Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


FƏLƏSTİNLİNİN HƏQİQƏT AXTARIŞI


Mərdan Zalov


Bizi maraqlandıran həqiqət axtarışında olan əsillikcə fələstinli Xəlil Səhurinin şirin söhbətləridir. Özü Çilidə dünyaya gəlməsinə baxmayaraq, onun ailəsi Beytələhmin (İsa (ə) peyğəmbərin dünyaya gəldiyi yer) ən qədim sakinlərindəndir. Bilməyiniz maraqlı olardı ki, o, məsihi ortadoks ailəsində böyüyüb boya-başa çatmasına baxmayaraq, elə sənədləri ələ gətirmişdir ki, orada onun yaxın qohumlarının “Yərmuk” döyüşündə iştirak edərək İslam ordusuna köməklik göstərdikləri qeyd olunmuşdur. Xəlil Səhuri 15 ilə yaxındır ki, şiə olmuşdur. Bu, onun birinci müsahibəsidir. O, indi müqəddəs Qum şəhərində islami elmlərlə bağlı təhsil almaqdadır.
Salam, məni müsahibə üçün dəvət etdiyinə görə sizə öz təşəkkürümü bildirirəm.
Adım Xəlil, soyadım Səhuridir. 32 yaşım var və Çilidə dünyaya gəlmişəm. Ailəm əsillikcə fələstinli və məsihi ortadoks və Beytələhmin ən qədim sakinlərindəndir. Qohum-əqrəbam min beş yüz ilə yaxındır ki, Beytələhmdə məskunlaşmışdır və əlbəttə, birinci və ikinci dünya müharibəsinin illərində Çiliyə mühacirət etmişlər.
Hal-hazırda hansı işlə məşğulsunuz?
Hazırda müqəddəs Qum şəhərində islami elmlərlə məşğulam.
Necə oldu ki, müsəlman və şiə oldunuz?
Mən on yaşımdan etibarən müqəddəs kitabı (Quranı) mütaliə etməyə başlamışam. Haradasa, ikilə yaxın kitabı oxumaqla məşğul olmuşam. Bu müddət ərzində açıq-aşkar bəzi – ata, oğul və müqəddəs ruhun vahid bir Allah olması kimi -səhvlikləri görürdüm ki, fitrətim bunları qəbul etmirdi.
Nə üçün?
Mən düşünürdüm ki, Allah bir (tək) olmalıdır, nəinki, üç. Və hiss edirdim ki, Allahın övlada ehtiyacı yoxdur. Bir halda ki, məsihilər Məryəmin “Allahın anası” olduğunu deyirlər. Mən uşaq olmağıma baxmayaraq, bunları qəbul edə bilmirdim. Əvvəldə dediyim kimi, ailəmin Beytələhmdə min beş yüz illik keçmişi var. Belə ki, İsa Məsih (ə) burada dünyaya gəldiyi üçün mənim ona çox böyük məhəbbətim vardı. Beləliklə, mən əsil tövhidi əldə etmək üçün araşdırma aparmağa başladım., Yuhənnanın (Məsinin həvarilərindən biri) kitabında “paraklitos’’ sözünə rast gələnə qədər təəssüflər olsun ki, mən İncildə istədiyim cavabı tapa bilmədim. Bu söz əslində Yunan sözüdür. Keşişdən bu sözün təfsiri barədə soruşsam da, onun dediyi mənasız sözləri heç vaxt qəbul edə bilmədim.
Nə üçün bu söz Yunan sözüdür?
Çünki İncil əsil dili olan İbri dilindən yunancaya, daha sonra isə yunancadan latın dilinə tərcümə olunub. Yunan dilindən latın dilinə tərcümə edilən “Paraklitus” sözü də elə, əvvəlki dildə olduğu kimi xatırlanıb. Hətta, mən yunan, latın, ispan və ərəb dilini bilən bir kəsdən bu söz barəsində soruşduğumda, o da bu sözün yunancadan latın dilinə tərcümə edildiyini təsdiq etməklə yanaşı, mənasının “Əhməd” (s) olduğunu da dedi.
Yəni, İncilin əsli ibri dilində deyildir?
Xeyr, bildiyiniz kimi, məsihilər dörd İncili – Lukas, Matius, Markus və Yuhənna -rəsmi olaraq qəbul edirlər ki, həmin incillər Məsihdən yeddi yüz il sonra yazılmışdır.
Süryani dili necə?
Belə düşünürəm ki, Süryani dili Arami dilləri ilə eyni kök və ailədəndir.
Siz biləndə ki, “Paraklitus” sözünün mənası “Əhməd”dir (s), yəni İslam peyğəmbərinin adıdır və keşiş sizə səhv məlumat verir, nə etdiniz?
Mən Allah, peyğəmbər və müqəddəs kitabın bir tərəfdə, camaatın isə digər tərəfdə olduğunu anladım. Bu arada mənim nəzərimdə ən mühüm mətləb tövhid məsələsi idi.
Keşişlərlə bağlı nəzərləriniz nədir?
Keşişlərin fəqirlərlə arası yoxdur, halbuki, həzrət İsa belə deyildi və həmin zamanlar özümümü zindanada yaşayırmış kimi hiss edirdik. Biz həqiqəti araşdıra bilmirdik. Amma mənim qəlbim azadlıq üçün döyünür və onun həsrətində idi. Məsələn, həmin vaxtlar fəlsəfə dərsləri oxumaq, həmçinin, müxtəlif dinlər də qadağan olunmuşdu. Başqa sözlə, haqq axtarışında olmaq çox təhlükəli idi. Mən onların dinlə ticarət etdiyini görürdüm. Özlüyümdə fikirləşirdim ki, bəlkə, müqəddəs kitabda (İncildə) susuzluğumu yatıra biləcək su taparam.
Yəni, yenidən İncili oxumağa başladınız?
Bəli, bu dəfə mən çox maraqlı və mühüm mətləblərlə qarşılaşdım. Kitabda oxudum ki, Arilərin böyüklərindən olan üç nəfər Məsihin doğum gününü təbrik etməyə gəlirlər. Onlar ki, yəhudi deyildilər və belə isə, hansı dinə malik idilər? Soruşanda mənə dedilər ki, atəşpərəst idilər. Atəşpərəstlik din deyil ki, cahillikdir. Öz-özümə dedim ki, bəs, niyə onlar Məsihin Allah tərəfindən göndərildiyini qəbul edirlər? Mən kitabxanaları axtardıqdan sonra anladım ki, onlar zərdüştlər imiş. Zərdüştləri yəhudu və məsihilərdən daha yaxşı və pak hesab edirdim. Çünki onlar həzrət Məsihi təbrik etmək üçün uzaq məsafədən gəlmişdilər. Bunun da, keşişlərin uydurduğu digər bir yalan olduğunu anal dım. Zərdüştlükdən sonra, hinduizmin budda təriqəti və protestantlıqla tanış oldum. Bunların hamısından daha çox zərdüştlüyə meylim vardı. Hiss edirdim ki, mənim qəlbimdə digər dinlərə olan məhəbbətlə bağlı bir boşluq var, çünki məsihilər İsa Məsihin sözlərini təhrif etmişdilər və mən bunu ona qarşı edilən bir hörmətsizlik kimi qiymətləndirirdim, amma zərdüştlərsə ehtiram əlaməti olaraq uzaqdan həzrət Məryəm və İsaya təbrik demək üçün gəlmişdilər. Mən məsihi müəllimləri ilə bir neçə məclisdə görüşdüm. Təəssüflər olsun ki, məsihilər həqiqətdən uzqdırlar və onlar ya birtərəfli və naqis cavab verir, ya da yalan danışırdılar və mən bu dinin əsl həqiqətdən çox-çox uzaq olduğunu hiss edirdim.
Bəs, sonra nə etdiniz?
Daha sonra fəlsəfi kitabları oxumağa üz tutdum. Marksizm fəlsəfəni oxumağa başladım. Həmin fəlsəfə sadəcə bu dünya və maddiyyatdan bəhs edir və din və mənəviyyatdan bir söz belə, demirdi.
Marksist fəlsəfədən başqa, digər fəlsəfələri də mütaliə etmisinizmi?
Nitşe fəlsəfəsini də mütaliə etmişəm, zənnimcə, Nitşe irqpərəst deyildir və mənim onun əsərlərindən əldə etdiyim mühüm bir məsələ təkcə “Zərdüşt belə dedi” kitabında idi. Mən bu kitab sayəsində sözlərin açarı (açması) ilə tanış oldum. Bu dəfə daha ciddi araşdırma apardım ki, həmin sözlərin açarı məni İranla tanış etdi. Başa düşdüm ki, iranlılar indi şiədirlər və rəhbərləri də imam Xomeynidir. Mən öz suallarımın cavabını və tövhid, ədalət, axirət, həqiqət və şücaətlə bağlı mətləbləri imam Xomeyninin sözlərindən əldə etdim. Yadıma düşdü ki, imamın şəklini əvvəllər görmüşəm, amma harada gördüyümü əvvəlcə yadıma sala bilmədim və bir az fikirləşdikdən sonra onun şəklini 1979-cu ildə İslam inqilabı qələbə çalan zaman televizyonda göstərildiyində və uşaq olarkən gördüyümü xatırladım. O zaman babam da onu təsdiqləmişdi.
Necə?
O, imamın simasını görəndə demişdi ki, kaş, ərəblərin də belə bir rəhbəri olardı. Onun bu sözü mənim yadımda qalmışdı və İran rəhbərinin siması mənim üçün cəlbedici idi və ona qarşı simpatiyam vardı.
İmamın siması sizə Məsihi xatırladırdı?
Bəli, mənə eynilə həzrət Məsihi xatırladırdı.
Mənim üçün çox maraqlıdır ki, sonra nə etdiniz?
Sonra mən fələstinli dostlarımdan biri ilə İran, inqilab və ...söhbət etdim, çünki imamın din və ya fəlsəfəsinin nə olduğunu bilmək istəyirdim. sonralar dininin İslam olduğunu anladım.
İslamı necə təsəvvür edirdiniz?
Elə düşünürdüm ki, İslam yeni yaranan və təzə bir dindir, nəinki, ilahi və müqəddəs bir din. Mən 17 yaşımda olarkən bəzi ərəb mədəniyyət təşkilatlarına köməklik edir və məclislər təşkil edirdim. O vaxt Çilinin cənubunda 300 kilometrlik məsafədə yerləşən bizim şəhərimizdə o zamanlar məsihi yox idi. Allaha şükürlər olsun ki, mən həmin mərkəzlərdə (təşkilatda) müsəlman olan bir nəfərlə tanış oldum və ondan öz dilimizdə olan bir quranı götürdüm.
Birinci dəfə Quranı oxuyanda nələr hiss etdiniz?
Quranı açıb oxuyarkən qəlbimə gözəlliklərin yarandığını hiss etdim. Oxuduğum birinci surə “Yusif” surəsi idi. Mən müsəlmanların Yusifi (ə) qəbul etməsinə çox təəccüb etdim. Quranın mündəricatına diqqət etdikdə, “Nuh” (ə), “İbrahim” (ə) və “Məryəm” (ə) surələrinin də olduğunu gördüm. Çox təəccüb etdim və təzəcə anladım ki, İslam dini yeni yaranan din deyil. Allah tək olan Allahdır və bu da onun kitabıdır. Məsihilər deyirdilər ki, müsəlmanların Allahı başqadır. “Məryəm” surəsini açıb oxuduqda ürəyim çırpınmağa başladı, elə bil ki, həyatımın ən təzə xəbərlərini oxuyurdum. Hər gün Quran oxuyurdum və “Həmd” (Fatihə) surəsinə yetişdikdə, yenidən təəccüb etməyə başladım. Eynilə də “İxlas” surəsində belə oldu. Surənin cümlələri çox qısa və lakonik, amma oxuduğum bütün kitabların sözlərindən daha möhkəm və tutarlı idi. Belə ki, bu surənin əvvəldən axıra qədər oxuyana qədər qəlbimdəki bütün suallara cavab tapdım və mən çox xoşhal olmuşdum. Beləcə, qəlbimdə haqqla ünsiyyət yarandı və fələstinli dostlarımla əlaqəmi daha da gücləndirməyə başladım. İndi də onunla əlaqəm var və o, çox sevinir ki, mən İrandayam. O, mənim Çilinin paytaxtında yerləşən məscidə köməklik göstərməyimə yardımçı oldu və qeyd edim ki, həmin məscid əhli sünnilərdir.
Məsciddən başqa, digər yerlərə də getmisinizmi?
Bəli, İran səfirliyi ilə təmas saxladım. Səfirlikdə işləyən dostlar çox mehriban idilər. Mənə vaxt ayırdılar və diqqət göstərdilər, baxmayaraq ki, yeniyetmə idim. Onlar dedilər ki, biz İslam və vilayəti-fəqih və İran İslam Respublikası ilə əlaqəli kitabları sizin üçün göndərəcəyik. Beləliklə bizə bir qutu kitab göndərildi və biz İslam mənbələri, imam Xomeyni, Ayətullah Xamenei və s. ilə tanış olduq. Göndərilən kitablar arasında İran Respublikasının necə yaradılması ilə bağlı bir kitabla rastlaşdım və onu mütaliə etdikdə təəccb etdim ki, İranın Milli Məclisində müxtəlif təbəqələrdən olan nümayəndələr var. O zaman başa düşdüm ki, demokratiya vilayəti-fəqihlə müqyisədə naqisdir. Heç bir yerdə belə bir şey yoxdur və anladım ki, vilayəti-fəqih əhli-beytin hökuməti və Allahın hakimiyyətidir. Özümdən soruşdum ki, nə üçün mən indiyə qədər vilayəti-fəqihin olduğunu bilməmişəm?! Eşitdiyim şeylərin hamısı Qərbin demokratiyası ilə bağlı idi ki, o da həqiqətlərdən uzaq və yalan idi.
Mən fələstinli ilə söhbət etdim. Haqq hamıya məxsusdur. Bir şəxsin və ya bir qrupun deyil. O, dedi ki, imam Xomeyninin inqilabı dünya əhəmiyyətlidir və orada deyirlər ki, imam Xomeyni inqilabı.
Başqa hansı mətləblərlə tanış oldunuz?
İmam Hüseyn (ə), onun səhabələri və Aşura barəsində də bir sıra mətləbləri əldə etdim. Mən o zamanlar “Hər yer Kərbəladır və hər gün Aşura” sözlərindən (bu sözlərlə tanış olduğum səbəbi ilə) çox şad olur və qəmdən deyil, sevincdən göz yaşı axıdırdım.
“Hər yer Kərbəladır və hər gün Aşura” ?
Bəli, bu cümlələrdən çox xoşum gəlmişdi və mən bu cümlələrin düzlüyünü dünyanın ictimai vəziyyəti və siyasi məsələlərinin təfsirini anladıqda, başa düşdüm. Xüsusən də, Fələstin barəsində bu daha anlaşıqlı idi. Öz-özümə soruşurdum ki, indiyə qədər nə üçün Fələstin məsələnin həlli yolunu tapmayıb? Cavab verirdim ki, onlar hələ eşq inqilabından, yəni imam Hüseynin (ə) Kərbəladakı qiyamı barəsində bir şey eşitməyiblər. Belə hiss edirdim ki, bütün insanların çətinliklərinin həlli əhli-beytin (ə) əli ilə olacaqdır. İmam camaatla inqilab barəsində söhbət edərkən gördüm ki, bu məsələdən çox narahat oldu.
Nə üçün?
Onun “Şiələr müsəlman deyillər, çünki həzrət Əliyə məsihilərin İsanı pərəstiş etdikləri kimi pərəstiş edirlər. Onlar məscidlərdə imamların rəsmlərinə pərəstiş edirlər.” – deməsi mənim üçün təəccüblü idi. O, da mənə digər keşişlər kimi yalan demişdi. Mən o zamanlar yeniyetmə olsam da, axmaq deyildim. O məsciddə olan Çili müsəlmanlarından biri ilə də söhbət etdim və o, şiələri müsəlmanlardan olan bir qrup kimi tanıtdırdı. Onun vahid bir nəzəri vardı. Mən müsəlman olmaq istədiyimi ona bildirdim. Sonralar yavaş-yavaş İran barədə məlumat toplamağa başladım. Eşitdim ki, Çilidə yaşayan şiələrdən biri Argentinaya gedib və o, bir il məsciddə dərs almışdır. Mən çətinliklə onu tapdım və onunla bir neçə saat bir yerdə olduq. Bir il sonra lübnanlı bir ruhani ilə tanış oldum və o, mənə ispanca olan kitablar verdi və İslamı mənə öyrətməyə başladı. Həmin vaxtdan indiyə qədər 15 il keçmişdir və mən 10 il Əhli-beytin eşqi və Allaha ümidlə ilə gözləmişəm ki, İranda təhsil ala bilim. Allaha şükürlər olsun.
Ailənizin reaksiyası şiə olduğunuzu bildikdə necə oldu?
Ailəm mənim danışıqlarımdan dəli olduğumu düşünür və deyirdi ki, Xəlil divanədi. Amma mən gizlicə dəstəmaz alır və namaz qılırdım, həmçinin, ərəbcə Quran oxuyurdum, hətta, Quranın son səhifələrindən on surə belə, əzbərləmişdim.
Heç bir çətinliklə üzləşmədinizmi?
Yeməklərlə bağlı, çətinliklə qarşılaşırdım, çünki məsihilər hər şeyi yeyirdilər, amma müsəlmanlar belə deyildirlər. Ramazan ayının orucu, həmçinin, azan demək və namaz qılmaqla bağlı da çox əziyyət çəkirdim.
Sonralar ailənizin fikri dəyişdimi?
Kiçik qardaşım məndən bir il sonra müsəlman və şiə oldu. Bir neçə il sonra anam, həmçinin, mənim təbliğimlə bəzi dostlarım da müsəlman və şiə oldular.
Xanımızın ailəsi necə?
Allahın yardımı və mətim təbliğatım sayəsində onlar da müsəlman oldu.
Xanımınızın ailəsi ilə qohumsunuzmu?
Xeyir, mən dostlarımdan birinin vasitəsi ilə xanımımın ailəsilə tanış olmuşam.
Dünya müsəlmanlarına hansı mesajınız var?
Bütün müsəlmanlar və xüsusən də, şiələr qəflət yuxusundan ayılmalıdırlar. Məqsədim budur ki, onlar Qərbin mədəniyyətini düşünməmiş və araşdırmadan qəbul etməsinlər.
Onlar, gərək, bu mədəniyyətlər barəsində araşdırsınlar ki, bu nədir, Allahdandaır, yoxsa, şeytandan?
Mümkündür ki, Qərblilərin onu qəbul etməsi asan olsun, amma iranlılar illərlə zəhmət və çətinlikdən sonra yaradılaraq qorunan bu əhli-beyt hökumətinin qədrini bilməlidirlər. Sizlər burada dini mərasimləri yerinə yetirməkdə azadsınız və bu cəhətdən heç bir düşmənin çətinliyi ilə üzləşmirsiniz. Sübh əzanını belə, minarələrdən rahatlıqla eşidirsiniz. Vacibatları yerinə yetirməklə bağlı can, mal və işləriniz Allaha şükür ki, təhlükəyə düşmür. Bu, (əmniyyət) çox böyük bir nemətdir.
Sizi cümə namazını qılmaq üçün çox qısa müddətli bir məsafəni qət edirsiniz, amma mən istəsəydim ki, cümə namazına müsəlmanların vəhdətini hiss etmək üçün gedim, gərək, 300 kilometrlik bir yol qət edəydim.
Mən İrandan 500 min kilometr uzaq bir məsafədən Əhli-beyt və imam Xomeyni nurunu dərk etmək üçün İrana gələ bilmişəm.
Sizə müsahibə verməyimdən çox xoşhalam və sizə öz təşəkkürümü bildirirəm. Əgər yenə sualınız varsa, buyurun.
Allahdan sizə imam Zəmanı (ə) görmək üçün fürsət verməsini diləyirik. Təkcə görməyinizi deyil, onun zühuru zamanında da fəaliyyət göstərməyinizi arzu edirik. Allah o həzrətin zuhurunu təcil etsin və bizə tofiq əta etsin ki, qəlbimizi pak və təmiz edək və bu, o həzrətə yaxın olmaq üçün yeganə yoldur.



Nəzərlər

Ramil Memmedov - [2013-11-19]
Halal edin sosial sebekede paylasiram.Paylasiram ki,bir cox insanimiz da oxusun...

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+8 =