Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


ALEKSANDR (ŞƏMSƏDDİN) VASİLYONOV


Tahir Müzəffəroğlu


Aleksandr (Şəmsəddin) Vasiliyonov Bolqarıstanda Quran tədqiqatı ilə məşğul olan bir şiədir. O öz barəsində belə deyir:
“1962-ci ildə Bolqarıstanın paytaxtı olan Sofiya şəhərində dünyaya göz açmışam. 1989-da Sofiya universitetində ərəb dili fakultəsini ali məktəb diplomu ilə bitirdim. Sonra həmin universitetdə və ali pedoqoji İslam məktəbinə daxil olaraq 10 il ərəb dilini tədris etdim. 1999-cu ildə İstanbulun “Mərmərə” universitetinin təsəvvüf və irfan sahəsində təhsilimi davam etdirərək doktorluq titulunu aldım.
1992-ci ildə, İslam mədəniyyətinin inkişafı, xüsusilə də, İslam irfanı və İslam dinininn sair dinlərlə müqayisəsi barədə mövlana Cəlaləddin Rumi adlı xeyriyyə cəmiyyətini təsis etdim. İndiyə qədər olan fəaliyyətimlə bağlı islami kitabları, “Səhifeyi-Səccadiyyə”, “Kumeyl duası”, “Hanri Korbənin fəlsəfə tarixi” bolqar dilinə tərcümə etmişəm. Qurani-Kərimi də bolqar dilinə tərcümə etmişəm.
Ərəb, fars, türk, ingilis, fransız, ispan, rus, və bolqar dillərinə əhatəm var. Uşaq vaxtlarımdan din məsələlərinə əhəmiyyət verirdim. İnsanda olan bu kimi islami fəaliyyət, onun fitrətində olan dini bir hissinin qaynağıdır. O zaman mən az bir hissədən başqa, İslamdan heç nə bilmirdim. Amma buna baxmayaraq, Sofiya universitetində təhsillə məşğul olduğum zaman Qurani-Kərimi mütaliə etməyə başladım. Bu mütaliə 3 il müddətində uzandı. 1989-cu ildə isə müsəlman olaraq kamil surətdə yəqinə çatdım ki, əgər Allahın lütfü-nəzəri mənim üzərimdə olmasaydı, mən heç zaman bu mərhələyə gəlib çata bilməzdim.
Yəqin bilirəm ki, bu etiqadların məndə daha təsirli olma səbəbi Peyğəmbər (s) və imam Əlinin (ə) mənə qarşı diqqətləri olmuşdur. Necə ki, bu zəmində qeyd etmək olar ki, hamısına hörmət etdiyim böyük ariflər, o cümlədən, Mənsur Həllac, Şeyx Əkbər ibn Ərəbi, Şeyx iİşraq Söhrəvərdi və mövlana Cəlaləddin Rumi İslamın mirasları və bizim üçün çox əhəmiyyət kəsb edən dəyərlərdir ki, gərək onlardan dərs alaraq onların sirli dünyasını kəşf edək. Məsələn, Şeyx Əkbər Muhyiddinin “Füsusul-hikəm” kitabı elə bir kitabdır ki, bütün dünyada çoxlu mühəqqiqləri özünə cəlb etmişdir. Bu isə onun İslam barəsində olan dərin düşüncələridir.
O, şərqşünaslıq barədə deyir: “Şərqşünasların bu mədəniyyətin dərinliklərinə yol tapacağını zənn etimrəm. Təəssüflə etiraf etməliyəm ki, Balkan vilayhətində olan şərqşünaslar, qərbi avropalılardan daha da zəifdirlər. Mənim fikrimcə, buna dəlil olaraq demək olar ki, qərbdə həmişə İslama qarşı siyasətlər yürüdülmuşdür.
Daha qiymətli və yaxşı dərslər mühəqqiqlər tərəfindən təqdim olunur, necə ki, qeyd etdiyimiz kimi qərbi avropalılar bu zəmində Balkandan irəlidədirlər. Onlar bu barədə olan çoxlu kitabları qərbi Avropa dillərinə tərcümə ediblər. Amma Balkanda, xüsusilə də Bolqarıstanda hələ biz yolun başlanğıcındayıq. Allaha şükürlr olsun ki, Qurani-Kərim və “Səhifeyi-Səccadiyyə” bolqar diliinə tərcümə olunub və bizim mövlana Cəlaləddin Rumi müəssisəmiz hal-hazırda həzrət Əlinin “Nəhcül-bəlağəsini” bolqar dilinə tərcümə edir. Belə qərara almışıq ki, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üşün faydalı olan kitabları tərcümə edək.
Şərqşünaslar üçün ən mühüm amil ixlaslı və bitərəf olmaqdır. Digər əhəmiyyətli amil şərq dilləri ilə kamil surətdə tanışlıqdır. Xüsusilə də, ərəb, fars, türk dilərini bilmək lazımdır. Çünki əgər şərqşünas xalis adam olsa da, bu dilləri bilməsə, İslamın uca olmasını heç kimə çatdıra bilməz. Buna görə də, şərqşünaslardan çox az hissəsi, o cümlədən, Nikılson, Hanri Korbən və Vilyam Çitik bu alisəviyyəli savada malik olublar.
Qərbdə olan müsəlmanlar İslam dininin mədəniyyətinin inkişafı üçün, xüsusilə də, İslam irfanının inkişafı barədə addımlar atıblar. Bütün çətinliklərlə yanaşı, onlar İslam dinində sabitqədəmdirlər. Bunu da qeyd edim ki, belə mütəfəkkirlərdən birini də Hanri Korbənlə həmkarlıq edən Seyid Hüseyn Nəsrdir. Hətta, indi də bu fəaliyyətlərini davam etdirirlər.
Belə güman edirəm ki, biz yeni tarix mərhələsinə qədəm qoymuşuq. Gərək bütün müsəlmanlar var qüvvələri ilə çalışsınlar ki, İslamın həqiqətlərini, o cümlədən, sülhü, mərifət və eşqlə çatdıra bilsinlər. Qeyd edək ki, İslamın bütün müşkülləri aradan qalxaraq onun irfanı Avropada daha da geniş yayılacaqdır. Biz müsəlmanlara vacibdir ki, bütün səyimizlə çalışaraq İslam mədəniyyətini digərlərinə çatdıraq.
Qeyd etdiyim kimi, böyük İslam irfanı pöhrələnməkdədir. Onun kökü Qurani-Kərimin dərin mənalarında gizli qalmışdır. Mənim etiqadım budur ki, İslam irfanı ilə məsihilərin irfanı arasında çoxlu oxşarlıqlar var. O da kamil insandan ibarətdir.
Bəlkə də, belə demək daha düzgündür ki, insanın yaşayışı onun şəxsiyyəyti və cövhəridir. Nəinki bütün insanlar, hətta bütün mövcudat aləmi Allah nurudur. İslamın bu irfani baxışları qərbin sitayiş etdiyi bütlərlə heç bir tənasüblüyü yoxdur. Elə buna görə də, mövlana Cəlaləddin Ruminin əsəri Amerikada, “ilin kitabı” adına layiq görülərək geniş oxucu kütlələri əldə etmişdir. Biz daha da geniş çalışmalıyıq ki, İslam irfanını Bolqarıstanda da yayaq. Yadda saxlamalıyıq ki, Bolqarıstanın da keçmişinə nəzər salanda görürük ki, İslam irfanı müzakirə olunaraq yad edilirmiş. Hər bir mövcudat aləminin Allahın razılğı ilə yaranır. Hal-hazırda, Allahın izni ilə İslamın bütün dünyanı fəth edəcəyi onun nurunun hər yerə yayılması ilədir.
Qərb və şərqin mədəniyyətlərarası rabitəsinin yaranmasının zərurəti, vəhdəti-vücudu, həm tədris, həm də məhəbbət yolu ilə insanlara çatdırmaqdır. İslam mədəniyyəti qiymətli bir irs aparmışdır. İslamın dərin fikirlərini bəyan edən kitablar qərb dillərinə tərcümə olunaraq paylanmalıdır. İlk öncə, xəttatlıq, musiqi, folklor və bu kimi zəminlərdə olan kitablar paylanmalıdır.
Hanri Korbən qərbin ən böyük alimlərindəndir. O, İslam irfanının həqiqətləri, xüsusən də, İran irfanı zəminində çoxlu fəaliyyətlər göstərir. Hanri Korbən böyük şəxsiyyətdir. Deyə bilərəm ki, o, mənim qarşımda, İran İslamını təfəkkür etmək üçün ən böyük və ən mühüm üfüqləri açmışdır. Mən bunu təkidlə qeyd edirəm ki, Hanri Korbən böyük ustaddır və qərbin qapalı fikrini İslamın mirasına tərəf, xüsusən də, İran mədəniyyətinə çevirdi. Uzun illər keçməlidir ki, Hanri Korbən kimi bir alim yetişsin. Buna görə də, istəyirəm ki, İslamın mədəniyyət və təbliğdə yüksək yeri olan o böyük insana öz böyük məhəbbət və sevgimi bildirim.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+10 =