiyim vədə əməl edərək məscidə getdim. Məscidə gedəndə namaz vaxtı olmadığından çox adam yox idi, amma mən, mənə lazım olan miqdarda məlumat əldə etdim ki, elektron poçt vasitəsi ilə məscidlə əlaqə saxlaya bilərəm. Məsciddə olan hadisələrin bəzisinə görə iki həftə məscidlə əlaqə saxlaya bilmədim. Bu zaman telefon vasitəsi ilə onlardan, gələn cümə günü “şəhadəteyn”i öyrənə bilərəm? Çox maraqlıdır ki, (Allah) ikinci dəfə istədiyim bir şeyi yenidən təkrar edərək qəbul etdi. Hətta birinci istəyimi üçqat qəbul etdi. İyulun 8, 15 və 22- ci günləri kim deyir ki, Allah dualara cavab vermir? Mən 1999-cu ilin İyul ayının 23-də müsəlman oldum.
31. Müsəlman olandan bu yana camaatın bir çoxu (həm müsəlman, həm qeyri-müsəlman) məndən soruşurlar ki, Allah qarşısında təslim olmağıma səbəb olan ən təsirli əməl nə idi ki, mən o əməldən sonra müsəlman olmaq qərarına gəldim? Diqqətlə fikirləşəndən sonra mənim üçün çox əhəmiyyətli olan o amilləri tərtiblə sayıram:
1. İslam dini xalis və təkallahlığı təbliğ edən dindir. Müsəlmanlar Mühəmmədə pərəstiş etmirlər. Əgər Allaha etiqadınız varsa, təkallahsınızsa, zatən yəhudi deyilsinizsə, İslamdan başqa ikinci çıxış yolunuz yoxdur. Gərək müsəlmanlıq dinini qəbul edəsiniz. (Həqiqətən, yəhudilər Muhəmməd və Quranla tanış olandan sonra müsəlman olmalıdırlar. Çünki Musanın gətirdiyi din artıq ləğv olunmuş və Musa da Mühəmmədi və Quranı yəhudilərə tapşırmışdır.) Əgər bir kəs İslamdan (Allah qarşısında təslim olmaq) başqa bir dinə təslim olsalar, bu zaman ondan qəbul olunmayacaq və axirət günü ziyankarlardan olacaqlar. (“Ali-İmran”, ayə: 85)
2. Mühəmməd (s) vasitəsi ilə bizə çatan Allahın kəlamı – Quran elm mənbəyidir və bu elm yalnız Allahdan nəşət tapmışdır. Başqalarının müsəlman olması üçün Quranı oxumaq bəs edər.
3. Dinin 5 əsas sütunu var ki, bu da insana böyük təsir bağışlayır. Hər kəs özü üçün inhisar edilmiş və məhdud bir dəstəni qəbul etmək istəyirsə, bu zaman İslamdan məyus olmalıdır. Soy, kök, milliyyət, cinsiyyət, istedad, qüdrət, sərvət və s. həqiqətən də camaatın bir-biri haqqında etdiyi bütün xoşagəlməz əməllər, o cümlədən, bir-birinə qələbə çalan bütün amillərin İslamda heç bir mənası yoxdur.
Bir namaz və bir dil dünya müsəlmanlarının hamısının yaşadığı yerlərdə həyata keçir. Milliyyətçilik qəbul deyil. Amma məsihi kilsələrində daha çox gözə çarpan məsələlərdən biri də, ağdərililər üçün qurulan mərasimlərdir, yaxud Amerikadakı kilsələrin bəzilrində qaradərililıər üçün qurulan mərasimlərdir ki, bu İslamda yoxdur. Niyə Amerikanın hər yerində, məsihilərin tam nüfuz etdiyi bir yerdə, hələ də millətpərəstlik gedir? Bəlkə də bunu səbəbi məsihiliyin stunlarının çınqıl daşdan, İslamın sütunlarının isə qranitdən olmasıdır.
4. Həzrət Mühəmmədə nazil olan Quranda Allah kəlamının orijinal və etibarı camaatın müşahidəsində idi. Mühəmməd (s) camaatdan istədi ki, onu saxlasınlar və onun üçün oxusunlar ki, nüsxələrin düzgünlüyünü qeyd etsin. Amma bu düzgünlüyü heç vaxt müqəddəs kitaba nisbət vermək olmaz.
5. Yer kürəsində olan müqəddəs məkanlardan biri də Yerusəlimdəki xarab edilmiş “Beytül-Müqəddəs”dir ki, yəhudilərin əvvəlki məbədləri idi. Görəsən yer kürəsində xarab edilmiş kilsə varmı? Xeyr! Görəsən, yer kürəsində yəhudi məbədlərindən xarab olanı varmı? Xeyr! Bəli, Məscidül-Əqsa !... Şübhəsiz, əgər Allah məsihiləri bütün bəşəriyyət aləminə seçmək istəsəydi, icazə verərdi ki, bu müqəddəs məkanda məsihilər böyük bir kilsə tiksinlər. Yaxud istəsəydi, davamlı əməlləri olan yəhudilər məsihilərin kənarında mötəbər bir şəkildə pərəstiş etsinlər ki, Allah da onları qəbul etsin, bu zaman yəhudilərə məbəd tikməyə icazə verərdi. Amma bu belə olmadı. Yalnız Məscidül-Əqsadır ki, bütün bəşəriyyətə nümunə olsun deyə bu məkanda tikildi. Bu Məscidül-Əqsa hamımız üçün bir pərəstiş yeridir ki, Allahın razılığını göstərir.
6. Müsəlmanların məlumat dərəcələri məsihi və yəhudilərə nisbətdə daha çox heyrətəngizdir. Məsələn, bütün müsəlmanlar ən azından Qurandan üç surəni əzbər bilməlidirlər ki, nanmazlarını qıla bilsinlər. Bu da ərəb dilində olmalıdır ki, Quranın dilidir. Müsəlmanların bir çoxları üçün (hamısı üçün deyil) ərəb dili onların ana dil hesab olunmur. Bəzi avam adamlar, hətta bütün Quranı əzbər bilirlər. Cümə namazının imamı iki uzun surəni yadda saxlamalıdır ki, cümə günü onu namazlarında oxuya bilsin. Namaz qılanların heç biri bu surələri Quranın üzündən oxumur, əksinə bunları əzbərdən deyirlər. Bu məsələləri məsihiyyətlə müqayisə edən zaman görürük ki, məsihi keşişlərindən az bir qrupu İncilin çox az bir hissəsini əzbərdən bilir. Mənim üçün təəccüblüdür ki, nə üçün keşişlərin yalnız az bir hissəsi əsl ibrani dilində olan “Əhdi-ətiq”i, yaxud yunan dilində olan əsl “Əhdi-cədid”i oxuya bilir?


1. Con Keric: ABŞ-ın Təknaz sənayesinin mühəndisi.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
8+4 =