Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


“NADİ-ƏLİ” DUASINI OXUDUM VƏ ŞƏFA TAPDIM


Mərdan Zalov


“Yenicə müsəlman olanlara de ki, cavanlıqda pak olmaq peyğəmbərlərin üslubudur. Cavanlığı dünyanın eyş-işrət və ləzzətləri ilə keçirmək, qocalıqda isə pəhrizkar olmaq böyük hünərdir.”
Bu kimi sözlər bir neçə yenicə müsəlman olmuş kəslərdən müsahibə aldıqdan sonra zarafat və lağlağı olaraq eşitdiyimiz sözlər idi. Daha sonra mən öz-özümə fikirləşdim ki, görəsən, İslam bizi özünə cəlb etdiyi kimi, cavan və yeniyetmələrin – onların dünya və onun cah-cəlalına aldanmağa meyilli olduğu bir vaxtda – diqqətini çəkə bilirmi, yoxsa, yalnız öz cavanlığını itirdikdən sonra onun boş qalmış yerini doldurmağa çalışan qoca və yaşlıların dərdinə dəyir?
Darabəkr İslamın özünə cəlb etdiyi Qərb cavanlarının canlı və bəyənilən bir nümunəsidir. Allah məni onunla internetdə tanış elədi (bəs, internetdə də Allah var). O, 31 yaşlı, Amerikada doğulub boya-başa çatmış və iyirmi iki yaşında müsəlman olmuşdur. Onun babasının babası qərblidir. Ozünün dediyi kimi, irq baxımından 75 faiz almanlara, 25 faiz norveç və ingilislərə mənsubdur. Ana dili ingilis dili olsa da, hind, ordu, fransız, ərəb və ispan dillərini də bilir. Təhsili barədə onu deyə bilərəm ki, kompyuter mühəndisliyi və dilçilik ixtisası üzrə magistratura diplomu vardır.
İnternet sahəsində bir vebsayt təşkil etmişdir ki, onun vasitəsi ilə hər hansı bir məslək və dinə mənsub xanımlara yüksək səviyyəli və eleqant dini geyim mağazaları nümayiş etdirilir ki, istədikləri geyimləri oradan əldə edə bilərlər. O, uşaqlar üçün kitablar yazır və onlara İslam dini və məsihiliyi sadə dillə və müqayisəli şəkildə izah edir, bəzən də diplom işləri, uşaq və böyüklər üçün kitabların redaktə və korreksiyası ilə məşğul olur. İxtisas və maraq dairəsinə uyğun olaraq ordu dilində tədqiqat aparır. Təzəcə müsəlman olan kəslərlə də əlaqə saxlayaraq onların təfəkkür və zehnlərindəki qərb və qərbə meyilliliyi aradan qaldırmağa çalışır.

«بك عرفتك، و انت دللتني عليك، و دعوتني اليك»
“Səni öz vəsilələrinlə tanıtdım və sən özün mənə yol göstərərək doğru yola yönəltdin və özünə tərəf dəvət etdin.” Bu ayın sübhlərində “Əbu Həmzə Somali” duasını oxuyan yeni müsəlman olan Darabəkr və onun dostları Allahın sonsuz lütfünü daha çox və daha yaxşı hiss edirlər və anlayırlar ki, Allah onlara kömək olmuş və hidayət etmişdir. Əgər biz də haqq axtarışında və doğru danışan olsaq, Allahın hidayətini daha yaxşı hiss edəcəyik.

Müsəlman olmazdan qabaq hansı dinə qulluq edirdiniz və sizin din barədə düşüncə və təfəkkürünüz hansı həddə idi?

Mən protestant ailəsində dünyaya gəlmiş və həmişə Allahdan qorxan bir qız olmuşam və yadıma gəlmir ki, həyatımda itaətsizlik etmiş olam. Protestant firqəsinin müxtəlif firqələri vardır və mən onun Lüter firqəsindən (Martin Lüterin əqidəsinin tərəfdarları) idim. Əvvəllər universitetdə bir məsihi məzhəbinin üzvü olmuş və özümə yaxşı dostlar tapmışdım. Mənim həyatımda həmin andan etibarən əqidəvi prinsiplərlə bağlı dəyişikliklər yaranmağa başladı. Oradakı xarici tələbə təşkilatları ilə – onlar Amerikada daha çox fəaldırlar – fəaliyyət göstərməyə başladım və onların vasitəsi ilə müsəlman tələbələrlə tanış oldum. Onlar məndən soruşdular ki, Quran oxumaq istəyirsənmi? Mən isə onlara müqəddəs kitabları (Tövrat və İncili) tamamən oxuduqdan sonra mütaliə etmək fikrində olduğumu bildirdim. Daha sonra müqəddəs kitabı oxumağa başladım.
Sonrakı il ispan dilini öyrənmək üçün Venesuelaya getdim. Orada dostlarımın təklifi ilə bir kilsəyə gedərək oradakı firqənin təlimləri sayəsində mənim zehnimdə Lüter firqəsinin əqidələri və bəzi qanunları barədə şəkk-şübhə yaranmağa başladı və elə o zamandan araşdırma və tədqiqat aparmağa başladım. Amerikaya qayıtdıqdan sonra getdiyim kilsəni əvəz etdim və bu kilsədə mən duanın əhəmiyyətini anladım.
Məzhəblə bağlı fəaliyyətlərimi daha sonra genişləndirdim və universitetdə kitab mütaliəsi ilə bağlı bir qrupa rəhbərlik etməyi öhdəmə götürdüm. Həmin günlərdə təbliğ etməklə bağlı fikrə gəldim və məndə müsəlmanlar arasında məsihiliyin təbliğinə maraq oyandı. Bu barədə təşkil edilən bir toplantıda iştirak etdim və müsəlmanların məsihilikə bağlı etdiklərə şübhələrə cavab verən bir neçə kitab da aldım. Müsəlmanların şübhələrinə cavab vermək üçün Quranı mütaliə etmək qərarına gəldim, lakin onu bir az oxuduqdan sonra çox narahat oldum və onu bir kənara qoydum. O zamanlar məsihiliklə bağlı o qədər ciddi və qərarlı idim ki, bu dindən başqa eşitdiyim bütün əqidəvi məsələlər məni narahat edirdi.
Qərara gəldim ki, məsihiliyi müsəlman tələbələr arasında təbliğ etməyə başlayım. Belə etiqad bəsləyirdim ki, Allah bu qədər müsəlmanı yolum üzərində qərar verməklə onları hidayət etməyimi istəyir. Müsəlmanlarla söhbət və elmi mübahisə zamanı tələbələrdən biri mənə bir cümlə dedi ki, elə düşünürəm ki, mənim üçün o zamana qədər eşitdiyim ən mühüm nəsihətlərdən biri idi. Həmin cümlə belə idi: “Mənim məsihi olmağım üçün dua eləmə, dua elə ki, doğru yol hansıdırsa, Allah hər ikimizi ona yönəltsin.” Öz-özümə ikirləşəndə anladım ki, çox gözəl bir təklifdir. Əlbəttə, o zamanlar işimin nəticə verəcəyindən əmin idim və məsihiliyin doğru yol olduğunu güman edirdim.

Ondan sonra birbaşa İslamın ardınca yönəldiniz?

Xeyr, məsihiliklə bağlı araşdırmalarımı davam etdirdim. Bir daha da öz firqəmi dəyişdim və dilçiliklə əlaqədar magistratura tədqiqatları aparmağa başladım və hər gün Allaha dua edirdim ki, həqiqəti mənim üçün aşkar etsin və suallarıma cavab tapa bilim. Məsihilik tarixini mütaliə etməklə bir çox həqiqətləri ələ gətirdim, o cümlədən, gözlədiyimin əksinə olaraq İncildə yazılanlar və keşişlərin dediklərinin həqiqətən də, Allahın demək istədiyi kəlamlar olmadığını anladım və başa düşdüm ki, İncil həzrət İsadan (ə) sonra onun şagirdləri tərəfindən toplanmışdır. Həmçinin, oradakı əqidəvi məsələlər müxtəlif zaman kəsiyində dəyişikliklərə uğramış və onda cürbəcür etiqadlar meydana çıxmışdır. Məsələn, məsihiliyin əvvəllərində bir qprup məsihilər həzrət İsanı (ə) Allah olmasına inam bəsləmirdilər. Mən İncildə apardığım araşdırmalar nəticəsində üçlüyün – ata, oğul və müqəddəs ruhun – İncildə təsdiqlənmədiyini və Məsihin də belə şeylər söyləmədiyini anladım. Bütün bu məsələlər üst-üstə yığılaraq məni məsihilikdən uzaqlaşdırmağa başladı.

Bu həqiqəti aşkar etdiyiniz zaman sizin üçün bu məsələlərlə əlaqədar qeyri-adi hadisələr baş vermişdirmi?

Bəli, magistraturada oxuduğum zamanlar pakistanlı bir müsəlmanla tanış oldum ki, müsəlman olduqdan sonra onunla ailə həyatı qurdum. Bir gün avtobusla şəhərlərdən birinə getdiyimdə, yeməkdən zəhərlənmə nəticəsində qarın nahiyəmdə çox şiddətli ağrı hiss etməyə başladım. Həmin anda əlim müalicə və dərmana çatmadığı üçün bu məsələdən xilas olmağıma ümid etmirdim. Dostum mənə “Nadi-Əli” duasını oxumağı təklif etdi. Mən ümidsizliklə onu oxudum və çox tez bir zamanda – üç-dörd saniyə ərzində – ağrılarım çəkilməyə başladı və ondan heç bir əsər-əlamət qalmadı.
Bu hadisə mənə çox təsir etmişdi, çünki mən İsa Məsihin şəfa verdiyinə və sağaltdığına inandığım və buna şahid olduğum üçün onu (nəuzubillah) Allah hesab edirdim və həmin gün iki məsələ məni çox təəccübləndirmişdi ki, biri həzrət Əlinin mənə şəfa verməsi və mən onu tanımasam da belə, duamı qəbul etməsi idi. Müsəlman olduqdan sonra anladım ki, nə həzrət İsa (ə), nə də həzrət Əli (ə) Allahın izni olmadan şəfa verə bilməzlər. Bu hadisədən sonra anladım ki, həzrət İsanın (ə) xəstələrə şəfa verməsi və ölüləri diriltməsi və s. Allahın icazəsi ilə olurmuş və bunların heç biri onun üstünlüyünə dəlil ola bilməz.
1998-ci ildə qərara gəldim ki, məsihilərin oruc tutduqları günlərdə (həmin günlər Lent adlanır) oruc tutum, əlbəttə, məsihilər kimi yox, çünki onların müxtəlif firqələri var və fərqli şəkildə oruc tuturlar. Onların orucunda yemək-içmək və digər işlərdən çəkinmək səhərdən axşama qədər deyil, günün müəyyən vaxtına qədərdir. Beləliklə, qərara gəldim ki, müsəlmanların orucu kimi bir ay müddətində oruc tutum.
Artıq bu qədər çox sevdiyim məsihilikdən kifayət qədər uzaq və onunla aramızda fasilə və ayrılıq olduğunu hiss edirdim. Sonuncu dəfə məsihiliklə vidalaşmaq üçün bazar günü kilsəyə getdim, amma cürət etmədim ki, məsihilik etiqadının yanlış olduğunu keşişin üzünə deyim. Ondan sadəcə hidayət olmağım üçün dua etməsini xahiş etdim.

Necə oldu ki, bu tərəddüd halından xarıc ola bildiniz?

Universitetdə diplom işi ilə əlaqədar Quran oxumağı qərara aldım ki, bəlkə, orarda dilçiliklə bağlı hansısa materiala rast gələrəm. Əvvəlki dəfə Quran oxuduğumda narahat olduğumdan fərqli olaraq bu dəfə oruc idim və Quranı oxuduğumda, sözlərinin qəlbimə daxil olduğunu və həqiqətən də bu kitabın Allaha məxsusluğunu anladım və hiss etdim. Daha sonra Quranı oxumağı bir həftə davam etdirdim və çox təəccüblüdür ki, orada nə oxuyurdumsa, iman gətirirdim. O zaman da bu məsələ məni narahat edirdi ki, necə ola bilər ki, insan eyni zamanda məsihi olsun və həmçinin, Qurana iman gətirsin?! Müəyyən bir müddət qəlbimdəki bu çəkişmə ilə ötüşdü. Müsəlman olduğumu büruzə vermək cəsarətim yox idi. Nigaran idim ki, müsəlman olsam, çarşabı haradan tapacağam, namazı necə qılacağam, bu məsələni ailəmə necə deyəcəyəm və dostlarım mənə nə deyəcək? Qəlbimdə müsəlman olmuşdum, amma onu büruzə verməkdən qorxurdum. Artıq özümü məsihi kimi qələmə verə bilməyəcəyimi və bir az lazımı miqdarda cəsarət toplamalı olduğumu anlayırdım.
Bir neçə həftə sonra cəsarət toplayıb “kəlmeyi-şəhadət”i dedim və bu zaman rahatlıq və gözəl bir duyğu bütün vücudumu bürüdü və mən hələ də inana bilmirdim ki, müsəlman olmuşam. Ondan sonrakı hadisələrin isə qapalı qalmasını istəyirəm.

Mümkündürsə, demək istəmədiyiniz hadisələr barəsində danışın və deyin görək, müsəlman olduqdan sonra hansı məsələlərlə üzləşdiniz?

Amerikada yenicə müsəlman olan bir kəs, gərək, bir çox məsələlərlə üzləşsin. Belə ki, bizlər azlıq təşkil etdiyimiz üçün digərlərinin təzyiq və hətta, nifrətinə də məruz qalırıq. Əlbəttə, müxtəlif insanlarfərqli davranışlara malikdir və onların bizlərlə rəftarının İslamdan agah olmaları, etnik azlıqların hüquqlarının müdafiəsi və həyata baxışları ilə birbaşa əlaqəsi vardır. Müsəlman olmağımızla bağlı müsbət bir reaksiya ilə qarşılaşdıqda, bu bizi çox xoşhal edir, çünki həmişə mənfi münasibətlə qarşılaşacağımızı düşünürük. Bizi başa düşərək yaxşı rəftar edənlər də az deyildir. Amerikanın qeyri-müsəlman vətəndaşlarının çoxu bəşər hüququ və mədəni məsələlərlə bağlı bizi dəstəkləyir və dinlərarası rabitələrin möhkəmlənməsi üçün çalışırlar. Məsələn, bizim islami təşkilatımız kilsələrin biri ilə yaxından əməkdaşlıq edir, biz bir-birimizi daha yaxından tanmağa çalışır və bu istiqamətdə mərasim və yığıncaqlar təşkil edirik. Bununla belə, bizdən əl çəkmir və bizə qəbul etdiyimiz qərarlarla bağlı təsir etməyə və mənfi reaksiyalar göstərməyə çalışırlar. Əlbəttə, bunların müxtəlif yaranma mənbələrindən biri də valideynlərdir ki, onlar övladlarının belə gözlənilməz addım atmalarından narahatdırlar. Eyni zamanda, onların bu cür addım atması və reaksiyasının səbəbi ya övladlarının onlara saymamazlıq etməsini düşünmələri, ya da İslamı düzgün tanımamalarıdır. Bəziləri də İslam əleyhinə aparılan həddən artıq təbliğatların təsiri altındadırlar. Təəssüflər olsun ki, bəzi din və məzhəb sahibi insanlar da öz məzhəblərinin təlimləri təsirinə düşərək bəzən İslamı yeni yaranan və ilahi olmayan bir din kimi tanıyırlar. Bu səbəbdən İslam sayəsində həyatlarındakı əsaslı dəyişilkliklərə uyğunlaşa bilməyən ailələr və insanlar da həmin mənfi reaksiyalara tab gətirə bilmir və İslama pis münasibət bəsləyirlər. Çünki hicab bağlayan qadınlar etiqadlarını aşkar etdikləri zaman, təbii olaraq, onlara iş yerlərində ayrı-seşkilik edilməsinə, söz atılmasına, camaatda onlarla bağlı mənfi təsəvvürün yaranmasına, hətta, fiziki təzyiqlərə də məruz qalmağa hazır olmalıdırlar. Mümkündür ki, bütün bunlar baş verməsin, lakin həmişə xətər hissi mövcuddur.

Sizin bu barədə şəxsi təcrübəniz nədir?

Mən müsəlman olmazdan qabaq heç vaxt xətər hiss etməmişəm, amma indi hicablı olduğum üçün təhlükəni hiss edirəm. Küçə və xiyabanlarda həmişə diqqətli oluram ki, kimsə mənə zərər yetirə bilməsin. Məsələn, haranınsa şəklini fotoaparatla çəkmək istədikdə, ehtiyyatlı oluram ki, camaat səhvliklə mənim onlar əleyhinə və çəkilən yerə həmlə etmək üçün məlumat topladığımı düşünməsin. Bacım uşağı ilə küçədə yol gedərkən narahat oluram ki, camaat onu oğurladığımı düşünər, baxmayaraq ki, o da, mən də sarışın və ağdəriliyəm, onların nəzərində bu qəribə nəzərə çarpır. Buna əsasən, yeni müsəlman olan qadınıarın zehnində həmişə bu iki sual dolaşır:
1. Ailəm və dostlarıma müsəlman olduğumu deyim, ya yox?
2. Hicab geyinimmi (onu da deyək ki, hicab geyinmək həmin şəraitdə çox çətindir və bizim müsəlman olduğumuzu tez nəzərə çarpdırır)?
Bu məsələlərin ailə və dostlarla bölüşdürülməsi də insanın qəlbində tərəddüd və sıxıntı yaradır.

Siz bu məsələ ilə bağlı necə rəftar etdiniz?

Bu məsələ mənim üçün də çoxlu narahatçılıq yaratmışdır. Qohumlarımdan hansına demək qərarına gəlməliydim və bilmirdim atamamı deyim, yoxsa, ögey anamamı (anam bu hadisələrdən əvvəl vəfat etmişdi)? Əgər desəm, necə deyim?... Məsələni bacımla qardaşıma dedim və Allaha şükürlər olsun ki, onlar mənfi münasibət göstərmədilər, amma ola bilsin ki, bir az narahat oldular ki, biz nə gözləyirdik, nə oldu?! Sonra qohumlarıma məktub yazaraq İslam və məsihiliyin müştərək cəhətlərini, İslam və Quranla tanışlığımı onlara bildirdim. Tələbə dostlarıma da bu barədə heç bir şey demədim, çünki onların İslama münasibətindən xəbərdar idim və nəhayət, təhsili başa vurduqdan sonra hərəmiz bir yerə getdiyimizdən, mən onlara zəng də vurmadım. Amma həmin günlərdə maraqlı bir hadisə baş verdi. Həyat yoldaşımla birlikdə toy məclislərindən birinə getdiyimizdə, gördüm ki, bəylə gəlin mənim universitetdə məsihiliklə bağlı təşkil etdiyim təşkilatın üzvü olan tələbə yoldaşlarımdır. Mənə yaxın olan digər iki məsihi dostum da burada idi. Mən həmin vaxtlar müsəlman olmuşdum, amma hicablı deyildim. Dostlarım məni bir guşədə yaxalayaraq məndən soruşdular ki, nə üçün müsəlman olan bir kəslə evlənmisən? Öz-özümə düşündüm ki, müsəlman olduğumu anlasalar nə deyəcəklər?! Həyat yoldaşım da həmişə olduğu kimi, məsihilərin “həzrət İsa (ə)I lə bağlı düşüncələri” məsələsini müzakirə edirdi. Mən də bir bəhanə ilə özümü onun yanına yetirdim. Elə bu anda həyat yoldaşımla müzakirə edən qarşı tərəf ona dedi ki, sən də bilirsən ki, məsihilik haqdır, çünki heç bir məsihi dinini dəyişməz ki, müsəlman olsun. Mən bu anda qışqıraraq uca səslə müsəlman olduğumu demək istədim, lakin özümə etimad etmədiyimdən, bir söz deyə bilmədim. Hicab məsələsi ilə də bağlı eyni halda idim və müəyyən bir müddətdən sonra hicaba keçə bildim.

Amerika kimi bir ölkədə müsəlmanların övlad tərbiyə etməsinin hansı çətinlikləri vardır?

Biz həmişə Amerika mədəniyyətinin övladlarımız üzərində təsir qoymasından nigaranıq. Biz qızlarımıza öz yaşıdları olan və hicabsız qızlarla oturub-durmamasını necə deyək və onlara Əhli-beyt (ə) tərəfdarları ilə maddi ləzzətlər ardınca olanlar arasında dərin və əsaslı fərqin olduğunu necə başa salaq?
Əlbəttə, məsihiliyə inanclı olan ailələrdə də bu çətinlik eynilə mövcuddur. Çünki Amerika məsihi ölkə olmasına baxmayaraq, orada vahid bir şəkildə cəmiyyətə hakim olan məsihilik mədəniyyəti yoxdur. Onlar da televiziya, kino-teatr, musiqi və müxtəlif qazet və jurnalların mənfi təsirlərinə nifrət edirlər. Məsihi ailələri övladlarının düzgün tərbiyə alması üçün münəzzəm şəkildə çalışır və fəaliyyət göstərirlər. Heç bir məsihi öz övladını dövlət məktəblərinə göndərmir və müəllimlər tuturlar ki, uşaqlarına evdə dərs versin. Onlar tətillərdə övladları üçün istirahət düşərgələri açır, konfrans və mərasaimlər və onların inkişafı üçün xüsusi dərslər təşkil edirlər. Amma müsəlmanlar belə məsələlərə diqqət etmirlər. Bu arada, biz müsəlman şiələrin işi daha da çətindir, çünki təlim mərkəzləri və məktəblərdə əhli-sünnəyə aid təlimlər verilir.
Amerikada müxtəlif məktəblər mövcuddur. Dövlət məktəblərində, ümumiyyətlə, dini təlimlər verilmir, amma bütün dinlərdən olanların bu məktəblərdə oxumasına icazə verilir, məsələn, hər bir müsəlman öz namazını vaxtlı-vaxtında qıla bilər. Amma müsəlman olan azyaşlı uşaqlar orada çətinliklə üzləşirlər, belə ki, onlara verilən yeməklər halal şeylərdən hazırlanmır və tətillər milli münasibət və məsihiliyə aid bayramlarla əlaqədar həyata keçirilir, həmçinin, ərəb dili də bu məktəblərdə öyrədilmir. Digər xüsusi-dövlət məktəbləri valideynlərin razılığı əsasında və mədəniyyət fərqləri nəzərə alınaraq təşkil olunur ki, bir növ, irqi ayrı-seçkilik deməkdir.
Belə məktəblərdə valideynlər hər hansı bir dərsin, məsələn, musiqi və ya digər fənlərlə bağlı tələb irəli sürə bilər, həmçinin, bu tipli məktəblərdə direktorlar şagird və ya müəllimlərin qəbul edilməsi ilə bağlı ayrı-seçkilik etmək imkanına malik deyillər. Əlbəttə, bəzi müsəlman ailələri bu cür məktəblər təşkil etmişlər, amma belə məktəblər yuxarıdakı məsələləri nəzərə almaqla elə də böyük əhəmiyyətə malik deyil. Digər növ məktəblər özəl məktəblərdir ki, şagirdlərin orada oxuması üçün, valideynlər aylıq pul ödəməlidirlər. Belə məktəblər yüksək məbləğdə ödənişlə yanaşı, müsəlamanlar üçün bir sıra çətinliklər yaradır. Ev şəraitində təhsil almaq da digər bəndlərdən biridir ki, onun da özünəməxsus çətinlikləri mövcuddur.

Geyimlərlə bağlı təsis etdiyiniz sayt barədə bir az məlumat verin. Bu sayt necə qarşılandı?

Geyim və iffətli olmaq bütün dinlərin diqqət mərkəzindədir. Hazırda Amerikada elə qadınlar var ki, məzhəblərinə bağlı olaraq mədəni və örtülü geyinir və başlarına şal belə atırlar. Onlar açıq-saçıq geyim tərzindən qorunurlar. Digər dəstədən olan qadınlar müqabilində onları milli adət-ənənələrə uyğun geyinənlər kimi tanıyırlar. Bu cəhətdən mən qərara gəldim ki, www.modestclotes.com saytını təsis etməklə bu iffətli və müxtəlif dinlərə mənsub xanımlara kömək göstərim. Sayta daxil olanlar internet vasitəsilə hər bir dini geyimlə əlaqədar olaraq geyim mağazaları ilə tanış ola bilərlər.Bu saytın istifadəyə verilməsinin bir neçə yaxşı çəhəti o idi ki, sayt vasitəsilə bəzi xanımlar digər xanımlarla tanış olaraq bu zəmində özlərinə uyğun geyim tərzi seçmək və geyimlə əlaqədar müəyyən təsəvvür və əqidəyə sahib olmaq imkanına malik olurlar.



Nəzərlər

Rza Shukurov - [2012-08-26]

Ramil Memmedov - [2013-08-31]
cox sag olun bele meqale ucun... Halal edcin sosial shebekede paylashiram...

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+10 =