Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

ALİ-MUHƏMMƏDİN (S.Ə.V.V) MƏHDİSİ; KİMDİR VƏ NƏ ÜÇÜN ONUN GƏLİŞİNİ GÖZLƏYİRSİNİZ?


CAVAB

Asimani şəriətlərin yekdil fikirdə olduğu məsələlərdən biri də dünya səviyyəsində bir islahatçının gəlişidir ki, zəmanənin axırlarında zühur edəcəkdir. Təkcə islam cəmiyyətlərində deyil, yəhudi və məsihi cəmiyyətlərində də dünya səviyyəli belə bir ədalət hakiminin gəlişi gözlənilir. “Əhdi-ətiq” (Tövrat) və “Əhdi-cədid” (İncil) kitablarına müraciət etməklə bu həqiqət aydınlaşır.1 İslam mühəddisləri Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql etmişlər:

لَوْ لَمْ يَبْقَ مِنَ الدَّهْرِ اِلاَّ يَوْمٌ لَبَعَثَ اللّهُ رَجُلاً مِنْ اَهْلِ بَيْتِي يَمْلَاُهَا عَدْلاً كَمَا مُلِئَتْ جَوْرًا
“Əgər dünyanın axırına hətta bir gün qalmış olsa belə, Allah mənim Əhli-beytimdən olan bir nəfəri seçəcək, o, yer üzünü haqsızlıq və zülm ilə dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.”2
Deməli, yuxarıda da qeyd olunduğu kimi, belə bir islahatçının gəlişinə etiqad bəsləmək asimani şəriət sahiblərinin fikir birliyidir. Eləcə də sünnülərin “Sihah” və “Müsnəd” kitablarında vədəsi verilmiş Məhdi ilə əlaqədar çoxlu rəvayətlər nəql edilmiş, hər iki firqədən (sünnü və şiə) olan islam məhəqqiqləri və mühəddisləri o həzrətn barəsində çoxlu kitablar yazmışlar.3
Bu rəvayətlərin məcmusu o həzrətn xüsusiyyətlərini və əlamətlərini elə dəqiq şəkildə müəyyən edir ki, o, yalnız imam Həsən Əskəri (ə)-ın övladına və şiələrin on ikinci imamına uyğun gəlir.4 Bu rəvayətlərə əsasən o həzrət, Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-lə eyni adladır;5 On ikinci rəhbər6 və Hüseyn ibni Əliyyibni Əbi Talib (ə)-ın nəvələrindəndir.7
Vədəsi verilmiş Məhdi 255-ci hicri ilində Allahın əmri ilə dünyaya gəlmişdir və hal-hazırda da sair insanlar kimi, tanınmaz halda öz həyatını davam etdirir.
Qeyd olunmalıdır ki, bu qədər uzun ömür nə elm ilə ziddir, nə də vəhy məntiqi ilə. Müasir elm insanların təbii ömürlərini artırmaq qərarına gəlib. Alimlər inanırlar ki, insanın uzun müddət yaşamağa qabiliyyəti vardır. Əgər müəyyən bəlaların və xəstəliklərin qarşısı alınarsa ömrün daha çox artırılmasına imkan yaranacaq. Tarixdə də uzun ömür sürən şəxslərin adı qeyd olunmuşdur. Quran həzrət Nuh (ə) barəsində buyurur:

فَلَبِثَ فِيهِمْ اَلْفَ سَنَةٍ اِلَّا خَمْسِينَ عَامًا
“Nuh öz qövmü arasanda min ildən əlli il əskik (950 il) yaşadı.”8
Həzrət Yunis (ə) barəsində buyurulur:

لَوْلَا اَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ اِلَي يَوْمِ يُبْعَثُونَ
“Əgər o, təsbih edənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.”9
Həmçinin Xızr (ə) və İsa (ə) da Quran nəzərindən və bütün dünya müsəlmanların fikir birliyinə əsasən diridir və öz həyatlarını davam etdirirlər.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Əhdi ətiq”, Məzamiri Davud, Məzmur-96 və 97, Kitabi Daniyal Nəbi, 12-ci bab.
“Əhdi cədid”: Mətta İncili, bab 24; Mərqos İncili, bab 13, Luka İncili, bab 21 “Dünyanın gəlişini gözlədiyi şəxs” kitabından nəqlən.
2. “Səhihi Əbu Davud”, Misir çapı, “Əl-Mətbəətut-taziyyə”, 2-ci cild, səh.207, “Yənabiul-məvəddət”, səh.432, “Nurul-əbsar”, səh.154.
3. Məsələn: “Əl-bəyan fi əxbari Axirizzəman” (Məhəmməd ibni Yusif ibni Gənci Şafei); “Əl-burhan fi əlamati Məhdi Axirizzəman” (Əli ibni Hisamuddin, Müttəqi Hindi adı ilə məşhurdur), “Əl-Məhdi vəl-Məhdəviyyə” (Əhməd Əmin Misri).
4. “Yənabiul-Məvəddət”, 76-cı bab.
5. “Səhihi Tirmizi”, Dehli çapı, 1342-ci il, 2-ci cild, səh.46; “Müsnədi Əhməd”, Misir çapı, 1313-cü il, 1-ci cild, səh.376.
6. “Yənabiul-Məvəddət”, səh.443.
7. “Yənabiul-Məvəddət”, səh.443.
8. “Ənkəbut” surəsi, ayə:14.
9. “Saffat” surəsi, ayə:144.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+5 =